Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Rövşən Rzayev: Büdcə gəlirləri məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldilir

26 Oktyabr 2019, 14:26 (GMT +4)

Bakı, 26 oktyabr, SalamNews.“Azərbaycanda sosial-iqtisadi inkişaf göstəriciləri yüksəkdir, onları daha da artırmaq üçün kifayət qədər imkan və potensial var. Prezident İlham Əliyevin yanında keçirilən iqtisadi müşavirədə bu barədə ətraflı danışılıb və dövlətimizin başçısı iqtisadi artımı daha da yüksək rəqəmlərə qaldırmağı, islahatları davam etdirməyi hökumətin qarşısında əsas vəzifə kimi qoyub. Bu zaman mövcud ehtiyatlar aşkar edilməli, büdcə gəlirləri artırılmalı, həmçinin büdcə xərclərinin məqsədyönlülüyü və şəffaflığı təmin olunmalıdır”.

SalamNews-un xəbərinə görə, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin geniş kollegiyasında Dövlət Komitəsinin sədri Rövşən Rzayev deyib.

O qeyd edib ki, dövlət başçısı apardığı sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayandığını bir daha bəyan edib: “Bu baxımdan, dövlətimizin artan imkanları və büdcə gəlirləri əhalinin, o cümlədən cəmiyyətin həssas təbəqəsi olan məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldilir”.

Məcburi köçkünlərin problemlərinin həlli istiqamətində bu il nəzərdə tutulan genişmiqyaslı işlərin davam etdirildiyini, Prezident İlham Əliyevin gələn il görüləcək işlərlə bağlı konkret tapşrıqlar verdiyini bildirən R.Rzayev qarşıya qoyulmuş vəzifələrin vaxtında və yüksək səviyyədə yerinə yetirilməsi üçün bütün imkanların səfərbər olunmasının vacibliyini vurğulayıb.

Kollegiya iclasında Məcburi Köçkünlərin Sosial İnkişafı Fondunun 2019-cu ildə icrası nəzərdə tutulan layihələri üzrə işlərin gedişi barədə Fondun icraçı direktoru Mahir Abbaszadənin, komitənin regional strukturlarının fəaliyyəti və onların işinin təkmilləşdirilməsi tədbirləri, həmçinin məcburi köçkünlərin fərdi uçot sisteminin təkmilləşdirilməsi ilə bağlı görülən işlərin vəziyyəti haqqında barədə komitə sədrinin müavini Fuad Hüseynovun, vahid aylıq müavinətin verilməsi ilə bağlı görülən işlər, yeni salınmış qəsəbələrdə məcburi köçkünlərin məşğulluğun artırılması məsələləri barədə şöbə müdiri Sənan Hüseynovun, büdcə vəsaiti və investiya xərcləri hesabına aparılan təmir-tikinti işlərinin vəziyyəti barədə şöbə müdiri Rövşən Əlvəndovun, Mənzil İstismar Departamentinin balansında olan qəsəbələrdə payız-qış mövsümünə hazırlığın vəziyyəti barədə departamentin direktoru Səbuhi Əhmədovun hesabatları dinlənilib və müzakirə edilib.

Kollegiya gündəlikdə məsələlərlə bağlı qərarlar qəbul edib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

15 Noyabr 2019, 16:08 (GMT +4)
Nazirlik: 259 azərbaycanlı gənc xaricdə təhsil alır

15 Noyabr 2019, 16:00 (GMT +4)
Məktəblilərin Dövlət Qoruğuna ekskursiyaları təşkil edlib

15 Noyabr 2019, 15:49 (GMT +4)
AQTA-nın “Süfrə” jurnalının növbəti sayı çapdan çıxıb

15 Noyabr 2019, 15:39 (GMT +4)
Prezident Rusiyanın Şimali Qafqaz respublikalarından olan bir qrup müsəlman din xadimini qəbul edib

15 Noyabr 2019, 15:36 (GMT +4)
Moldova Parlamenti yeni Nazirlər Kabinetini formalaşdırıb 

15 Noyabr 2019, 15:29 (GMT +4)
BDU-nun bütün əməkdaşlarına 500 manat mükafat veriləcək

15 Noyabr 2019, 15:20 (GMT +4)
“Azərişıq” ölkə ərazisində elektrik təchizatı şəbəkəsini yenidən qurur

15 Noyabr 2019, 15:14 (GMT +4)
Bakıda ilk dəfə startapları əhatə edən beynəlxalq festival keçiriləcək

15 Noyabr 2019, 15:12 (GMT +4)
Çinli bütün gecə telefonda oynadığı üçün kor olub

15 Noyabr 2019, 14:59 (GMT +4)
AQTİ işə qəbul üçün vakansiya elan edir

15 Noyabr 2019, 14:50 (GMT +4)
İcra başçısı Vuqar Zeynalov şəhid ailəsi ilə görüşüb (FOTO)

15 Noyabr 2019, 14:47 (GMT +4)
Çinlə ticarət həcminin 200 milyard dollara qədər artırılması realdır - Putin

15 Noyabr 2019, 14:18 (GMT +4)
Tramp prezident seçkilərində Baydenə qalib gəlmək üçün Ukraynanın köməyini rədd edib

15 Noyabr 2019, 14:10 (GMT +4)
Pərviz Şahbazov Dayanıqlı İnkişaf Məqsədləri üzrə Qazaxıstan sammitində iştirak edib

15 Noyabr 2019, 14:00 (GMT +4)
Ayətullah Sistani iraqlı aksiyaçıları xarici müdaxiləyə imkan verməməyə çağırıb

15 Noyabr 2019, 13:56 (GMT +4)
Azərbaycanda ilk dəfə NET Developerlər Konfransı keçiriləcək

15 Noyabr 2019, 13:46 (GMT +4)
Nensi Pelosi Trampı rüşvət almaqda ittiham edib

15 Noyabr 2019, 13:45 (GMT +4)
“Azərişıq”ın rəhbərliyi Yardımlıda vətəndaşları qəbul edib

15 Noyabr 2019, 13:30 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

15 Noyabr 2019, 13:24 (GMT +4)
Elmar Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərinə gedib

15 Noyabr 2019, 13:20 (GMT +4)
İslam dünyasında azacıq birlik olsaydı bu bəlalar başımıza gəlməzdi - Ayətullah Xamenei

15 Noyabr 2019, 13:15 (GMT +4)
Krımda itkin düşmüş beş yaşlı qız ölü tapılıb

15 Noyabr 2019, 13:08 (GMT +4)
Dünya dini liderlərinin II Sammitinin Bakı Bəyannaməsi qəbul edilib

15 Noyabr 2019, 13:01 (GMT +4)
“Nar”ın sosial layihəsinüfuzlu beynəlxalq müsabiqədə qalib olub

15 Noyabr 2019, 12:53 (GMT +4)
TEAS Press nəşriyyat evinin 5 yaşı tamam olur

15 Noyabr 2019, 12:52 (GMT +4)
DSX: Sərhədboyu ərazilərdə gizlədilən silahlar aşkarlanaraq götürülüb

15 Noyabr 2019, 12:47 (GMT +4)
Kaliforniya məktəbində  16 yaşlı yeniyetmə iki uşağı güllələyib

15 Noyabr 2019, 12:30 (GMT +4)
"AFB Bank"a yeni sədr təyin edilib

15 Noyabr 2019, 12:20 (GMT +4)
Bakıda «HR Summit Baku 2019» beynəlxalq tədbiri baş tutub (FOTOLAR)

15 Noyabr 2019, 12:13 (GMT +4)
Rəsmi Moskva Suriya neftinin oğurlanmasına görə ABŞ-dan BMT-yə şikayət edəcək

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66