İrana qarşı mübarizədə ABŞ-a arxayın olmaq olmaz - Netanyahu01 Noyabr 2019, 16:35 (GMT +4) Bakı, 1 noyabr, SalamNews, B.Samid. "İranın bölgədə cürəti və kəsəri daha da artıb. Bu onun təcavüzlərinə cavabların verilməməsinə görədir. Bu məsələdə ABŞ-a arxalanmaq olmaz."
SalamNews Sputnik.Arabic-ə istinadla xəbər verir ki, bunu İsrail baş naziri Benyamin Netanyahu nazirlər kabinetində çıxışı zamanı deyib.
İsrailin "13-cü telekanalı"nın məlumatına görə, Benyamin Netanyahu bu çıxışı əsnasında Donald Tramp Administrasiyasının İranla bağlı siyasətini süst siyasət adlandırıb və vurğulayıb ki, İranla qarşı addımlar məsələsində ABŞ-a arxalanmaq olmaz.
Benyamin Netanyahu Trampın İran qarşısında ciddi addımlar atmadığını deyib və bildirib ki, "ölkəsi təhlükə ilə üzləşsə özü addımlar atacaq."
|