Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

“Rossiya-24” telekanalının reportajında Azərbaycan Prezidentinin tələbə bileti nümayiş olunub

23 Oktyabr 2019, 10:45 (GMT +4)

Bakı, 23 oktyabr, SalamNews.Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu 75 illiyini qeyd edir. Bununla bağlı Rusiyanın “Rossiya-24” telekanalında Azərbaycan Prezidenti İlham Əliyevin də müsahibəsinin yer aldığı reportaj yayımlanıb.

SalamNews xəbər verir ki, Mariya Bondaryovanın müəllifi olduğu reportajda Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu dünya elitasının kadrlar emalatxanası adlandırılır. Yetmiş beş il ərzində bu ali təhsil müəssisəsi beynəlxalq səviyyəli mütəxəssislərin hazırlanması üzrə aparıcı dünya mərkəzi kimi tanınıb. Hazırkı dövlət başçıları, nazirlər, milyarderlər, diplomatlar və məşhur jurnalistlər vaxtilə öz yollarını buradan başlayıblar.

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru Anatoli Torkunov ali təhsil müəssisəsinin mühazirəçilərinin çox böyük nüfuza malik olduğunu bildirərək qeyd edir ki, vaxtilə burada dərs dəyənlər sonradan tanınmış siyasətçilər, diplomatlar, səfirlər kimi öz fəaliyyətlərini davam etdiriblər. Onların arasında Azərbaycan Prezidenti İlham Əliyev də var.

Reportajda vurğulanır ki, valideynləri onu məktəbə tez göndərdiyinə görə Azərbaycanın dövlət başçısı Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna imtahanları 15 yaşında verib. Bu barədə Prezident İlham Əliyev deyir: “Mən Moskvaya ali məktəbə qəbul olunmağa arayışla gəlmişdim. İlk qış sessiyası qabağı isə 16 yaşım tamam oldu və mən pasport aldım. Əlbəttə, bu yeniyetməlik çağıdır. Amma mən institutda özümü çox rahat hiss edirdim. Çünki şərait çox müsbət idi, həm qrupdakı uşaqlarla, həm də müəllimlərlə çox yaxşı münasibətlərim yaranmışdı. Həmin illər unudulmazdır. Onlar mənə bilik, ünsiyyət təcrübəsi verib. Bu, ilk müstəqil həyat təcrübəsi idi. Deməliyəm ki, institutu bitirdikdən sonra mən ölkələrdən birində SSRİ səfirliyində işə təyinat alsam da, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda qalmağa üstünlük verdim. Aspiranturaya daxil oldum, dissertasiya müdafiə etdim, bundan sonra xeyli illər orada işlədim. Yəni, mənim 15 ilim institutla əlaqədar olub. Əlbəttə ki, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu məzunlarının ilk forumunun mənim təşəbbüsümlə Bakıda keçirilməsini elə bütün bunlar müəyyənləşdirdi. Hətta yadımdadır, o vaxt zarafat etdim ki, başqa cür ola da bilməz, təkcə ona görə yox ki, həmin vaxt mən yeganə Prezident idim, həm də əlifbaya uyğun olaraq istər ölkənin, istərsə də soyadımın ilk hərfinə görə belə olmalı idi. Forum Bakıda keçirilməli idi. Çox şadam ki, bu forum artıq ənənəyə çevrilib, məncə artıq 5-ci dəfə keçirilib. Əlbəttə ki, bu, hamımızı birləşdirir. İnstitut müəllimlərimi, dostlarımı fərəhlə xatırlayıram və bu yubileydə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna yeni uğurlar arzulayıram. Şadam ki, bu ali məktəbə uzun illərdir mənim mehriban dostum Anatoli Vasilyeviç Torkunov başçılıq edir, İnstitutun inkişafında, dünyanın ən aparıcı ali məktəblərindən biri kimi tanınmasında onun çox böyük xidmətləri var”.

Reportajda deyilir ki, tanınmış məzunlar Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun tədbirlərində daim xatırlanır. Jurnalist Mariya Bondaryova ali təhsil müəssisəsində nadir sənədlərin nümayiş olunduğunu deyir. Bu sənədlər arasında Azərbaycan Prezidenti İlham Əliyevin tələbə bileti də var.

Reportajda Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru Anatoli Torkunov, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov, ali təhsil müəssisəsinin Qəyyumlar Şurasının sədr müavini Alişer Usmanov, Rusiyanın Mədəniyyət naziri Vladimir Medinski, tanınmış aparıcı Sergey Brilyovdan müsahibələr də yer alıb.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun 75 illik yubileyi münasibətilə keçirilən təntənəli tədbirə təbrik məktubu ünvanlayıb. Məktubu ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu oxuyub. Məktubda deyilir ki, hazırda bu İnstitut haqlı olaraq Rusiya ali təhsilinin flaqmanı, keyfiyyətli təhsilin rəmzi sayılır.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Azərbaycan Prezidenti Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru ilə görüşüb

Prezident İlham Əliyev Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektorunu qəbul edib

22 Noyabr 2019, 19:15 (GMT +4)
"Dövlət şirkətlərində korporativ idarəetmə: Beynəlxalq təcrübə" mövzusunda seminar keçirilib

22 Noyabr 2019, 18:47 (GMT +4)
Anar Hüseynov: Azərbaycanın meyvə-tərəvəz məhsulları Rusiyada çox sevilir

22 Noyabr 2019, 18:01 (GMT +4)
Culfa-Ordubad avtomobil yolunun yenidən qurulmasına 34,3 milyon manat ayrılıb

22 Noyabr 2019, 17:48 (GMT +4)
Putin: Dünya ciddi təhdidlərlə üzləşir

22 Noyabr 2019, 17:42 (GMT +4)
Təhsil Nazirliyi: Yeni proqram kifayət qədər geniş və əhatəlidir

22 Noyabr 2019, 17:40 (GMT +4)
Şəmkir-Abbaslı-Nərimanlı avtomobil yolu yenidən qurulub

22 Noyabr 2019, 17:31 (GMT +4)
Ayətullah Sistani İraqda siyasi böhranın bitməsinin əsas yolunu açıqlayıb

22 Noyabr 2019, 17:30 (GMT +4)
Ermənistan parlamentinin sabiq deputatı Rusiyada saxlanılıb 

22 Noyabr 2019, 17:16 (GMT +4)
Yaponiya sahillərində 5,2 bal gücündə zəlzələ baş verib

22 Noyabr 2019, 17:00 (GMT +4)
Çovdarda 100 min ağac tingi yetişdiriləcək

22 Noyabr 2019, 16:54 (GMT +4)
ABŞ dövlət katibi iranlılardan etiraz videolarının ona göndərilməsini istəyib

22 Noyabr 2019, 16:43 (GMT +4)
Naxçıvanda yağışyağdırma sistemləri quraşdırılacaq

22 Noyabr 2019, 16:38 (GMT +4)
Ağdamda Ekologiya Həftəsi baş tutub

22 Noyabr 2019, 16:23 (GMT +4)
Paraqvayda hərbi helikopter qəzaya uğrayıb

22 Noyabr 2019, 16:11 (GMT +4)
Kolumbiyada iğtişaşlar zamanı 100-dən çox insan saxlanılıb

22 Noyabr 2019, 16:05 (GMT +4)
AzMİU-da Memarlıq ali təhsilinin 100 illiyinə həsr olunmuş sərgi açılıb

22 Noyabr 2019, 16:01 (GMT +4)
Karate üzrə Azərbaycan çempionatına start verilib

22 Noyabr 2019, 15:51 (GMT +4)
Bakı-Gəncə sürətli qatarının hərəkət cədvəli dəyişir

22 Noyabr 2019, 15:35 (GMT +4)
Netanyahunun rəqibi baş nazirə qarşı ittihamların qaldırılmasına münasibət bildirib

22 Noyabr 2019, 15:32 (GMT +4)
“AtaBank” “Qlobal Sahibkarlıq Həftəsi”ndə təltif edilib

22 Noyabr 2019, 15:31 (GMT +4)
Azərbaycanlı is adami: Sərmayənin milliləşməsi istiqamətində islahatlar aparılması şərtdir

22 Noyabr 2019, 15:20 (GMT +4)
Rusiya XİN İŞİD liderinin ləğv edilməsinə şübhə ilə yanaşır

22 Noyabr 2019, 15:10 (GMT +4)
“Azərenerji” payız-qış mövsümünə keçib

22 Noyabr 2019, 15:01 (GMT +4)
"Aztelekom" Abşeronda 50 ONU tipli ATS quraşdırıb

22 Noyabr 2019, 14:45 (GMT +4)
Azərbaycanda ixtiraların dövlət reyestrinə daxil edilməsi proseduru müəyyənləşib

22 Noyabr 2019, 14:34 (GMT +4)
Tanınmış siyasətçi İsrail və BƏƏ-nin İraqda təhlükəli planı haqda açıqlama verib

22 Noyabr 2019, 14:32 (GMT +4)
Bakıda “Türk filmləri həftəsi” keçiriləcək

22 Noyabr 2019, 14:18 (GMT +4)
Vilayət Eyvazov bolqarıstanlı həmkarı ilə görüşüb

22 Noyabr 2019, 14:13 (GMT +4)
Rusiya FTX hökuməti devirməyə hazırlaşan ekstremistləri saxlayıb

22 Noyabr 2019, 14:06 (GMT +4)
AQTA paytaxtda daha bir şirniyyat sexinin fəaliyyətini məhdudlaşdırıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66