Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

DİM vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibələr elan edib

05 Noyabr 2019, 15:33 (GMT +4)

Bakı, 5 noyabr, SalamNews.Noyabrın 5-də 11 dövlət orqanında inzibati vəzifələrin 4-7-ci təsnifatına uyğun olan vəzifələrin A və B növü üzrə ümumi müsahibə elan edilib.

Dövlət İmtahan Mərkəzindən SalamNews-a verilən xəbərə görə, mərkəzi icra hakimiyyəti orqanı və məhkəmə hakimiyyəti orqanlarında olmaqla elana çıxarılan vəzifələrin 20-si dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər) və 40-ı B növü vəzifələrə (inzibati-icraçı) aiddir.

Ümumi müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifələr inzibati vəzifələrin 4-cü təsnifatına uyğun olan Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın təşkili və monitorinqi şöbəsində şöbə müdiri, inzibati vəzifələrin 4-cü təsnifatına uyğun olan Maliyyə Nazirliyinin Ortamüddətli xərclər çərçivəsinin hazırlanması mərkəzində direktor müavini vəzifələridir. Ümumilikdə isə, Kənd Təsərrüfatı Nazirliyində 17, Dövlət Statistika Komitəsində 10, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi 10, Şəki Apelyasiya Məhkəməsində 7, Dövlət Şəhərsalma və Arxitektura Komitəsində 5, Ali Attestasiya Komissiyasında 4, Maliyyə Nazirliyində 2, Mədəniyyət Nazirliyində 2, Hesablama Palatasında 1, Milli Arxiv İdarəsində 1, Şirvan Apelyasiya Məhkəməsində 1 vəzifə olmaqla 60 vakant vəzifə ümumi müsahibə elanına çıxarılıb.

Ümumi müsahibədə iştirak etmək istəyən noyabrın 25-i saat 18:00-dək (20 gün müddətində) Mərkəzin internet portalına məlumatları daxil edərək qeydiyyatdan keçməlidir.

DİM həmçinin mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları olmaqla inzibati dövlət qulluğu vəzifələrinin 4-7-ci təsnifatı üzrə B növünə aid olan ümumilikdə 29 dövlət orqanında 135 vakant vəzifənin tutulması üçün müsabiqənin müsahibə mərhələsi elan edib.

Namizədlər əldə etdikləri sertifikata uyğun olan müsahibələrdə iştirak edə bilər. Müsahibədə iştirak üçün namizədlər dekabrın 5-i saat 18:00-dək (30 gün müddətində) qeydiyyatdan keçməli və elan müddətində formaya daxil etdiyi məlumatlarda, sənədlərdə dəyişikliklər olduğu təqdirdə müvafiq düzəlişlər etməlidir.

Qeyd edək ki, müsahibəyə çıxarılması üçün dövlət orqanları arasında ən çox vakant vəzifə Maliyyə Nazirliyi (26 vəzifə) və Bakı şəhəri Xəzər Rayon Məhkəməsi (10 vəzifə) tərəfindən təqdim olunub.

Ümumilikdə, müsahibəyə çıxarılmış 135 vakant vəzifənin 1-i 4-cü təsnifata, 27-si 5-ci təsnifata, 9-u 6-cı təsnifata, 98-i isə 7-ci təsnifata aid olmaqla, 28-i BA, 107-si isə BB vəzifə qrupuna aiddir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

DİM: İyulun 10-da qəbul imtahanları keçiriləcək

İctimai-siyasi xadimlər AzTV-nin fəaliyyətini qiymətləndiriblər

DİM: I-IV, V ixtisas qrupları və kolleclərə qəbul imtahanları keçiriləcək

“Qala Həyat” müasir standartlara uyğun yenilənmiş saytını təqdim edib

QMİ-də din xadimləri ilə videokonfrans formatında görüş keçirilib

Prezident İlham Əliyev Vladimir Putinə zəng edib

“ABAD” antiseptik vasitələri vətəndaşlara ödənişsiz təqdim olunub

Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsait açıqlanıb

Türkiyə koronavirusla mübarizə üçün İraqa yardım göndərib

Azərbaycan fələstinli qaçqınlara 300 min dollar yardım ayırıb

Ronaldu “Cenoa”-ya qalib gəlməkdə “Yuventus”-a yardım edib  

Donorlar Suriya qaçqınlarına 7.7 milyard dollarlıq yardım vədi veriblər

Vətəndaşlara ödənişsiz formada antiseptik vasitələr təqdim olunub (FOTOLAR)

DİM: 2-3 iyul tarixlərində buraxılış imtahanları keçiriləcək

Azərbaycan koronavirusla bağlı İraqa yardım göndərib (FOTO)

ABŞ Suriya kürdlərinə daha 21 milyon dollar maddi yardım ayırıb

İran silah enbarqosunun davam edəcəyi qarşılığında üç cavab addımını atacağını bildirib

DİM-də GRE imtahanı keçirilib

İran səfiri Rusiya XİN rəsmisi ilə ABŞ-ın İrana qarşı addımlarını müzakirə edib

DİM buraxılış imtahanlarında iştirak edəcək abituriyentlərə müraciət edib

08 İyul 2020, 20:35 (GMT +4)
Sona Tağıyeva «ASAN Xidmət»də yeni vəzifəyə təyin edilib  

08 İyul 2020, 18:00 (GMT +4)
Bakcell daha bir təşəbbüsə qoşulub

08 İyul 2020, 17:48 (GMT +4)
Gürcüstan Azərbaycanla sərhədlərin açılması üçün şərtini açıqlayıb

08 İyul 2020, 17:41 (GMT +4)
Mahmud Əhmədi-Nejad Səudiyyənin vəliəhdi Məhəmməd bin Salmana məktub yazıb - KİV

08 İyul 2020, 17:40 (GMT +4)
Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə köçürülən vəsait açıqlanıb

08 İyul 2020, 17:21 (GMT +4)
Kanye Vest prezidentliyə namizədliyini irəli sürəcək

08 İyul 2020, 17:15 (GMT +4)
“AzərEnerji” daha bir əhəmiyyətli layihə reallaşdırır

08 İyul 2020, 17:00 (GMT +4)
KOBİA-nın dəstək göstərdiyi müəssisə tütün tədarükünə başlayıb

08 İyul 2020, 16:48 (GMT +4)
İran vurulan təyyarənin kompensasiyası ilə bağlı Ukrayna ilə danışıqlar təklifini rədd edib

08 İyul 2020, 16:46 (GMT +4)
DİM: İyulun 10-da qəbul imtahanları keçiriləcək

08 İyul 2020, 16:44 (GMT +4)
Türkiyə Dəniz Qüvvələri Liviya suları yaxınlığında böyük hərbi təlim keçirir

08 İyul 2020, 16:32 (GMT +4)
“Rəqəmsal Jurnalistikaya doğru” proqramı başa çatıb

08 İyul 2020, 16:20 (GMT +4)
Bakıda karantini pozan taksi sürücüsü saxlanılıb

08 İyul 2020, 16:20 (GMT +4)
Kreml Safronovun işi ilə bağlı açıqlama verib

08 İyul 2020, 16:03 (GMT +4)
Baş Prokurorluq: Orkestrin bədii rəhbəri rüşvətə görə həbs edilib

08 İyul 2020, 16:00 (GMT +4)
Ölkə ərazisində havanın temperaturu 6-8 dərəcə enəcək (XƏBƏRDARLIQ)

08 İyul 2020, 15:53 (GMT +4)
Çeçenistanda yenidən toyların banket zallarında keçirilməsinə icazə verilib

08 İyul 2020, 15:51 (GMT +4)
Suriya və İran arasında hərbi əməkdaşlıq üzrə yeni anlaşma imzalanıb

08 İyul 2020, 15:39 (GMT +4)
Dövlət Komitəsinin sədri növbəti videoqəbul keçirib 

08 İyul 2020, 15:25 (GMT +4)
Müdafiə Sənayesi nazirinə yeni müavin təyin edilib

08 İyul 2020, 15:17 (GMT +4)
ÇXR-də 2.3 milyondan çox insan leysan yağışlarına görə fəlakət bölgəsində qalıb

08 İyul 2020, 15:00 (GMT +4)
Qəbələdə dağlıq ərazidə yanğın başlayıb

08 İyul 2020, 14:49 (GMT +4)
İranda koronavirusdan ölənlərin sayı 12 mini ötüb

08 İyul 2020, 14:40 (GMT +4)
Almaniyada son sutkada 397 COVID-19-a yoluxma qeydə alınıb

08 İyul 2020, 14:33 (GMT +4)
KOBİA sahibkarlara müraciət edib

08 İyul 2020, 14:15 (GMT +4)
Ağcabədidə top mərmisi tapılıb

08 İyul 2020, 14:05 (GMT +4)
ABŞ Çin rəsmilərinə qarşı sanksiyalar tətbiq edir

08 İyul 2020, 13:48 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

08 İyul 2020, 13:32 (GMT +4)
İran Kiş adasının Çinə verilməsi iddiasını təkzib edib

08 İyul 2020, 13:30 (GMT +4)
Rusiyada son sutkada 6,5 mindən çox insan COVID-19-a yoluxub  

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66