Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

KOBİA: Elektron ticarətlə bağlı maarifləndirmə tədbirlərinə zərurət var

21 Oktyabr 2019, 15:17 (GMT +4)

Bakı, 21 oktyabr, SalamNews.“Azərbaycanda telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulan bir sıra tədbirlərin icrası məqsədilə “2018–2020-ci illərdə rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” qəbul edilib. Bundan başqa elektron ticarətin hüquqi və infrastruktur bazasını beynəlxalq tələblərə uyğunlaşdırmaq məqsədilə “Azərbaycan Rəqəmsal Ticarət Qovşağı” portalı yaradılıb”.

SalamNews xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov 2-ci Bakı Elektron Ticarət Forumunda deyib.

Onun sözlərinə görə, bütün bunlar, nağdsız ödəniş mühitinin genişləndirilməsi, nağd dövriyyənin həcminin minimuma endirilməsi və nəticədə bank sektorunun maliyyə resursları bazasının gücləndirilməsi istiqamətində mühüm hüquqi zəmin formalaşdırıb: “Hesab edirik ki, elektron ticarətin inkişafı üçün üç tərəf – vətəndaş - biznes subyektləri və dövlət strukturları birgə məsuliyyət daşıyır. Vətəndaşın əsas məsuliyyəti rəqəmsal biliklərə yiyələnmək, ödənişləri elektron qaydada həyata keçirməkdən ibarətdirsə, sahibkarlar istehsal və ya ixrac etdiyi malların onlayn satışını təşkil etməklə əhalinin prosesə marağını artıra bilər. Dövlət isə tənzimləmə sahəsində addımlar atmaqla bu sahədə olan ekosistemin effektivliyini artıra, eləcə də, elektron ticarəti təşviq edə bilər. Bir sözlə, iqtisadi subyektlər arasında nağdsız dövriyyənin artması və əhalidə nağdsız ödəniş vərdişlərinin formalaşması elektron ticarətin böyüməsi üçün əsas amillər rolunda çıxış edir”.

O.Məmmədov qeyd edib ki, 2017-ci ildə yaradılmış KOBİA-nın əsas vəzifəsi məhz ölkədə startap, mikro, kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsidir. Bu baxımdan, Agentlik biznes mühitinin əlverişliliyinin artırılması, tənzimləmə sisteminin səmərəliliyinin yüksəldilməsi, çoxsaylı dəstək tədbirlərinin ünvanlılığının və onlara sahibkarların maneəsiz və rahat çıxışının təmin edilməsi kimi geniş və çoxşaxəli fəaliyyət gündəliyinə malikdir.

“Ticarət əməliyyatlarında, o cümlədən pərakəndə satışlarda elektron ticarətin payının artırılması üçün geniş potensialın mövcudluğunu, eləcə də bu prosesdə mikro, kiçik və orta sahibkarların daha çevik addımlar atmaq imkanına sahib olduğunu nəzərə alaraq, hesab edirik ki, geniş maarifləndirmə tədbirlərinə zərurət var və biz Agentlik olaraq bu prosesdə aktiv iştirak etməyə və irəli sürülücək təşəbbüsləri dəstəkləməyə hazırıq”, - deyə o, qeyd edib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Sahibkarlar və fermerlər KOBİA-nın onlayn maarifləndirmə tədbirindən yararlanıblar

KOBİA iki sahibkarlıq subyekti arasındakı mübahisəni həll edib

KOBİA onlayn maarifləndirmə tədbiri keçirəcək

KOBİA Qusarda kələm satışı ilə məşğul olan fermerlərə dəstək göstərib

KOBİA mikro və kiçik sahibkarların məhsullarının satışına dəstək göstərir

KOBİA TDƏŞ-ə üzv ölkələrin müvafiq qurumları ilə əlaqələri genişləndirir (FOTO)

KOBİA-nın stendi “Ən yaxşı sosial layihə” mükafatına layiq görülüb

KOBİA-da biznes assosiasiyaları ilə görüş keçirilib

KOBİA-nın dəstəyi ilə Abşeronda kombi istehsalı zavodu fəaliyyətə başlayıb

Sənətkarlıqla məşğul olan sahibkarlar KOBİA-nın dəstəyindən yararlanır

KOBİA Şəkidə arıçılıqla məşğul olan sahibkarlara dəstək olub

KOBİA-nın dəstəyi ilə sahibkarın müraciəti müsbət həll olunub

KOBİA Koreyanın KOSME Agentliyi ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır

KOBİA-nın informasiya və məsləhət xidmətlərindən yüzlərlə sahibkar yararlanıb

BMT KOBİA ilə əməkdaşlıq etmək niyyətindədir

KOBİA və “Ernst & Yanq Holdinqs” şirkəti əməkdaşlıq edəcək

KOBİA-nın səlahiyyətləri artırılıb

KOBİA tikiş sexinin sənədləşdirilməsində sahibkara dəstək göstərib

KOBİA İsveçrənin Kiçik və Orta Sahibkarlar Assosiasiyası ilə əməkdaşlıq edəcək

Gənclər Fondu KOBİA ilə birgə forum keçirib (FOTOLAR)

12 Noyabr 2019, 18:10 (GMT +4)
ETSN: Şikayət yerində araşdırılıb

12 Noyabr 2019, 18:00 (GMT +4)
AtaBank-ın ənənəvi əmanət kampaniyası başlayır

12 Noyabr 2019, 17:50 (GMT +4)
"Financial Times"a ilk dəfə qadın rəhbərlik edəcək

12 Noyabr 2019, 17:44 (GMT +4)
Dövlət Komitəsi dam örtüyü çökən yataqxanada araşdırma aparıb

12 Noyabr 2019, 17:32 (GMT +4)
Lavrov Boliviya ilə bağlı Rusiyaya qarşı ittihamların olmamasına təəccüblənib

12 Noyabr 2019, 17:32 (GMT +4)
Elektron Hökumət üzrə İcra Qrupunun üçüncü görüşü keçirilib

12 Noyabr 2019, 17:25 (GMT +4)
Fələstinli hərəkatlar İsrailə xəbərdarlıq ediblər: Bu terror Təl-Əvivə baha başa gələcək

12 Noyabr 2019, 17:20 (GMT +4)
Gömrük Akademiyasında Konstitusiya gününə həsr olunmuş tədbir keçirilib

12 Noyabr 2019, 17:15 (GMT +4)
Vyanada Azərbaycan turizminin təqdimatı keçirilib

12 Noyabr 2019, 17:06 (GMT +4)
Misirin baş müftisi Azərbaycana gəlir

12 Noyabr 2019, 17:04 (GMT +4)
Moldova hökuməti istefaya göndərilib

12 Noyabr 2019, 16:58 (GMT +4)
Maliyyə bazarlarına çıxışa dair ictimai müzakirə keçiriləcək

12 Noyabr 2019, 16:53 (GMT +4)
İraq hökuməti ABŞ-ın müdaxiləsini rədd etdiyini bildirib

12 Noyabr 2019, 16:46 (GMT +4)
Bakı- Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunda yük və sərnişin daşıması asanlaşıb

12 Noyabr 2019, 16:20 (GMT +4)
Prezident İlham Əliyev yeni təyin olunan icra başçılarını qəbul edib

12 Noyabr 2019, 16:19 (GMT +4)
“AAM- 2019 Bakı Natiqlik müsabiqəsi” keçirilib

12 Noyabr 2019, 16:17 (GMT +4)
Kreml Qəzza və İsraildəki gərginlikdən narahatdır

12 Noyabr 2019, 16:10 (GMT +4)
Nazir Ramin Quluzadə ABŞ-ın nümayəndə heyətini qəbul edib

12 Noyabr 2019, 16:03 (GMT +4)
Yevlaxda ana ölümü ilə bağlı rəsmi məlumat yayılıb

12 Noyabr 2019, 15:56 (GMT +4)
Təhsil naziri Ceyhun Bayramov Fransada səfərdədir

12 Noyabr 2019, 15:55 (GMT +4)
Kreml Putin və Ərdoğan arasında görüşün baştutma səbəblərindən danışıb 

12 Noyabr 2019, 15:45 (GMT +4)
İranlı general ölkənin ballistik raketlər proqramının yaradıcısının adını açıqlayıb (FOTO)

12 Noyabr 2019, 15:42 (GMT +4)
Azərbaycanın "Tokio 2020" paralimpiya oyunlarına 7-ci lisenziyanı qazanıb

12 Noyabr 2019, 15:30 (GMT +4)
“CinemaPlus”da “Bayraq Günü” qeyd olunub

12 Noyabr 2019, 15:20 (GMT +4)
Fransada zəlzələ nəticəsində onlarla evi dağılıb

12 Noyabr 2019, 15:18 (GMT +4)
Azərbaycan və BƏƏ arasında Hökumətlərarası Komissiyanın 7-ci iclası keçiriləcək

12 Noyabr 2019, 15:10 (GMT +4)
“Dünyaya üç baxış” adlı rəsm sərgisi keçirilib (FOTOLAR)

12 Noyabr 2019, 14:58 (GMT +4)
Anar Məcidzadənin “Vətən sevgisi” adlı kitabı nəşr olunub

12 Noyabr 2019, 14:56 (GMT +4)
Ərdoğan ABŞ səfərindən sonra Putinlə danışıqlar aparmağı planlaşdırdığını açıqlayıb

12 Noyabr 2019, 14:49 (GMT +4)
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66