Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Ağdamda məcburi köçkün uşaqlar üçün tibbi aksiya keçirilir (FOTOLAR)

01 Noyabr 2019, 15:35 (GMT +4)

Bakı, 1 noyabr, SalamNews. Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı və Ağdam Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Ağdam rayonunun Quzanlı qəsəbəsində "Uşaq ürəkləri Qarabağda döyünür!" şüarı altında məcburi köçkün uşaqlar və böyüklər üçün tibbi xeyriyyə aksiyası keçirilir.

SalamNews xəbər verir ki, noyabrın 1-də başlayan və iki gün davam edəcək aksiya çərçivəsində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının 20 tibb işçisindən ibarət briqadası Ağdam rayonuna ezam olunub. Yüksək ixtisaslı həkimlər burada müasir tibbi avadanlıqlarla tam təchiz olunmuş Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mobil Səyyar Hospitalında və Ağdam Rayon Mərkəzi Xəstəxanasında məcburi köçkün pasiyentləri müayinə ediblər. Müayinəyə 250-yə yaxın məcburi köçkün cəlb olunub.

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov bildirib ki, böyük diaqnostik imkanlara və kadr potensialına malik tibb ocaqlarının müntəzəm olaraq bölgələrdə xeyriyyə aksiyalarını keçirməsi Prezident İlham Əliyevin sosial yönümlü siyasətinin bariz nümunəsidir. Azərbaycanda əhalinin sağlamlığının qorunması dövlətin sosial siyasətinin prioritet istiqamətlərindəndir. Bu məqsədlə səhiyyə sistemi təkmiləşdirilir və inkişaf etdirilir, vətəndaşlara keyfiyyətli tibbi xidmət göstərilməsi üçün müxtəlif tədbirlər görülür. Prezident İlham Əliyevin tapşırığı ilə hər il respublika əhalisi hərtərəfli tibbi müayinəyə cəlb olunur. Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin müayinə və müalicəsində Birinci vitse-prezident xanım Mehriban Əliyevanın, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun çox böyük xidmətləri vardır.

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi tərəfindən cari ildə Astara şəhərində, Cəbrayıl rayonunun Cocuq Mərcanlı qəsəbəsində və Füzuli rayonunun Horadiz şəhərində Mərkəzi Gömrük Hospitalının yüksək ixtisaslı həkimləri tərəfindən uşaqların və böyüklərin müayinələrinin edildiyini bildirən Ceyhun Məmmədov, ümumilikdə bu xeyriyyə aksiyalarında 600 nəfərə yaxın insanın diaqnostik tibbi müayinədən keçdiyini diqqətə çatdırıb.

Regionlarda yaşayan uşaqlar arasında ürək xəstəliklərinin erkən aşkarlanması və müalicəsinin vacibliyini vurğulayan Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, ürək-damar cərrahı, Milli Məclisin deputatı, tibb elmləri doktoru Rəşad Mahmudov bildirib ki, Mərkəzi Gömrük Hospitalının yüksək ixtisaslı həkimləri regionlarda yaşayan əhalinin zəruri tibbi xidmətlərlə təminatına dəstək məqsədilə ən yüksək texnologiyalar əsasında onların mütəmadi olaraq müayinələrini həyata keçirir. O, qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya" çərçivəsində keçirilən bu layihə çox böyük əhəmiyyət kəsb edir. Bu gün vaxtında üzə çıxarılmış ürək-damar xəstəliyi və onun aradan qaldırılması yüzlərlə insana sağlamlıq bəxş etmək deməkdir. Cocuq Mərcanlıda müayinələr zamanı ürəklərində mürəkkəb qüsurlar aşkarlanan 7 uşaq H.Əliyev Fondunun dəstəyi ilə Mərkəzi Gömrük Hospitalında əməliyyat olunaraq sağlamlıqlarına qovuşublar.

Tibbi aksiyada iştirak edən Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrinin müşaviri Nəsimi Nərimanov qeyd edib ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə indiyədək Bakı, Gəncə, Şəki, Mingəçevir, Naftalan şəhərlərində, Bərdə və digər rayonlardakı məcburi köçkün qəsəbələrində tibbi müayinələr və qanvermə aksiyaları keçirilib. Tibbi müayinələrə respublikada fəaliyyət göstərən özəl və dövlət xəstəxanalarının yüksək ixtisaslı həkim briqadaları cəlb olunub. Bundan başqa, yerli dövlət qurumları və beynəlxalq təşkilatların iştirakı ilə məcburi köçkünlər üçün ilk tibbi yardım təlimləri də həyata keçirilib.

Qeyd edək ki, Mərkəzi Gömrük Hospitalının həkimləri tərəfindən aparılan müayinələr zamanı EXO, USM, EKQ və digər tibbi avadanlıqlar vasitəsilə səhhətində problem aşkarlanan uşaqların valideynlərinə peşəkar tibbi məsləhətlər verilib və müvafiq müalicələr təyin olunub. Tibbi aksiyanın məqsədi Ağdam rayonunda yaşayan uşaqların ən yüksək texnologiyalar əsasında diaqnostik tibbi müayinəsinə, eləcə də məcburi köçkünlərə yaşadıqları ərazidə yüksək keyfiyyətli səhiyyə xidmətindən istifadə etməsinə imkan yaratmaqdır.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

DGK gömrük postunda yaranan sıxlıqla bağlı məlumat yayıb

DGK bəzi KİV-də yayılan məlumatlara rəsmi aydınlıq gətirib

DGK sədri Yevlax və Ağdaş rayonlarından olan vətəndaşları qəbul edəcək

Zeynab Kazımovaya DGK rəhbərliyi tərəfindən təşəkkür edilib

DGK sədri Biləsuvar gömrük postunda mövcud vəziyyətlə tanış olub

DGK ümumi dəyəri 300 min manat olan alkoqollu içkilər və tütün məmulatları aşkar edib

DGK sədri: Biz dövlət olaraq sahibkarın qanuni ticarətlə məşğul olmasını təşviq etməliyik

DGK avqustda büdcəyə ödənişlərini 20%-ə yaxın artırıb

DGK ölkədən xarici valyuta və zərgərlik məmulatının qanunsuz çıxarılmasının qarşısını alıb

DGK külli miqdarda valyutanın ölkədən çıxarılmasının qarşısını alıb

DGK vətəndaş qəbulu prosesi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib

DGK ölkəyə qanunsuz ehtiyat hissələri və siqaret gətirilməsinin qarşısını alıb (FOTO)

DGK maşında 67 ədəd mobil telefon və dərman preparatları aşkarlayıb (FOTO)

Yeddi ayda DGK büdcəyə 2,4 milyard manatdan çox vəsait köçürüb

DGK iyulda büdcəyə ödənişlərini 28%-dən çox artırıb

DGK “Mazımçay” gömrük postunda yaranan sıxlığa aydınlıq gətirib

DGK maşının yanacaq çənində xeyli sayda pirotexniki vasitə aşkarlayıb

DGK: Avtomobildə gizlədilən müxtəlif markalı ətirlər aşkarlanıb

DGK-nın sədri Koreya Respublikasının Azərbaycandakı səfiri ilə görüşüb

DGK mobil telefonlarla bağlı yayılmış məlumatlara aydınlıq gətirib

12 Noyabr 2019, 13:15 (GMT +4)
Nə Rusiya, nə də ABŞ bölgəni terrorçulardan təmizləyə bilmədi - Ərdoğan

12 Noyabr 2019, 13:12 (GMT +4)
Bir sıra ali məktəblərdə “Vikipediya” Metodik Mərkəzi fəaliyyətə başlayacaq

12 Noyabr 2019, 12:46 (GMT +4)
Şirvan Şəhər İcra Hakimiyyətinə yeni başçı təyin edilib

12 Noyabr 2019, 12:28 (GMT +4)
Türkiyə XİN vətəndaşlarını Boliviyaya səyahət etməməyə çağırıb

12 Noyabr 2019, 12:19 (GMT +4)
Azərbaycanda ilk dəfə 5G şəbəkəsi işə salınıb

12 Noyabr 2019, 12:06 (GMT +4)
Pompeo: ABŞ ruslarla döyüşmək üçün Ukraynaya silah verib

12 Noyabr 2019, 12:04 (GMT +4)
Tramp və Makron telefon bağlantısında Suriya və İranla bağlı məsələləri müzakirə ediblər

12 Noyabr 2019, 11:51 (GMT +4)
Əli Həsənov: Azərbaycan Konstitusiyası ölkənin davamlı inkişafı və tərəqqisinə xidmət göstərir

12 Noyabr 2019, 11:45 (GMT +4)
Əfqanıstan hökumətilə Taliban arasında məhbus və girovların mübadiləsi baş tutub (FOTO)

12 Noyabr 2019, 11:29 (GMT +4)
Morales Meksikanın sığınacaq təklifini qəbul edib

12 Noyabr 2019, 11:05 (GMT +4)
Azərbaycan Ordusunun əməliyyat təlimi başlayıb

12 Noyabr 2019, 11:04 (GMT +4)
Qəzzaya aviazərbələrdən sonra İsrailə onlarla raket atılıb (VİDEO)

12 Noyabr 2019, 10:58 (GMT +4)
Hirkan milli parkında ilk veloyürüş keçirilib (FOTO)

12 Noyabr 2019, 10:55 (GMT +4)
Nazarbayev Putin və Zelenskiyə Qazaxıstanda görüşməyi təklif edib

12 Noyabr 2019, 10:47 (GMT +4)
Qalaaltıda yanğın olub

12 Noyabr 2019, 10:32 (GMT +4)
Birinci vitse-prezident Konstitusiya Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

12 Noyabr 2019, 10:30 (GMT +4)
Çində uşaq bağçasına edilən hücumda 50-dən çox uşaq yaralanıb

12 Noyabr 2019, 10:14 (GMT +4)
İsrail Fələstin hərəkatının bir lideri və onun ailəsini terror edib (FOTO)

12 Noyabr 2019, 10:06 (GMT +4)
Azərbaycanda oktyabr ayı üzrə gündəlik neft hasilatı 718 min barrel olub

12 Noyabr 2019, 10:00 (GMT +4)
Azərbaycanlı startapçı əfsanəvi futbolçu ilə ilkin razılıq əldə edib (FOTO)

12 Noyabr 2019, 09:57 (GMT +4)
Türkiyə Şərqi Aralıq dənizindəki hüquqlarından imtina etməyəcək- Türkiyə XİN

12 Noyabr 2019, 09:51 (GMT +4)
Müqtəda Sədr İraqın daxili məsələlərinə müdaxiləyə görə ABŞ-a xəbərdarlıq edib

12 Noyabr 2019, 09:47 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 23 dəfə pozub

12 Noyabr 2019, 09:27 (GMT +4)
Türkiyə prezidenti ABŞ-a səfər edəcək

12 Noyabr 2019, 09:15 (GMT +4)
Bu gün Azərbaycanda Konstitusiya günü qeyd olunur

12 Noyabr 2019, 09:08 (GMT +4)
İsrail eyni zamanda Dəməşqə və Qəzzaya aviazərbələr endirib - Ölənlər var (FOTO)

12 Noyabr 2019, 09:01 (GMT +4)
Gürcüstanda Peyğəmbərin doğum günü münasibəti ilə bayram tədbirləri keçirlib (FOTOLAR)

11 Noyabr 2019, 17:00 (GMT +4)
Müştəri məmnuniyyəti istiqamətində Azercell daha bir yenilik edib

11 Noyabr 2019, 16:52 (GMT +4)
Kreml Əsədin qohumlarının Moskvada əmlak alması xəbərlərinə münasibət bildirib

11 Noyabr 2019, 16:45 (GMT +4)
İsrail qüvvələri əl-Xəlildə bir fələstinli gənci qətlə yetiriblər (VİDEO)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66