Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Bakıda “Yaşıl Planet” beynəlxalq tələbə məktəbi təşkil edilib

21 Oktyabr 2019, 17:52 (GMT +4)

Bakı, 21 oktyabr, SalamNews.Gənclər və İdman Nazirliyi tərəfindən 20-26 oktyabr tarixlərində Bakı şəhərində “MDB iştirakçı dövlətlərinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu” və “Ekosfera” Sosial-ekoloji Mərkəzi ilə birgə “Yaşıl Planet” beynəlxalq tələbə məktəbi təşkil edilib.

SalamNews-un məlumatına görə, tədbirdə qeyd edilib ki, layihə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının müvafiq bəndlərinin icrasını təmin etmək məqsədilə ilə, eləcə də Müstəqil Dövlətlər Birliyi Hökumət Başçıları Şurasının qərarı ilə təsdiq edilmiş “MDB üzv dövlətlərinin 2018-2020-ci illər üçün humanitar əməkdaşlıq sahəsində prioritet tədbirlər planı”na uyğun olaraq həyata keçirilir.

Layihə çərçivəsində MDB və Baltikyanı ölkələrdən olan gənclər ətraf mühit problemlərinə ictimaiyyətin diqqətini cəlb etmək üçün, eləcə də bu sahədə bilik, bacarıq və təcrübə mübadiləsi və təlim keçmək məqsədi ilə Azərbaycanda toplanıblar.

Tədbirdə çıxış edən Gənclər və İdman nazirinin müavini İntiqam Babayev bildirib ki, gənclərlə bağlı olan "Yaşıl Planet" adlı növbəti layihə ekoloji layihədir:

"Layihə çərçivəsində həm təcrübə mübadiləsi olacaq, həm müxtəlif ölkələrdə həyata keçirilən layihələrlə bağlı birgə informasiya mübadiləsi həyata keçiriləcək. Eyni zamanda müxtəlif təqdimatlar gözlənilir. Biz layihə çərçivəsində Azərbaycanda ekologiya sahəsində görülən işlərlə bağlı geniş məlumatlar vermək niyyətindəyik".

Nazir müavini bildirib ki, bu layihələrin həyata keçirilməsi ekologiya sahəsində çalışan gənclər və gənc mütəxəssislər arasında əlaqələrin qurulmasına və gələcəkdə birgə əməkdaşlığına müsbət təsir göstərəcək:

"Eyni zamanda bu, beynəlxalq əməkdaşlığın bir növüdür. Azərbaycanda hər zaman dövlət səviyyəsində ekoloji maariflənməyə və ətraf mühitin qorunmasına xüsusi diqqət göstərilir. Bu günə qədər qəbul edilən bütün Azərbaycan gəncliyi dövlət proqramlarında müvafiq bəndlər öz əksini tapıb. 2010-cu il Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycanda "Ekologiya ili" elan edilib. Bu gün Azərbaycanda bu sahədə aidiyyəti dövlət qurumları, ictimai təşkilatlar tərəfindən maraqlı layihələr həyata keçirilir. Burada xüsusilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə "IDEA" təşkilatının həyata keçirdiyi layihələri qeyd etmək olar. "IDEA" tərəfindən bu gün həm ölkə, həm də beynəlxalq miqyaslı tədbirlər həyata keçirilir ki, gənclər arasında ekoloji maariflənmə işi aparılsın. Biz də Gənclər və İdman Nazirliyi olaraq bu mövzuda bir neçə layihə həyata keçirmişik. İnanıram ki, bu layihələrin davamı olacaq".

Milli Məclisin Gənclər və İdman Komitəsinin üzvü Sevinc Hüseynova bildirib ki, ekoloji problem dünyadakı ən aktual problemlərdən biridir:

"Biz qarşımıza məqsəd qoymuşuq ki, insanlar üçün ətraf mühiti elə insanların özündən qoruyuq. Çünki ekologiyaya ən böyük zərər insan fəaliyyəti nəticəsində dəyir. Müstəqillik dövründə Azərbaycanda ətraf mühitin qorunması sahəsində çox güclü hüquqi baza yaradılıb. 25-dən artıq normativ hüquqi akt və qanun qəbul olunub. Biz ətraf mühitə zərər verilməməsi üçün ictimai qınağı artırmalıyıq. Bu sahədə əsas məsuliyyət gənclərin üzərinə düşür. Çünki gələcəyimizə onlar cavabdehdir".

"Ekosfera" Sosial-ekoloji Mərkəzinin rəhbəri Firuzə Sultanzadə bildirib ki, 20 illik yubileyləri çərçivəsində bu cür layihənin həyata keçirilməsi sevindiricidir:

"Ümid edirəm ki, 6 gün qonaqlar üçün çox maraqlı olacaq. Gələcəkdə də birgə layihələr təşkil etmək və planetin rifahını birgə qorumaq istərdik. Ekspert qrupu olaraq layihə iştirakçıları üçün hər şey etmişik ki, 6 gün ərzində maraqlı müzakirələr aparılsın. Biz hər birimiz öz ölkəmizdə planeti qurmaq üçün işlər görürük. İndi elə zamandır ki, hər kəs ekoloq olmalıdır. Hər kəs ayrı-ayrılıqda bir fərddir, lakin bir yerdə yeni bir sistem qura bilərik".

Qeyd edək ki, gənclər ətraf mühitin qorunması və ekoloji liderlik sahəsində seminar və master-klasslarda fəal iştirak edə biləcəklər.

Məktəbdə gənclərin ətraf mühitin mühafizəsi, eko-liderlik, ətraf mühitin idarə olunması və s. mövzularda fəal iştirakı ilə mühazirələr, seminarlar və ustad dərsləri keçiriləcək, mədəniyyət axşamları təşkil ediləcək,iştirakçılar Bakının görməli yerləri ilə tanış olmaq, eyni zamanda, Azərbaycanın tarixi, mədəniyyəti və adət-ənənələri ilə tanış olmaq imkanı əldə edəcəklər. Beynəlxalq məktəbin işində 100 nəfər gənc olacaq.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Səhiyyə Nazirliyi binada baş verən yanğında tüstüdən boğulan şəxslərin durumu ilə bağlı məlumat yayıb

Bakıda yaşayış binasında yanğın baş verib 

Türkiyə İŞİD-in əsas üzvünün saxlanıldığını açıqlayıb

İranın Fordo nüvə reaktoru uranı 20 faizlik zənginləşdirməyə hazır olduğunu bildirib

Tramp Ərdoğana 100 milyard dollar qarşılığında S-400-dən imtina etməyi təklif edib

Kreml Qəzza və İsraildəki gərginlikdən narahatdır

Ərdoğan ABŞ səfərindən sonra Putinlə danışıqlar aparmağı planlaşdırdığını açıqlayıb

Morales Meksikanın sığınacaq təklifini qəbul edib

Qalaaltıda yanğın olub

"Əli (ə) ayağında" Nəsimi yad olunub

Tramp İranın uranı zənginləşdirmək qərarını yanlış addım adlandırıb

AtaBank Bayraq Günündə sığınacaqdakı uşaqlarla görüşüb

MirHəsən Seyidov: "İrəli"nin təşəbbüsü ilə Dövlət Bayrağının asılması aksiyası geniş vüsət alır

Miyanədə baş verən zəlzələdə 13 kənd dağıntılara məruz qalıb (FOTO)

İran ABŞ-a cavab olaraq Fordo nüvə reaktorunu tam şəkildə işə saldığını bildirib

İran nüvə təsisatlarında 30 ədəd yeni nəsil sentrifuqa işə saldığını bildirib

Türkiyə S-400-ün ikinci dəstinin tədarükündə gecikmə olacağını istisna etməyib

Rusiyada məsciddə yanğın baş verib

 Lavrov: ABŞ öz yaratdığını məhv etdi

İlon Mask Twitter-dən ayrıldığını açıqlayıb

18 Noyabr 2019, 09:18 (GMT +4)
Fransada Makrona sui-qəsdin qarşısı alınıb

18 Noyabr 2019, 09:00 (GMT +4)
Gömrükçülər narkotik vasitə və psixotrop maddə aşkarlayıblar

17 Noyabr 2019, 11:00 (GMT +4)
Azərbaycanda Milli Dirçəliş Günüdür

16 Noyabr 2019, 17:05 (GMT +4)
Ağsuda ağac kəsən şəxs cəzalanıb

16 Noyabr 2019, 17:00 (GMT +4)
Prezident İlham Əliyev latviyalı həmkarını təbrik edib

16 Noyabr 2019, 16:55 (GMT +4)
İspaniyada güclü qar yağıb

16 Noyabr 2019, 16:51 (GMT +4)
“Qala” qoruğunda ağacəkmə aksiyası keçirilib

16 Noyabr 2019, 16:42 (GMT +4)
Prezident İlham Əliyev Oman Sultanını təbrik edib

16 Noyabr 2019, 16:37 (GMT +4)
Əl-Bağdadinin 25 qohumu Türkiyədə saxlanılıb

16 Noyabr 2019, 16:30 (GMT +4)
Səudiyyə Ərəbistanın vəliəhdi husilərin nümayəndə heyətilə görüşəcək - Anadolu

16 Noyabr 2019, 16:19 (GMT +4)
Pompeo Makronun NATO-nun "beyin ölümü" ilə bağlı açıqlamasını  şərh edib

16 Noyabr 2019, 16:18 (GMT +4)
Vilayət Eyvazov İnterpolun Milli Mərkəzi Bürosunun yeni rəisini kollektivə təqdim edib

16 Noyabr 2019, 15:54 (GMT +4)
İraqda cümə namazını hədəfə alan terror aktının qarşısı alınıb

16 Noyabr 2019, 15:53 (GMT +4)
“Azərsun” Beynəlxalq Ətraf Mühit sərgisində iştirak edib

16 Noyabr 2019, 15:52 (GMT +4)
ETSN Sumqayıtda kəskin iy-qoxu ilə bağlı araşdırma aparır

16 Noyabr 2019, 15:46 (GMT +4)
BDU kollektivi Universitet ərazisinə 650 ağac əkib

16 Noyabr 2019, 15:43 (GMT +4)
Ankara ABŞ-ın təhdidlərinə baxmayaraq S-400-dən istifadə edəcəyini açıqlayıb

16 Noyabr 2019, 15:20 (GMT +4)
Almaniyada İŞİD terrorçusu saxlanılıb

16 Noyabr 2019, 15:10 (GMT +4)
Lahıcda 228 il yaşı olan Bədöyün məscidi təmir ediləcək

16 Noyabr 2019, 14:49 (GMT +4)
ABŞ hərbçiləri Rusiya istehsalı "T-80" tankını sınaqdan keçirib

16 Noyabr 2019, 14:48 (GMT +4)
Suriyanın əl-Bab şəhərində şiddətli partlayış törədilib, azı 13 ölü var (VİDEO)

16 Noyabr 2019, 14:37 (GMT +4)
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vətəndaşları qəbul edib

16 Noyabr 2019, 14:11 (GMT +4)
Serbiya prezidenti ürək problemləri səbəbiylə xəstəxanaya yerləşdirilib

16 Noyabr 2019, 14:07 (GMT +4)
DQİDK-nin sədri Fələstin Prezidentinin Dini işlər və İslam münasibətləri üzrə müşaviri ilə görüşüb

16 Noyabr 2019, 14:04 (GMT +4)
İranda benzinin bahalaşmasına görə etiraz aksiyaları keçirilib

16 Noyabr 2019, 13:53 (GMT +4)
Paytaxtda qadına qarşı dələduzluq edən şəxs tutulub

16 Noyabr 2019, 13:39 (GMT +4)
Bill Geyts Bloomberg-in milyonerlər siyahısına rəhbərlik edir 

16 Noyabr 2019, 13:24 (GMT +4)
Tramp "impiçment" qaydalarını "millət üçün utanc" adlandırıb

16 Noyabr 2019, 13:16 (GMT +4)
Taliban girovluğundakı ABŞ və Avstraliya vətəndaşlarının təhvilini təxirə salıb

16 Noyabr 2019, 13:15 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66