Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Prezident İlham Əliyev: Sahibkarlara yönəlmiş o çirkin əllər gərək kəsilsin

23 Oktyabr 2019, 17:46 (GMT +4)

Bakı, 23 oktyabr, SalamNews. "Deyə bilərəm ki, islahatlar yaxşı nəticələr verir. Bu ilin doqquz ayında 100 mindən çox əmək müqaviləsi qeydiyyata alındı. Yəni, bu, nə deməkdir? Yəni, bu yüz min insan kölgə iqtisadiyyatında fəaliyyət göstərirdi. Onlar zərflərdə maaş alırdılar".

SalamNews xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Mikayıl Cabbarovu yeni vəzifəyə - İqtisadiyyat naziri təyin olunması ilə əlaqədar qəbul edərkən bildirib.

Dövlət başçısı deyib ki, bəzi hallarda onlara yazılan aşağı maaş reallığı əks etdirmirdi: "Bu, bizim iqtisadiyyatımızı təhlükə altına qoyur. Bir də ki, bu insanlar gələcəkdə pensiyaya çıxacaqlar. Bəs onların pensiya haqqı nəyin hesabına hesablanacaq? Ona görə mən, o cümlədən muzdla işləyən vətəndaşlara da üz tutub deyirəm: bu işlərə baş qoşmayın. Əgər hansısa sahibkar sizə tutaq ki, 500 manat maaş verirsə və onun 250 manatını rəsmi qaydada verirsə, siz buna razı olmayın. Çünki sabah pensiya almayacaqsınız. Sosial sığorta problemi olacaq. Biz indi icbari tibbi sığortaya keçirik. Orada da problem yaranacaq. Əlbəttə ki, burada nəzarət daha güclü olmalıdır. Hesab edirəm ki, 100 mindən çox iş yerinin rəsmiləşdirilməsi ilə bu iş yerlərini, o cümlədən o sahibkarların fəaliyyətini biz kölgədən çıxarırıq. Bu iş yerlərinin 80 faizi qeyri-neft sektorunda qeydiyyata alınıb. Hələ ki, ən azı on minlərlə insan indi demək olar ki, bir növ kölgə iqtisadiyyatında fəaliyyət göstərir.

Ona görə bu sahə çox ciddi diqqət tələb edir, çox ciddi addımlar atılmalıdır. Əminəm ki, İqtisadiyyat Nazirliyi bu məsələnin öhdəsindən gələcək. Ümumiyyətlə, bizim iqtisadi inkişafımız bundan sonra da qeyri-neft sektoru hesabına davam etdirilməlidir. Buna nail olmaq üçün son illər böyük işlər görülüb, sənaye zonaları yaradılıb, orada xüsusi vergi rejimi tətbiq olunur. Aqroparklar yaradılıb və orada da məhsuldarlıq daha yüksəkdir. Ancaq bütün bu işləri biz, ilk növbədə, biznesin inkişafı prizmasından həll etməliyik. Biz çox yaxşı bilirik ki, inkişaf etmiş ölkələrdə ümumi daxili məhsulda əsas rolu kiçik və orta sahibkarlar oynayır. Bizdə isə hələ ki, belə deyil. Biz də çalışmalıyıq elə bir şərait yaradaq ki, hər bir istedadlı insan, biznesə meyli, həvəsi olan hər bir insan bizneslə məşğul ola bilsin, məmur təzyiqindən, müdaxiləsindən azad olsun. Sahibkarlara yönəlmiş o çirkin əllər gərək kəsilsin. Bəzi hallarda dövlət məmurları, yerli icra orqanlarının rəhbərləri, nümayəndələri imkan vermirlər, xüsusilə bölgələrdə. Əgər indi kimsə özü üçün bir balaca iş qurursa, gəlib zəli kimi onun bədənindən yapışırlar, qanını sorurlar. Belə adamlara qarşı çox ciddi tədbirlər görüləcəkdir. Hüquq-mühafizə orqanları artıq məndən çox ciddi tapşırıq alıblar və siz nazir kimi çalışmalısınız ki, belə hallara yol verilməsin, əgər yol verilərsə, dərhal məni məlumatlandırın. Belə yaramaz məmurlara qarşı ən ciddi sanksiyalar və tədbirlər görüləcəkdir. Ona görə biz sahibkarlara nəfəs verməliyik ki, onlar rahat işləsinlər. Vergidən başqa heç bir ödəniş ola bilməz.

Eyni zamanda, haqsız rəqabət, bu da bizim üçün böyük yaradır. Buna təkan verən dövlət məmurlarıdır, hansıların ki, biznes maraqları var. Onlar öz imkanlarından istifadə edərək rəqibləri sıradan çıxarırlar, bəzi hallarda şərləyirlər. Elə şərait yaradırlar ki, onlar məcbur olub ya bizneslərini satsınlar, ya da ki, çıxıb getsinlər. Buna da yol vermək olmaz, heç kimdən çəkinmədən. Mən bilirəm, sizə nazir kimi, xüsusilə Vergilər naziri kimi, bəziləri təzyiqlər göstərməyə çalışırdılar ki, bizim biznesimizə dəymə. Mən bilirəm ki, siz onların qarşısında çox mətanətlə çıxış etmişiniz. Mən bunu həmişə dəstəkləmişəm və sizə həmişə dəstək olmuşam. Demişəm ki, heç kimə baxmadan bütün işlər ən yüksək səviyyədə görülməlidir. Heç kim heç bir imtiyaza sahib ola bilməz. Bir imtiyaz var: vergini vermək, Vətənə ləyaqətlə xidmət etmək və pozuntulara yol verməmək.

Ona görə sizin qarşınızda çox böyük vəzifələr dayanır. Ölkə iqtisadiyyatının dayanıqlı inkişafı bizim üçün hazırda əsas prioritet məsələdir. Dediyim kimi, bu, imkan verəcək ki, biz sosial sahəyə daha böyük vəsait ayıraq".


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Prezident İlham Əliyev latviyalı həmkarını təbrik edib

Prezident İlham Əliyev Oman Sultanını təbrik edib

Prezident İlham Əliyev ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbərini qəbul edib

Prezident İlham Əliyev Fələstin Dövlətinin başçısını təbrik edib

Prezident İlham Əliyev Bilal Ərdoğanı qəbul edib

Prezident İlham Əliyev “Heydər Əliyev” ordenini Şeyxülislam Allahşükür Paşazadəyə təqdim edib

Prezident İlham Əliyev Misirin Nümayəndələr Palatası sədrinin birinci müavinini qəbul edib

Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” QSC-nin sədrini qəbul edib

Prezident İlham Əliyev Rusiya Federasiya Şurasının sədr müavinini və komitə sədrini qəbul edib

Prezident İlham Əliyev BƏƏ-nin İqtisadiyyat nazirini qəbul edib

Prezident İlham Əliyev yeni təyin olunan icra başçılarını qəbul edib

Prezident İlham Əliyev Yasamal rayonuna yeni icra başçısı təyin edib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ağacəkmə aksiyasında iştirak ediblər

Prezident İlham Əliyev Azərbaycan neftçilərini təbrik edib

Prezident İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətinin başçısını qəbul edib

Prezident İlham Əliyev: Bəzi icra başçıları talançılıqla məşğul idilər

Prezident İlham Əliyev Aİ-nin xüsusi nümayəndəsini qəbul edib

Prezident İlham Əliyev MDB Müdafiə Nazirləri Şurasının iclasının iştirakçılarını qəbul edib

Prezident İlham Əliyev “Azərkosmos” ASC-nin sədrini qəbul edib

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib

16 Noyabr 2019, 17:05 (GMT +4)
Ağsuda ağac kəsən şəxs cəzalanıb

16 Noyabr 2019, 17:00 (GMT +4)
Prezident İlham Əliyev latviyalı həmkarını təbrik edib

16 Noyabr 2019, 16:55 (GMT +4)
İspaniyada güclü qar yağıb

16 Noyabr 2019, 16:51 (GMT +4)
“Qala” qoruğunda ağacəkmə aksiyası keçirilib

16 Noyabr 2019, 16:42 (GMT +4)
Prezident İlham Əliyev Oman Sultanını təbrik edib

16 Noyabr 2019, 16:37 (GMT +4)
Əl-Bağdadinin 25 qohumu Türkiyədə saxlanılıb

16 Noyabr 2019, 16:30 (GMT +4)
Səudiyyə Ərəbistanın vəliəhdi husilərin nümayəndə heyətilə görüşəcək - Anadolu

16 Noyabr 2019, 16:19 (GMT +4)
Pompeo Makronun NATO-nun "beyin ölümü" ilə bağlı açıqlamasını  şərh edib

16 Noyabr 2019, 16:18 (GMT +4)
Vilayət Eyvazov İnterpolun Milli Mərkəzi Bürosunun yeni rəisini kollektivə təqdim edib

16 Noyabr 2019, 15:54 (GMT +4)
İraqda cümə namazını hədəfə alan terror aktının qarşısı alınıb

16 Noyabr 2019, 15:53 (GMT +4)
“Azərsun” Beynəlxalq Ətraf Mühit sərgisində iştirak edib

16 Noyabr 2019, 15:52 (GMT +4)
ETSN Sumqayıtda kəskin iy-qoxu ilə bağlı araşdırma aparır

16 Noyabr 2019, 15:46 (GMT +4)
BDU kollektivi Universitet ərazisinə 650 ağac əkib

16 Noyabr 2019, 15:43 (GMT +4)
Ankara ABŞ-ın təhdidlərinə baxmayaraq S-400-dən istifadə edəcəyini açıqlayıb

16 Noyabr 2019, 15:20 (GMT +4)
Almaniyada İŞİD terrorçusu saxlanılıb

16 Noyabr 2019, 15:10 (GMT +4)
Lahıcda 228 il yaşı olan Bədöyün məscidi təmir ediləcək

16 Noyabr 2019, 14:49 (GMT +4)
ABŞ hərbçiləri Rusiya istehsalı "T-80" tankını sınaqdan keçirib

16 Noyabr 2019, 14:48 (GMT +4)
Suriyanın əl-Bab şəhərində şiddətli partlayış törədilib, azı 13 ölü var (VİDEO)

16 Noyabr 2019, 14:37 (GMT +4)
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vətəndaşları qəbul edib

16 Noyabr 2019, 14:11 (GMT +4)
Serbiya prezidenti ürək problemləri səbəbiylə xəstəxanaya yerləşdirilib

16 Noyabr 2019, 14:07 (GMT +4)
DQİDK-nin sədri Fələstin Prezidentinin Dini işlər və İslam münasibətləri üzrə müşaviri ilə görüşüb

16 Noyabr 2019, 14:04 (GMT +4)
İranda benzinin bahalaşmasına görə etiraz aksiyaları keçirilib

16 Noyabr 2019, 13:53 (GMT +4)
Paytaxtda qadına qarşı dələduzluq edən şəxs tutulub

16 Noyabr 2019, 13:39 (GMT +4)
Bill Geyts Bloomberg-in milyonerlər siyahısına rəhbərlik edir 

16 Noyabr 2019, 13:24 (GMT +4)
Tramp "impiçment" qaydalarını "millət üçün utanc" adlandırıb

16 Noyabr 2019, 13:16 (GMT +4)
Taliban girovluğundakı ABŞ və Avstraliya vətəndaşlarının təhvilini təxirə salıb

16 Noyabr 2019, 13:15 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

16 Noyabr 2019, 13:07 (GMT +4)
Nazirlik: Bəzi açıq meşə sahələri uzunmüddətli icarəyə verilib

16 Noyabr 2019, 12:58 (GMT +4)
Müdafiə naziri əməliyyat təliminin yekunlarına dair xidməti müşavirə keçirib

16 Noyabr 2019, 12:32 (GMT +4)
“Ağ Şəhər”də növbəti yaşıllıq zonası yaradılır (FOTO)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66