Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İDMAN

AMADA-nın direktoru Avropa Şurasının gender bərabərliyi üzrə məruzəçisi seçilib

24 Oktyabr 2019, 16:46 (GMT +4)

Bakı, 24 oktyabr, SalamNews. Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli Avropa Şurasının gender bərabərliyi üzrə məruzəçisi seçilib.

SalamNews xəbər verir ki, bu qərar çərşənbə günü Strasburq şəhərində keçirilən Avropa Şurasının Ümumdünya Antidopinq Agentliyi ilə iş üzrə xüsusi komitəsinin (CAHAMA) 48-ci iclasında qəbul edilib.

Avropa Şurasının hökumətlərarası orqanları və digər strukturları çərçivəsində təyin edilən gender bərabərliyi üzrə məruzəçilər tərkibində olduqları müvafiq orqan və ya strukturun işinə, siyasətinə, proqram və fəaliyyətlərinə gender bərabərliyi konsepsiyasının daxil edilməsi yollarının müəyyənləşdirilməsi istiqamətində fəaliyyət göstərirlər. Ş.Hüseynli CAHAMA-nın işində gender bərabərliyi prinsiplərinin tədbiq edilməsi üzərində işləyəcək.

“Antidopinq təşkilatlarının başlıca məqsədi ədalətli idman və bütün idmançılar üçün bərabər hüquqlar, imkanlar naminə mübarizədən ibarətdir. Gender tarazlığını təmin etmədən bu məqsədə nail olmaq mümkün deyil. Kişilər və qadınlar arasında mövcud olan bərabərsizlik problemi idman dünyası üçün də aktualdır“, - Ş.Hüseynli iclasda çıxış edərək bildirib.

2019-cu ilin mayında Ş.Hüseynli Avropa Şurasının “idmançıların ədalət mühakiməsinə maneəsiz çıxışının təmin edilməsi” üzrə xüsusi işçi qrupunun sədr müavini seçilib. Qrupun əsas məqsədi antidopinq qaydalarının tətbiqi zamanı idmançıların hüquqlarının səmərəli müdafiəsi və onların ədalət mühakiməsinə maneəsiz çıxışının təmin edilməsidir. Bu müddət ərzində Azərbaycan tərəfi dopinqə qarşı mübarizə zamanı insan hüquqlarının qorunması sahəsində bir sıra tədbir həyata keçirib və bir sıra təklif irəli sürüb.

Avropa Şurasının Antidopinq Konvensiyası 1989-cu ildə qəbul edilib. Azərbaycan bu sənədi 2002-ci ildə imzalayıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

AMADA EYOF-da dopinq nümunələrinin toplanmasını təmin edəcək

Tatarıstanda nəşr edilmiş Quran Türkiyədə  yoxlamadan uğurla keçib

İki gün bombalamadan sonra İsrail atəşkəsə razılıq verib

"Balıq ovlamadan davamlı akvakulturaya doğru" mövzusunda konfrans keçiriləcək

Qida məhsulları risk əsaslı yoxlamadan keçiriləcək - Mansur Piriyev

Vergidən yayınma və əmək müqaviləsi bağlamadan vətəndaşların işə cəlb edilməsi halları aşkar edilib

Baramada daha bir yenilik

AMADA jurnalistlər arasında müsabiqə elan edib

Rafal Pixota: “AMADA qısa zamanda böyük naliyyətlər əldə edib”

Baxış zamanı çamadandan "beşbarmaq" aşkar edilib - DGK

Hamada törədilən terror aktı nəticəsində 2 nəfər ölüb, 9 nəfər yaralanıb

AFFA ilə AMADA arasında qarşılıqlı anlaşma haqqında memorandum imzalanıb

Alabamada baş vermiş atışmada 12 nəfər yaralanıb

AMADA-nın yeni binasının açılış mərasimi olub

Tramp yeni fərmanların imzalanması mərasimini sənədləri imzalamadan tərk edib (VİDEO)

Panamada dərəyə yuvarlanan avtobus çaya düşüb, 15-dən çox insan ölüb

Suriya HHQ Hamadan şimalda “ən-Nusrə” səhra komandirini məhv edib

ABŞ-ın nüvə çamadanını kimin əlində saxladığı məlum olub (FOTO)

Tramp Obamadan pis olmayacaq - Venesuela prezidenti 

Suriya ordusu Hamada bir sıra rayonlar üzərində nəzarəti geri qaytarıb

21 Noyabr 2019, 18:00 (GMT +4)
Sumqayıt Şəhər İcra Hakimiyyətinə 6 milyon manat ayrılıb

21 Noyabr 2019, 17:50 (GMT +4)
İdman Jurnalistikası magistr proqramının tələbələri Böyük Britaniyada səfərdədirlər

21 Noyabr 2019, 17:48 (GMT +4)
Türkiyə Suriyanın şimalında təhlükəsizlik zonası yaradıldığını elan edib

21 Noyabr 2019, 17:30 (GMT +4)
Prezident İlham Əliyev Bolqarıstanın Daxili İşlər nazirini qəbul edib

21 Noyabr 2019, 17:27 (GMT +4)
Nazir müavini ŞƏT üzv dövlətlərin iclasında iştirak edib

21 Noyabr 2019, 17:22 (GMT +4)
Laos-Tayland sərhədində zəlzələ baş verib

21 Noyabr 2019, 17:21 (GMT +4)
Sumqayıt şəhər stadionunun yenidən qurulması üçün 5 milyon manat ayrılıb

21 Noyabr 2019, 17:16 (GMT +4)
İsrail körfəz ərəb dövlətlərilə «müharibənin olmaması» razılaşmasını imzalamaq istəyir

21 Noyabr 2019, 16:59 (GMT +4)
“Qala Sığorta”nın yığım portfeli kəskin artıb

21 Noyabr 2019, 16:52 (GMT +4)
Azərbaycanda ilk platforma şirkəti yaradılıb

21 Noyabr 2019, 16:51 (GMT +4)
Dövlət Dumasının deputatı: Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır

21 Noyabr 2019, 16:45 (GMT +4)
Rəşid Rəsulov yeni vəzifəyə təyin edilib

21 Noyabr 2019, 16:36 (GMT +4)
Zakir Fərəcov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

21 Noyabr 2019, 16:26 (GMT +4)
Azərbaycanda kənd təsərrüfatının istehsalı 7%-dən çox artıb

21 Noyabr 2019, 16:17 (GMT +4)
Sumqayıtda yeni “ASAN xidmət” mərkəzinin tikintisinə 1 milyon manat ayrılıb

21 Noyabr 2019, 16:14 (GMT +4)
Beynəlxalq ikili diplom proqramlarının keçiriləcəyi xarici təhsil müəssisələrinin seçim qaydaları təsdiqlənib

21 Noyabr 2019, 16:05 (GMT +4)
Birinci vitse-prezident Moskvada naməlum əsgərin məzarını ziyarət edib (FOTOLAR)

21 Noyabr 2019, 16:01 (GMT +4)
İranda internet xidməti 5 gün dayandırıldıqdan sonra yenidən bərpa edilib

21 Noyabr 2019, 15:45 (GMT +4)
AzTU ərəb ölkələrində daha da yaxından tanıdılacaq

21 Noyabr 2019, 15:38 (GMT +4)
Yunanıstandan qovulan miqrantlara Türkiyədə tibbi yardım göstərilib

21 Noyabr 2019, 15:23 (GMT +4)
"Barış Pınarı" əməliyyatı çərçivəsində 1200-ə qədər terrorçu zərərsizləşdirilib - nazir

21 Noyabr 2019, 15:15 (GMT +4)
Azərbaycanda tələbə qızlar zəhərlənib, ölən var

21 Noyabr 2019, 15:08 (GMT +4)
Bakı Mühəndislik Universitetində beynəlxalq seminar keçirilir

21 Noyabr 2019, 15:05 (GMT +4)
Gürcüstanın Azərbaycana 7 milyon dollara yaxın borcu var

21 Noyabr 2019, 14:58 (GMT +4)
ABŞ-da prezidentiliyə namizəd Yəmənə görə Səudiyyənin cəzalandırılmasını istəyib

21 Noyabr 2019, 14:55 (GMT +4)
Sumqayıtda Muğam Mərkəzi istifadəyə verilib

21 Noyabr 2019, 14:52 (GMT +4)
BANM məzunları Azərbaycanı ABŞ-da qlobal yarışmada uğurla təmsil edib

21 Noyabr 2019, 14:38 (GMT +4)
Lavrov Pompeonun Fələstin-İsrail nizamlanmasına dair açıqlamalarını pisləyib

21 Noyabr 2019, 14:36 (GMT +4)
Ali təhsil sisteminin beynəlxalq rəqabətliliyi üzrə dövlət proqramının idarəetmə qrupu yaradılıb

21 Noyabr 2019, 14:28 (GMT +4)
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66