Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

“AmCham Azərbaycan” üzvləri üçün ARDNF-in icraçı direktoru ilə görüş təşkil edib

23 Oktyabr 2019, 11:41 (GMT +4)

Bakı, 23 oktyabr, SalamNews. Azərbaycanda Amerika Ticarət Palatası (AmCham Azərbaycan) üzvləri üçün Azərbaycan Respublikası Dövlət Neft Fondununicraçı direktoru Şahmar Mövsümovun iştirakı ilə görüş təşkil edib. GörüşdəŞ.Mövsümovbu sahədə görülən işlər, qarşıya qoyulan hədəflər barədə danışıb.

Bununla yanaşı, tədbirdəbir neçəüzv şirkətin fəaliyyəti və xidmətləri barədə təqdimatlar nümayiş olunub. Diplomatik korpusun nümayəndələri də daxil olmaqla, tədbirdə AmCham-ın təxminən 100 üzvü və tərəfdaşı iştirak edib.

Şahmar Mövsümov ilk olaraq Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) missiyası və məqsədləri haqqında danışıb. O, qeyd edib ki, ARDNF-ın missiyası tükənən təbii sərvətlərdən əldə olunan gəlirlərin toplanması və Azərbaycan xalqının bugünkü və gələcək nəsillərinin daimi gəlir mənbəyinə çevrilməsidir. O, həmçinin qeyd edib ki, ARDNF-ın əsas vəzifələri ölkədə makro-iqtisadi sabitliyin qorunması, tükənən təbii sərvətlərdən əldə edilən gəlirin nəsillər arasında bərabər bölüşdürülməsi və gələcək nəsillər üçün ehtiyat vəsaitin toplanması, o cümlədən, ölkənin sosial-iqtisadi tərəqqisi naminə mühüm ümummilli layihələrin maliyyələşdirilməsidir. ŞahmarMövsümov çıxışında ARDNF-ın idarəetmə strukturu və hüquqi bazası məsələlərinə də toxunub. Bununla yanaşı, təqdimat çərçivəsində ARDNF-ın fəaliyyəti boyu ölkə iqtisadiyyatına və dövlət büdcəsinə töhfələri də işıqlandırılıb. Ş.Mövsümov Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars, STAR Neft Emalı Zavodu, Cənubi Qaz Dəhlizi, Samur-Abşeron su kanalının yenidən qurulması, Oğuz-Qəbələ-Bakı su borusunun tikintisi və ARDNF tərəfindən maliyyələşdirilən digər yerli və xarici layihələr barədə də iştirakçıları məlumatlandırıb.

İcraçı Direktor ARDNF-ın investisiya portfoliosu barədə də ətraflı məlumatla çıxış edib. O, qeyd edib ki, ARDNF-in aktivlərinin həcmi təxminən 42,5 milyard dollara yaxınlaşır. “Dövlət Neft Fondu çox konservativ investisiya siyasəti həyata keçirir. Buna baxmayaraq, 2012-ci ildən başlayaraq Fond müxtəlif yeni aktiv növlərini tətbiq etməyə başladı, səhmlərin artırılması, daşınmaz əmlak və qızıla investisiyalar həyata keçirildi. Biz gələcəkdə riskli aktivlərin daha da artırılması istiqamətində işlərimizi davam etdirəcəyik”,- Ş.Mövsümov əlavə edib.

Qeyd edək ki, AmCham Azərbaycan üzvlərinin işgüzar görüşləri Palata tərəfindən hər ay təşkil olunur və burada yüksək vəzifəli hökumət rəsmiləri, beynəlxalq maliyyə qurumlarının rəsmi şəxsləri və diplomatik korpusun nümayəndələri iştirak edirlər.

AmCham Azərbaycan xarici və yerli biznesin maraqlarını dəstəkləyən və təşviq edən qeyri-kommersiya əsaslı aparıcı ticarət-sənaye assosiasiyasıdır. 1996-cı ildə yaradılmış AmCham Azərbaycan iqtisadiyyatın hər sektorunda fəaliyyət göstərən 280-dən çox üzv şirkəti özündə birləşdirir. Palata ölkədə bütün xarici investisiyaların təxminən 80%-ni, eləcə də yerli investisiyaların mühüm hissəsini təmsil edir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

AmCham ölkədə biznes mühitinin yaxşılaşdırılması mövzusunda tədbir təşkil edib

Birinci vitse-prezidentin köməkçisi “AmCham”ın üzvləri ilə görüşüb

AQTA sədri AmCham-ın üzvləri ilə görüşüb

Nazir “AmCham”in nümayəndələri ilə görüşüb (FOTOLAR)

“AmCham Azərbaycan” Əqli Mülkiyyət Hüquqlarının müdafiəsinə hörmətlə yanaşır

“Azərbaycanda məhkəmə-hüquq islahatları: AmCham ilə ictimai müzakirələr” mövzusunda konfrans keçirilib

Ekologiya və Təbii Sərvətlər naziri AmCham Azərbaycan üzvləri ilə görüşüb

ƏƏSMN-də “AmCham"ın nümayəndələri ilə görüş keçirilib

Vergilər naziri “AmCham”in nümayəndələri ilə görüşüb

AmCham Azərbaycanda məhkəmə-hüquq sistemində islahatlar təşəbbüsünü alqışlayır

ABŞ-ın yeni səfiri “AmCham”ın üzvləri ilə görüşüb (FOTO)

“AmCham” etika və komplayens mövzusunda növbəti konfransını keçirib

Azərbaycan Vəkillər Kollegiyasının sədri “AmCham”ın üzvləri ilə görüşüb

AmCham AZSIĞORTA-nın sədrini mükafatlandırıb

KOBİA-nın sədri  “AmCham”ın üzvləri ilə görüşüb (FOTO)

Təhsil naziri “AmCham”ın üzvləri ilə görüşüb (FOTO)

AmCham “Doing Business-2019” reytinqində Azərbaycanın əhəmiyyətli irəliləyişini alqışlayır

Elman Rüstəmov “AmCham”ın üzvləri ilə görüşüb (FOTO)

Energetika naziri Pərviz Şahbazov “AmCham”ın üzvləri ilə görüşüb

DMX rəisi AmCham-ın nümayəndələri ilə görüşüb

13 Noyabr 2019, 11:16 (GMT +4)
Ərdoğan Vaşinqtonda dəyirmi masada iştirak edib

13 Noyabr 2019, 11:12 (GMT +4)
Dayanıqlı kənd təsərrüfatı üçün Niderland təcrübəsi öyrənilir

13 Noyabr 2019, 11:01 (GMT +4)
“Nar” Göyçayda keçirilən festivalı abunəçiləri ilə birgə qeyd edib

13 Noyabr 2019, 10:47 (GMT +4)
Livan prezidenti etirazçıları evlərinə dönməyə çağırıb

13 Noyabr 2019, 10:43 (GMT +4)
Səudiyyə Ərəbistanı şirkətinə aid təyyarə uşağı xilas etmək üçün Kanadaya təcili eniş enib

13 Noyabr 2019, 10:26 (GMT +4)
Azərbaycanda 496 əcnəbi barəsində ölkəni tərketmə haqqında qərar çıxarılıb

13 Noyabr 2019, 10:18 (GMT +4)
Tramp Ərdoğana 100 milyard dollar qarşılığında S-400-dən imtina etməyi təklif edib

13 Noyabr 2019, 10:10 (GMT +4)
Bakı metrosunda qatarların hərəkətində ləngimə olub

13 Noyabr 2019, 09:49 (GMT +4)
Kabildə minalanmış nəqliyyat vasitəsi partladılıb, ölənlər var (FOTO)

13 Noyabr 2019, 09:39 (GMT +4)
İraqın sabiq baş naziri növbədənkənar seçkilərin keçirilməsini istəyib

13 Noyabr 2019, 09:38 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 22 dəfə pozub

13 Noyabr 2019, 09:25 (GMT +4)
Rusiya səfirliyi ABŞ-a etiraz notası göndərib

13 Noyabr 2019, 09:18 (GMT +4)
İsrailin Qəzzaya hava zərbələri davam edir, ölənlərin sayı 10-u keçib

13 Noyabr 2019, 09:05 (GMT +4)
Prezident İlham Əliyev BƏƏ-nin İqtisadiyyat nazirini qəbul edib

12 Noyabr 2019, 18:10 (GMT +4)
ETSN: Şikayət yerində araşdırılıb

12 Noyabr 2019, 18:00 (GMT +4)
AtaBank-ın ənənəvi əmanət kampaniyası başlayır

12 Noyabr 2019, 17:50 (GMT +4)
"Financial Times"a ilk dəfə qadın rəhbərlik edəcək

12 Noyabr 2019, 17:44 (GMT +4)
Dövlət Komitəsi dam örtüyü çökən yataqxanada araşdırma aparıb

12 Noyabr 2019, 17:32 (GMT +4)
Lavrov Boliviya ilə bağlı Rusiyaya qarşı ittihamların olmamasına təəccüblənib

12 Noyabr 2019, 17:32 (GMT +4)
Elektron Hökumət üzrə İcra Qrupunun üçüncü görüşü keçirilib

12 Noyabr 2019, 17:25 (GMT +4)
Fələstinli hərəkatlar İsrailə xəbərdarlıq ediblər: Bu terror Təl-Əvivə baha başa gələcək

12 Noyabr 2019, 17:20 (GMT +4)
Gömrük Akademiyasında Konstitusiya gününə həsr olunmuş tədbir keçirilib

12 Noyabr 2019, 17:15 (GMT +4)
Vyanada Azərbaycan turizminin təqdimatı keçirilib

12 Noyabr 2019, 17:06 (GMT +4)
Misirin baş müftisi Azərbaycana gəlir

12 Noyabr 2019, 17:04 (GMT +4)
Moldova hökuməti istefaya göndərilib

12 Noyabr 2019, 16:58 (GMT +4)
Maliyyə bazarlarına çıxışa dair ictimai müzakirə keçiriləcək

12 Noyabr 2019, 16:53 (GMT +4)
İraq hökuməti ABŞ-ın müdaxiləsini rədd etdiyini bildirib

12 Noyabr 2019, 16:46 (GMT +4)
Bakı- Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunda yük və sərnişin daşıması asanlaşıb

12 Noyabr 2019, 16:20 (GMT +4)
Prezident İlham Əliyev yeni təyin olunan icra başçılarını qəbul edib

12 Noyabr 2019, 16:19 (GMT +4)
“AAM- 2019 Bakı Natiqlik müsabiqəsi” keçirilib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66