Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Azərbaycan Prezidenti İlham Əliyev Kubanın Prezidenti Migel Diaz-Kanel ilə görüşüb (FOTO)

25 Oktyabr 2019, 10:29 (GMT +4)

Bakı, 25 oktyabr, SalamNews.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 24-də Kuba Respublikasının Prezidenti Migel Diaz-Kanel ilə görüşüb.

SalamNews xəbər verir ki, Prezident İlham Əliyev Prezident Migel Diaz-Kaneli qarşıladı.

Dövlət başçıları birgə foto çəkdirdilər.

Sonra Azərbaycan və Kuba prezidentlərinin görüşü oldu.

Prezident İlham ƏLİYEV dedi:

-Cənab Prezident.

Mən Sizi salamlayıram, Azərbaycan xoş gəlmisiniz. Sizin ölkənizin Qoşulmama Hərəkatının Zirvə Görüşündə ən yüksək səviyyədə təmsil olunmasına görə çox şadam. Bu, Qoşulmama Hərəkatında iştiraka Sizin verdiyiniz əhəmiyyətə dəlalət edir. Bildiyiniz kimi, sabahdan Azərbaycan bu çox mühüm beynəlxalq təsisatda sədrliyi öz zərinə götürəcək. Bizim namizədliyimizi yekdilliklə dəstəklədiklərinə görə Kubaya və digər üzv ölkələrə təşəkkürümü bildirmək istərdim. Qoşulmama Hərəkatında cəmi 8 ildən bəri üzv olan ölkə üçün bu, böyük nailiyyət, böyük şərəf və böyük məsuliyyətdir. Bu, həmçinin görüşüb ikitərəfli əməkdaşlıq məsələlərimizi müzakirə etmək üçün yaxşı imkandır.

İlk növbədə, Sizi Kuba Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə təbrik etmək və bu məsuliyyətli vəzifədə Sizə uğurlar diləmək istərdim. Əminəm ki, birgə səylərimizlə ikitərəfli münasibətlərimizi inkişaf etdirmək üçün əlimizdən gələni edəcəyik. Biz beynəlxalq məkanlarda, o cümlədən BMT-də, Qoşulmama Hərəkatında aktiv qarşılıqlı fəaliyyət göstəririk. Lakin bu gün bizim iqtisadi göstəricilərimizlə tanış oldum və əlbəttə, bu göstəricilər bizi qane edə bilməz. Fikrimcə, iki ölkə arasında əmtəə dövriyyəsini artırmaq üçün imkanlar çoxdur. Əlbəttə, humanitar sahədə, turizm, idman sahələrində əməkdaşlığı da inkişaf etdirməyi çox istəyirik. Buna görə düşünürəm ki, əlaqələrimizin gündəliyi genişlənməli, biz qarşılıqlı faydalı əməkdaşlıq formalarını axtarıb tapmağa çalışmalıyıq. Düşünürəm ki, Sizin Azərbaycana səfəriniz çərçivəsində biz qarşılıqlı fəaliyyət yollarını müəyyənləşdirəcək, əlaqələrimizin inkişafına yaxşı təkan verəcəyik. Bir daha Azərbaycana xoş gəlmisiniz.

Kuba Prezidenti Migel Diaz-KANEL dedi:

-Hörmətli Prezident Əliyev.

Sizin gözəl ölkənizdə olmaq bizim üçün çox xoşdur və bunu özümüzə böyük şərəf sayırıq. Bizə vaxt ayırdığınıza görə Sizə təşəkkürümüzü bildirmək istərdik, çünki bizi məhz buraya gəldiyimiz gün qarşılamısınız. Sizin işinizin gərgin, gündəliyinizin zəngin və geniş olduğunu bilirik. İlk növbədə, Sizi 2019-cu ildən 2022-ci ilə qədər Qoşulmama Hərəkatında sədrlik etməyiniz münasibətilə təbrik etmək istərdik.

Azərbaycan həm də dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün keçirildiyi yerdir. Onu da qeyd etmək istərdim ki, Siz Hərəkatın sədri olduğunuz müddətdə Kubanın hərtərəfli dəstəyinə bel bağlaya bilərsiniz. Beynəlxalq gündəlik məsələsində Kuba ilə Azərbaycanın baxışları ümumidir, üst-üstə düşən məqamlar çoxdur. Bizim qarşımızda birlikdə Qoşulmama Hərəkatı çərçivəsində birliyi qoruyub saxlamaq məqsədi durur. Biz həm də bir fikri dəstəkləmək istəyirik ki, Qoşulmama Hərəkatı fikirlərin razılaşdırılması, dialoqun dəstəklənməsi üçün münasib məkan olmalıdır. Biz bilirik ki, Siz sədrliyi çox mürəkkəb siyasi şəraitdə həyata keçirəcəksiniz. Lakin biz Sizi hərtərəfli dəstəkləyəcəyik. Kuba bütün münaqişələrin sülh, dialoq və danışıqlar yolu ilə həll edilməsinin tərəfdarıdır.

Bizim xalqlarımız və ölkələrimiz arasında münasibətlər tarixi və ənənəvi münasibətlərdir. Siyasi dialoq müsbət və sabitdir. Bu münasibətlərin mənbəyi məhz Kubanın Ali Baş Komandanı Fidel Kastro Rus və Azərbaycanın ümummilli lideri Heydər Əliyev arasında yaranmış dostluqdur. Biz Bakıya gələn kimi Heydər Əliyevin xatirəsini ehtiramla yad etdik. Buna görə də Sizinlə razıyam ki, biz siyasi dialoqu dəstəkləmək və ticarət mübadiləsini yaxşılaşdırmaq üçün nə mümkündürsə edə bilərik. Siyasi dialoqla əlaqədar deyə bilərəm ki, son illərdə Xarici İşlər nazirləri arasında və başqa səviyyələrdə mübadilələr olub, digər nazirlər Azərbaycana və Sizin nazirlər Kubaya səfərlər ediblər. Mən Sizə ordu generalı Raul Kastro Rusdan salam gətirmişəm.

Kuba Prezidenti ticari-iqtisadi, səhiyyə, təhsil, elm, humanitar, mədəniyyət, biotexnologiyalar, idman sahələrində əməkdaşlıq məsələlərinə toxundu, ölkəsinin azərbaycanlı sahibkarların investisiyalarına açıq olduğunu vurğuladı. Azərbaycanda neft-qaz sahəsində əldə olunan uğurları yaxından izlədiklərini deyən Kuba dövlətinin başçısı sovet dövründə 240-dan çox kubalı mütəxəssisin məhz Bakıda təhsil aldıqlarını xatırlatdı.

Prezident İlham ƏLİYEV dedi:

-Çox sağ olun. İlk növbədə, Sizdən xahiş etmək istərdim ki, ən xoş arzularımı və səmimi salamlarımı general Raul Kastro Rusa çatdırasınız. Azərbaycan dövlətçiliyinin təməlini qoymuş Heydər Əliyevin xatirəsinə hörmətinizə görə də Sizə təşəkkür edirəm. Siz qeyd etdiyiniz kimi, sovet dövründə Heydər Əliyevlə böyük komandan Fidel Kastro Rus arasında çox səmimi, dərin hörmətə və etimada əsaslanan münasibətlər yaranmışdı. Biz də sizin ölkənizlə bütün istiqamətlərdə fəal qarşılıqlı əlaqə saxlamaq əzmindəyik. Siz qeyd etdiyiniz kimi, Xarici İşlər nazirlərinin qarşılıqlı səfərləri baş tutub, bu isə siyasi əlaqələrin yüksək səviyyədə olduğunu təsdiqləyir.

Əminəm ki, Sizin səfərinizdən sonra həm bizim, həm də sizin tərəfdən ölkələrimiz arasında əmtəə dövriyyəsini artırmaq üçün qarşılıqlı iqtisadi əlaqələrin formalarını tapmaq barədə iqtisadi bloka müvafiq tapşırıqlar veriləcək. Fikrimcə, investisiya siyasəti əməkdaşlığımızın istiqamətlərindən biri ola bilər. Azərbaycan artıq bir sıra ölkələrdə iri investisiya layihələri reallaşdırıb. Bu istiqamətdə yaxşı təcrübəmiz var. İdman sahəsində əməkdaşlığı Siz də qeyd etdiniz və bizim kubalı dostlarımızın bəziləri Azərbaycan klublarının tərkibində idman yarışlarında iştirak edirlər. Səhiyyə sahəsində sizinlə əməkdaşlıq bizim üçün çox maraqlıdır. Siz bu sahədə ən yüksək dünya səviyyəli böyük nəticələr əldə etmisiniz. Bizim üçün bu sahə prioritetdir. Buna görə də düşünürəm ki, əməkdaşlıq çoxplanlı ola bilər və kadrların hazırlanmasının keyfiyyətini, müəyyən müştərək layihələrin həyata keçirilməsini də əhatə edə bilər.

Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi üzv ölkələr arasında həmrəyliyin möhkəmlənməsi üçün nə mümkündürsə edəcək. Biz Bandunq prinsiplərinə sadiqik, bu prinsiplər bizim xarici siyasətimizin əsas istiqamətləri ilə tam üst-üstə düşür. Ölkələrin suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə hörmət həm Bandunq prinsiplərinin, həm də beynəlxalq hüququn əsasını təşkil edir. Əlbəttə, Azərbaycan beynəlxalq hüququn pozulmasından əziyyət çəkmiş ölkə kimi təbii ki, beynəlxalq arenada beynəlxalq hüququn aliliyinin, ölkələrin ərazi bütövlüyünə və suverenliyinə hörmətin tərəfdarıdır. Bizdə Qoşulmama Hərəkatının üzvü olan bütün ölkələrlə qarşılıqlı hörmətə əsaslanan çox səmərəli münasibətlər yaranıb. Bunun əyani sübutu bizim bütün 120 ölkə tərəfindən yekdilliklə Qoşulmama Hərəkatına sədr seçilməyimizdir. Həmçinin 155 ölkənin dəstəyi ilə Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsində Qoşulmama Hərəkatının üzvləri böyük rol oynayıblar. Hərəkatda sədrlik böyük məsuliyyətdir. Mən əminəm ki, biz bu vəzifənin öhdəsindən gələcəyik və üzv ölkələrlə, o cümlədən Sizin ölkənizlə ikitərəfli əlaqələri fəal inkişaf etdirəcəyik.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

İlham Əliyev: Şuşaya gedən yol Xocavənd rayonunun bir hissəsindən keçəcək

İlham Əliyev: Paşinyana dedim ki, sənin 7 şərtini zibil yeşiyinə atıram

Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib (VİDEO)

Prezident İlham Əliyev Vladimir Putinlə Qarabağdakı vəziyyəti müzakirə edib

Prezident İlham Əliyev: Kim bizə irad tuta bilər? Məscidləri bağlayan? (VİDEO)

İlham Əliyev: Bizə mənəvi və siyasi dəstək verən mənim qardaşım Rəcəb Tayyib Ərdoğan olub

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində olublar

İlham Əliyev və Mehriban Əliyeva Ağdam Cümə məscidində olublar (VİDEO)

Prezident İlham Əliyev: Ermənistan İran üzərindən silah gətirə bilməyib

Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunması münasibətilə Azərbaycan xalqını təbrik edib

Prezident İlham Əliyev Niderlandın yeni səfirinin etimadnaməsini qəbul edib

İlham Əliyev Xudafərin körpüsündə Azərbaycan bayrağını qaldırıb

İlham Əliyev və Mehriban Əliyevanın Füzuli və Cəbrayıl səfərindən görüntülər yayımlanıb (FOTO)

İlham Əliyev və Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayılda olublar (VİDEO)

Milli Məclis Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan xalqına müraciət qəbul edib

Milli Məclis Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan xalqına müraciət qəbul edib

İlham Əliyev : Düşmənin vurduğu maddi-mənəvi ziyan hesablanacaq

İlham Əliyev və Mehriban Əliyeva 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşüblər

İlham Əliyev: Türkiyə rəsmi qaydada münaqişənin həlli və atəşkəsə nəzarət işində rol oynayacaq

İlham Əliyev: Bu bəyanatda Dağlıq Qarabağın statusu haqqında bir kəlmə də yoxdur

25 Noyabr 2020, 18:05 (GMT +4)
Çempionlar Liqasında 1/8 finala ilk 4 vəsiqənin sahibi bilinib

25 Noyabr 2020, 18:05 (GMT +4)
Cavid Qurbanov Kəlbəcər rayonunun azad olunması münasibətilə kəlbəcərliləri təbrik edib

25 Noyabr 2020, 18:03 (GMT +4)
ƏƏSMN müharibədə yaralanmış Elçin Səmədovun ailəsinə ev tikilməsini öhdəsinə götürüb

25 Noyabr 2020, 17:53 (GMT +4)
BNA: Paytaxtda bəzi yerlərdə parklanmanın pulsuz olması tıxaca səbəb olur

25 Noyabr 2020, 17:43 (GMT +4)
Azərbaycanın 4 idmançısı dopinqə görə cəzalandırılıb

25 Noyabr 2020, 17:25 (GMT +4)
Azərbaycanın azad edilmiş ərazilərindəki aeroportlar ICAO reyestrinə daxil ediləcək

25 Noyabr 2020, 17:09 (GMT +4)
Vəkillər Kollegiyasının onlarla əməkdaşı koronavirusa yoluxub

25 Noyabr 2020, 16:55 (GMT +4)
Füzuli, Cəbrayıl, Xocavənd, Qubadlı, Zəngilan və Şuşada qələbə tədbirləri keçirilib

25 Noyabr 2020, 16:48 (GMT +4)
BƏƏ Türkiyə və İran da daxil olmaqla 13 ölkənin vətəndaşlarına viza verməyi dayandırıb

25 Noyabr 2020, 16:40 (GMT +4)
Astarada çayda batan şəxsin meyiti tapılıb

25 Noyabr 2020, 16:25 (GMT +4)
Qubada postda saxlanılan şəxsdən narkotik götürülüb

25 Noyabr 2020, 16:17 (GMT +4)
Qubada karantin rejimini pozaraq fəaliyyət avtomobil təmiri sexləri aşkarlanıb

25 Noyabr 2020, 15:57 (GMT +4)
Bölmələrimizin Kəlbəcər rayonuna daxil olmasının növbəti görüntüləri yayılıb (VIDEO)

25 Noyabr 2020, 15:47 (GMT +4)
Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun layihəsi hazırlanıb

25 Noyabr 2020, 15:40 (GMT +4)
Səfərbərliyə cəlb edilən tələbələrə akademik məzuniyyət veriləcək

25 Noyabr 2020, 15:24 (GMT +4)
Bərdədən Ağdama dəmir yolu xətti çəkiləcək

25 Noyabr 2020, 15:24 (GMT +4)
İranda koronavirusa yoluxmada rekord rəqəm qeydə alınıb

25 Noyabr 2020, 15:11 (GMT +4)
Türkiyə istehsalı koronavirus peyvəndi aprel ayında istifadəyə verilə bilər

25 Noyabr 2020, 14:50 (GMT +4)
“AzerGold” QSC-nin fəaliyyəti nəticəsində indiyədək ölkə iqtisadiyyatına 527 milyon manatdan çox vəsait cəlb edilib

25 Noyabr 2020, 14:30 (GMT +4)
Sabah yağış yağacaq

25 Noyabr 2020, 14:11 (GMT +4)
Mehriban Əliyeva Kəlbəcərin azad olunması münasibətilə xalqı təbrik edib

25 Noyabr 2020, 14:01 (GMT +4)
İran ABŞ-ın növbəti hökumətinə nikbin deyil – Mahmud Vaizi

25 Noyabr 2020, 13:58 (GMT +4)
Ərdoğan: “Kəlbəcər də işğaldan azad edilib, artıq Qarabağda Azərbaycan bayrağı dalğalanır”

25 Noyabr 2020, 13:43 (GMT +4)
Naxçıvanda yeni bank hesablarının sayı 30 % artıb

25 Noyabr 2020, 13:28 (GMT +4)
İlham Əliyev: Şuşaya gedən yol Xocavənd rayonunun bir hissəsindən keçəcək

25 Noyabr 2020, 13:16 (GMT +4)
XİN başçısı: Evlərimizə qayıdacaq, dağılan yurdumuzun hər qarışını dirçəldəcəyik

25 Noyabr 2020, 13:13 (GMT +4)
Azərbaycan millisinin daha 2 güləşçisi koronavirusa yoluxub

25 Noyabr 2020, 13:00 (GMT +4)
“AzerGold” indiyədək ölkə iqtisadiyyatına 527 milyon manat vəsait cəlb edib

25 Noyabr 2020, 12:57 (GMT +4)
Fransada koronavirusdan ölənlərin sayı 50 mini keçib

25 Noyabr 2020, 12:50 (GMT +4)
İlham Əliyev: Paşinyana dedim ki, sənin 7 şərtini zibil yeşiyinə atıram

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66