Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

"Gələcəyimiz üçün ağac əkək" devizi altında ağacəkmə kampaniyası keçirilib (FOTOLAR)

26 Oktyabr 2019, 13:54 (GMT +4)

Bakı, 26 oktyabr, SalamNews. Bu gün Təbiətin Mühafizə Cəmiyyətinin təşəbbüsü həmçinin dünyada tanınmış KPMG şirkətinin dəstəyi ilə Bakının Binəqədi rayonunda "Gələcəyimiz üçün ağac əkək" devizi altında növbəti ağacəkmə kampaniyası keçirilib.

SalamNews xəbər verir ki, ekoloji vəziyyətin yaxşılaşdırılması, yaşıllıqların artırılması, ağac əkilməsinin təşviqi məqsədilə keçirilən ağacəkmə kampaniyasında Binəqədi rayon icra hakimiyyətinin, Binəqədi Bələdiyyəsinin, Bakı şəhər Yaşıllaşdırma İdarəsinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə 300-dən çox müxtəlif növ ağac əkilib.

Təbiətin Mühafizə Cəmiyyətinin sədri Zurab İsrafilov müsahibəsində bildirib ki, ekoloji balansın bərpası, təbii mühitin qorunması, atmosferin oksigenlə zənginləşdirilməsi Təbiətin Mühafizə Cəmiyyətinin hər zaman diqqətdə saxladığı ən mühüm məsələlərdəndir. Bu məqsədlə, Cəmiyyət tərəfindən yaşıllaşdırma istiqamətində vacib addımlar atılır, ağacəkmə və digər kampaniyalar uğurla davam etdirilir. Bu gün də Binəqədi rayonunda təşkil edilən ağacəkmə kampaniyasında 300-dən çox ağac əklib. Ümumilikdə isə Təbiətin Mühafizə Cəmiyyəti tərəfindən ölkənin müxtəlif yerlərində on minlərlə müxtəlif cinsli ağac əkilib. Təbiətin Mühafizə Cəmiyyəti bu sosial aksiyanı bundan sonra da davam etdirəcək.

Aksiyaya öz dəstəyini verən "KPMG Azərbaycan" şirkətinin idarəedici partnyoru Murat Karakaş müsahibəsində qeyd edib ki, təmsil etdiyi şirkət hər zaman bu kimi aksiyalara dəstək göstərib. Bu gün Binəqədi rayonu ərazisində keçirilən aksiyada KPMG şirkətinin əməkdaşları aktiv iştirak ediblər. Aksiya zamanı ərazi kənar əşyalardan təmizlənib, quyular qazılıb və ağaclar əkilib. Əkilən ağaclar üzvi gübrə verilərək suvarılıb.

Xatırladaq ki, Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair Kompleks Tədbirlər Planının icrasının təmin edilməsi istiqamətində vacib addımlar atılır. Tədbirlər Planının həyata keçirilməsi ilə əlaqədar Təbiətin Mühafizə Cəmiyyəti tərəfindən yaşıllıqların salınması, bərpası və becərilməsi sahəsinin davamlı inkişafını təmin etmək məqsədilə aparılan işlər sürətlə davam etdirilir. 


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Təbiətin Mühafizə Cəmiyyətinin yeni sədri seçilib (FOTOLAR)

12 Noyabr 2019, 12:46 (GMT +4)
Şirvan Şəhər İcra Hakimiyyətinə yeni başçı təyin edilib

12 Noyabr 2019, 12:28 (GMT +4)
Türkiyə XİN vətəndaşlarını Boliviyaya səyahət etməməyə çağırıb

12 Noyabr 2019, 12:19 (GMT +4)
Azərbaycanda ilk dəfə 5G şəbəkəsi işə salınıb

12 Noyabr 2019, 12:06 (GMT +4)
Pompeo: ABŞ ruslarla döyüşmək üçün Ukraynaya silah verib

12 Noyabr 2019, 12:04 (GMT +4)
Tramp və Makron telefon bağlantısında Suriya və İranla bağlı məsələləri müzakirə ediblər

12 Noyabr 2019, 11:51 (GMT +4)
Əli Həsənov: Azərbaycan Konstitusiyası ölkənin davamlı inkişafı və tərəqqisinə xidmət göstərir

12 Noyabr 2019, 11:45 (GMT +4)
Əfqanıstan hökumətilə Taliban arasında məhbus və girovların mübadiləsi baş tutub (FOTO)

12 Noyabr 2019, 11:29 (GMT +4)
Morales Meksikanın sığınacaq təklifini qəbul edib

12 Noyabr 2019, 11:05 (GMT +4)
Azərbaycan Ordusunun əməliyyat təlimi başlayıb

12 Noyabr 2019, 11:04 (GMT +4)
Qəzzaya aviazərbələrdən sonra İsrailə onlarla raket atılıb (VİDEO)

12 Noyabr 2019, 10:58 (GMT +4)
Hirkan milli parkında ilk veloyürüş keçirilib (FOTO)

12 Noyabr 2019, 10:55 (GMT +4)
Nazarbayev Putin və Zelenskiyə Qazaxıstanda görüşməyi təklif edib

12 Noyabr 2019, 10:47 (GMT +4)
Qalaaltıda yanğın olub

12 Noyabr 2019, 10:32 (GMT +4)
Birinci vitse-prezident Konstitusiya Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

12 Noyabr 2019, 10:30 (GMT +4)
Çində uşaq bağçasına edilən hücumda 50-dən çox uşaq yaralanıb

12 Noyabr 2019, 10:14 (GMT +4)
İsrail Fələstin hərəkatının bir lideri və onun ailəsini terror edib (FOTO)

12 Noyabr 2019, 10:06 (GMT +4)
Azərbaycanda oktyabr ayı üzrə gündəlik neft hasilatı 718 min barrel olub

12 Noyabr 2019, 10:00 (GMT +4)
Azərbaycanlı startapçı əfsanəvi futbolçu ilə razılıq əldə edib (FOTO)

12 Noyabr 2019, 09:57 (GMT +4)
Türkiyə Şərqi Aralıq dənizindəki hüquqlarından imtina etməyəcək- Türkiyə XİN

12 Noyabr 2019, 09:51 (GMT +4)
Müqtəda Sədr İraqın daxili məsələlərinə müdaxiləyə görə ABŞ-a xəbərdarlıq edib

12 Noyabr 2019, 09:47 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 23 dəfə pozub

12 Noyabr 2019, 09:27 (GMT +4)
Türkiyə prezidenti ABŞ-a səfər edəcək

12 Noyabr 2019, 09:15 (GMT +4)
Bu gün Azərbaycanda Konstitusiya günü qeyd olunur

12 Noyabr 2019, 09:08 (GMT +4)
İsrail eyni zamanda Dəməşqə və Qəzzaya aviazərbələr endirib - Ölənlər var (FOTO)

12 Noyabr 2019, 09:01 (GMT +4)
Gürcüstanda Peyğəmbərin doğum günü münasibəti ilə bayram tədbirləri keçirlib (FOTOLAR)

11 Noyabr 2019, 17:00 (GMT +4)
Müştəri məmnuniyyəti istiqamətində Azercell daha bir yenilik edib

11 Noyabr 2019, 16:52 (GMT +4)
Kreml Əsədin qohumlarının Moskvada əmlak alması xəbərlərinə münasibət bildirib

11 Noyabr 2019, 16:45 (GMT +4)
İsrail qüvvələri əl-Xəlildə bir fələstinli gənci qətlə yetiriblər (VİDEO)

11 Noyabr 2019, 16:33 (GMT +4)
Cəlilabad və Masallıda Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəlikləri fəaliyyətə başlayıb

11 Noyabr 2019, 16:21 (GMT +4)
Zaxarova "Ağ dəbilqəlilər"in qurucusunun ölümünə münasibət bildirib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66