Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

“Kapital Bank” rəqəmsal bankçılıq sahəsində ilkə imza atıb

22 Oktyabr 2019, 13:52 (GMT +4)

Bakı, 22 oktyabr, SalamNews.Müasir dünya inkişaf etdikcə bütün müştərilərə kütləvi şəkildə aksiyalar təqdim edilməsi öz aktuallığını itirir. Qlobal şirkətlər artıq hər bir müştəriyə fərdi yanaşma tətbiq edərək öz xidmət səviyyəsini yüksəldir. “Kapital Bank” da yerli bankçılıq sahəsində bu istiqamətdə ilk addımı ataraq “EVAM Streaming Analytics” platformasını tətbiq etməyə başlayıb. Sözügedən platforma ani data əsasında müştəri profilinin analizinə uyğun olaraq doğru zamanda doğru addımlar atmağa imkan verir.

“Kapital Bank”ın Baş marketinq inzibatçısı Samir Məmmədovun sözlərinə görə, indiyədək müştərilər kütləvi mesajlar alırdılarsa, artıq EVAM platformasının tətbiqindən sonra yalnız onlara uyğun olan məlumatı alacaqlar. Belə ki, müştəri kartla və ya “BirBank” mobil tətbiqində əməliyyat edən zaman həmin əməliyyata və onun fərdi profilinə uyğun olan kampaniyaları, eləcə də başqa faydalı məlumatları əldə edəcək. Hansı müştəriyə, hansı anda, hansı təklifin və ya məlumatın maraqlı ola biləcəyi isə data modelləşdirmənin köməyi ilə təyin olunur. Bununla da, individual müştəri səviyyəsində seqmentləşdirmə etmək mümkün olub.

“Tətbiq etdiyimiz EVAM platforması vasitəsilə hər bir müştəriyə onun üçün xüsusi hazırlanan təkliflər, ona maraqlı ola biləcək yeniliklər və ya məlumatlandırıcı mətnlər real zamanda göndərilir. Misal üçün, müştəri PIN şifrəni 3 dəfə səhv yığıb və onun kartı bloklanıb. Kart bloka düşən anda müştəriyə “BirBank”a daxil olub kartın PIN şifrəsini yeniləyərək blokdan çıxarılması haqqında SMS və ya “BirBank” vasitəsilə bildiriş göndərilir. Başqa bir misal: “Bəzən olur ki, müştərilər kreditin ödəniş vaxtını unudurlar. EVAM vasitəsilə hər bir müştəri öz kreditinin son ödəniş tarixinə 3 gün qalmış ödəmə vaxtının yaxınlaşdığı və ödənişi ən rahat hansı üsulla ödəyə biləcəyi barədə bildiriş alır”, - deyə S.Məmmədov bildirib.

S.Məmmədov deyib: “Bildiyiniz kimi 430 minədək istifadəçisi olan “BirKart” taksit kartının ölkə üzrə 3 minədək partnyoru vardır. Bu partnyorlarda alış-veriş edərkən müştəri əlavə faiz və ya komissiya ödəmir. Ola bilər ki, müştəri alış-veriş etdiyi hər hansı bir mağazanın “BirKart”ın partnyorlar siyahısında olduğunu bilmir və orada “BirKart” vasitəsilə sadəcə nağdsız ödəniş edir. Bu zaman dərhal müştəri mağazanın “BirKart” partnyoru olması və məhsulu faizsiz taksitlə alaraq, dəyərini müvafiq olaraq 18 ayadək müddətə bərabər hissələrlə ödəyə biləcəyi barədə bildiriş alır. Bundan başqa, “BirBank” vasitəsilə bonus ürəklər toplayan müştərilər, ürək balansları hansısa bir hədiyyəyə dəyişə biləcəkləri miqdara çatdığı anda, həmin hədiyyələr haqda bildirişlər alacaqlar”.

Hazırda “Kapital Bank”da bu tipli innovativ layihələr çoxdur. Layihələri gerçəkləşdirmək üçün həvəsli və daima öz üzərində işləyən IT və data analitiklər üçün vakansiyalar mövcuddur. Maraqlanan şəxslər CV-lərini və motivasiya məktublarını recruitment@kapitalbank.az elektron poçt ünvanına göndərə bilərlər.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Kapital Bank UNEC-də “Karyera Günü” keçirib

Kapital Bank yenilənən Nəsimi filialını istifadəyə verib

Kapital Bank Boğaziçi Universiteti ilə ilkə imza atıb

Kapital Bank fərqli konsepsiyalı Lökbatan şöbəsini təqdim edib

Kapital Bank yeni aksiya təqdim edir

Kapital Bank Müştəri Bank sistemini inkişaf etdirir

Kapital Bank 145 yaşını qeyd edir

"Kapital Bank" ənənəvi “Təhsil avtobusu” layihəsinin rəsmi tərəfdaşıdır

Kapital Bank 2019-cu ilin II rübünün nəticələrini elan edib

Kapital Bank-ın ilk qalib müştəriləri müəyyən olunub

Kapital Bank-ın Facebook səhifəsində yeni yarışmaya start verilib

Kapital Bank yeni stimullaşdırıcı lotereya keçirir

Kapital Bank-ın dəstəyi ilə növbəti “Yay Futbol Düşərgəsi” keçirilir

Standard & Poor`s agentliyi Kapital Bank-ın reytinqini artırıb

"Kapital Bank"ın dəstəyi ilə keçirilən Olimpiadanın qalibləri təltif ediliblər

Kapital Bank müştərinin kreditini tam ödəyib

Kapital Bank hərbçilərə zaminsiz nağd pul krediti təklif edir

"Kapital Bank"ın dəstəyi ilə keçirilən müsabiqə başa çatıb

Kapital Bank-ın əməkdaşları mühüm saziş imzalayıb

Kapital Bank müştərilərin kreditini ödəyəcək

16 Noyabr 2019, 17:05 (GMT +4)
Ağsuda ağac kəsən şəxs cəzalanıb

16 Noyabr 2019, 17:00 (GMT +4)
Prezident İlham Əliyev latviyalı həmkarını təbrik edib

16 Noyabr 2019, 16:55 (GMT +4)
İspaniyada güclü qar yağıb

16 Noyabr 2019, 16:51 (GMT +4)
“Qala” qoruğunda ağacəkmə aksiyası keçirilib

16 Noyabr 2019, 16:42 (GMT +4)
Prezident İlham Əliyev Oman Sultanını təbrik edib

16 Noyabr 2019, 16:37 (GMT +4)
Əl-Bağdadinin 25 qohumu Türkiyədə saxlanılıb

16 Noyabr 2019, 16:30 (GMT +4)
Səudiyyə Ərəbistanın vəliəhdi husilərin nümayəndə heyətilə görüşəcək - Anadolu

16 Noyabr 2019, 16:19 (GMT +4)
Pompeo Makronun NATO-nun "beyin ölümü" ilə bağlı açıqlamasını  şərh edib

16 Noyabr 2019, 16:18 (GMT +4)
Vilayət Eyvazov İnterpolun Milli Mərkəzi Bürosunun yeni rəisini kollektivə təqdim edib

16 Noyabr 2019, 15:54 (GMT +4)
İraqda cümə namazını hədəfə alan terror aktının qarşısı alınıb

16 Noyabr 2019, 15:53 (GMT +4)
“Azərsun” Beynəlxalq Ətraf Mühit sərgisində iştirak edib

16 Noyabr 2019, 15:52 (GMT +4)
ETSN Sumqayıtda kəskin iy-qoxu ilə bağlı araşdırma aparır

16 Noyabr 2019, 15:46 (GMT +4)
BDU kollektivi Universitet ərazisinə 650 ağac əkib

16 Noyabr 2019, 15:43 (GMT +4)
Ankara ABŞ-ın təhdidlərinə baxmayaraq S-400-dən istifadə edəcəyini açıqlayıb

16 Noyabr 2019, 15:20 (GMT +4)
Almaniyada İŞİD terrorçusu saxlanılıb

16 Noyabr 2019, 15:10 (GMT +4)
Lahıcda 228 il yaşı olan Bədöyün məscidi təmir ediləcək

16 Noyabr 2019, 14:49 (GMT +4)
ABŞ hərbçiləri Rusiya istehsalı "T-80" tankını sınaqdan keçirib

16 Noyabr 2019, 14:48 (GMT +4)
Suriyanın əl-Bab şəhərində şiddətli partlayış törədilib, azı 13 ölü var (VİDEO)

16 Noyabr 2019, 14:37 (GMT +4)
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vətəndaşları qəbul edib

16 Noyabr 2019, 14:11 (GMT +4)
Serbiya prezidenti ürək problemləri səbəbiylə xəstəxanaya yerləşdirilib

16 Noyabr 2019, 14:07 (GMT +4)
DQİDK-nin sədri Fələstin Prezidentinin Dini işlər və İslam münasibətləri üzrə müşaviri ilə görüşüb

16 Noyabr 2019, 14:04 (GMT +4)
İranda benzinin bahalaşmasına görə etiraz aksiyaları keçirilib

16 Noyabr 2019, 13:53 (GMT +4)
Paytaxtda qadına qarşı dələduzluq edən şəxs tutulub

16 Noyabr 2019, 13:39 (GMT +4)
Bill Geyts Bloomberg-in milyonerlər siyahısına rəhbərlik edir 

16 Noyabr 2019, 13:24 (GMT +4)
Tramp "impiçment" qaydalarını "millət üçün utanc" adlandırıb

16 Noyabr 2019, 13:16 (GMT +4)
Taliban girovluğundakı ABŞ və Avstraliya vətəndaşlarının təhvilini təxirə salıb

16 Noyabr 2019, 13:15 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

16 Noyabr 2019, 13:07 (GMT +4)
Nazirlik: Bəzi açıq meşə sahələri uzunmüddətli icarəyə verilib

16 Noyabr 2019, 12:58 (GMT +4)
Müdafiə naziri əməliyyat təliminin yekunlarına dair xidməti müşavirə keçirib

16 Noyabr 2019, 12:32 (GMT +4)
“Ağ Şəhər”də növbəti yaşıllıq zonası yaradılır (FOTO)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66