Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Bu ilin doqquz ayında "Şahdəniz"dən 12,2 mlrd. kubmetr qaz hasil edilib

05 Noyabr 2019, 13:08 (GMT +4)

Bakı, 5 noyabr, SalamNews.Bu ilin yanvar-sentyabr ayları ərzində Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağı üzrə fəaliyyətlərə 481 mln. ABŞ dolları əməliyyat xərcləri və 818 mln. dollardan artıq əsaslı xərclər çəkilib. Əsaslı xərclərin böyük əksəriyyəti “Şahdəniz 2” layihəsinə aid olub.

BP şirkətindən SalamNews-a verilən məlumat görə, doqquz ay ərzində yataqdan ümumilikdə – “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından birlikdə 12,2 mlrd. kubmetr qaz və təqribən 2,6 mln. ton (21 mln. barel) kondensat hasil edilib.

Ötən ilin iyul ayının sonunda “Şahdəniz Bravo” platformasından ilk qaz əldə edildiyi vaxtdan hasilat tədricən artmaqda davam edib.

Mövcud “Şahdəniz” qurğularının hasilat gücü hazırda gündə 56 mln. (ildə 20 mlrd.) kubmetrdir.

İstiqlal qazma qurğusu şərq cinahın cənub hissəsində bir, qərb cinahın cənub hissəsində iki, şərq cinahın şimal hissəsində isə bir sualtı quyu tamamlayıb və hazırda həmin hissədə ikinci quyu tamamlama əməliyyatlarını həyata keçirir. “Maersk Explorer” qurğusu şimal cinahında bir quyunu tam dərinliyinədək, digər bir quyu lüləsinin isə üst intervalını qazmış və sonra qərb cinahında iki quyunun üst intervalını qazmışdır. Hal hazırda qurğu həmin cinahda bir quyunun alt hissəsində qazma işləri aparır.

Bu iki qurğu “Şahdəniz 2” hasilatı və sonrakı tədrici artım üçün artıq ümumilikdə 16 quyu qazıb, bunlardan yatağın şimal cinahında dörd quyu, qərb cinahında dörd quyu, şərq-cənub cinahında dörd quyu, qərb cinahın cənub hissəsində iki quyu və şərq cinahın şimal hissəsində iki quyu tamamlanıb. Qazma işləri hasilatın planlaşdırılan sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam edəcək.

Qeyd edək ki, "Şahdəniz" yatağı üzrə pay bölgüsü haqqında saziş 1996-cı ildə imzalanıb və ratifikasiya edilib. Layihədə BP (operator – 28,8%), AzSD (10%), "SGC Upstream" (6,7%), "Petronas" (15,5%), "LUKoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.

Ötən il "Şahdəniz" üzrə fəaliyyətlərə 578 mln. dollardan çox əməliyyat xərcləri və təqribən 1,44 mlrd. dollar əsaslı xərclər çəkilib. Əsaslı xərclərin böyük əksəriyyəti "Şahdəniz-2" layihəsinə aiddir. Ötən il yataqdan 11,5 mlrd. kubmetr qaz və 2,5 mln. ton (təqribən 20,5 mln. barel) kondensat hasil edilib.

Azərbaycan Energetika Naziri Pərviz Şahbazovun öncə səsləndirdiyi sözlərə görə, "Şahdəniz" yatağından qaz hasilatının 2018-ci illə müqayisədə bu il 6 mlrd. kubmetr, gələn il 8,5 mlrd. kubmetr artacağı, 2021-ci ildə isə 12 mlrd. kubmetrdən çox artaraq 23 mlrd. kubmetri ötəcəyi gözlənilir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Malik Həsənov: Azərbaycan döyüş meydanında, informasiya məkanında və siyasi müstəvidə qələbə qazandı

Bu il SOCAR-ın yeraltı qaz anbarlarına 2 milyard kubmetrədək qaz vurulub

Bu il əhali abonentlərinin 90 %-dən çoxu qazda güzəştli limiti keçməyib

Tramp seçkilərdə qazandığını açıqlayıb

NBC: Bayden ABŞ tarixində ilk dəfə prezident seçkilərində 80 milyondan çox səs qazanan namizəddir

Qazax sakini qonşusunu qətlə yetirib

“Azəriqaz”ın rəhbərliyi vətəndaş qəbulu keçirib

Azərbaycan və Rusiya FHN-ləri elektrik, qaz və rabitə xətlərinin bərpası məsələlərini müzakirə edib

“Azəriqaz” qaz təsərrüfatına dəyən ziyanı aradan qaldırır

Dünya bazarlarında təbii qaz yenidən bahalaşıb

Ermənistanın işğaldan azad edilən ərazilərdə arxeloji qazıntılar aparması ilə bağlı cinayət işi başlanılıb

Gənc fəallar şəhid və qazi övladlarının fərdi inkişafına dəstək layihəsinə start veriblər

Tramp Şimali Karolinada, Bayden Corciada qazanıb

Sinan Oğan: Azərbaycanın qazandığı tarixi Qələbə türk dünyasına əvəzsiz hədiyyədir

"Azəriqaz"ın Bakıdakı əhali abunəçilərinin sayı 900 minə yaxınlaşıb

“Azəriqaz” iki kənddə 210 fərdi yaşayış evinə qaz verib

Azərbaycanda qeyri neft-qaz sənayesi 11 %-dən çox artıb

Ərdoğan: "Qazaxın işğal altında olan kəndləri noyabrın 20-dək Azərbaycana qaytarılmalıdır

Azərbaycanın energetika naziri qaz bazarı ilə bağlı müzakirələrə qatılacaq

Azərbaycan cüdoçusu qitə birinciliyində bürünc medal qazanıb

30 Noyabr 2020, 12:00 (GMT +4)
“Milli-mənəvi dəyərlərimizin mediada təbliği" mövzusunda tədbir keçirilib

30 Noyabr 2020, 11:46 (GMT +4)
İranın terrora məruz qalan nüvə aliminin dəfn mərasimi keçirilib

30 Noyabr 2020, 11:45 (GMT +4)
AMEA Botanika İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib

30 Noyabr 2020, 11:43 (GMT +4)
Bayden Jen Psakini Ağ Evin mətbuat katibi təyin etmək niyyətindədir

30 Noyabr 2020, 11:30 (GMT +4)
Şənbə-bazar günləri yaşayış yerini tərk edən 29 nəfər koronavirus xəstəsi barəsində cinayət işi başlanıb

30 Noyabr 2020, 11:15 (GMT +4)
Xınalığa 16 sm hündürlükdə qar yağıb

30 Noyabr 2020, 11:09 (GMT +4)
Dünyada COVID-19-a yoluxanların sayı 63 milyonu keçib

30 Noyabr 2020, 11:00 (GMT +4)
Qubada yaşayış evini tərk edən COVID-19 xəstəsi aşkar edilib

30 Noyabr 2020, 10:45 (GMT +4)
Bakı Mühəndislik Universiteti İngilis dilində yeni teledərslər yayımlayıb 

30 Noyabr 2020, 10:30 (GMT +4)
Astara və Masallıda COVID-19 xəstələri saxlanılıb

30 Noyabr 2020, 10:15 (GMT +4)
Rusiya sülhməramlıları Qarabağda səhra xəstəxanası qurub

30 Noyabr 2020, 10:15 (GMT +4)
Neft yenidən ucuzlaşıb

30 Noyabr 2020, 10:00 (GMT +4)
Oğuzda yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi saxlanılıb

30 Noyabr 2020, 09:57 (GMT +4)
Ermənistan prezidenti hökuməti istefaya çağırıb

30 Noyabr 2020, 09:49 (GMT +4)
BƏƏ və İordaniya iranlı nüvə aliminə qarşı terroru pisləyiblər

30 Noyabr 2020, 09:45 (GMT +4)
“AzerGold” “Ağyoxuş” qızıl yatağını istismara verib (FOTO)

30 Noyabr 2020, 09:36 (GMT +4)
İran nüvə aliminin terorruna cavab olaraq uranın zənginləşdirilməsinin artırlması qərarını verib

30 Noyabr 2020, 09:30 (GMT +4)
Tibb Universitetinin üç tələbəsi Bakıda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olub

30 Noyabr 2020, 09:22 (GMT +4)
Baydenin ayağı sınıb

30 Noyabr 2020, 09:19 (GMT +4)
Türkiyədə Fələstinin müdafiəsilə bağlı böyük konfrans keçirilib

30 Noyabr 2020, 09:15 (GMT +4)
Bakıda beşmərtəbəli binada yanğın olub

30 Noyabr 2020, 09:00 (GMT +4)
ANAMA: Suqovuşana çəkiləcək avtomobil yolunda yüzlərlə mina zərərsizləşdirilib

29 Noyabr 2020, 22:33 (GMT +4)
Azərbaycan İran nüvə aliminə qarşı terroru pisləyib

29 Noyabr 2020, 10:04 (GMT +4)
Türkiyə Xarici İşlər Nazirliyi və Parlamenti iranlı nüvə aliminə qarşı terroru pisləyiblər

28 Noyabr 2020, 16:56 (GMT +4)
Şəmkirdə ölümlə nəticələnən yol qəzası baş verib

28 Noyabr 2020, 16:48 (GMT +4)
Yaşayış yerini tərk edən COVID-19 xəstələri saxlanılıb

28 Noyabr 2020, 16:39 (GMT +4)
Səudiyyənin kralı Netanyahunun ölkəyə gizli səfərindən xəbərsiz olub - Reuters

28 Noyabr 2020, 16:33 (GMT +4)
Ağsuda COVID-19 xəstəsi barədə cinayət işi başlanılıb

28 Noyabr 2020, 16:18 (GMT +4)
Kanadalı Azərbaycanlılar Şəbəkəsinin üzvləri xarici işlər naziri ilə görüşüb

28 Noyabr 2020, 16:03 (GMT +4)
“Qarabağ”ın futbolçuları Ağdamdakı Cümə məscidində namaz qılıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66