Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

"Azərişıq" sosial şəbəkələrdə yayılan məlumatlara aydınlıq gətirib

06 Noyabr 2019, 16:05 (GMT +4)

Bakı, 6 noyabr, SalamNews. "Son zamanlar bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən ötən ay Bakının Nizami rayonunda yüksək gərginlikli transformator məntəqəsinə daxil olaraq yanıq xəsarətləri almış 9 yaşlı Zəhra Əliyevanın müalicəsinə "Azərişıq" ASC tərəfindən heç bir maddi və mənəvi yardım göstərilməməsi ilə bağlı əsassız məlumatlar yayılır. "Azərişıq" olaraq bildirmək istəyirik ki, bu xoşagəlməz hadisə baş verdiyi gündən etibarən 9 yaşlı Zəhra balamız rəhbərliyimizin daim diqqət mərkəzində olub".

Bunu SalamNews-a açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

T.Mustafayev qeyd edib ki, məlum hadisədə yanıq xəsarətləri almış körpənin müalicəsi və ayağa qalxması üçün "Azərişıq" əməkdaşları xəstəxanaya ezam olunub:

"Onlar həmin müalicə müəssisəsində növbəli şəkildə yerləşdirilib. Hadisə baş verəndən bu günə qədər Zəhra Əliyevanın müalicəsi üçün tələb olunan bütün vəsaitlər Səhmdar Cəmiyyət tərəfindən qarşılanıb. Sosial şəbəkələrdə iddia olunduğu kimi bu məsələdə heç bir kənardan vəsait cəlbi olmayıb.

Onu da açıqlamaq istəyirəm ki, bundan sonra da "Azərişıq" Zəhra Əliyevanın müalicəsi üçün lazım plan bütün zəruri tədbirləri görməkdə davam edəcək".

"Azərişıq" sözçüsü vətəndaşlara da müraciət edib:

"Vətəndaşlarımızdan, sosial şəbəkə istifadəçilərindən xahiş edirik ki, heç bir əsası olmayan bu tipli məlumatların yayılmasına yol verməsinlər. Biz də bu ölkənin vətəndaşlarıyıq və Zəhra balamızın başına gələn bu xoşagəlməz olay insan olaraq bizi də incidir. Bədbəxt hadisələrdən heç birimiz sığortalanmamışıq və hamımız bir-birimizə dəstək verib belə çətinlikləri dəf etməliyik".


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

“Azərişıq” gücləndirilmiş iş rejiminə keçib

“Azərişıq” ASC-nin sədri Şamaxıda vətəndaşları qəbul edəcək

“Azərişıq” istehlakçıları xəbərdar edib

"Azərişıq” gücləndirilmiş iş rejimində çalışır

“Azərişıq” ASC gücləndirilmiş iş rejiminə keçib

“Azərişıq”: Seçki gününə planlaşdırılmış yenidənqurma, təmir-bərpa işləri dayandırılacaq

“Azərişıq” sosial şəbəkələr vasitəsilə sorğuların qəbuluna başlayıb

“Azərişıq” ASC-nin sədri Siyəzəndə vətəndaşların müraciətlərini dinləyib

"Azərişıq" "28 may" qəsəbəsində yeni şəbəkə qurur

“Azərişıq” ASC-yə 5 ildə yarım milyonadək müraciət daxil olub

“Azərişıq” yeni işə götürdüyü əməkdaşları onlayn yoxlayacaq

“Azərişıq” mənimsəmə iddialarına münasibət bildirib

“Azərişıq” ASC-yə yeni sədr təyin edilib

“Azərişıq” qeyri-iş günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

“Azərişıq” 2019-cu il üzrə nəticələrini açıqlayıb

“Azərişıq” abonentin artıq sərfiyyat yazılması ilə bağlı şikayətinə münasibət bildirib

"Azərişıq" dayanıqlı və keyfiyyətli elektrik enerjisi təchizatını daha da yaxşılaşdırır (FOTOLAR)

"Azərişıq" küləkli hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib

“Azərişıq”: Gələn il texniki itkilərin xüsusi çəkisi 9%-dən aşağı düşəcək

“Azərişıq”: Sahibkarların obyektlərinin şəbəkəyə qoşulması ilə bağlı müraciətləri 25% artıb

25 Fevral 2020, 18:25 (GMT +4)
DYP-də anım mərasimi keçirilib

25 Fevral 2020, 18:15 (GMT +4)
Məcburi köçkünlər “Xocalı - bu olub” tamaşasına baxıblar

25 Fevral 2020, 18:01 (GMT +4)
Pakistanın Lahor Universitetində Xocalı qurbanları amılıb

25 Fevral 2020, 17:50 (GMT +4)
Ukrayna mətbuatına Xocalı soyqırımı ilə bağlı bəyanat ünvanlanıb

25 Fevral 2020, 17:41 (GMT +4)
Rusiya və Ermənistan XİN rəhbərləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə ediblər

25 Fevral 2020, 17:35 (GMT +4)
Çin lideri Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərib

25 Fevral 2020, 17:29 (GMT +4)
Bəhreyn ölkədə koronavirusa yoluxanların sayının 17-ə çatdığını bildirib

25 Fevral 2020, 17:24 (GMT +4)
Taylandda bomba partlayışı nəticəsində azı 10 nəfər yaralanıb

25 Fevral 2020, 17:17 (GMT +4)
Azercell fakturasız xətt abunəçilərinə xüsusi endirimlər təklif edir

25 Fevral 2020, 17:06 (GMT +4)
Yaqut Əliyeva: Azərbaycan qadınının cəmiyyətdə oynadığı rol daha da yüksəlib

25 Fevral 2020, 17:00 (GMT +4)
Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclası keçirilib 

25 Fevral 2020, 16:59 (GMT +4)
Qazaxıstanda qeyri-qanuni mitinqlər zamanı 53 nəfəri saxlanılıb

25 Fevral 2020, 16:49 (GMT +4)
Bakıda 7 marşrut xəttinin yolu dəyişdiriləcək

25 Fevral 2020, 16:25 (GMT +4)
Formula 1 Azərbaycan Qran-Prisinə yerli media nümayəndələrinin akkreditasiyası davam edir

25 Fevral 2020, 16:17 (GMT +4)
Kreml martın 5-də Putinlə Ərdoğan arasındakı görüş ehtimalını şərh edib

25 Fevral 2020, 16:15 (GMT +4)
İranın səhiyyə nazirinin müavini də koronavirusa yoluxub (VİDEO)

25 Fevral 2020, 15:40 (GMT +4)
Çindən kənarda koronavirusa yoluxanların sayı iki min nəfəri keçib

25 Fevral 2020, 15:38 (GMT +4)
AzMİU-da “Qəhrəmanlıq zirvəsi” sənədli filmi nümayiş olunub

25 Fevral 2020, 15:35 (GMT +4)
Kiyevdə silahlı münaqişələrdə dinc əhalinin qorunması ilə bağlı beynəlxalq konfrans keçirilib

25 Fevral 2020, 15:17 (GMT +4)
İstanbulda Xocalı soyqırımına həsr olunmuş fotosərgi keçirilib

25 Fevral 2020, 15:05 (GMT +4)
Misirin sabiq prezidenti Hüsni Mübarək vəfat edib

25 Fevral 2020, 15:02 (GMT +4)
Tovuzda top mərmisi tapılıb

25 Fevral 2020, 14:57 (GMT +4)
Türkiyə Parlamenti Xocalı ilə bağlı dünyaya səslənib

25 Fevral 2020, 14:40 (GMT +4)
Bakıda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub

25 Fevral 2020, 14:30 (GMT +4)
DGK sədrinin sərəncamı ilə gömrük postlarına əlavə həkim briqadası cəlb edilib

25 Fevral 2020, 14:20 (GMT +4)
Türkiyə Prezidenti Azərbaycana gəlib

25 Fevral 2020, 14:18 (GMT +4)
İranda koronavirusa yoluxanların sayı 95-ə çatıb

25 Fevral 2020, 14:10 (GMT +4)
Gənc PR mütəxəssisləri üçün uzunmüddətli təlim proqramı təşkil olunub

25 Fevral 2020, 14:00 (GMT +4)
ASCO koronavirusla bağlı ehtiyat tədbirlərini gücləndirib

25 Fevral 2020, 13:54 (GMT +4)
AzTU beynəlxalq əlaqələrini daha da genişləndirir

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66