Türkiyədə həkim azərbaycanlı həmkarını odlu silahdan yaralayıb07 Noyabr 2019, 13:50 (GMT +4) Bakı, 7 noyabr, SalamNews. Türkiyənin İstanbul əyalətinin Avcılar bölgəsindəki xüsusi bir klinikada həkim olaraq çalışan bir azərbaycanlı qadın odlu silahdan yaralanıb.
SalamNews -un məlumatına görə, qadın eyni tibb müəssisəsində işləyən Cəlal adlı həmkarı tərəfindən vurulub.
Məlumata görə, hadisə münaqişə zəmnində baş verib.
Atışmadan sonra kişi hadisə yerini tərk etməyə çalışsa da, yaxınlıqdakı növbətçi polis tərəfindən saxlanılıb.
Yaralı azərbaycanlının vəziyyəti ağır olduğu bildirilir.
|