Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Vüsal Qasımlı: Azərbaycan qlobal istedad rəqabətliliyi indeksində MDB-də liderdir

29 Oktyabr 2019, 13:42 (GMT +4)

Bakı, 29 oktyabr, SalamNews. Azərbaycan "Qlobal İstedad Rəqabətliliyi İndeksi 2019" Hesabatında daha 14 pillə irəliləyərək 125 ölkə arasında 43-cü yerdə qərarlaşmaqla Baltik respublikaları istisna olmaqla postsovet məkanında lider mövqedədir.

SalamNews xəbər verir ki, bu hesabatı şərh edən Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı bildirib ki, postsovet məkanında Azərbaycanın ən yaxın izləyiciləri Rusiya 49-cu və Qazaxıstan isə 57-ci yeri tutub: "Azərbaycan bu indeksə görə 2015-2016-cı ildə 71-ci, 2017-ci ildə 66-cı və 2018-ci ildə 56-cı yerdə qərarlaşıb. Azərbaycan qlobal istedad rəqabətliliyi indeksinə görə yuxarı orta gəlirli ölkələr arasında top-3-lükdə qərarlaşmaqla daxil olduğu region - Qərbi Asiya və Şimali Afrika ölkələri arasında 7-cidir.

"Qlobal İstedad Rəqabətliliyi İndeksi" hesabatı altı indikator əsasında hesablanır: İstedada yaradılan şərait, istedadın cəlb edilməsi, istedadın inkişafı, istedadın ölkədə qalmasının təmin edilməsi, peşə və texniki təhsil, yüksək ixtisaslar. Azərbaycan bu indikatorlar üzrə ən yüksək reytinqi peşə və texniki təhsil (25-ci yer) və ən aşağı reytinqi isə istedadın inkişafında (81-ci yer) alıb. Digər indikatorlar üzrə vəziyyətimiz belə olub: İstedada yaradılan şərait 48-ci yer, istedadın cəlb edilməsi 44-cü yer, istedadın ölkədə qalmasının təmin edilməsi 41-ci yer və yüksək ixtisaslar 68-ci yer.

"Qlobal İstedad Rəqabətliliyi İndeksi 2019"da Azərbaycan bir sıra sub-indikatorlarda daha öndə olub: İşə götürmənin asanlığı 1-ci yer, aktiv əmək bazarı siyasəti 32-ci yer, işçi-işəgötürən əməkdaşlığı 30-cu yer, əmək haqqının məhsuldarlığa uyğunluğu 14-cü yer, birbaşa xarici investisiyalar və texnologiya transferi 28-ci yer, istedadların cəlbi 17-ci yer, qadınların liderlik imkanları 34-cü yer, müəssisə daxilində əməkdaşlıq 26-cı yer, müəssisələr arasında əməkdaşlıq 19-cu yer, sosial müdafiə 33-cü yer, istedadların ölkədə saxlanılması 25-ci yer, həkim sıxlığı 26-cı yer, orta təhsilli əmək qüvvəsi 5-ci yer, orta təhsilli əhali 4-cü yer, ixtisaslı işçinin tapılması imkanı 30-cu yer, təhsilin iqtisadiyyata uyğunluğu 33-cü yer, orta təhsilin əmək bazarına uyğunluğu 20-ci yer, ali təhsilin əmək bazarına uyğunluğu 36-cı yer, ali təhsilli əhali 33-cü yer, alimlərin və mühəndislərin əlçatarlığı 23-cü yer.

"Qlobal İstedad Rəqabətliliyi İndeksi 2019" hesabatının məqsədi innovasiya, artım və rəqabətliliyi gücləndirmək üçün fərdlərin və komandaların potensialı və istedadı ətrafında qlobal müzakirə açmaqdır. Xüsusilə sahibkarlıq istedadını araşdıran hesabatda Azərbaycanın öncüllüyü Prezident İlham Əliyevin "qara qızıl"ın insan kapitalına çevrilməsi və sahibkarlığın inkişafı siyasətinin birbaşa nəticəsidir. Təkcə 2019-cu ildə həyata keçirilən iki inqilabi sosial paket birbaşa insan kapitalına qoyulan sərmayədir və Prezidentin siyasətinin mərkəzində insan amilinin olmasını göstərir. Birinci Vitse-Prezident Mehriban Əliyevanın fəaliyyəti Azərbaycanda əldə olunan iqtisadi nailiyyətlərin sosial rifah halının, o cümlədən, insan kapitalının inkişafına yönəldilməsində əhəmiyyətli rol oynayır."

Qeyd edək ki, "Qlobal İstedad Rəqabətliliyi İndeksi 2019" Hesabatı dünyanın lider universitetlərindən olan İNSEAD Biznes Məktəbi, The Adecco Group və Tata Communications tərəfindən hazırlanıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Vüsal Qasımlı: “Koronavirusla mübarizə büdcə”si 1,1 milyard manatı ötür”

Vüsal Qasımlı: Xüsusi karantin pandemiyanın yayılma sürətini azaldır

Vüsal Qasımlı: Azərbaycanda fors-major halda əhalinin ərzaqla təminatı üçün kifayət qədər ehtiyat var

Vüsal Qasımlı: Manatın real effektiv məzənnəsi yüksəlir

Vüsal Qasımlı: Azərbaycanda ÜDM-in artımı son 5 ildə ilk dəfə 2 faizi ötüb

Vüsal Qasımlı: Azərbaycanda e-ticarətin artım sürəti ildə 2 dəfəyə yaxındır

Vüsal Qasımlı: Azərbaycan MDB-də sosial göstəricilərə görə liderdir

Vüsal Qasımlı startapçılarla görüşüb

Vüsal Qasımlı UNDP missiyasını qəbul edib 

Vüsal Qasımlı VİSA İnternational şirkətinin nümayəndə heyətini qəbul edib

Vüsal Qasımlı: Prezident İlham Əliyevin fəaliyyətinin son 1 ili köklü islahatlarla yadda qaldı

Vüsal Qasımlı: Martın 15-dək problemli krediti olanlara kompensasiyanın ödənilməsi ilə bağlı qaydalar təsdiqlənəcək

Vüsal Qasımlı İtaliyada beynəlxalq konfransda çıxış edib

Vüsal Qasımlı Parisdə “Avrasiya həftəsi” tədbirində çıxış edib

Vüsal Qasımlı ölkə başçısı tərəfindən təltif olunub

Vüsal Qasımlı "enterpriseazerbaijan.com" portalını Silikon Vadisində təqdim edib

Vüsal Qasımlı beynəlxalq donor və inkişaf qurumlarının rəhbərləri ilə görüşüb

Vüsal Qasımlı Asiya İnkişaf Bankının nümayəndə heyətini qəbul edib

Vüsal Qasımlı BP-nin nümayəndə heyətini qəbul edib

Vüsal Qasımlı: "2018-ci ildə yeni iqtisadi yüksəliş üçün əsaslar yaradılıb"

28 Mart 2020, 17:40 (GMT +4)
Tədris digər dildə aparılan bölmə üzrə müsahibələr təxirə salınıb

28 Mart 2020, 17:36 (GMT +4)
Nazirlik: Birinci sinfə elektron qeydiyyata yenidən start verilir

28 Mart 2020, 17:15 (GMT +4)
Təhsil Nazirliyində vətəndaş qəbulu aprelin 20-dək dayandırılır

28 Mart 2020, 17:04 (GMT +4)
Mədəniyyət Nazirliyi televiziya kanallarına müraciət edib

28 Mart 2020, 16:52 (GMT +4)
Rusiyada gün ərzində 228 yeni koronavirusa yoluxma qeydə alınıb

28 Mart 2020, 16:34 (GMT +4)
Azərbaycan dənizçiləri "Evdə qal" aksiyasına qoşulublar

28 Mart 2020, 16:31 (GMT +4)
İspaniyada son sutkada koronavirusdan 832 nəfər həyatını itirib

28 Mart 2020, 16:23 (GMT +4)
DMX əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müraciət edib

28 Mart 2020, 16:05 (GMT +4)
Şimali Makedoniya NATO-ya qoşulub

28 Mart 2020, 15:46 (GMT +4)
Prezident İlham Əliyev Bakıda “Yeni klinika”nın açılışında iştirak edib (FOTOLAR)

28 Mart 2020, 15:36 (GMT +4)
Ukraynada koronavirusa yoluxanların sayı 311-ə çatıb

28 Mart 2020, 15:29 (GMT +4)
ABŞ Suriya-İordaniya sərhədində koronavirus adı ilə silahlı birləşmələrə hərbi yardım göndərir – Rusiya

28 Mart 2020, 15:16 (GMT +4)
SOCAR prezidenti Heydər Əliyev adına Neft Emalı Zavodunda olub

28 Mart 2020, 15:02 (GMT +4)
ABŞ koronavirusla mübarizə üçün Azərbaycana 1.7 milyon dollar ayırıb

28 Mart 2020, 14:58 (GMT +4)
Sabah Bakıda 17 dərəcə isti gözlənilir

28 Mart 2020, 14:45 (GMT +4)
Azay Quliyev QHT-lərə və tərəfdaş qurumlara müraciət edib

28 Mart 2020, 14:38 (GMT +4)
AB-nin fəaliyyətsizliyi İtaliyanı qəzəbləndirir

28 Mart 2020, 14:32 (GMT +4)
Ailə TV tibb işçilərini təmənnasız TV və İnternetlə təmin edəcək

28 Mart 2020, 14:27 (GMT +4)
Gənclər Fondu Prezidentin təşəbbüsünə qoşulub

28 Mart 2020, 14:26 (GMT +4)
İranda 35 min koronavirus xəstəsindən 11, 679-u sağalıb

28 Mart 2020, 14:21 (GMT +4)
BP: D230 blokunda seysmik tədqiqat proqramı uğurla başa çatıb

28 Mart 2020, 14:15 (GMT +4)
AZAL Polşanın “LOT” aviaşirkətinin Azərbaycana çarter reysi ilə bağlı məlumatlara aydınlıq gətirib

28 Mart 2020, 14:09 (GMT +4)
Qubada ağac kəsilməsi ilə bağlı rəsmi açıqlama verilib

28 Mart 2020, 13:55 (GMT +4)
Rusiyada koronavirus şübhəsi ilə 166 min nəfər nəzarət altında saxlanılır

28 Mart 2020, 13:40 (GMT +4)
KOBİA-nın dəstəyi ilə onlayn supermarket yaradılıb

28 Mart 2020, 13:33 (GMT +4)
İran koronavirusla mübarizə məqsədilə ölkə büdcəsinin 20 faizi miqdarında pul ayırıb

28 Mart 2020, 13:20 (GMT +4)
ABŞ-da koronavirusa yoluxmuşların sayı 100 mini keçib

28 Mart 2020, 13:13 (GMT +4)
Çin Azərbaycana koronavirusla mübarizə üçün yardım təklif edib

28 Mart 2020, 13:02 (GMT +4)
"BakuBus" avtobuslarında sosial məsafənin gözlənilməsi qaydaları tətbiq edilib

28 Mart 2020, 12:45 (GMT +4)
ABŞ koronavirusla mübarizə üçün Ermənistana 1,1 milyon dollar yardım edəcək

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66