Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Azərbaycanda dövlət sifarişi ilə təhsil alanlara ayrılan vəsait artırılıb

18 Oktyabr 2019, 18:04 (GMT +4)

Bakı, 18 oktyabr, SalamNews.2020-ci il üçün dövlət büdcəsindən təhsil xərclərinə 3155,8 milyon manat vəsait ayrılıb ki, bu da 2019-cu ilə nisbətən 873,6 milyon manat və ya 38,3 faiz çoxdur.

SalamNews xəbər verir ki, bu, Azərbaycanın 2020-ci ilin dövlət va icmal büdcələri üzrə sənəd layihəsində öz əksini tapıb.

Belə ki, 2020-ci ildə təhsil xərclərinin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 11,7 faiz təşkil edəcək. Bu da 2019-cu ilə nisbətən 2,6 faiz-bənd çoxdur. Təhsil xərclərinin növbəti il üçün proqnozlaşdırılan ÜDM-da xüsusi çəkisi 3,8 faiz olacaq ki, bu da 2019-cu illə müqayisədə müvafiq olaraq 0,9 faiz-bənd çoxdur.

Təhsil xərclari üçün ayrılan vəsaitin 507,8 milyon manatı və ya 16,1 faizi bu sahə üzrə müvafiq dövlət proqramlarının va tədbirlərinin maliyyələşdirilməsinə yönəldiləcək.

Ayrılan vəsaitin 332,9 milyon manatı dövlət sifarişi ilə təhsil alan bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) təhsili pillələri üzrə xərclərə (2019-cu il mart ayının 1-dan təqaüdlərin məbləğlərinin və təqaüd yerlərinin sayının, habelə tələbə qəbulu yerlərinin sayının artırılması ilə bağlı tələb olunan təhsil və təqaüd xərcləri, ödənişli əsaslarla təhsil alan I və II dərəcə əlilliyi olan şəxslərin təhsil haqqı xərcləri nəzərə alınmaqla), 46,3 milyon manatı dövlət ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarının saxlanması ilə bağlı xərclərə, 22,6 milyon manatı təhsil sisteminin informasiyalaşdırılması ilə bağlı xərclərə, 18,3 milyon manatı ümumtəhsil məktəbləri üzrə şagirdlərinin pulsuz dərsliklərlə tamin olunması və metodiki vəsaitlərin alınması ilə bağlı xərclərə, 8,0 milyon manatı “Birgə Azərbaycan-Fransız Universiteti UFAZ" layihəsinin həyata keçirilməsi ilə bağlı xərclərə, 3,5 milyon manatı xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramının maliyyələşdirilməsi ilə bağlı xərclərə, 1,6 milyon manatı "SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası üzrə tədbirlərin maliyyələşdirilməsi ilə bağlı xərclərə, 1,0 milyon manatı təhsildə inkişaf və innovasiyalar üzrə qrant layihələrinin həyata keçirilməsi ilə bağlı xərclərə, 7,5 milyon manatı ümumtəhsil məktəblərinin tədris laboratoriyalarına (fizika, kimya, biologiya) avadanlıqların alınması ilə bağlı xərclərə, 6,8 milyon manatı dövlət peşə təhsili müəssisələrində “Həyəcan” düyməsinin quraşdırıması və ona xidmətlə bağlı xərclərə, 8,5 milyon manatı Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin aparılması, orta ixtisas təhsili müəssisələrinə və ali təhsilin bakalavriat (tibb təhsili üzrə əsas təhsil) səviyyəsinə tələbə qəbulu ilə bağlı keçirilən imtahanlarda abituriyentlərin ilk dəfə iştirakı ilə bağlı xərclərə, 1,0 milyon manatı xarici ölkələrin ali təhsil və elmi tədqiqat müəssisələrində Azərbaycanşünaslıq və Xəzər hövzəsi regionu ilə bağlı tədqiqatların təşviqi ilə bağlı xərclərə, 0,2 milyon manatı Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin təşkili ilə bağlı xərclərə, 0,9 milyon manatı dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı üzrə tədbirlərin maliyyə təminatı ilə bağlı xərclərə, 0,3 milyon manatı gənc istedadlar üçün xüsusi təqaüdlərin verilməsi ilə bağlı xərclərə, 1,0 milyon manatı "2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın maliyyə təminatı ilə bağlı xərclərə, 1,3 milyon manatı İslam Əməkdaşlıq Təşkilatına və Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşlarına Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil almaları üçün təhsil qrantlarının verilməsi ilə bağlı xərclərə, 0,2 milyon manatı dövlət sifarişi əsasında intensiv yenidən ixtisaslaşdırma və qısamüddətli yenidənhazırlama proqramları üzrə qiyabi təhsil alan müdavimlərlə bağlı xərclərə və 45,9 milyon manatı digər təhsil proqram və tədbirlərin maliyyələşdirilməsi ilə bağlı xərclərə yönəldiləcək.

Ayrı-ayn ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrində hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarının 2019/2020-ci tədris ilində 30,0 faizədək artırılması nəzərdə tutulub.

2020-ci ilin dövlət büdcəsində Azərbaycan Respublikasının Prezidenti yanında İdarəçilik Akademiyasının, "ADA" Universitetinin, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının, Bakı Dövlət Universitetinin, Azərbaycan Tibb Universitetinin, həmçinin İ.M.Seçenov adına Moskva Dövlət Tibb Universitetinin Bakı filialının və onun tərkibində Tədris-SimuIyasiya Mərkəzinin yaradılmasının maliyyə təminatı üçün 45,8 milyon manat vəsait nəzərdə tutulub ki, bu da 2019-cu illə müqayisədə 7,9 milyon manat və ya 20,8 faiz çoxdur.

2020-ci ilin dövlət büdcəsinin təhsil xərcləri bölməsindən maliyyələşən təşkilatların büdcədənkənar xərcləri 25,7 milyon manat təşkil edəcək ki, bu da 2019-cu illə müqayisədə 3,3 milyon manat və ya 14,7 faiz çoxdur.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

BMT yenidən Colan Yüksəkliklərilə bağlı qətnamə çıxarıb: Bölgə Suriya ərazisidir

ABŞ senatoru 1915-ci illə bağlı qətnaməyə veto qoyub

Konqres Trampın impiçmenti ilə bağlı qətnamə qəbul edib

ABŞ Konqresi Rusiyanın G7-yə daxil olmasına qarşı qətnamə qəbul edib

PA: ABŞ Nümayəndələr Palatasının qondarma “erməni soyqırımı” haqqında qətnaməsini qərəzli və ədalətsiz hesab edirik

ABŞ-ın Türkiyə əleyhinə qətnamələri Suriyaya görə Ankaradan qisas almaqdır - Çavuşoğlu 

ABŞ Konqresi qondarma "erməni soyqırımı"nı tanıyan qətnamə qəbul edib

Reuters: Esseksdə yük maşınında aşkar edilən cəsədlər vyetnamlılara aid ola bilər

Prezident İlham Əliyev Vyetnamın vitse-prezidentini qəbul edib

Husilər ABŞ-ın Səudiyyəyə yeni qüvvə göndərməsinə münasibət bildirib: Vyetnamdan ibrət götürün

Kreml Tramp və Zelenskinin arasındakı söhbətin mətninin açıqlanmasına münasibət bildirib

KTN-nin dəstəklədiyi ilk aqrobiznes dəyər zənciri layihələri fəaliyyətə başlayıb

Rusiyalı ekspert: Siyasi iradə olmadığı üçün BMT-nin Qarabağla bağlı qətnamələri icra edilmir

Prezident İlham Əliyev Vyetnam və Slovakiyanın dövlət başçılarını təbrik edib

KTN 200 əməkdaşına yeni subsidiya qaydaları ilə bağlı təlimlər keçməyə başlayıb

Vyetnamda daşqınlar nəticəsində bir nəfər ölüb, 13 nəfər itkin düşüb

NRYTN "Bakı-2019"la bağlı gücləndirilmiş iş rejiminə keçib

ABŞ Nümayəndələr Palatası Tramp Administrasiyasının Səudiyyəyə silah satışına qarşı qətnamə çıxarıb

İsrail Qüdsün əhalisinin etnik tərkibini dəyişdirməyə çalışır - Çavuşoğlu

Tramp ona qarşı qəbul edilən qətnaməyə münasibət bildirib 

21 Noyabr 2019, 10:50 (GMT +4)
Siciliyada partlayış nəticəsində azı dörd nəfər ölüb

21 Noyabr 2019, 10:36 (GMT +4)
Beş Avropa dövləti ABŞ-ın Fələstində salınan yəhudi massivlərilə bağlı mövqeyini tənqid edib

21 Noyabr 2019, 10:33 (GMT +4)
Azərbaycan nefti bahalaşıb

21 Noyabr 2019, 10:17 (GMT +4)
Zelenskinin təyyarəsinin mühərriyində problem yaranıb

21 Noyabr 2019, 09:58 (GMT +4)
İsraildə hökumətin təşkili növbəti dəfə uğursuz alınıb

21 Noyabr 2019, 09:48 (GMT +4)
Zelenski: Rusiya tərəfindən göndərilən gəmilərdə avadanlıq çatışmır

21 Noyabr 2019, 09:37 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 22 dəfə pozub

21 Noyabr 2019, 09:25 (GMT +4)
Sepah İranın 4 əyalətində İğtişaşlara rəhbərlik edənlərin saxlanıldığını bildirib

21 Noyabr 2019, 09:14 (GMT +4)
ABŞ-ın AB-dəki daimi nümayəndəsi Trampın «günahsız» olduğunu sübut edib

21 Noyabr 2019, 09:01 (GMT +4)
Yeni Azərbaycan Partiyasının yaradılmasının 27 ili tamam olur

20 Noyabr 2019, 18:17 (GMT +4)
İsmayıllıda 2 yol layihəsinin icrası yekunlaşıb

20 Noyabr 2019, 17:45 (GMT +4)
Türkiyə ilə Avropa arasındakı yaxınlaşma Avropanın maraqlarına cavab verir - nazir

20 Noyabr 2019, 17:41 (GMT +4)
Azərbaycan benzin istehsalını azaldıb

20 Noyabr 2019, 17:31 (GMT +4)
Putin: Rusiya Avropa Birliyinin qorunmasında maraqlıdır

20 Noyabr 2019, 17:25 (GMT +4)
İran ABŞ-ın mənafeyini təmsil edən İsveçrə səfirini XİN-ə çağırıb

20 Noyabr 2019, 17:23 (GMT +4)
İnvestorlar Türkiyə iqtisadiyyatına etibar etməlidirlər - Ərdoğan

20 Noyabr 2019, 17:14 (GMT +4)
Məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib

20 Noyabr 2019, 17:01 (GMT +4)
Liviyada bir hərbi təyyarə vurulub, ölənlər var

20 Noyabr 2019, 16:52 (GMT +4)
Rusiya prezidenti: Rusiya və ABŞ bir çox məsələdə "pis-yaxşı" əməkdaşlıq edir

20 Noyabr 2019, 16:41 (GMT +4)
Caspian European Club üzvləri “İNNOLAND”da olublar

20 Noyabr 2019, 16:25 (GMT +4)
Putin Zelenski haqqında: Məncə yaraşıqlı, səmimi insandır

20 Noyabr 2019, 16:19 (GMT +4)
Energetika naziri ABŞ-a gedir

20 Noyabr 2019, 16:15 (GMT +4)
Yəmənli uşaqları unutmamalıyıq - Real Madridin kapitanı

20 Noyabr 2019, 16:03 (GMT +4)
Sabunçu rayonunda avtomobil yolları, su təchizatı və kanalizasiya sistemləri yenidən qurulacaq

20 Noyabr 2019, 15:52 (GMT +4)
Lavrov: Ankara Suriyadakı vəziyyətə görə Moskvaya qarşı ittihamları anlaşılmazlıq adlandırıb

20 Noyabr 2019, 15:45 (GMT +4)
AzerTelecom-un iştirakı ilə TransCaspian Fiber Optic layihəsi üzrə tədbir keçirilib

20 Noyabr 2019, 15:36 (GMT +4)
NATO ittifaq ölkələrində "Krım ssenarisinin" təkrarlanmasına imkan verməyəcəyinə söz verib

20 Noyabr 2019, 15:15 (GMT +4)
Bakıda evlərdən oğurluq edən qadın saxlanılıb

20 Noyabr 2019, 15:03 (GMT +4)
İranın Ərdəbil və Həmədan şəhərlərində iğtişaşları pisləyən mitinqlər keçirilib (FOTO)

20 Noyabr 2019, 15:02 (GMT +4)
4 rayonda "ASAN Xidmət" kompleksi açılacaq

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66