Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Eldar Əzizov icra başçılarına ciddi xəbərdarlıq edib

06 Noyabr 2019, 10:24 (GMT +4)

Bakı, 6 noyabr, SalamNews.Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) Prezident İlham Əliyevin Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovu qəbul etdiyi zaman verdiyi tapşırıqların icrası, Bakı şəhərində görülən abadlıq-quruculuq işlərinin vəziyyəti və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib.

BŞİH-in Mətbuat Xidmətindən SalamNews-a verilən məlumata görə, müşavirədə paytaxt rayonlarının icra hakimiyyətlərinin başçıları, şəhərin təsərrüfat xidmətlərinin rəhbərləri iştirak ediblər.

Toplantıda çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov ölkə başçısının qəbulunda olduğu zaman Prezident tərəfindən verilən tapşırıqlar, qeyd edilmiş nöqsanlar, görüləcək işlər və qarşıya qoyulan vəzifələr barədə məlumat verib. Toplantıda bəzi icra hakimiyyəti başçıları ciddi tənqid edilib. Eldar Əzizov bildirib ki, “...şəhər icra hakimiyyəti və rayon icra hakimiyyəti başçıları Prezidentin tutduğu iradlardan nəticə çıxarmalı, işimizi bu böyük insanın tələblərinə uyğun qurmalıyıq. Bu gün ölkədə sistemli dəyişikliklər, inqilabi islahatlar aparılır və buna uyğun olaraq, iş forma və metodları dəyişməlidir. Tənqid və özünü tənqid normaya çevrilməlidir”.

Eldar Əzizov icra başçılarına müraciət edərək, hər bir sakinin problemini öz problemimiz kimi qəbul edilməsinin vacibliyini vurğulayıb.

Müşavirədə qanunsuz tikintilərlə bağlı ölkə başçısının iradları çatdırılıb, yaradılmış park və məhəllələrin lazımi səviyyədə qorunması ilə bağlı tapşırıqlar verilib. Xüsusi olaraq vurğulanıb ki, daxil olan məlumatlara görə RİH-də və digər qurumlarda vətəndaşların müraciətlərinə bəzi hallarda lazımi diqqət göstərilmir, süründürməçilik hallarına yol verilir.

Toplantıda rüşvətxorluq və digər neqativ halların aradan qaldırılması, yerlərdə vətəndaşlarla mütəmadi görüşlərin keçiririlməsi və onların müraciətlərinə həssaslıqla yanaşılması ilə bağlı tapşırıqlar verilib və qaldırılan məsələlərlə bağlı tədbirlər planının hazırlanması qərara alınıb.

Tədbirdə bir neçə rayon icra hakimiyyətinin başçısı çıxış edərək ölkə başçısının haqlı iradlarından nəticə çıxaracaqlarını və qısa müddətdə lazımi tədbirlər görəcəklərini bildiriblər.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

BŞİH: Yasamaldakı qəzalı binanın sakinləri mənzillərini tərk etməkdən imtina edirlər (FOTO)

BŞİH: Çimərlik ərazilərinə və sahilyanı zonalara giriş pulsuzdur

BŞİH və ETSN-dən şalıq sarayları və restoranlara xəbərdarlıq edib

Hacıbala Abutalıbov BŞİH başçısı vəzifəsindən azad edilib

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

13 Noyabr 2019, 10:47 (GMT +4)
Livan prezidenti etirazçıları evlərinə dönməyə çağırıb

13 Noyabr 2019, 10:43 (GMT +4)
Səudiyyə Ərəbistanı şirkətinə aid təyyarə uşağı xilas etmək üçün Kanadaya təcili eniş enib

13 Noyabr 2019, 10:26 (GMT +4)
Azərbaycanda 496 əcnəbi barəsində ölkəni tərketmə haqqında qərar çıxarılıb

13 Noyabr 2019, 10:18 (GMT +4)
Tramp Ərdoğana 100 milyard dollar qarşılığında S-400-dən imtina etməyi təklif edib

13 Noyabr 2019, 10:10 (GMT +4)
Bakı metrosunda qatarların hərəkətində ləngimə olub

13 Noyabr 2019, 09:49 (GMT +4)
Kabildə minalanmış nəqliyyat vasitəsi partladılıb, ölənlər var (FOTO)

13 Noyabr 2019, 09:39 (GMT +4)
İraqın sabiq baş naziri növbədənkənar seçkilərin keçirilməsini istəyib

13 Noyabr 2019, 09:38 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 22 dəfə pozub

13 Noyabr 2019, 09:25 (GMT +4)
Rusiya səfirliyi ABŞ-a etiraz notası göndərib

13 Noyabr 2019, 09:18 (GMT +4)
İsrailin Qəzzaya hava zərbələri davam edir, ölənlərin sayı 10-u keçib

13 Noyabr 2019, 09:05 (GMT +4)
Prezident İlham Əliyev BƏƏ-nin İqtisadiyyat nazirini qəbul edib

12 Noyabr 2019, 18:10 (GMT +4)
ETSN: Şikayət yerində araşdırılıb

12 Noyabr 2019, 18:00 (GMT +4)
AtaBank-ın ənənəvi əmanət kampaniyası başlayır

12 Noyabr 2019, 17:50 (GMT +4)
"Financial Times"a ilk dəfə qadın rəhbərlik edəcək

12 Noyabr 2019, 17:44 (GMT +4)
Dövlət Komitəsi dam örtüyü çökən yataqxanada araşdırma aparıb

12 Noyabr 2019, 17:32 (GMT +4)
Lavrov Boliviya ilə bağlı Rusiyaya qarşı ittihamların olmamasına təəccüblənib

12 Noyabr 2019, 17:32 (GMT +4)
Elektron Hökumət üzrə İcra Qrupunun üçüncü görüşü keçirilib

12 Noyabr 2019, 17:25 (GMT +4)
Fələstinli hərəkatlar İsrailə xəbərdarlıq ediblər: Bu terror Təl-Əvivə baha başa gələcək

12 Noyabr 2019, 17:20 (GMT +4)
Gömrük Akademiyasında Konstitusiya gününə həsr olunmuş tədbir keçirilib

12 Noyabr 2019, 17:15 (GMT +4)
Vyanada Azərbaycan turizminin təqdimatı keçirilib

12 Noyabr 2019, 17:06 (GMT +4)
Misirin baş müftisi Azərbaycana gəlir

12 Noyabr 2019, 17:04 (GMT +4)
Moldova hökuməti istefaya göndərilib

12 Noyabr 2019, 16:58 (GMT +4)
Maliyyə bazarlarına çıxışa dair ictimai müzakirə keçiriləcək

12 Noyabr 2019, 16:53 (GMT +4)
İraq hökuməti ABŞ-ın müdaxiləsini rədd etdiyini bildirib

12 Noyabr 2019, 16:46 (GMT +4)
Bakı- Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunda yük və sərnişin daşıması asanlaşıb

12 Noyabr 2019, 16:20 (GMT +4)
Prezident İlham Əliyev yeni təyin olunan icra başçılarını qəbul edib

12 Noyabr 2019, 16:19 (GMT +4)
“AAM- 2019 Bakı Natiqlik müsabiqəsi” keçirilib

12 Noyabr 2019, 16:17 (GMT +4)
Kreml Qəzza və İsraildəki gərginlikdən narahatdır

12 Noyabr 2019, 16:10 (GMT +4)
Nazir Ramin Quluzadə ABŞ-ın nümayəndə heyətini qəbul edib

12 Noyabr 2019, 16:03 (GMT +4)
Yevlaxda ana ölümü ilə bağlı rəsmi məlumat yayılıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66