Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

“AQRO SMM” layihəsinin bağlanış mərasimi keçirilib

21 Oktyabr 2019, 11:49 (GMT +4)

Bakı, 21 oktyabr, SalamNews.Aqrar İnkişaf Könüllüləri Təşkilatının təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və “Aqrar Tədarük və Təchizat" ASC-nin tərəfdaşlığı ilə baş tutan “AQRO Sosial Media Marketinq - AQRO SMM” layihəsinin bağlanış mərasimi keçirilib.

SalamNews KTN-ə istinadən xəbər verir ki, tədbirdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin İnsan resurslarının idarə edilməsi şöbəsinin müdiri Elvin Paşayev və “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədova qeyd ediblər ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasət nəticəsində iqtisadiyyatın digər sahələri kimi aqrar sahə də keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Bildirilib ki, Ölkə Prezidenti tərəfindən həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur və bu məqsədlə dövlət tərəfindən çox böyük dəstək tədbirləri həyata keçirilir. Eyni zamanda, gənclərə aqrar sahədə yaradılan şəraitdən bəhrələnmək tövsiyə edilib.

Daha sonra “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının sədri Sarvan Cəbrayılzadə layihəyə 500-ə qədər gəncin müraciət etdiyini, onlardan 30 namizədin müsahibələrdən sonra layihədə iştirak haqqı qazandığını qeyd edib. Təşkilat sədri layihənin gənclərin aqrar sahə üzrə sosial media, marketinq ilə bağlı bilik və bacarıqlarının artırılmasında mühüm rol oynadığını bildirib.

Qeyd edək ki, müxtəlif dövlət və özəl qurumlarda çalışan rəhbər və məsul şəxslərdən ibarət 16 peşəkar təlimçi - Pərviz Əliyev “Aqrar İqtisadiyyat”, Leyla Məmmədova “Aqrar marketinq”, İlqar Abdullayev “Heyvandarlıq”, Emin Musəvi “Medianın biznes tərəfi”, Elməddin Namazov “Bitkiçilik”, Nadir Adilov “Aqrar Biznesdə Sosial Məsuliyyət”, Afət Yaqubova “Kənd təsərrüfatında sosial medianın rolu”, Bəhruz Nuriyev “Torpaqdan istifadə”, Rizvan Qənbərli “Klassik mediadan yeni mediaya”, Turanə Qasımova “Özünü məşğuliyyətdən biznesə”, Rafiq Hünaltay “Böhran dövründə marketinq strategiyası”, Rəşad Bayramov “Effektiv kommunikasiya və marketinq kommunikasiyası”, Hacıağa Əliyev “Sosial mediadan istifadə”, Aysel Cəbrayılova “Rəqəmsal marketinqdə optimal həllər” və Firdovsi Fikrətzadə “Aqromarketinqin informasiya bazaları“ mövzularında iştirakçılara interaktiv təlimlər keçiblər.

Bununla yanaşı, layihə iştirakçıları üçün ölkənin 4 bölgəsində müxtəlif aqrar müəssisələrə ekskursiyalar təşkil edilib, gənclərə aqrar istehsalat proseslərini əyani görmələri üçün şərait yaradılıb, onlara geniş informasiyalar verilib.

Sonda layihə iştirakçıları sertifikatlarla təltif edilib, qalib komanda üzvləri isə mükafatlandırlıblar.

Qeyd edək ki, “AQRO SMM” ölkəmizdə sosial media marketinqin aqrar sahədə tətbiqi istiqamətində keçirilən ilk layihədir.

Bakı, 18 oktyabr, SalamNews.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

22 Noyabr 2019, 18:47 (GMT +4)
Anar Hüseynov: Azərbaycanın meyvə-tərəvəz məhsulları Rusiyada çox sevilir

22 Noyabr 2019, 18:01 (GMT +4)
Culfa-Ordubad avtomobil yolunun yenidən qurulmasına 34,3 milyon manat ayrılıb

22 Noyabr 2019, 17:48 (GMT +4)
Putin: Dünya ciddi təhdidlərlə üzləşir

22 Noyabr 2019, 17:42 (GMT +4)
Təhsil Nazirliyi: Yeni proqram kifayət qədər geniş və əhatəlidir

22 Noyabr 2019, 17:40 (GMT +4)
Şəmkir-Abbaslı-Nərimanlı avtomobil yolu yenidən qurulub

22 Noyabr 2019, 17:31 (GMT +4)
Ayətullah Sistani İraqda siyasi böhranın bitməsinin əsas yolunu açıqlayıb

22 Noyabr 2019, 17:30 (GMT +4)
Ermənistan parlamentinin sabiq deputatı Rusiyada saxlanılıb 

22 Noyabr 2019, 17:16 (GMT +4)
Yaponiya sahillərində 5,2 bal gücündə zəlzələ baş verib

22 Noyabr 2019, 17:00 (GMT +4)
Çovdarda 100 min ağac tingi yetişdiriləcək

22 Noyabr 2019, 16:54 (GMT +4)
ABŞ dövlət katibi iranlılardan etiraz videolarının ona göndərilməsini istəyib

22 Noyabr 2019, 16:43 (GMT +4)
Naxçıvanda yağışyağdırma sistemləri quraşdırılacaq

22 Noyabr 2019, 16:38 (GMT +4)
Ağdamda Ekologiya Həftəsi baş tutub

22 Noyabr 2019, 16:23 (GMT +4)
Paraqvayda hərbi helikopter qəzaya uğrayıb

22 Noyabr 2019, 16:11 (GMT +4)
Kolumbiyada iğtişaşlar zamanı 100-dən çox insan saxlanılıb

22 Noyabr 2019, 16:05 (GMT +4)
AzMİU-da Memarlıq ali təhsilinin 100 illiyinə həsr olunmuş sərgi açılıb

22 Noyabr 2019, 16:01 (GMT +4)
Karate üzrə Azərbaycan çempionatına start verilib

22 Noyabr 2019, 15:51 (GMT +4)
Bakı-Gəncə sürətli qatarının hərəkət cədvəli dəyişir

22 Noyabr 2019, 15:35 (GMT +4)
Netanyahunun rəqibi baş nazirə qarşı ittihamların qaldırılmasına münasibət bildirib

22 Noyabr 2019, 15:32 (GMT +4)
“AtaBank” “Qlobal Sahibkarlıq Həftəsi”ndə təltif edilib

22 Noyabr 2019, 15:31 (GMT +4)
Azərbaycanlı is adami: Sərmayənin milliləşməsi istiqamətində islahatlar aparılması şərtdir

22 Noyabr 2019, 15:20 (GMT +4)
Rusiya XİN İŞİD liderinin ləğv edilməsinə şübhə ilə yanaşır

22 Noyabr 2019, 15:10 (GMT +4)
“Azərenerji” payız-qış mövsümünə keçib

22 Noyabr 2019, 15:01 (GMT +4)
"Aztelekom" Abşeronda 50 ONU tipli ATS quraşdırıb

22 Noyabr 2019, 14:45 (GMT +4)
Azərbaycanda ixtiraların dövlət reyestrinə daxil edilməsi proseduru müəyyənləşib

22 Noyabr 2019, 14:34 (GMT +4)
Tanınmış siyasətçi İsrail və BƏƏ-nin İraqda təhlükəli planı haqda açıqlama verib

22 Noyabr 2019, 14:32 (GMT +4)
Bakıda “Türk filmləri həftəsi” keçiriləcək

22 Noyabr 2019, 14:18 (GMT +4)
Vilayət Eyvazov bolqarıstanlı həmkarı ilə görüşüb

22 Noyabr 2019, 14:13 (GMT +4)
Rusiya FTX hökuməti devirməyə hazırlaşan ekstremistləri saxlayıb

22 Noyabr 2019, 14:06 (GMT +4)
AQTA paytaxtda daha bir şirniyyat sexinin fəaliyyətini məhdudlaşdırıb

22 Noyabr 2019, 13:46 (GMT +4)
Bakıda yağan yağışın sabah tədricən kəsiləcəyi gözlənilir

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66