Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Azərbaycanda “Yol Polisinə dəstək” qrupları yaradılıb (FOTO)

18 Oktyabr 2019, 15:02 (GMT +4)

Bakı, 18 oktyabr, SalamNews.Azərbaycanda “Yol Polisinə dəstək” qrupları yaradılıb.

Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) SalamNews-a verilən məlumata görə, "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nda yol hərəkəti təhlükəsizliyinin təmin edilməsində ictimai iştirakçılığın müxtəlif formalarından, o cümlədən vətəndaş cəmiyyəti institutlarının imkanlarından səmərəli istifadə edilməsi, habelə aktiv həyat tərzi sürüən, ictimai fəallığı ilə fərqlənən ayrı-ayrı şəxslərin təbliğatçı qismində cəlb edilməsi kimi məsələlərin həlli ilə bağlı qarşıya qoyulmuş məqsədlərə, eyni zamanda bu sahədə aparılan tədbirlərin daha səmərəli təşkili ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) rəhbərliyinin göstərişlərinə uyğun olaraq Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən zəruri tədbirlər görülməkdədir.

Belə ki, yol hərəkəti iştirakçıları arasında təhlükəsizlik tədbirlərinə dönmədən riayət edilməsi vərdişlərinin aşılanması, cəmiyyətdə yol mədəniyyətinin daha da inkişaf etdirilməsi, bu sahədə aktiv iştirakçılığın, habelə fərdlər arasında məsələyə məqsədyönlü və şürlu yanaşmanın təmin edilməsi məqsədilə bir sira təşkilati-hüquqi işlər görülmüş, eyni zamanda yol hərəkətinin təhlükəsizliyi sahəsində təbliğat, təşviqat və maarifləndirmə işinin daha da gücləndirilməsi üçün mütəxəssislərin, ictimaiyyət nümayədələrinin və ələlxüsus gənclərin potensial imkanlarında səmərəli istifadə olunmasına calışılıb.

Aktiv həyat tərzi sürən hər bir şəxsin potensial təbliğatçı olması və ictimai vəzifələrini yerinə yetirərkən yol hərəkəti təhlükəsizliyinin təbliğinə töhvələr verməsi üçün ən real güc olan könüllülərin bu sahədə fəal iştirakçılığına nail olunması istiqamətində də təşviqat və maarifləndirmə işləri aparılmışdır.

“Yol Polisinə dəstək” qruplarının yaradılması, ölkədə təşəkkül tapmış könüllülər hərəkatının imkanlarının qiymətləndirilməsi, onların yol hərəkətinin təhlükəsizliyi ilə bağlı təbliğat-təşviqat xarakterli tədbirlərə cəlb edilməsi bu qəbildən olan tədbirlərdəndir.

Təkcə paytaxt ərazisində deyil, ölkənin ayrı-ayrı bölğələrini də əhatə edən bu tədbirlərdən daha biri DİN BDYPİ-nin bilavasitə dəstəyi ilə Salyan rayon könüllülərinin təqdimatında baş tutub. Bu dəfə təbliğatçı qismində DYP əməkdaşları deyil, könüllülər çıxış edib.

Rayon ziyalılarının, ictimaiyyət, yerli icra orqanları və KİV nümayəndələrinin iştirakı ilə Salyan rayon 2 saylı tam orta məktəbdə keçirilən görüşdə ilk öncə könüllülərin hazırladıqları proqram izlənilib.

Daha sonra çıxış edən natiqlər tədbirin əhəmiyyəti barədə iştirakçılara geniş məlumat verərək onlara yol hərəkəti təhlükəsizliyinin təbliğində, bu sahədə müşahidə edilən nöqsan və çatışmazlıqların aradan qaldırılmasında birgə mübarizənin vacibliyindən danışıblar. Rayon ziyalıları bu səpkidə keçirilən maarifləndirmə tədbirlərinin, yol hərəkəti təhlükəsizliyinin təbligi və təşviqi işinə dəstək verən könüllülərin fəaliyyətini yüksək qiymətləndirmiş və bu hərəkatın davamlı olmasını arzulayıblar.

Tədbirdə çıxış edən DİN BDYPİ-nin əməkdaşı, polis polkovnik-leytenatı Mübariz Ağayev ölkəmizdə mövcud olan yol hərəkəti mədəniyyətinin daha da gücləndirilməsində vətəndaş cəmiyyətinin mühüm rol oynadığını, yol hərəkəti qayda pozuntularına qarşı mübarizədə ictimai qınaq və ictimai nəzarət mexanizmlərinin mühüm əhəmiyyət kəsb etdiyini, eləcə də könüllülərin DYP ilə əməkdaşlıq istəyinin DİN tərəfindən yüksək qiymətləndirildiyini bildirib.

DİN BDYPİ tərəfindən yol hərəkəti təhlükəsizliyinin təbliğinə xidmət edən və qanuna uyğun şəkildə keçirilən istənilən formalı sosial layihələri, sözügedən Dövlət Proqramının uğurla həyata keçirilməsi məqsədilə atılan hər bir addımı dəstəklədiyini, bu sahədə birgə əməkdaşlığa hər zaman hazır olduğunu diqqətinə çatdıran Mübariz Ağayev, təmsil etdiyi qurum adından görüş iştirakçılarına və təşkilatçılara minnətdarlığını bildirmiş, qarşılıqlı münasibətlərin inkişaf etdiriləcəyinə əminliyini ifadə etmiş və qazanılmış müsbət təcrübənin ölkəmizin digər bölgələrində yayılmasının təmin ediləcəyini vurğulayıb.

Görüşün sonunda, DİN BDYPİ-nin şöbə rəisi, polis polkovnik-leytenatı Rüfət Quliyev tərəfindən könüllülərə hədiyyələr təqdim olunub.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Yanvar-iyun aylarında Bakı şəhəri ərazisində 297 yol-nəqliyyat hadisəsi baş verib - BDYPİ

BDYPİ: Yol-nəqliyyat hadisələrinin 49 faizini piyadaların vurulması təşkil edib

Azərbaycanda bayram günlərində yol qəzalarında 10 nəfər ölüb - BDYPİ

BDYPİ avtobuslarla regionlara səyahət təşkil edən hüquqi və fiziki şəxslərə müraciət edib

Avqust ayında 203 minə yaxın yol hərəkəti qayda pozuntusu qeydə alınıb - BDYPİ

Yük avtomobilləri Bakıya buraxılmayacaq - BDYPİ

21 Noyabr 2019, 09:58 (GMT +4)
İsraildə hökumətin təşkili növbəti dəfə uğursuz alınıb

21 Noyabr 2019, 09:48 (GMT +4)
Zelenski: Rusiya tərəfindən göndərilən gəmilərdə avadanlıq çatışmır

21 Noyabr 2019, 09:37 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 22 dəfə pozub

21 Noyabr 2019, 09:25 (GMT +4)
Sepah İranın 4 əyalətində İğtişaşlara rəhbərlik edənlərin saxlanıldığını bildirib

21 Noyabr 2019, 09:14 (GMT +4)
ABŞ-ın AB-dəki daimi nümayəndəsi Trampın «günahsız» olduğunu sübut edib

21 Noyabr 2019, 09:01 (GMT +4)
Yeni Azərbaycan Partiyasının yaradılmasının 27 ili tamam olur

20 Noyabr 2019, 18:17 (GMT +4)
İsmayıllıda 2 yol layihəsinin icrası yekunlaşıb

20 Noyabr 2019, 17:45 (GMT +4)
Türkiyə ilə Avropa arasındakı yaxınlaşma Avropanın maraqlarına cavab verir - nazir

20 Noyabr 2019, 17:41 (GMT +4)
Azərbaycan benzin istehsalını azaldıb

20 Noyabr 2019, 17:31 (GMT +4)
Putin: Rusiya Avropa Birliyinin qorunmasında maraqlıdır

20 Noyabr 2019, 17:25 (GMT +4)
İran ABŞ-ın mənafeyini təmsil edən İsveçrə səfirini XİN-ə çağırıb

20 Noyabr 2019, 17:23 (GMT +4)
İnvestorlar Türkiyə iqtisadiyyatına etibar etməlidirlər - Ərdoğan

20 Noyabr 2019, 17:14 (GMT +4)
Məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib

20 Noyabr 2019, 17:01 (GMT +4)
Liviyada bir hərbi təyyarə vurulub, ölənlər var

20 Noyabr 2019, 16:52 (GMT +4)
Rusiya prezidenti: Rusiya və ABŞ bir çox məsələdə "pis-yaxşı" əməkdaşlıq edir

20 Noyabr 2019, 16:41 (GMT +4)
Caspian European Club üzvləri “İNNOLAND”da olublar

20 Noyabr 2019, 16:25 (GMT +4)
Putin Zelenski haqqında: Məncə yaraşıqlı, səmimi insandır

20 Noyabr 2019, 16:19 (GMT +4)
Energetika naziri ABŞ-a gedir

20 Noyabr 2019, 16:15 (GMT +4)
Yəmənli uşaqları unutmamalıyıq - Real Madridin kapitanı

20 Noyabr 2019, 16:03 (GMT +4)
Sabunçu rayonunda avtomobil yolları, su təchizatı və kanalizasiya sistemləri yenidən qurulacaq

20 Noyabr 2019, 15:52 (GMT +4)
Lavrov: Ankara Suriyadakı vəziyyətə görə Moskvaya qarşı ittihamları anlaşılmazlıq adlandırıb

20 Noyabr 2019, 15:45 (GMT +4)
AzerTelecom-un iştirakı ilə TransCaspian Fiber Optic layihəsi üzrə tədbir keçirilib

20 Noyabr 2019, 15:36 (GMT +4)
NATO ittifaq ölkələrində "Krım ssenarisinin" təkrarlanmasına imkan verməyəcəyinə söz verib

20 Noyabr 2019, 15:15 (GMT +4)
Bakıda evlərdən oğurluq edən qadın saxlanılıb

20 Noyabr 2019, 15:03 (GMT +4)
İranın Ərdəbil və Həmədan şəhərlərində iğtişaşları pisləyən mitinqlər keçirilib (FOTO)

20 Noyabr 2019, 15:02 (GMT +4)
4 rayonda "ASAN Xidmət" kompleksi açılacaq

20 Noyabr 2019, 14:46 (GMT +4)
Azərbaycanın vitse-prezidenti Mehriban Əliyeva Dmitri Medvedev ilə ikitərəfli münasibətləri müzakirə edəcək

20 Noyabr 2019, 14:45 (GMT +4)
İnsanlara ideal və ya ən azı minimum parametrləri açıq şəkildə göstərmək lazımdır (MƏQALƏ)

20 Noyabr 2019, 14:40 (GMT +4)
AzMİU beynəlxalq əlaqələrini genişləndirir

20 Noyabr 2019, 14:39 (GMT +4)
“Azərsun Holdinq” Sumqayıt şəhərinin 70 illiyində iştirak edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66