Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İDMAN

Bakıda Qoşulmama Hərəkatının Gənclər Sammiti keçirilib

24 Oktyabr 2019, 12:37 (GMT +4)

Bakı, 24 oktyabr, SalamNews.Oktyabrın 24-də Bakıda Qoşulmama Hərəkatının Gənclər Sammiti keçirilib.

SalamNews xəbər verir ki, çıxış edən Xarici İşlər nazirinin müavini Ramiz Həsənov tədbir haqqında ətraflı məlumat verib.

Gənclər və idman naziri Azad Rəhimov bildirib ki, ilk dəfə olaraq keçirilən Qoşulmama Hərəkatı Gənclər Sammiti Azərbaycanın təşəbbüsüdür. “Son 15 il ərzində Bakıda dörd beynəlxalq gənclər platforması təsis edilib. Bundan başqa Bakı 2007-ci ildə “Gənclər sivilizasiyaların alyansı naminə” nəsillərarası yüksək səviyyəli konfransa, 2008-ci ildə “İslamofobia və ksenofobiyanın müxtəlif növləri: gənclərə təsiri və qarşısının alınmasında gənclərin fəaliyyəti” mövzusunda beynəlxalq konfransa, 2011-ci ildə BMT-nin Sivilizasiyaların Alyansı Uğrunda Qlobal Gənclər Hərəkatının birinci Konqresinə, 2012-ci ildə birinci “Böyük İpək Yolu” Beynəlxalq Gənclər Konqresi və Festivalına, 2014-cü ildə Gənclər siyasəti üzrə birinci Qlobal Foruma, 2017-ci ildə Dünya Skaut Konfransına, 10 gün bundan əvvəl Türk Şurası Gənclər Platformasının birinci Baş Assambleyası kimi beynəlxalq gənclər tədbirlərinə ev sahibliyi edib. Bu siyahını uzatmaq da olar. Bir sözlə Azərbaycan beynəlxalq gənclər hərəkatının inkişafına ciddi töhfələr verib.

Biz dünyanın ən gənc əhali göstəricilərindən birinə malikik. Əhalinin yarıdan çoxunun yaşı 30-dan aşağıdır. Ölkədə bu qədər çox gəncin olması böyük imkanlar yaradır və eyni zamanda, hökumətin üzərinə böyük məsuliyyət və vəzifələr qoyur. Ulu öndər Heydər Əliyevin Fərmanı ilə yaradılan Gənclər və İdman Nazirliyi ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra yaradılan ilk dövlət qurumlarından biridir.

İndiyədək gənclər siyasəti sahəsində bir sıra qanun, strategiya, dövlət proqramı və digər normativ-hüquqi sənədlər qəbul edilib. Bu sənədlərin hazırlanmasını və icrasını gənclərlə bərabər həyata keçiririk. Onların fikri və dövlətin siyasətində yaxından iştirakları gündəlik fəaliyyətimizin əsasını təşkil edir”, - deyə Azad Rəhimov qeyd edib.

Nazir bildirib ki, Azərbaycanda 300-dən çox gənclər təşkilatı fəaliyyət göstərir. Gənclər və İdman Nazirliyi və Azərbaycan Gənclər Fondu hər il bu təşkilatların təhsil, mədəniyyət, incəsənət, elm və digər sahələr üzrə həyata keçirdikləri layihələrin dəstəklənməsi üçün maliyyə ayırır və onların beynəlxalq fəaliyyətini dəstəkləyir. Ölkəmizdə gənclər siyasətinin geniş infrastrukturu var. Belə ki, 40-dan artıq rayon və şəhərdə olan sosial xidmət müəssisələri Gənclər Evləri/Mərkəzləri fəaliyyət göstərirlər.

Azad Rəhimov deyib: “Prezident İlham Əliyev gənclərlə görüşür, onların fikirlərini dinləyir və müvafiq qərarlar qəbul edir. Son illərdə dünyanın müxtəlif yerlərində dini, milli zəmində qarşıdurmalar, müharibələr müşahidə edilir, dözümsüzlük meyilləri artır. Ümumiyyətlə, dinlərarası və mədəniyyətlərarası münasibətlərin sağlam zəmində qurulması bəşəriyyətin əsas vəzifəsidir. Fikrimcə gənclər arasında mübadilələrin, eyni zamanda, dünyada sivilizasiyalararası dialoqun aparılması yolu ilə bir çox məsələlərin həll edilməsinə nail ola bilərik. Burada isə gənclərin üzərinə böyük işlər düşür. Fikrimizcə müxtəlif beynəlxalq fəaliyyətlər vasitəsilə gənclər arasında ünsiyyətin saxlanılması və dialoqun inkişaf etdirilməsi mümkündür.

Təhsil Nazirinin müavini Firudin Qurban Qoşulmama Hərəkatının beynəlxalq sülhün bərpası, dialoqun aparılması kimi məsələlərin müzakirə olunduğu qlobal platformaya çevrildiyini deyib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Qoşulmama Hərəkatının Zirvə görüşündə Bəyannamə qəbul edilib

Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşü keçirilir 

Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşü keçiriləcək

İran Azərbaycan vasitəsilə Qoşulmama Hərəkatına üzv olan ölkələrə müraciət edib

Qoşulmama Hərəkatına sədrlik Azərbaycana təhvil verilib

Bakıda Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü keçirilir

Bakıda Qoşulmama Hərəkatı ölkələrinin xarici işlər nazirlərinin görüşü keçirilir

Qoşulmama Hərəkatı XİN rəhbərləri toplantısının yekun sənədləri qəbul edilib

Bakıda Qoşulmama Hərəkatının nazirlər konfransı keçirilir 

Prezident Qoşulmama Hərəkatının nazirlər konfransında iştirak edir

Bakıda Qoşulmama Hərəkatının nazirlər konfransı keçirilir

Bakıda Qoşulmama Hərəkatının nazirlər konfransı keçiriləcək

Gələn il Bakıda Qoşulmama Hərəkatı Xarici İşlər Nazirlərinin toplantısı keçiriləcək

Azərbaycanla Kuba arasında Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq müzakirə edilib

Hikmət Hacıyev: "Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə qurumun əsas məramlarının inkişafına çalışacaq" (MÜSAHİBƏ)

Qoşulmama Hərəkatının Venesuelada keçirilmiş XVII Sammitinin Yekun Sənədi qəbul edilib

Qoşulmama Hərəkatının sammitində qəbul ediləcək Yekun Sənəddə Azərbaycanın ərazi bütövlüyü dəstəklənəcək

Azərbaycan XİN rəhbəri Qoşulmama Hərəkatının sammitində iştirak edir 

Tehranda Qoşulmama Hərəkatına üzv dövlətlərin növbəti toplantısı keçiriləcək

05 Dekabr 2020, 17:03 (GMT +4)
"Bakı Telefon Rabitəsi" xalis mənfəətini 2 dəfə artırıb

05 Dekabr 2020, 16:52 (GMT +4)
Vəkillər Kollegiyası erməni vandalizmi ilə bağlı 230 beynəlxalq təşkilata müraciət edib

05 Dekabr 2020, 16:48 (GMT +4)
Bəzi şəhər və rayonlarda sərtləşdirilmiş xüsusi karantin rejiminin müddəti uzadılıb

05 Dekabr 2020, 16:40 (GMT +4)
Zərdabda koronavirus xəstəsinə cinayət işi başlanılıb

05 Dekabr 2020, 16:35 (GMT +4)
Bakıda elektronik əşyalarının satıldığı mağazalardan oğurluqlar edən şəxs saxlanılıb (VIDEO)

05 Dekabr 2020, 16:19 (GMT +4)
AFFA Beynəlxalq Könüllülər Günü ilə bağlı konfrans keçirib

05 Dekabr 2020, 16:04 (GMT +4)
Azərbaycan və Rusiya XİN başçıları arasında telefon danışığı olub

05 Dekabr 2020, 15:56 (GMT +4)
İranda Covid-19 virusundan ölənlərin sayı 50 mini ötüb

05 Dekabr 2020, 15:48 (GMT +4)
Müdafiə Nazirliyi: Qaynar telefon xətləri fasiləsiz fəaliyyət göstərir

05 Dekabr 2020, 15:39 (GMT +4)
Lənkəran sakini qohumunun evindən oğurluq edib

05 Dekabr 2020, 15:20 (GMT +4)
Baş Prokurorluq: Daha 3 koronavirus xəstəsinə cinayət işi başlanılıb

05 Dekabr 2020, 15:08 (GMT +4)
“Qarabağ”ın daha 5 futbolçusu koronavirusa yoluxub

05 Dekabr 2020, 14:57 (GMT +4)
“ABB-İnvest İnvestisiya Şirkəti” aktiv fəaliyyətə keçib

05 Dekabr 2020, 14:40 (GMT +4)
Səfir Hulusi Kılıç: Prezident İlham Əliyevin Zəfər Gününün tarixi ilə bağlı qərarı olduqca təqdirəlayiqdir

05 Dekabr 2020, 14:36 (GMT +4)
Hizbuallah hərəkatı İsrailin hərbi qərargahlarını PUA-larla çəkərək yayımlayıb (VİDEO)

05 Dekabr 2020, 14:26 (GMT +4)
“Suqovuşan” elektrik stansiyalarından görüntülər yayımlanıb (VİDEO)

05 Dekabr 2020, 14:17 (GMT +4)
Bakıda sexdən 30 min manatlıq oğurluq edilib

05 Dekabr 2020, 14:03 (GMT +4)
Ötən həftə Azərbaycanda COVID-19-dan 10 min 427 nəfər sağalıb

05 Dekabr 2020, 13:59 (GMT +4)
“Qarabağ” - “Qəbələ” oyununun hakimləri açıqlanıb

05 Dekabr 2020, 13:44 (GMT +4)
Gəncədə koronavirusa qarşı mübarizə tədbirləri davam edir

05 Dekabr 2020, 13:25 (GMT +4)
AB və İngiltərə "Brexit"lə bağlı razılığa gələ bilməyib

05 Dekabr 2020, 13:22 (GMT +4)
Əfqanıstanda gözlənilən tarixi toplantı baş tutub

05 Dekabr 2020, 13:09 (GMT +4)
Bakıda mənzildən meyit tapılıb

05 Dekabr 2020, 13:00 (GMT +4)
Suqovuşanda elektrik stansiyaları gələn il istismara veriləcək 

05 Dekabr 2020, 12:50 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

05 Dekabr 2020, 12:43 (GMT +4)
Gürcüstanda daha 5450 nəfər koronavirusa yoluxub, 37 xəstə ölüb

05 Dekabr 2020, 12:39 (GMT +4)
Küveytdə Parlament seçkiləri keçirilir

05 Dekabr 2020, 12:30 (GMT +4)
"Könüllülər ili”nə həsr olunmuş poçt markası hazırlanıb

05 Dekabr 2020, 12:15 (GMT +4)
Bərdədə COVID-19 xəstəsinə cinayət işi başlanılıb

05 Dekabr 2020, 12:11 (GMT +4)
ABŞ qoşunları Somalini tərk edir

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66