Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Zakir Həsənov Fransanın yeni səfiri ilə hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə edib

07 Noyabr 2019, 11:39 (GMT +4)

Bakı, 7 noyabr, SalamNews.Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Fransa Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Zakari Qros ilə görüşüb.

Müdafiə Nazirliyindən SalamNews-a verilən məlumata görə, Müdafiə naziri səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib və ona Azərbaycan ilə Fransa arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb.

Azərbaycan ilə Fransa arasında hərbi əlaqələrin genişləndirilməsi məsələlərinin müzakirə olunduğu görüşdə regiondakı hərbi-siyasi vəziyyət, beynəlxalq və regional təhlükəsizlik problemləri, eləcə də əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Qoşunların təmas xəttindəki hazırkı vəziyyət barədə diplomata məlumat verən Müdafiə naziri vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe regional təhlükəsizliyə ciddi təhdiddir. Nazir xüsusi qeyd edib ki, məsələnin həlli yolu beynəlxalq hüququn norma və prinsipləri əsasında Ermənistanın BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərini yerinə yetirməyə məcbur edilməsidir.

Fransanın bəzi şəhərləri ilə Azərbaycanın işğal olunmuş ərazilərindəki qondarma rejim tərəfindən yaradılan “yerli hakimiyyət orqanları” arasında imzalanan bir neçə qanunsuz “müqavilə”nin Fransanın müvafiq məhkəmələrinin qərarları ilə ləğv olunmasını yüksək dəyərləndirən Müdafiə naziri Fransanın ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olaraq Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında səylərinin daha da artıracağına ümidvar olduğunu bildirib.

Müdafiə sahəsində ikitərəfli münasibətlərin əhəmiyyətini qeyd edən general-polkovnik Z.Həsənov Azərbaycan ilə Fransa arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın mövcud vəziyyətini yüksək qiymətləndirib.

Öz növbəsində ölkələrimiz arasında əməkdaşlığın və dost münasibətlərin olduğunu qeyd edən diplomat Fransanın Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb.

Səfir Z.Qros Fransanın Azərbaycan ilə müdafiə sahəsində, xüsusilə hərbi-texniki, hərbi təhsil, hərbi tibb sahələrində birgə layihələrin həyata keçirildiyini və bu proqramların inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

Görüşdə tərəflər Fransanın müdafiə məhsulları istehsal edən bir sıra şirkətləri tərəfindən Azərbaycanda həyata keçirilən müxtəlif layihələrin hazırkı vəziyyətini, eləcə də müdafiə və təhlükəsizlik sahələrində qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Müdafiə Nazirliyinin rəhbərliyi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib (FOTO)

Müdafiə Nazirliyi: Tərtərdə partlayış baş verib

Dövlət Sərhəd Xidməti Ermənistan Müdafiə Nazirliyinə cavab verib

Müdafiə Nazirliyi: Azərbaycan tərəfin atəşkəsi pozması barədə yayılan məlumat yalandır

Müdafiə Nazirliyinin tabeçiliyində olan hərbi qulluqçuların ehtiyata buraxılmasına başlanıb

Müdafiə Nazirliyi müddətli hərbi qulluqçuların nə vaxt tərxis olunacağını açıqlayıb

Müdafiə Nazirliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb

Müdafiə Nazirliyi vətəndaş qəbulunu dayandırıb

Rusiya Müdafiə Nazirliyi İdlibdə onlarla Türkiyə əsgərinin həlak olmasına münasibət bildirib

Ukrayna Müdafiə Nazirliyinin mütəxəssisləri İrana yola düşüb

Türkiyə Gürcüstan Müdafiə Nazirliyinə 17 milyon dollar ayıracaq

Müdafiə Nazirliyində yeni təyinatlar olub

Müdafiə Nazirliyi: “Ermənistan tərəfinin yaydığı məlumat əsassızdır”

Təhsil Nazirliyi Müdafiə Nazirliyi ilə birgə “Bayraq yürüşü” keçirəcək

Rusiya Müdafiə Nazirliyi S-400 kompleksini alıb

Zakir Həsənov Türkiyə Müdafiə Nazirliyinə təşəkkür edib

Azərbaycan Müdafiə Nazirliyi Pakistan tərəfinə başsağlığı verib

Müdafiə Nazirliyi: Qəzaya uğramış hərbi təyyarənin axtarışı davam edir (FOTOLAR)

Müdafiə Nazirliyi: Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul balları artırılıb

Müdafiə Nazirliyi: Monitorinq insidentsiz başa çatıb

02 İyul 2020, 09:10 (GMT +4)
Gömrük nəzarətindən gizlədilən siqaretlər aşkarlanıb

02 İyul 2020, 08:45 (GMT +4)
Azərbaycanda bu gün Polis Günü qeyd olunur

01 İyul 2020, 18:00 (GMT +4)
“Azəriqaz” böyük layihənin icrasına başlayıb

01 İyul 2020, 17:56 (GMT +4)
Putin "Astana" sammiti üçün Tehrana getməyə hazır olduğunu açıqlayıb

01 İyul 2020, 17:45 (GMT +4)
Dövlət qulluğuna qəbul üzrə onlayn müsahibələrin keçirilməsinə başlanılıb

01 İyul 2020, 17:30 (GMT +4)
Maradona İspaniya millisinin baş məşqçisi ola bilər

01 İyul 2020, 17:30 (GMT +4)
Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsait açıqlanıb

01 İyul 2020, 17:18 (GMT +4)
Yeni ödənişli magistralın 30 km-lik hissəsinin tikintisi yekunlaşır

01 İyul 2020, 17:09 (GMT +4)
Ərdoğan, Putin və Ruhaninin görüşü başlayıb, tərəflər ABŞ və İsrailin siyasətini tənqid ediblər

01 İyul 2020, 17:07 (GMT +4)
Konstitusiyaya düzəlişlə bağlı səsvermənin ilkin nəticələri yayımlanıb

01 İyul 2020, 17:00 (GMT +4)
Mayda əcnəbilərin Azərbaycandakı kart əməliyyatları 76% azalıb

01 İyul 2020, 16:50 (GMT +4)
ADA Universitetində məzunların təbrik edilməsi onlayn formatda keçirilib

01 İyul 2020, 16:44 (GMT +4)
"Şimal Axını-2"-yə qarşı sanksiyalar ABŞ büdcəsi layihəsinə daxil edilib

01 İyul 2020, 16:35 (GMT +4)
Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşı təltif edilib

01 İyul 2020, 16:26 (GMT +4)
Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələr verilib

01 İyul 2020, 16:21 (GMT +4)
Koronavirusun insanların həyatında olması adi hala çevrilir - ÜST rəhbəri

01 İyul 2020, 16:18 (GMT +4)
Respublika fənn olimpiadalarının qalibləri müəyyən olunub

01 İyul 2020, 16:13 (GMT +4)
Yəməndə generallardan biri Sədiyyə koalisiyasından ayrılaraq husilərin cərgəsinə keçib (FOTO)

01 İyul 2020, 16:00 (GMT +4)
BŞTİ-də vətəndaşların qəbulu avqustun 1-dək dayandırılıb

01 İyul 2020, 15:45 (GMT +4)
Təhsil Nazirliyi 34 gənci xaricdə doktorantura təhsilinə göndərir

01 İyul 2020, 15:43 (GMT +4)
Pentaqon rəhbəri Rusiya ilə Taliban arasında anlaşmaya dair dəlil olmadığını açıqlayıb 

01 İyul 2020, 15:32 (GMT +4)
Ağcabədidə 7 tona yaxın yararsız ət aşkar edilib

01 İyul 2020, 15:22 (GMT +4)
İranda koronavirusa yoluxanların sayı 230 mini keçib

01 İyul 2020, 15:15 (GMT +4)
AQTA: Daha 111 obyektdə qaydaların kobud şəkildə pozulması faktları aşkarlanıb

01 İyul 2020, 15:10 (GMT +4)
ABŞ-da koronavirusda ölənlərin sayı 130 min nəfəri keçib

01 İyul 2020, 15:01 (GMT +4)
İraq Azərbaycana təşəkkür edib

01 İyul 2020, 14:46 (GMT +4)
Türkiyə koronavirusla mübarizə üçün İraqa yardım göndərib

01 İyul 2020, 14:45 (GMT +4)
AzTV-nin əməkdaşı koronavirusdan vəfat edib

01 İyul 2020, 14:30 (GMT +4)
İsraildə koronavirusa yoluxma rekord həddə çatıb

01 İyul 2020, 14:30 (GMT +4)
Bakıda “Mənim polisim” adlı sosial aksiya təşkil olunub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66