Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Kölgə iqtisadiyyatına qarşı mübarizə tədbirləri davam etdirilir

07 Noyabr 2019, 17:00 (GMT +4)

Bakı, 7 noyabr, SalamNews.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi və hüquqi-instusional islahatların müsbət nəticəsi kimi maliyyə və iqtisadi sahədə şəffaflığın təmin edilməsində böyük nailiyyətlər əldə edilib, əlverişli biznes mühiti yaradılmaqla sahibkarlığın inkişafına mane olan inhisarçılıq, sahibkarlıq fəaliyyəti subyektlərinin dövlət qurumları tərəfindən qanunsuz yoxlanılması və bu kimi digər neqativ hallar əhəmiyyətli dərəcədə aradan qaldırılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən SalamNews-a bildiriblər ki, uzun illər iqtisadiyyatın ayrı-ayrı sektorlarında mövcud olan və azad sahibkarlıq mühitində rəqabətliliyə mənfi təsir edən kölgə iqtisadiyyatına, o cümlədən də qara mühasibatlıqdan istifadə edərək dövlət nəzarətindən və qeydiyyatından gizli şəkildə qanunsuz fəaliyyət göstərən sahibkarlıq subyektlərinə qarşı Azərbaycan Prezidentinin tapşırıq və tövsiyələrinə uyğun olaraq kəsərli mübarizə tədbirləri görülür.

İqtisadiyyatın inkişafına başlıca əngəl hesab edilən belə hallara qarşı Baş Prokurorluq tərəfindən digər hüquq-mühafizə orqanları və müvafiq dövlət qurumları ilə əlaqəli şəkildə mübarizə tədbirləri daim diqqət mərkəzində saxlanılır və onları törətmiş şəxslərə qarşı mübarizədə ardıcıl tədbirlərin icrası davam etdirilir.

Belə ki, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumatlar əsasında həyata keçirilmiş təxirəsaslınmaz əməliyyat-istintaq tədbirləri ilə qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və xüsusi razılıq (lisenziya) almadan pul vəsaitlərinin müəyyən xidmət haqqı müqabilində qanunsuz olaraq ayrı-ayrı şəxslərdən qəbul edilməsi və həmin şəxslərin sifarişi ilə üçüncü şəxslərə təhvil verilməsi üzrə xidmət göstərilməsindən ibarət qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olan cinayətkar şəbəkənin qanunsuz əməlləri ifşa edilib.

Həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri ilə İskəndərov Rəşad İmran oğlunun 2018-2019-cu illər ərzində faktiki şəkildə bank fəaliyyəti ilə məşğul olaraq tanışı Mustafa Kılıç Murat oğlu və digər bir qrup şəxslərlə qabaqcadan əlbir olub Bakı şəhərinin Binəqədi rayonu ərazisində yerləşən ofisində gizli formada qeydiyyatını və mühasibatlığını aparmaqla ona müraciət edən ayrı-ayrı şəxslərdən aldığı müxtəlif məbləğlərdə pul vəsaitini Türkiyə Respublikasında qəbul etməli olan şəxslərə təhvil verilməsini təşkil etməsinə, habelə eyni məqsəd və üsulla həmin ölkədə fəaliyyət göstərən belə qruplar tərəfindən qəbul edilmiş pul vəsaitlərinin Azərbaycan Respublikasında ayrı-ayrı şəxslərə çatdırılması müqabilində ümumi dövriyyəsi 88 milyon 744 min ABŞ dolları və 6 milyon 110 min avro təşkil edən (həmin dövrün məzənnəsi ilə ümumilikdə 162 milyon 720 min manat) 14 min 553 qanunsuz əməliyyat nəticəsində 1 milyon 344 min manat məbləğində pul vəsaitini gəlir qismində əldə etməsinə, eyni zamanda, həmin pul vəsaitini Kılıç Mustafa və başqaları ilə aralarında bölərək qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

İstintaq zamanı Rəşad İskəndərovun ofis kimi istifadə etdiyi Bakı şəhəri, Binəqədi rayonu, Z.Bünyadov prospektində yerləşən 7 saylı evin 17 nömrəli mənzilinə baxış zamanı oradan sonuncuya məxsus olan 4 noutbuk, 1 ədəd stolüstü kompüter, 118 min ABŞ dolları, 61 min manat, 1125 avro pul vəsaiti, 2 mobil telefon aşkar edilərək götürülüb.

İş üzrə Rəşad İskəndərov təqsirləndirilən şəxs qismində cəlb edilib. Ona Cinayət Məcəlləsinin 192.3.2-ci (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq) maddəsi ilə ittiham elan edilib, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu bu qəbildən qanunazidd hallarla üzləşən ölkə vətəndaşlarına və sahibkarlara müraciət edərək Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə məlumat vermələrini xahiş edir.

Qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla ölkə iqtisadiyyatının inkişafına əngəl törədilməsinə yönəlmiş bu növ pozuntuların qarşısının alınması istiqamətində ən ciddi tədbirlərin görülməsi bundan sonra da davam etdiriləcək.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

FHN və Baş Prokurorluq Xəzərdə baş vermiş partlayışla bağlı birgə məlumat yayıb

Baş Prokurorluq işçi qəbulu elan edib

Səudiyyə Ərəbistanında Baş Prokurorluq 45 nəfərlik «terror qrupu»nun edamını tələb edib

DİN və Baş Prokurorluq Tərtərdə qumbara partlaması ilə bağlı məlumat yayıb

Vergilər, Daxili İşlər nazirlikləri və Baş Prokurorluq “Relaks” istirahət mərkəzi ilə bağlı məlumat yayıb

Baş Prokurorluq: Elina Hacıyevanın ölümü ilə bağlı cinayət işi üzrə obyektiv istintaq aparılır

DİN və Baş Prokurorluq Masallıda baş verən qəza ilə bağlı birgə məlumat yayıb

Baş Prokurorluq işə qəbulla əlaqədar namizədlərə müraciət edib

Baş Prokurorluq və DİN Ağstafada bazardakı silahlı insidentlə bağlı rəsmi məlumat yayıb

Baş Prokurorluq və AQTA sahibkarlara müraciət edib

XİN və Baş Prokurorluq Xocalı soyqırımının ildönümü ilə əlaqədar birgə bəyanat yayıb

Baş Prokurorluq işə qəbul elan edib

Baş Prokurorluq Yasamalda baş verən partlayışla bağlı rəsmi məlumat yayıb

Baş Prokurorluqda ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib

Baş Prokurorluq ləğv olunmuş MTN-in sabiq şöbə rəisinin azadlığa buraxılmasını təkzib edib

DİN və Baş Prokurorluq iki nəfəri güllələyən çobanla bağlı məlumat yayıb

Baş Prokurorluq: 6 vəzifəli şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Baş Prokurorluq: Qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər həbs edilib

Baş Prokurorluq: MMC-nin vəzifəli şəxsləri barəsində həbs qətimkan tədbiri seçilib

Fəhlənin sexdə yanaraq ölməsinə görə 3 nəfər həbs edilib - Baş Prokurorluq

21 Noyabr 2019, 18:00 (GMT +4)
Sumqayıt Şəhər İcra Hakimiyyətinə 6 milyon manat ayrılıb

21 Noyabr 2019, 17:50 (GMT +4)
İdman Jurnalistikası magistr proqramının tələbələri Böyük Britaniyada səfərdədirlər

21 Noyabr 2019, 17:48 (GMT +4)
Türkiyə Suriyanın şimalında təhlükəsizlik zonası yaradıldığını elan edib

21 Noyabr 2019, 17:30 (GMT +4)
Prezident İlham Əliyev Bolqarıstanın Daxili İşlər nazirini qəbul edib

21 Noyabr 2019, 17:27 (GMT +4)
Nazir müavini ŞƏT üzv dövlətlərin iclasında iştirak edib

21 Noyabr 2019, 17:22 (GMT +4)
Laos-Tayland sərhədində zəlzələ baş verib

21 Noyabr 2019, 17:21 (GMT +4)
Sumqayıt şəhər stadionunun yenidən qurulması üçün 5 milyon manat ayrılıb

21 Noyabr 2019, 17:16 (GMT +4)
İsrail körfəz ərəb dövlətlərilə «müharibənin olmaması» razılaşmasını imzalamaq istəyir

21 Noyabr 2019, 16:59 (GMT +4)
“Qala Sığorta”nın yığım portfeli kəskin artıb

21 Noyabr 2019, 16:52 (GMT +4)
Azərbaycanda ilk platforma şirkəti yaradılıb

21 Noyabr 2019, 16:51 (GMT +4)
Dövlət Dumasının deputatı: Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır

21 Noyabr 2019, 16:45 (GMT +4)
Rəşid Rəsulov yeni vəzifəyə təyin edilib

21 Noyabr 2019, 16:36 (GMT +4)
Zakir Fərəcov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

21 Noyabr 2019, 16:26 (GMT +4)
Azərbaycanda kənd təsərrüfatının istehsalı 7%-dən çox artıb

21 Noyabr 2019, 16:17 (GMT +4)
Sumqayıtda yeni “ASAN xidmət” mərkəzinin tikintisinə 1 milyon manat ayrılıb

21 Noyabr 2019, 16:14 (GMT +4)
Beynəlxalq ikili diplom proqramlarının keçiriləcəyi xarici təhsil müəssisələrinin seçim qaydaları təsdiqlənib

21 Noyabr 2019, 16:05 (GMT +4)
Birinci vitse-prezident Moskvada naməlum əsgərin məzarını ziyarət edib (FOTOLAR)

21 Noyabr 2019, 16:01 (GMT +4)
İranda internet xidməti 5 gün dayandırıldıqdan sonra yenidən bərpa edilib

21 Noyabr 2019, 15:45 (GMT +4)
AzTU ərəb ölkələrində daha da yaxından tanıdılacaq

21 Noyabr 2019, 15:38 (GMT +4)
Yunanıstandan qovulan miqrantlara Türkiyədə tibbi yardım göstərilib

21 Noyabr 2019, 15:23 (GMT +4)
"Barış Pınarı" əməliyyatı çərçivəsində 1200-ə qədər terrorçu zərərsizləşdirilib - nazir

21 Noyabr 2019, 15:15 (GMT +4)
Azərbaycanda tələbə qızlar zəhərlənib, ölən var

21 Noyabr 2019, 15:08 (GMT +4)
Bakı Mühəndislik Universitetində beynəlxalq seminar keçirilir

21 Noyabr 2019, 15:05 (GMT +4)
Gürcüstanın Azərbaycana 7 milyon dollara yaxın borcu var

21 Noyabr 2019, 14:58 (GMT +4)
ABŞ-da prezidentiliyə namizəd Yəmənə görə Səudiyyənin cəzalandırılmasını istəyib

21 Noyabr 2019, 14:55 (GMT +4)
Sumqayıtda Muğam Mərkəzi istifadəyə verilib

21 Noyabr 2019, 14:52 (GMT +4)
BANM məzunları Azərbaycanı ABŞ-da qlobal yarışmada uğurla təmsil edib

21 Noyabr 2019, 14:38 (GMT +4)
Lavrov Pompeonun Fələstin-İsrail nizamlanmasına dair açıqlamalarını pisləyib

21 Noyabr 2019, 14:36 (GMT +4)
Ali təhsil sisteminin beynəlxalq rəqabətliliyi üzrə dövlət proqramının idarəetmə qrupu yaradılıb

21 Noyabr 2019, 14:28 (GMT +4)
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66