Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İDMAN

Qurban Qurbanov: Hesabda geri olsaq da, sona kimi soyuqqanlı oynadıq

25 Oktyabr 2019, 11:27 (GMT +4)

Bakı, 25 oktyabr, SalamNews.Hamımız üçün maraqlı oyun oldu. Meydanda yaxşı mübarizə və qollar var idi. Azarkeş də bunun üçün stadiona gəlir. Bu matç bütün komandaya çox şey verdi. Hesabda geri olsaq da, sona kimi soyuqqanlı çıxış etdik. Futbolçuları təbrik edirəm. Möhtəşəm azarkeşlər var idi. Bu gün tam birlik gördüm.

SalamNews xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının qrup mərhələsinin üçüncü turunda Kiprin APOEL klubu ilə heç-heçə (2:2) etdikləri oyundan sonra təşkil olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, epizodları sağa-sola xərcləməyiblər: “Rəqibin müdafiədəki oyununu nəzərə almaq lazımdır. Bir, iki epizod istisna, digərləri mübarizə şəraitində idi. Həmin anda dəqiq zərbə vurmaq asan deyil. Mahir Emreli hazırda formada deyil. Zədədən yeni qayıdıb. Yaxşı oynadıq və qol epizodları yaratdıq. Hər oyun hansısa oyunçumuz fərqlənə bilər. Daha sərrast olmaları üçün futbolçuların üzərində işləyirik”.

Təcrübəli məşqçi oyundan razı qaldığını sözlərinə əlavə edib: “Bu rəqibə son matçda uduzmuşduq. Bu gün isə hesabda geri düşdük və geridönüş etmək çətin idi. Başqa kollektivə qarşı bəlkə də asan olardı. Fasilədə danışdıq ki, hamı soyuqqanlı olmalıdır. Hazırlaşdığımız oyunu göstərə bildik. Bu baxımdan razı qaldım.

Q.Qurbanov qarşılaşmada dəyişikliklərdən istifadə etməməsindən də danışıb: “Matçın gedişində dəyişiklik barədə düşündüm. Ancaq elə oldu ki, buna ehtiyac duymadım. Bəzən belə oyunlarda stress daha çox olur. Ehtiyat etdim ki, oyunumuz pozula bilər. Rəqib də bu gün fərqli çıxış etdi”.

Məşqçi qrupdan çıxmaq şansları barədə də fikirlərini bölüşərək deyib ki, hazırda hər üç komandanın şansı var: “Görünən odur ki, hər şey son oyunda bəlli olacaq. Hazırda öndəyiksə, çalışacağıq ki, bunu qoruyub saxlayaq. Hansısa kollektivin daha şanslı olduğunu deyə bilmərəm. Hər zaman öz oyunumuzu daha da yaxşılaşdırmaq istəmişəm. Ev matçı ilə səfər oyunu tam fərqli olur. Evdəki komandanın hücum etmək şansı daha çox olur”.

Q.Qurbanov kapitan Rəşad Sadıqovun çıxışı barədə də danışıb: “Futbolda səhvsiz oyunçu olmur. Oyunçularımızın qədrini bilməliyik. Bir epizodla futbolçuya qiymət vermək heç də düzgün deyil. Birinci qolda top Maksim Medvedevin belinə dəydi və qapıya daxil oldu. Yaxşı ki, Rəşada dəyməyib. Onun qədrini bilməliyik. Belə fikirlər məni narahat etmir. Oyunçularla daim ünsiyyətdə oluruq. Onlara tövsiyələr etmişəm ki, belə söz-söhbətlər işimizə mane olmasın. Azarkeşin haqqıdır, məni də istefaya səsləyə bilər. Deyə bilərlər ki, karyerasını başa vursun. Bütün fikirlərə hörmətlə yanaşıram. Emosional olaraq belə fikirlər səsləndirə bilərlər, amma hamısının bizimlə olduğunu bilirəm”.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Qurban Qurbanov: Biz qorxaq deyilik, meydandan qaçmarıq

Qurban Qurbanov: Çətin və vacib qələbə qazandıq

Qurban Qurbanov Azərbaycan milli komandası ilə yollarını ayırıb

Qurban Qurbanov yığma komandaların məşqçi və inzibati heyəti ilə görüşüb

Qurban Qurbanov növbəti rekorda imza atıb

Qurban Qurbanov iki futbolçunu Azərbaycan millisinin heyətindən çıxarıb

Qurban Qurbanov: Uğurlu nəticə qazanmaq üçün meydanda bütün gücümüzü sərf edəcəyik

Qurban Qurbanov: Futbolçularımız meydanda istədiklərini edə bildilər

Qurban Qurbanov: Heyətin formalaşdırılması üçün daim axtarışdayıq

Qurban Qurbanov: Oyundan razı, nəticədən isə narazı qaldım

Qurban Qurbanov Azərbaycan millisinin baş məşqçisi təyin olunub

Komandamın oyunundan razı qaldım - Qurban Qurbanov

"Roma" ilə oyuna yaxşı hazırlaşmışıq - Qurban Qurbanov

Qurban Qurbanov: Qrupdakı rəqiblərimiz ən güclü çempionatların təmsilçiləridir

Qurban Qurbanov: Bu qələbə münasibətilə bütün Azərbaycan xalqını təbrik edirəm

UEFA Qurban Qurbanova təşəkkür məktubu göndərib

Qurban Qurbanov: "Biz ən yaxşı oyunumuzu ortaya qoymağa çalışacağıq"

Qurban Qurbanov: “Tottenham”la matçımız bizim üçün böyük təcrübədir”

Qurban Qurbanov: "Belə güclü rəqiblərin Bakıya gəlməsi azarkeşlər üçün maraqlı olacaq"

Qurban Qurbanov: "Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmaq bizim üçün əsas vəzifə idi"

21 Noyabr 2019, 18:00 (GMT +4)
Sumqayıt Şəhər İcra Hakimiyyətinə 6 milyon manat ayrılıb

21 Noyabr 2019, 17:50 (GMT +4)
İdman Jurnalistikası magistr proqramının tələbələri Böyük Britaniyada səfərdədirlər

21 Noyabr 2019, 17:48 (GMT +4)
Türkiyə Suriyanın şimalında təhlükəsizlik zonası yaradıldığını elan edib

21 Noyabr 2019, 17:30 (GMT +4)
Prezident İlham Əliyev Bolqarıstanın Daxili İşlər nazirini qəbul edib

21 Noyabr 2019, 17:27 (GMT +4)
Nazir müavini ŞƏT üzv dövlətlərin iclasında iştirak edib

21 Noyabr 2019, 17:22 (GMT +4)
Laos-Tayland sərhədində zəlzələ baş verib

21 Noyabr 2019, 17:21 (GMT +4)
Sumqayıt şəhər stadionunun yenidən qurulması üçün 5 milyon manat ayrılıb

21 Noyabr 2019, 17:16 (GMT +4)
İsrail körfəz ərəb dövlətlərilə «müharibənin olmaması» razılaşmasını imzalamaq istəyir

21 Noyabr 2019, 16:59 (GMT +4)
“Qala Sığorta”nın yığım portfeli kəskin artıb

21 Noyabr 2019, 16:52 (GMT +4)
Azərbaycanda ilk platforma şirkəti yaradılıb

21 Noyabr 2019, 16:51 (GMT +4)
Dövlət Dumasının deputatı: Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır

21 Noyabr 2019, 16:45 (GMT +4)
Rəşid Rəsulov yeni vəzifəyə təyin edilib

21 Noyabr 2019, 16:36 (GMT +4)
Zakir Fərəcov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

21 Noyabr 2019, 16:26 (GMT +4)
Azərbaycanda kənd təsərrüfatının istehsalı 7%-dən çox artıb

21 Noyabr 2019, 16:17 (GMT +4)
Sumqayıtda yeni “ASAN xidmət” mərkəzinin tikintisinə 1 milyon manat ayrılıb

21 Noyabr 2019, 16:14 (GMT +4)
Beynəlxalq ikili diplom proqramlarının keçiriləcəyi xarici təhsil müəssisələrinin seçim qaydaları təsdiqlənib

21 Noyabr 2019, 16:05 (GMT +4)
Birinci vitse-prezident Moskvada naməlum əsgərin məzarını ziyarət edib (FOTOLAR)

21 Noyabr 2019, 16:01 (GMT +4)
İranda internet xidməti 5 gün dayandırıldıqdan sonra yenidən bərpa edilib

21 Noyabr 2019, 15:45 (GMT +4)
AzTU ərəb ölkələrində daha da yaxından tanıdılacaq

21 Noyabr 2019, 15:38 (GMT +4)
Yunanıstandan qovulan miqrantlara Türkiyədə tibbi yardım göstərilib

21 Noyabr 2019, 15:23 (GMT +4)
"Barış Pınarı" əməliyyatı çərçivəsində 1200-ə qədər terrorçu zərərsizləşdirilib - nazir

21 Noyabr 2019, 15:15 (GMT +4)
Azərbaycanda tələbə qızlar zəhərlənib, ölən var

21 Noyabr 2019, 15:08 (GMT +4)
Bakı Mühəndislik Universitetində beynəlxalq seminar keçirilir

21 Noyabr 2019, 15:05 (GMT +4)
Gürcüstanın Azərbaycana 7 milyon dollara yaxın borcu var

21 Noyabr 2019, 14:58 (GMT +4)
ABŞ-da prezidentiliyə namizəd Yəmənə görə Səudiyyənin cəzalandırılmasını istəyib

21 Noyabr 2019, 14:55 (GMT +4)
Sumqayıtda Muğam Mərkəzi istifadəyə verilib

21 Noyabr 2019, 14:52 (GMT +4)
BANM məzunları Azərbaycanı ABŞ-da qlobal yarışmada uğurla təmsil edib

21 Noyabr 2019, 14:38 (GMT +4)
Lavrov Pompeonun Fələstin-İsrail nizamlanmasına dair açıqlamalarını pisləyib

21 Noyabr 2019, 14:36 (GMT +4)
Ali təhsil sisteminin beynəlxalq rəqabətliliyi üzrə dövlət proqramının idarəetmə qrupu yaradılıb

21 Noyabr 2019, 14:28 (GMT +4)
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66