Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Bakıda Beynəlxalq Enerji Xartiyası Forumu keçirilib (FOTOLAR)

24 Oktyabr 2019, 11:47 (GMT +4)

Bakı, 24 oktyabr, SalamNews, K.Orxan. Bu gün Bakıda Energetika Nazirliyi və Enerji Xartiyası Katibliyinin birgə təşkilatçılığı ilə Beynəlxalq Enerji Xartiyası Forumu keçirilib.

SalamNews xəbər verir ki, “Texnologiya və siyasət innovasiyaları vasitəsilə enerji keçidinin təmin edilməsi” mövzusuna həsr edilən forumda Energetika naziri Pərviz Şahbazov və Enerji Xartiyasının Baş katibi Urban Rusnak açılış nitqləri ilə çıxış ediblər.

Energetika naziri Pərviz Şahbazov ilk dəfədir ki, ölkəmizdə keçirilən bu forumun Azərbaycanın 2020-ci ildə Beynəlxalq Enerji Xartiyası Konfransına sədrliyi çərçivəsində baş tutduğunu qeyd edib. Nazir deyib ki, böyükmiqyaslı enerji forum və konfransları üçün Bakının seçilməsi onun dünyanın enerji arxitekturasındakı tarixi və müasir rolu ilə bağlıdır. Tarixi müstəvidə Bakıdünyanın enerji paytaxtı, müasir dövrdə isə aparıcı enerji mərkəzlərindən biridir.
Enerji ilə bağlı inkişaf proseslərinin milli sərhədlərlə məhdudlaşmadığını və qlobal əməkdaşlıq tələb etdiyini vurğulayan nazir Enerji Xartiyasını milli, regional və beynəlxalq səviyyədə qarşıya çıxan enerji məsələlərinin həllinə, enerji istehsal, ixrac və idxal edən, həmçinin tranzit ölkələr arasındakı münasibətlərdə effektiv çərçivənin yaradılmasını, rəqabətli bazarlar, davamlı inkişaf prinsiplərini təşviq etməklə qlobal enerji təhlükəsizliyinə töhfə verən mühüm əməkdaşlıq platformalardan biri kimi qiymətləndirib.

Energetika naziri Pərviz Şahbazov çıxışında hazırda qlobal miqyasda texnologiyaların təşviqi ilə enerji sektorunda bərpa olunan enerjidən geniş istifadə və enerji səmərəliliyi sayəsində enerji transformasiyasının baş verdiyini qeyd edib. Enerji diversifikasiyası layihəsi Cənub Qaz Dəhlizindən danışan nazir bildirib ki, ötən ilin iyul ayından indiyə kimi TANAP-la Türkiyəyə 3 mlrd. m3-dən çox qaz nəql olunub. Avropaya qazın çatdırılmasını təmin edən əsas həlqə -Trans-Adriatik qaz boru kəməri üzrə isə işlərin icra vəziyyəti 90%-ə yaxındır: “2020-ci il Avropanın uzun illərdir ki, müzakirə etdiyi və nail olmağa çalışdığı şaxələndirmə planının gerçəkləşdiyi tarix olacaq. Bu tarix üçün Beynəlxalq Enerji Xartiyası Konfransı sədrliyinə Azərbaycanın layiq görülməsi də məhz Cənub Qaz Dəhlizinin strateji roluna verilən qiymətdir. Cənub Qaz Dəhlizinin diversifikasiya və qitənin dekarbonizasiyası kimi prioritetlərə gözlənilən töhfəsinin təsdiqidir,”deyə nazir əlavə edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə hazırda energetika sektorunda köklü islahatların həyata keçirildiyini vurğulayan nazir bildirib ki, bərpa olunan enerji mənbələrindən geniş istifadə etmək və bu prosesə özəl, xarici investisiyanı cəlb etmək, energetika sektorunda rəqabətə əsaslanan liberal bazar modelinə keçmək, beləliklə də dayanıqlı enerji sisteminə, ətraf mühitin qorunması ilə bağlı öhdəliyin yerinə yetirilməsinə nail olmaq başlıca hədəflərdir. Enerji Xartiyası Katibliyi də bu prosesdə Energetika Nazirliyinə lazımi dəstək verməkdədir.
Sonra Enerji Xartiyasının Baş katibi Urban Rusnak çıxış edib. Baş katib enerji transformasiyası dövründə enerjiyə çıxış, artan enerji tələbatı, qlobal istiləşmə və davamlı inkişaf məsələlərini həll etmək üçün səyləri birləşdirməyin vacibliyini qeyd edib. U.Rusnak Azərbaycanın sədrliyi dövründə atılacaq addımlardan, eləcə də ölkəmizlə Enerji Xartiyası arasında əməkdaşlıqdan bəhs edib.

“Enerji Xartiyası Katibliyi Avropa İttifaqı və dünyanın ən yaxşı təcrübələrinə uyğun olaraq enerji səmərəliliyi ilə bağlı müvafiq qanunvericiliyin hazırlanmasında Azərbaycana dəstək göstərir. Ötən il “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanunun ilk layihəsi tamamlandı. Bu il biz 2019-cu ilin sonunda yekunlaşdırılması və 2020-ci ilin əvvəlində müvafiq orqanlarla müzakirəsi gözlənilən Azərbaycanın ilk Enerji Effektivliyinə dair Milli Fəaliyyət Planının hazırlanmasına başlamışıq”.

Forum bərpa olunan enerjinin inkişafı və texnologiyaların rolu, tənzimləyici mexanizmlər, enerji səmərəliliyinin təşviqi, regional səviyyədə təchizat təhlükəsizliyi mövzuları üzrə dörd sesisiyada işini davam etdirib. Foruma 13 ölkənin-Azərbaycan, Türkiyə, Gürcüstan, Avstriya, Çin, Yunanıstan, Albaniya, Xorvatiya, İspaniya, Banqladeş, Bosniya və Hersoqovina, Burundi, Yəməninyüksək səviyyəlidövlət rəsmiləri, 42 beynəlxalq təşkilat, yerli və xarici enerji şirkətləri, dövlət qurumlarının təmsilçiləri, eləcə də xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri, ekspertlər və mediadan ibarət200-ə yaxın şəxs qatılıb.

Qeyd edək ki, 55 üzv ölkəni birləşdirən Beynəlxalq Enerji Xartiyası ilə Azərbaycan 20 ildən çoxdur ki, əməkdaşlıq edir. 2018-ci ildə Azərbaycanın Beynəlxalq Enerji Xartiyasının Haaqa II sənədinə qoşulması ilə təşkilatla münasibətlərdə yeni mərhələ başlanıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

"Azərişıq" dayanıqlı və keyfiyyətli elektrik enerjisi təchizatını daha da yaxşılaşdırır (FOTOLAR)

“Azərenerji” qızıl mükafata layiq görülüb

Tanrıverdi Mustafayev: Respublikanın fasiləsiz enerji təchizatı üzrə işlər yekunlaşır

“Azərenerji” payız-qış mövsümünə keçib

"Azərişıq": Yağış elektrik enerjisi təchizatında ciddi problem yaratmayıb

“Azərenerji”: SES-lərdə tezliyin tənzimlənməsi avtomatik olacaq

Digah və Mehdiabadda elektrik enerjisinin verilməsində fasilə yaranacaq

AQTA: Enerji içkilərinin istehsalında etil spirtinin istifadəsinə yol verilməyəcək

Beynəlxalq Atom Enerjisi Agentliyi İranın nüvə proqramı ilə bağlı toplantı keçirib

Pərviz Şahbazov: BP şirkəti enerji sahəsində Azərbaycanın əsas tərəfdaşıdır

Nazir: İrimiqyaslı enerji tədbirlərinin Bakıda keçirilməsi onun dünya enerji arxitekturasındakı rolu ilə bağlıdır

Məktəb yaxınlığında enerji içkilərinin satışına qadağa qoyulur

Pərviz Şahbazov: Son 10 ildə elektrik enerjisinin istehlakı 26% artıb

Azərbaycan elektrik enerjisinin ixracını bu il 14% artırıb

Azərenerji: “Azərbaycan” İES-də yenidənqurma işlərinin 70%-i başa çatıb

Corc Kent: ABŞ Azərbaycanın enerji layihələrini dəstəkləyir

Azərbaycan və Gürcüstan elektrik enerji xətlərinin tikintisini müzakirə ediblər

ETSN-də bərpa olunan enerji mənbələrinin inkişafı müzakirə olunub

Azərbaycanda külək enerjisi istehsalı 3 dəfə artıb

Son 4 ildə 400 kənddə 350 min istehlakçının elektrik enerjisi təchizatı yaxşılaşdırılıb

15 Dekabr 2019, 12:00 (GMT +4)
Xalq rəssamı Səttar Bəhlulzadənin anadan olmasının 110 illiyi tamam olur

15 Dekabr 2019, 11:41 (GMT +4)
Avtomobildə gizlədilən kosmetik vasitələr aşkarlanıb

15 Dekabr 2019, 11:30 (GMT +4)
“Şahdəniz” yatağından hasilata başlanmasından 13 il keçir

15 Dekabr 2019, 11:07 (GMT +4)
Akademik Həsən Əliyevin doğum günüdür

15 Dekabr 2019, 11:00 (GMT +4)
Azərbaycanın lider mobil operatoru 23 yaşını qeyd edir

15 Dekabr 2019, 09:02 (GMT +4)
Nazirlər Kabineti Aqrar Sığorta Fondunun Nizamnaməsini təsdiqləyib

14 Dekabr 2019, 18:30 (GMT +4)
Bakıda “3-cü mikrorayon bazarındakı” yanğın söndürülüb

14 Dekabr 2019, 18:22 (GMT +4)
3-cü mikrorayon dairəsi istiqamətində avtomobillərin hərəkəti tam məhdudlaşdırılıb

14 Dekabr 2019, 18:17 (GMT +4)
Bakıda "3-cü mikrorayon bazarı" yanır (FOTO)

14 Dekabr 2019, 17:00 (GMT +4)
“Heydər Əliyev: vətəndaşlıq və dövlətçilik” mövzusunda görüş keçirilib

14 Dekabr 2019, 16:51 (GMT +4)
Prezident İlham Əliyev Qazaxıstanın dövlət başçısını təbrik edib

14 Dekabr 2019, 16:50 (GMT +4)
Yeni Zelandiyada vulkan püskürməsi nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb

14 Dekabr 2019, 16:46 (GMT +4)
Regionlarda 760 fərdi evə təbii qaz verilib

14 Dekabr 2019, 16:35 (GMT +4)
Türkiyə ABŞ-dan "Patriot" raketdən müdafiə sistemi almağı təklif edib

14 Dekabr 2019, 16:24 (GMT +4)
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması 751 avroparlamentariyə məktub göndərib

14 Dekabr 2019, 16:15 (GMT +4)
Ərbəin mərasimi UNESCO-nun dünya mədəni irsi siyahısına daxil olub (VİDEO)

14 Dekabr 2019, 16:15 (GMT +4)
Tayvanın cənubunda baş verən yanğında 7 nəfər ölüb

14 Dekabr 2019, 16:12 (GMT +4)
Britaniyalı mütəxəssis İdman Jurnalistikası Magistr tələbələrinə intensiv tədris sessiyası keçib

14 Dekabr 2019, 16:00 (GMT +4)
Təhsil Nazirliyi ağacəkmə aksiyası keçirib (FOTOLAR)

14 Dekabr 2019, 15:40 (GMT +4)
Malayziyanın Baş naziri Mahathir Mohamad 2030-cu ilə qədər  hakimiyyətdə qalmaq niyyətindədir

14 Dekabr 2019, 15:36 (GMT +4)
FHN-nin əməkdaşı dünya çempionu olub (FOTO)

14 Dekabr 2019, 15:16 (GMT +4)
Səudiyyə hücumu dayandırmayıb, atəşkəs danşıqlarından xəbər yoxdur - Husi mənbələri

14 Dekabr 2019, 15:13 (GMT +4)
“Şahdağ” Turizm Mərkəzində xizək mövsümünə start verilib

14 Dekabr 2019, 15:05 (GMT +4)
Fransanın "Total" neft emalı zavodunda yanğın baş verib

14 Dekabr 2019, 15:00 (GMT +4)
Elvin İsayev Ukraynadan Azərbaycana deportasiya edilib

14 Dekabr 2019, 14:33 (GMT +4)
Ərdoğan Trampa Türkiyənin S-400-dən imtina etməsinin mümkün olmadığını izah edib

14 Dekabr 2019, 14:27 (GMT +4)
Sudanın sabiq diktatoru Ömər əl-Bəşir iki il azadlıqdan məhrum edilib

14 Dekabr 2019, 14:23 (GMT +4)
Azercell öz instaqram səhifəsində yarış keçirir

14 Dekabr 2019, 14:10 (GMT +4)
Cənubi Koreyada ağır yol qəzasında altı nəfər ölüb

14 Dekabr 2019, 14:05 (GMT +4)
Məcburi köçkünlər arasında futbol turniri keçiriləcək

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66