Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Avstriya-Azərbaycan Ticarət Palatasının Fəxri Şurasının iclası olub

20 Oktyabr 2019, 09:05 (GMT +4)

Bakı, 20 oktyabr, SalamNews.Avstriya-Azərbaycan Ticarət Palatasının (ATAZ) Fəxri Şurasının iclası Avstriyanın Vaxau regionunda yerləşən Vösendorf qəsəbəsində keçirilib. İclas “Yeni İpək Yolu” mövzusuna həsr olunub.

Toplantıda “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, Avstriya Parlamentinin üzvü və Avstriya İqtisadiyyat Palatasının Baş katibi Karlhaynts Kopf, Avstriyanın keçmiş Federal Kansleri Alfredr Quzenbauer, keçmiş nazir Sofi Karmasin, Avstriya-Azərbaycan Ticarət Palatasının (ATAZ) rəhbərliyi və üzvləri, “Liebherr”, “Rail Cargo Austria AG” və digər şirkətlərin rəhbər şəxsləri, iş adamları və media nümayəndələri iştirak edib. Avstriya Azərbaycan Ticarət Palatasının sədri Qerald Qerstbauer giriş nitqində təşkilatın on illik fəaliyyət dövrünə nəzər salıb, iki ölkə arasında işgüzar əlaqələrin dərinləşməsi, qarşılıqlı biznes səfərlərinin təşkili, uğurlu biznes əlaqələrinin qurulması istiqamətində görülən işlərdən bəhs edib.

Avstriya Parlamentinin üzvü və Avstriya İqtisadiyyat Palatasının Baş katibi Karlhaynts Kopf və Avstriyanın keçmiş Federal Kansleri Alfred Quzenbauer ərazi və əhalisinə görə oxşar xüsusiyyətlərə malik Azərbaycan və Avstriya arasında müxtəlif sahələrdə əlaqələrin inkişafının vacibliyini vurğulayaraq, hər iki ölkənin Avropa və Asiya arasında nəqliyyat və logistik bağlantıların güclənməsində mühüm rol oynaya biləcəklərini deyiblər.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov qeyd edib ki, ATAZ on il ərzində yaradılma məqsədlərindən ən əsası olan iki ölkə arasında iqtisadi sahədə əlaqələrin daha da intensivləşdirilməsində önəmli rol oynayıb və bir çox uğurlara imza atıb. Həmçinin, təşkilat tərəfindən şəbəkələşmə, informasiya və məsləhət xidməti, eləcə də işgüzar səfərlər və tədbirlər təşkil edilib. Ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsində böyük potensial olduğunu nəzərə alaraq, gələcəkdə də Palatanın Avstriya və Azərbaycan arasında iqtisadi, mədəniyyət və humanitar sahələrdə əməkdaşlığın daha da dərinləşməsində özünəməxsus rol oynayacağı və bu istiqamətdə uğurlu fəaliyyətini davam etdirəcəyi şübhəsizdir. C. Qurbanov Palatanın Fəxri Şurasının üzvü kimi bu istiqamətdə Palataya dəstəyini əsirgəməyəcəyini də ifadə edib.

Ölkələrimiz arasında əlaqələrin rəsmi səviyyədə də yüksələn xəttlə inkişaf etdiyi xüsusi məmnunluqla qeyd olunub. Azərbaycan Prezidenti İlham Əliyev Avstriya ilə əlaqələrə xüsusi önəm verir və bu ilin mart ayında Avstriyaya səfəri çərçivəsində dövlət və hökumət başçıları ilə aparılan görüşlər, eləcə də bir neçə gün öncə Bakıda Avstriyanın Federal Nəqliyyat, İnnovasiya və Texnologiya Nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etməsi dövlət başçısının Avstriya ilə əlaqələrə verdiyi önəmin göstəricisidir.

C. Qurbanov bildirib ki, o, Palatanı strateji cəhətdən önəmli geosiyasi əhəmiyyətə malik ölkələrimiz arasında körpü olaraq görür. Avstriya Mərkəzi və Şərqi Avropaya açılan qapı olduğu kimi, Azərbaycan da Mərkəzi Asiyaya çıxış üçün önəmli tranzit məkanında yerləşmişdir: “Böyük bir fəxr hissi ilə bildirirəm ki, Azərbaycanın günü-gündən beynəlxalq layihələrdə, o cümlədən dəmir yolları daşımalarında, xüsusilə tranzit daşımalarında rolu artmaqdadır. Bu sahədə son uğurlarımıza misal olaraq, cari ilin sentyabr ayında “Azərbaycan Dəmir Yolları” QSC-nin 100-ə yaxın şirkət və 24 ölkənin təmsil olunduğu “Transsibir Daşımaları üzrə Əlaqələndirmə Şurası”na üzv qəbul olunmasını qeyd etmək olar.”

Həmçinin qeyd edilib ki, “Yeni İpək Yolu” layihəsi Azərbaycan üçün böyük əhəmiyyət daşıyır. Asiya ilə Avropanı birləşdirən Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin açılışı, Bakı-Gürcüstan sərhədinə qədər dəmir yolu xəttinin yenidən qurulması, Ələt şəhərində yeni ticarət dəniz limanının açılışı kimi böyük infrastruktur layihələri uğurla başa çatdığına görə respublikamız şərq-qərb marşrutu ilə yüklərin daşınması üçün tam xidmətlər təqdim etmək imkanına malikdir.
Azərbaycandan keçən şərq-qərb dəhlizinin marşrutu bu marşrutun şaxələndirilməsinə, yük sahibləri üçün yeni bir logistika məhsulu təqdim etməyə imkan verir: “Bu marşrut təkcə region ölkələrinin deyil, həm də bütün Avrasiya məkanının logistik xəritəsini dəyişə bilər. Bu marşrutu inkişaf etdirmək üçün Avstriya Federal Dəmir Yolları (ÖBB) və “Rail Cargo” kimi tərəfdaşlarımızla birgə səylər göstəririk. Bu gün Sian-Praqa marşrutu üzrə yüklərin konteyner blok qatarıyla daşınması həyata keçirilir. Bu qatar Bakı-Tbilisi-Qars dəmir yolu xətti üzərindən keçərək Türkiyədəki Marmaray tuneli ilə dəmir yolu vasitəsilə kəsintisiz, birbaşa Avropaya hərəkət edən ilk yük qatarı olacaq. Beləliklə, Sian-Praqa marşrutu üzrə konteyner blok qatarı Bakıdan Avropaya qədər fasiləsiz olaraq yalnız dəmir yolu vasitəsilə hərəkət edəcək.“
Bildirilib ki, İstanbul şəhərində qatarın təntənəli qarşılanma mərasiminin keçirilməsi nəzərdə tutulur. Avropada bu layihənin operatoru kimi Avstriyanın “Rail Cargo” şirkəti ən uğurlu tərəfdaş kimi görünür.

Çıxışın yekununda qeyd edilib ki, 2020-ci il bu marşrut üçün dönüş nöqtəsi olacaq və ATAZ-a bütün dövrdə bu istiqamətdə bütün təşəbbüslərdə göstərdiyi dəstəyə görə təşəkkür edilib.
İclasda təşkilata yeni qoşulmuş şirkətlər təqdim olunub, eləcə də iki ölkə arasında iqtisadi əlaqələrin perspektivləri, yeni işgüzar səfərlərin təşkili imkanları, eləcə də təşkilatın on illik yubileyinin təşkili kimi məsələlər də müzakirə edilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

"ADY Express" ixrac rejimində yeni yüklərin nəqlinə start verib

ADY peşə sağlamlığı üzrə beynəlxalq standartın tətbiqinə başlayır

ADY: Sərt karantin rejimi günlərində Bakı-Sumqayıt-Bakı elektrik qatarları işləməyəcək

ADY ətraf mühitin qorunması istiqamətində fəaliyyətini genişləndirir

"ADY Express" "Qazaxıstan elektroliz zavodu”na məxsus alüminium yükünü nəql etməyə başlayıb

“ADY Konteyner” MMC sahibkarlara müraiciət edib

"ADY Konteyner" təmassız yükdaşımaya başlayır

“ADY Konteyner” “Rail Cargo Macarıstan”la əməkdaşlığa başlayır

ADY: Bakı-Sumqayıt-Bakı marşrutunda sərnişin sıxlığı iki dəfə artıb

“Azərbaycan Dəmir Yolları” QSC–də “ADY Konteyner” MMC yaradılıb

Ermənistan SQ-nin Baş qərargah rəisi Nalbadyanın açıqlamasına etiraz edib

"ADY Express" "Şimal-Cənub" marşrutu ilə dəmiryolu yükdaşımalarına start verib

Türkiyə prezidentinin HHQ üzrə adyutantı saxlanılıb 

UNEC regionun iqtisadyönümlü universitetləri arasında 4-cü yerə yüksəlib

“ADY Express”in pavilyonu Bakıda keçirilən sərgidə daha çox ziyarətçi toplayıb

28 Oktyabr 2020, 21:26 (GMT +4)
Ceyhun Bayramov Britaniyanın dövlət naziri ilə telefonla danışıb

28 Oktyabr 2020, 20:54 (GMT +4)
İlham Əliyev İran prezidentinin xüsusi nümayəndəsini qəbul edib

28 Oktyabr 2020, 20:36 (GMT +4)
Azərbaycan Ordusu döyüş meydanından qaçan düşmən qüvvələrini məhv edib (VİDEO)

28 Oktyabr 2020, 19:45 (GMT +4)
Mehriban Əliyeva Bərdədə həlak olanların ailələrinə başsağlığı verib

28 Oktyabr 2020, 19:25 (GMT +4)
MN: Düşmənin canlı qüvvəsi sərrast atəşlə məhv edilib (VİDEO)

28 Oktyabr 2020, 18:30 (GMT +4)
Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dekabrın 1-dək dayandırılıb

28 Oktyabr 2020, 18:06 (GMT +4)
Azərbaycanda balıqçılığın inkişafı ilə bağlı müzakirələr aparılıb

28 Oktyabr 2020, 17:59 (GMT +4)
Azərbaycanda depozitlərin dollarlaşması azalıb

28 Oktyabr 2020, 17:58 (GMT +4)
Dövlət Komitəsi ermənilərin Bərdədə törətdiyi terrorla bağlı BMT-nin Uşaq Fonduna müraciət edib

28 Oktyabr 2020, 17:48 (GMT +4)
Lənkəran şəhəri, Cəlilabad və Masallı rayonlarına giriş-çıxış dayandırılır

28 Oktyabr 2020, 17:45 (GMT +4)
8 şəhər və 13 rayonda həftəsonları ictimai nəqliyyat işləməyəcək

28 Oktyabr 2020, 17:42 (GMT +4)
Xarici İşlər Nazirliyi bəyanat yayıb

28 Oktyabr 2020, 17:35 (GMT +4)
Paytaxtda koronavirusa ən çox yoluxma halı Binəqədi rayonunda qeydə alınıb

28 Oktyabr 2020, 17:30 (GMT +4)
Qara metallar və onlardan hazırlanan məmulatların ixracı azalıb

28 Oktyabr 2020, 17:23 (GMT +4)
Azərbaycan hökuməti “Facebook” şirkətinə müraciət edib

28 Oktyabr 2020, 17:11 (GMT +4)
Doqquz ayda dəniz nəqliyyatı ilə 658,6 min ton yük daşınıb

28 Oktyabr 2020, 17:08 (GMT +4)
İranın Azərbaycandakı səfirliyi Ermənistanın Bərdəyə raket hücumunu pisləyib

28 Oktyabr 2020, 17:04 (GMT +4)
Azərbaycanda xüsusi karantin rejimi uzadılıb

28 Oktyabr 2020, 17:02 (GMT +4)
Ermənilərin Bərdəyə raket hücumu nəticəində FHN-nin bir əməkdaşı həlak olub, biri ağır yaralanıb

28 Oktyabr 2020, 16:58 (GMT +4)
Azərbaycan bu günə qədər 560 mln barel neft, 7 mlrd kubmetr qaz ixrac edib

28 Oktyabr 2020, 16:52 (GMT +4)
Azərbaycanda son sutkada 988 nəfər COVID-19-a yoluxub

28 Oktyabr 2020, 16:40 (GMT +4)
Azərbaycan Ordusu daha 13 kəndi erməni işğalından azad edib

28 Oktyabr 2020, 16:33 (GMT +4)
Prezident: Bərdə sakinlərinin qisası yerdə qalmayacaq

28 Oktyabr 2020, 16:28 (GMT +4)
Zəngilanda Ermənistan xüsusi təyinatlılarının qrupu məhv edilib

28 Oktyabr 2020, 16:22 (GMT +4)
MN: Ermənistan Tərtər ərazisini “Qrad”lardan və toplardan atəşə tutub

28 Oktyabr 2020, 16:20 (GMT +4)
Baş Prokurorluq: Ermənilərin Bərdəni raket atəşinə tutması nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb

28 Oktyabr 2020, 16:11 (GMT +4)
Azərbaycan Ordusu düşməndən Bərdənin qisasını almağa davam edir

28 Oktyabr 2020, 16:00 (GMT +4)
MN: Düşmən Tərtər ərazisini yenidən atəşə tutub

28 Oktyabr 2020, 15:43 (GMT +4)
Dövlət Neft və Sənaye Universiteti Azərbaycan Silahlı Qüvvələrinə dəstəyini davam etdirir

28 Oktyabr 2020, 15:37 (GMT +4)
Ermənistan ordusunun Bərdəni raket atəşinə tutması nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66