Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

XİN: Azərbaycan Şərq Tərəfdaşlığı ölkələri arasında Aİ-nin ən böyük investorudur

05 Noyabr 2019, 16:43 (GMT +4)

Bakı, 5 noyabr, SalamNews. “Avropa İttifaqının (Aİ) "bir ölçü hamıya uyğundur" yanaşmasını tərk edərək Qonşuluq Siyasətinə yenidən baxış sərgiləməsi xoş bir addımdır. Aİ ölkələrin ehtiyac və istəklərinə əsaslanmalı olan fərqləndirmə və xüsusi hazırlanmış tərəfdaşlıq anlayışını əlavə etməyə çalışdı”.

Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) SalamNews-a verilən məlumata görə, bunu Xarici İşlər naziri Elmar Məmmədyarov "Şərq Tərəfdaşlığı (ŞT) üçün yeni siyasi baxış" mövzusunda yüksək səviyyəli nazirlər seminarında deyib.

O bildirib ki, bu ölkələrin öz seçimləri olmalıdır, Aİ-nin seçimi yox: “İndi Azərbaycan, Avropa İttifaqı ilə özünəməxsus və fərqlənən gündəliyi həyata keçirmək üçün Aİ-dən çoxsaylı fərqləndirmə yollarını gözləyir. ŞT-in gələcək prosesini biz belə görürük. Hər bir tərəfdaşın iqtisadi inkişaf, geostrateji yerləşmə və regional təhdidlər üçün resursların təsiri altında formalaşan müxtəlif inkişaf strategiyaları və baxışları ola bilər. Məsələn, Azərbaycan ŞT tərəfdaşları arasında Aİ-nin ən böyük investorudur, lakin heç vaxt ŞT-da "qabaqlayıcı" statusununa iddia etməyib. Azərbaycan Şərq Tərəfdaşlığının bu günədək nə verdiyi və bundan sonra hara getdiyi barədə düşüncə mərhələsindədir. Şərq Tərəfdaşlığının növbəti onilliyi nə gətirə bilər, onun aləti və ya mexanizmi Azərbaycan üçün nə qədər cəlbedici olacaqdır, strukturlaşdırılmış bir dialoqun əvvəlki dialoq növündən fərqi necə olacaqdır, daha çox öhdəlik və ya real, maddi imkanlar olacaqdır. Bu cür suallar verdiyimiz və son 10 ildə Azərbaycanın Aİ ilə münasibətləri üçün Şərqi Tərəfdaşlığının əlavə dəyərinin nə olduğunu düşünməyə vaxt ayırdığımız tamamilə aydındır. Şərq Tərəfdaşlığının genişləndirilməsi və ya onun institusional bazasının yaradılması barədə bəzi düşüncələr daxil olmaqla müxtəlif fikirlər eşidirik. Azərbaycan individual yanaşmaya üstünlük verir. Biz praqmatik və realist olmalıyıq”.

Nazir qeyd edib ki, Azərbaycan çox vaxt neft və təbii qazla əlaqələndirilir: “Enerji qaynaqlarımızın əhəmiyyətinin yeni bir elementini təqdim edəcəyəm. Birincisi, təbii qazımız çirkləndirici kömürdən daha təmiz bir qalıq yanacağı molekuludur. İkincisi, təbii qazımız Aİ-nin ekoloji cəhətdən dost və enerji səmərəliliyini artırmaq kampaniyasında onun üçün ideal keçid yanacağı rolunu oynaya bilər. Bu iqlim siyasətinin məqsədlərinə də aiddir. Beləliklə, Aİ-yə gedən qaz kəmərimiz Aİ-nin iqlim siyasətinin məqsədlərinə birbaşa töhfədir. Görürsünüz, bu həm ticarət, həm rabitə (infrastruktur), həm də ətraf mühit məsələsidir. Bağlılıq Şərq Tərəfdaşlığında çoxtərəfli əməkdaşlığın aparıcı qüvvəsi olmalıdır. Bu gün o, sabitlik mənbəyi və tərəfdaş ölkələrdə dayanıqlılığı gücləndirmək üçün bir vasitədir. Bu mövzu sərmayələri, maliyyə qurumlarını, özəl sektoru diqqəti cəlb edir. Bu həmçinin ticarət, yaradıcı bir ticarət deməkdir. Proteksionizm deyil. Aİ tərəfindən beynəlxalq çoxtərəfli təşəbbüsün - Avropa Bağlılıq Forumunun irəli sürülməsi Azərbaycanın və müxtəlif qitələrdə daha geniş bağlılıq məqsədlərinə çatmaq yolunda olan ölkələrin mühüm rolunu müəyyənləşdirir. Bəlkə də Azərbaycan Aİ üçün böyük bir bazar deyil. Beləliklə, Azərbaycandan Aİ şirkətlərinə rəqabət çox deyil. Lakin xarici investorlarla müqavilələri milli qanun statusuna qaldıran məhz iqtisadiyyat və bazardır. İnvestorlar Azərbaycandakı öz kapitallarından və işlərindən rahatdırlar. Müqavilələrə hörmət etdiyimiz üçün qürur duyuruq. Müqavilələrin yüksək dərəcədə saffaflığı var. Təbii sərvətlərimizlə dünyaya açıldığımız 1994-cü tarixli “Əsrin Müqaviləsi” ilə bu işi bacardıq. Ölkəmizi Avrasiyanın xəritəsinə bir logistika mərkəzi kimi daxil etmək üçün yeni dövrdə yenidən bunu edəcəyik. Aİ-də və ya Şərq Tərəfdaşlığı bölgəsində başqa harada xarici investor gəlib 30-40 il eyni liberal maliyyə / investisiya rejimindən faydalana bilər? Bu olduqca uzun müddətdir. Bu böyük bir öhdəlikdir. Həm də siyasi iradə tələb edir. Sabitlik vacibdir. Hamı qazana bilər. Azərbaycan investorlara dost ölkədir. Bir çox Aİ iş adamı və investorunun bu məqsədlə Azərbaycanı seçməsi təsadüfi deyil. Əslində Aİ bizim bir nömrəli ticarət və investisiya tərəfdaşımızdır. Şübhəsiz ki, fiziki qarşılıqlı əlaqə öz-özünə təmin olunmur, onların kommersiya baxımından təmin edilməsi eyni dərəcədə vacibdir. Bu məqsədlə, Bakı-Tbilisi-Qars dəmir yolu əlaqəsi ilə artan ticarəti təmin etmək üçün Azərbaycan Orta Asiya ölkələri ilə tariflərin birləşdirilməsi üzərində işləyir. Biz Aİ-nin bu regional magistral layihəni dəstəklədiyini və Aİ ölkələri ilə gələcək əlaqələrin perspektivini qiymətləndiririk. Avstriya, Almaniya, Macarıstan və digər Avropa İttifaqı ölkələrindən olan bir neçə böyük logistika şirkətinin Asiya ilə Avropa arasında yük daşınması üçün bizimlə birgə Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə etməkdə istəkli olmaları təəccüb doğurmur”.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Husilər Səudiyyəyə maraqlı təklif veriblər: HƏMAS üzvlərini buraxın zabitlərinizi azad edək (VİDEO)

Nazirlik Lerikdə 30-a yaxın ağacın kəsildiyini aşkar edib

İranlı gənc ruhanilər Avropada yaşlı insanlara kömək məqsədilə ezam olunmaq üçün XİN-ə müraciət ediblər

Azərbaycan XİN Yunanıstanın Müstəqillik Gününü təbrik edib

XİN: Həmvətənlərimiz olduqları ölkənin karantin qaydalarına əməl etsinlər

Fransanın XİN rəhbəri: ABŞ İran sanksiyalarının ləğvinə ehtiyac var

İspaniyada sutka ərzində 500-ə yaxın insan koronavirusdan ölüb 

Cənubi Koreyada koronavirusa yoluxmuşların sayı 9 minə yaxınlaşıb

Azərbaycan XİN Abxaziyada keçirilmiş qondarma “prezident seçkiləri” ilə bağlı bəyanat yayıb

“Azərsun Holdinq”: Ölkədə qida təminatı ilə bağlı sıxıntı olmayacaq (FOTO)

Putin 22 aprel tarixini Konstitusiya dəyişikliyinə dair səsvermə günü təyin edib 

XİN Azərbaycan vətəndaşlarına xəbərdalıq edib

İran ABŞ mənafeyini təmsil edən İsveçrə səfirini XİN-ə çağırıb

İraq hökuməti ABŞ və Britaniya səfirlərini XİN-ə çağırıb

Çin XİN Uxana koronavirusun ABŞ-ın gətirdiyini istisna etməyib

Vergilər Nazirliyi test imtahanın tarixini dəyişib

Təhsil Nazirliyinin portalına 1300-ə yaxın videodərs yerləşdirilib

Azərbaycan əhalisinin gəlirləri 9%-ə yaxın artıb

Putin ABŞ-ın "Şimali Axını 2"yə qarşı tətbiq etdiyi sanksiyaları şərh edib

XİN: Belçikada Natəvanın abidəsinə qarşı vandalizmin törədilməsi ilə bağlı cinayət işi açılıb

28 Mart 2020, 21:30 (GMT +4)
İlham Əliyev: Dövlət bütün xərcləri öz üzərinə götürüb

28 Mart 2020, 20:50 (GMT +4)
Prezident: Yaşı 65-dən yuxarı insanlar evdə oturmalıdırlar. Vəssalam, birmənalı şəkildə!

28 Mart 2020, 20:40 (GMT +4)
Prezident: Karantinə alınan insanlar dörd və beş ulduzlu otellərdə saxlanılır

28 Mart 2020, 20:30 (GMT +4)
Məcburi köçkünlərin məskunlaşdığı yataqxanalarda dezinfeksiya işləri aparılıb

28 Mart 2020, 20:01 (GMT +4)
ƏƏSMN: Daha 1400-dən çox tənha yaşlıya evlərində sosial xidmətlərə başlanıb

28 Mart 2020, 19:50 (GMT +4)
Azərbaycanda koronavirusa görə 25 mindən artıq test edilib

28 Mart 2020, 19:44 (GMT +4)
Azərbaycanda daha 17 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb

28 Mart 2020, 19:12 (GMT +4)
“Azərişıq” sosial izolyasiyada qalan vətəndaşlara dəstək verməyə daim hazırdır

28 Mart 2020, 18:51 (GMT +4)
Şaban ayının 4-ü həzrət Əbul-Fəzl Abbasın (ə) mövlud günüdür

28 Mart 2020, 18:45 (GMT +4)
Məktəblilərin gündəlik gigiyenik tələbləri (VİDEO)

28 Mart 2020, 17:40 (GMT +4)
Tədris digər dildə aparılan bölmə üzrə müsahibələr təxirə salınıb

28 Mart 2020, 17:36 (GMT +4)
Nazirlik: Birinci sinfə elektron qeydiyyata yenidən start verilir

28 Mart 2020, 17:15 (GMT +4)
Təhsil Nazirliyində vətəndaş qəbulu aprelin 20-dək dayandırılır

28 Mart 2020, 17:04 (GMT +4)
Mədəniyyət Nazirliyi televiziya kanallarına müraciət edib

28 Mart 2020, 16:52 (GMT +4)
Rusiyada gün ərzində 228 yeni koronavirusa yoluxma qeydə alınıb

28 Mart 2020, 16:34 (GMT +4)
Azərbaycan dənizçiləri "Evdə qal" aksiyasına qoşulublar

28 Mart 2020, 16:31 (GMT +4)
İspaniyada son sutkada koronavirusdan 832 nəfər həyatını itirib

28 Mart 2020, 16:23 (GMT +4)
DMX əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müraciət edib

28 Mart 2020, 16:05 (GMT +4)
Şimali Makedoniya NATO-ya qoşulub

28 Mart 2020, 15:46 (GMT +4)
Prezident İlham Əliyev Bakıda “Yeni klinika”nın açılışında iştirak edib (FOTOLAR)

28 Mart 2020, 15:36 (GMT +4)
Ukraynada koronavirusa yoluxanların sayı 311-ə çatıb

28 Mart 2020, 15:29 (GMT +4)
ABŞ Suriya-İordaniya sərhədində koronavirus adı ilə silahlı birləşmələrə hərbi yardım göndərir – Rusiya

28 Mart 2020, 15:16 (GMT +4)
SOCAR prezidenti Heydər Əliyev adına Neft Emalı Zavodunda olub

28 Mart 2020, 15:02 (GMT +4)
ABŞ koronavirusla mübarizə üçün Azərbaycana 1.7 milyon dollar ayırıb

28 Mart 2020, 14:58 (GMT +4)
Sabah Bakıda 17 dərəcə isti gözlənilir

28 Mart 2020, 14:45 (GMT +4)
Azay Quliyev QHT-lərə və tərəfdaş qurumlara müraciət edib

28 Mart 2020, 14:38 (GMT +4)
AB-nin fəaliyyətsizliyi İtaliyanı qəzəbləndirir

28 Mart 2020, 14:32 (GMT +4)
Ailə TV tibb işçilərini təmənnasız TV və İnternetlə təmin edəcək

28 Mart 2020, 14:27 (GMT +4)
Gənclər Fondu Prezidentin təşəbbüsünə qoşulub

28 Mart 2020, 14:26 (GMT +4)
İranda 35 min koronavirus xəstəsindən 11, 679-u sağalıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66