Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Milyonların səs verdiyi çağırış

22 Oktyabr 2019, 11:32 (GMT +4)

Bakı, 22 oktyabr, SalamNews.“Qarabağ Azərbaycandır!” çağırışı hər bir azərbaycanlının ürəyinin səsi idi. 28 illik Qarabağ həsrətinin artıq sona çatacağının sevinc sədasıdı… İllərdir yurd-yuvasından didərgin düşərək vətən həsrəti ilə yaşayan kəlbəcərlilərin, şuşalıların, laçınlıların, xocalıların, ağdamlıların və digər məcburi köçkün yurddaşlarımızın ümid harayıdı…

Bu, Ali Baş Komandan İlham Əliyevin xalqa ünvanlanmış qələbə, Qarabağa qayıdış, xoşbəxtlik, sevinc nidaları duyulan çağırış mesajı idi. Və 10 milyonluq Azərbaycan xalqı, dünyada yaşayan bütün soydaşlarımız Prezident İlham Əliyevə məxsus bu qələbə paroluna səs verdi, bu çağırışa qoşuldu, dəstək aksiyaları düzənlədi, hərəkatlar başlandı…

Bu gün bütün fəaliyyət istiqamətlərimizin yalnız bir ünvanı var: Qarabağ…

Artıq dünya bu faktı qəbul etmək məcburiyyətindədir: Qarabağ Azərbaycandır və nida işarəsi…
Hər bir Azərbaycan vətəndaşı qəti surətdə əmindir ki, qələbə sevinci uzaqda deyil.

Prezident-xalq birliyi zəfərə gedən yolumuzun açarıdır. İstənilən beynəlxalq toplantıların ali tribunalarından Azərbaycanın haqq səsini dünyaya bəyan edən, əsl həqiqətləri faktlarla, sübutlarla ortaya qoyan Prezident İlham Əliyevin son bəyənatı, “Valday” Beynəlxalq Diskussiya Klubunda “Qarabağ Azərbaycandır!” nidasını səsləndirməsi bir daha işğalçı Ermənistana çox ciddi mesaj oldu. Bu ölkənin baş naziri Nikol Paşinyanın Xankəndidə səsləndirdiyi cəfəng, məsuliyyətsiz bəyanatının üstündən qırmızı bir xətt çəkdi.

İlham Əliyev daha bir erməni uydurmasını ifşa etdi: “Dağlıq Qarabağ xalqı” məfhumu mövcud deyil. Dağlıq Qarabağın münaqişəyədək birlikdə yaşayan azərbaycanlılardan və ermənilərdən ibarət əhalisi vardır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, BMT-nin bütün dünya tərəfindən qəbul edilmiş Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri və Helsinki Yekun Aktı çərçivəsində həll olunmalıdır!”

Ali Baş Komandan bir daha bəyan etdi ki, Azərbaycanın bütün dünya tərəfindən tanınmış ərazi bütövlüyü bərpa olunmalı, qaçqınların və məcburi köçkünlərin öz doğma torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qayıtması təmin olunmalıdır!

İlham Əliyevin “Qarabağ Azərbaycandır!” nidasını səsləndirməsi Dağlıq Qarabağdan məcburi köçkün düşmüş, etnik təmizləməyə məruz qalmış azərbaycanlıları çox sevindirdi, yurdlarına dönəcəklərinə ümidlərini artırdı.

O cümlədən biz gənclərdə də qələbə əhvalını yüksəltdi. Azərbaycan gəncliyi bu müqəddəs çağırışa hazırdır və bütün gücü ilə bu nidaya dəstək verməyə, vətənə borcunu yerinə yetirməyə qadirdir. Eyni zamanda virtual aləmin imkanlarından da istifadə edib sosial şəbəkələrdə, informasiya müharibəsi gedən bütün platformalarda fəaliyyət istiqamətlərimizi genişləndirməliyik. Qarabağa dair bütün tarixi, sənədli faktları dünya ictimaiyyətinin nəzərinə bir daha çatdırmaq, yalançı erməni təxəyyülünün məhsulu olan uydurma xəbərlərə qarşı mübarizə aparmaq da məhz biz gənclərin üzərinə düşür.

Əminəm ki, bu haqq işdə uğur bizimlədir və tezliklə xalqımız qələbə sevincini qeyd edəcək. Bu inam isə Ali Baş Komandan İlham Əliyevin daxili və xarici siyasətinin uzaqgörənliyindən, qətiyyətindən doğur. Şanlı, qüdrətli Azərbaycan ordusunun zəfər əzmindən irəli gəlir. Biz hər zaman sülh tərəfdarıyıq, amma ana torpağımızın hər qarışı uğrunda çarpışıb vuruşmağı, lazım gəlsə canımızdan belə keçməyi də bacarırıq. Elə bircə Lələtəpə qələbəsində igid ordumuzun əsgərlərinin qəhrəmanlıqlarına, şücaətlərinə nəzər salmaq kifayətdir…

Bu gün Silahlı Qüvvələrimiz dünyanın ən güclüləri sırasındadır. Bu gün ordumuz istər döyüş qabiliyyətinin yüksək olması, istərsə də şəxsi heyətdən tutmuş maddi-texniki təminata qədər əldə etdiyi nailiyyətlər ilə dünya liderləri sırasında yer almağı bacarıb. Elə bu səbəbdəndir ki, ordumuz yağı düşməni getdikcə daha çox lərzəyə salır, təcavüzkar istənilən an ən sərt zərbəni ala biləcəyini yaxşı dərk edir.

Ordusuna tam güvənən hər bir Azərbaycan vətəndaşı, elə dünya ictimaiyyəti də çox yaxşı bilir ki, işğal altındakı ərazilərin azad olunacağı gün uzaqda deyil.

Buna görə də, Dağlıq Qarabağdakı cinayətkar erməni ünsürləri Azərbaycan Prezidentinin qətiyyətli bəyanatlarından lazımi nəticə çıxarmalıdırlar. Artıq bu cinayətkar qruplaşmanın yeganə çıxış yolu Azərbaycan Respublikasının suverenliyini, ərazi bütövlüyünü qəbul etməkdən keçir…
Tezliklə üçrəngli bayrağımız Şuşada, Xankəndidə, Laçında, Kəlbəcərdə, Ağdamda, Qubadlıda, Cəbrayılda, Zəngilanda və işğal altında olan hər qarış torpağımızda dalğalanacaq…

Qarabağ Azərbaycandır, Qarabağ Azərbaycanındır… Bu, dünya var olduqca belə olub və indən sonra da belə olacaq…

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

13 Noyabr 2019, 18:01 (GMT +4)
Bakı-Sumqayıt qatarı ilə sərnişin daşınması 2-3 dəfə artırılacaq

13 Noyabr 2019, 17:50 (GMT +4)
Türkiyə İŞİD-in əsas üzvünün saxlanıldığını açıqlayıb

13 Noyabr 2019, 17:46 (GMT +4)
Azərbaycanda bəzi məhsulların markalanmasında tələblərin pozulması ilə bağlı faktlar aşkarlanıb

13 Noyabr 2019, 17:28 (GMT +4)
Prezident İlham Əliyev Misirin Nümayəndələr Palatası sədrinin birinci müavinini qəbul edib

13 Noyabr 2019, 17:12 (GMT +4)
Gömrük rəsmiləşdirilməsi üzrə təlimlər keçirilir

13 Noyabr 2019, 17:11 (GMT +4)
Türkiyə İŞİD terrorçusu olan 29 Azərbaycan vətəndaşını deportasiya edəcək

13 Noyabr 2019, 17:07 (GMT +4)
Azərbaycanlı skaut Dünya Skaut Hərəkatı tərəfindən mükafatlandırılıb

13 Noyabr 2019, 17:02 (GMT +4)
Hindistanın Kəşmirə humanitar yardım göndərilməsinə icazə verilməyib

13 Noyabr 2019, 16:57 (GMT +4)
Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” QSC-nin sədrini qəbul edib

13 Noyabr 2019, 16:47 (GMT +4)
Suriya Ordusu minalanmış kamikadze maşınını zərərsizləşdirib (FOTO)

13 Noyabr 2019, 16:32 (GMT +4)
Tanınmış jurnalist Sevinc İsgəndərova yeni vəzifəyə təyin edilib

13 Noyabr 2019, 16:30 (GMT +4)
Azərbaycan komandası «Ən yaxşı səhnəciyi»-nə görə mükafatlandırılıb

13 Noyabr 2019, 16:25 (GMT +4)
Musiqi məktəbi "Yeni nəfəs" adlı solo konsert  proqramı təqdim edib

13 Noyabr 2019, 16:20 (GMT +4)
Prezident İlham Əliyev Rusiya Federasiya Şurasının sədr müavinini və komitə sədrini qəbul edib

13 Noyabr 2019, 16:17 (GMT +4)
İndoneziyada terror aktı törədilib

13 Noyabr 2019, 15:53 (GMT +4)
Rusiya XİN Boliviyadakı vəziyyətdən mənfəət güdməməyə çağırır

13 Noyabr 2019, 15:32 (GMT +4)
İlham Əliyev İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədrini qəbul edib

13 Noyabr 2019, 15:24 (GMT +4)
Türkiyənin şərqində "Kıran" əməliyyatının altıncı mərhələsi başlayıb

13 Noyabr 2019, 15:13 (GMT +4)
AQTİ işə qəbul üçün vakansiya elan edir

13 Noyabr 2019, 14:57 (GMT +4)
Almaniya və Hollandiya Türkiyədəki İŞİD terrorçularını qəbul etməyə hazırdır - nazir

13 Noyabr 2019, 14:34 (GMT +4)
Fələstin hərəkatları İsraillə hərbi qarşıdurmanın dayandırılması üçün vasitəçiləri rədd edəcəklərini bildiriblər

13 Noyabr 2019, 14:30 (GMT +4)
“Şahdəniz”dən indiyədək 112 milyard kubmetrdən çox təbii qaz çıxarılıb

13 Noyabr 2019, 14:11 (GMT +4)
Evo Morales Boliviyadakı hadisələri "məkrli çevriliş" adlandırıb

13 Noyabr 2019, 14:01 (GMT +4)
Göyçayda Abşeron sakininə qarşı soyğunçuluq edilib

13 Noyabr 2019, 13:50 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

13 Noyabr 2019, 13:41 (GMT +4)
Moskvada qanunsuz odlu silah gəzdirən azərbaycanlı tutulub

13 Noyabr 2019, 13:35 (GMT +4)
Nostrifikasiya ilə bağlı sənəd qəbulu müvəqqəti olaraq dayandırılır

13 Noyabr 2019, 13:24 (GMT +4)
Turagentliklər üçün yeni mexanizm hazırlanıb

13 Noyabr 2019, 13:19 (GMT +4)
İranın Fordo nüvə reaktoru uranı 20 faizlik zənginləşdirməyə hazır olduğunu bildirib

13 Noyabr 2019, 13:09 (GMT +4)
ABŞ-da "Google" layihəsinə qarşı istintaq başladılıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66