Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Gömrük Akademiyasında Dövlət Müstəqilliyi Günü qeyd edilib

18 Oktyabr 2019, 10:53 (GMT +4)

Bakı, 18 oktyabr, SalamNews. Dövlət Gömrük Komitəsinin Akademiyasında 18 oktyabr Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü münasibətilə tədbir keçirilib.

Tədbir Dövlət himninin səslənməsi ilə başlayıb.

Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov tədbirdə çıxış edərək Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul olunduğu günün Azərbaycan xalqının müstəqillik yolundakı tarixində böyük hadisə kimi səciyyələndirib. Qulu Novruzov bildirib ki, müasir, inkişaf etmiş və güclü Azərbaycan məhz xalqımızın milli-azadlıq hərəkatı, müstəqillik uğrunda mübarizəsinin nəticəsində əldə olunub. 28 il əvvəl üçrəngli bayrağımızı ucaldaraq suveren dövlətimizi yaratsaq da dünyada baş verən mürəkkəb siyasi proseslər, dövlət idarəçiliyindəki boşluqlar və xarici təcavüz nəticəsində müstəqilliyimizi itirmək təhlükəsi yarandı. Lakin ömrünün hər anını xalqının gələcəyinə, vətənimizin çiçəklənməsinə həsr edən ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanın müstəqilliyini sarsılmaz və əbədi etdi. Bu gün Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası iqtisadi tərəqqiyə nail olaraq regionun lider ölkəsinə, dünya birliyinin etibarlı tərəfdaşına, mötəbər dövlətə çevrilib - deyə sözünə davam edən Akademiyanın rəisi müasir gənclərin öz tarixini mükəmməl öyrənməli olduqlarını bildirib, onlara bu günün mahiyyətini və tarixi aspektlərini kifayət qədər dərindən mənimsəməyi tövsiyə edib.

Akademiyanın müəllimi Samir Həsənov Azərbaycan xalqının müstəqillik yolundakı tarixinə ekskurs edərək, dövlət müstəqilliyinin Azərbaycan xalqının tarixi haqqı olduğunu bildirib. O, öz məruzəsində Azərbaycan xalqının milli müstəqillik uğrunda azadlıq hərəkatının tarixindən söz açıb.

Sonra dövlət müstəqilliyi gününə həsr edilmiş videoçarx nümayiş olunub və tədbir bədii hissə ilə davam edib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

DGKA tələbələrinin məruzələri beynəlxalq konfransın proqramına daxil edilib

DGKA tələbələri üçün maliyyə savadlılığı ilə bağlı seminar keçirilib

DGKA-da xidmətə hazırlıq təlimlərinin qiymətləndirmə mərhələsi keçirilib

DGKA-nın fəaliyyəti beynəlxalq standartlara uyğunlaşdırılır

DGKA-da yeni qəbul olunmuş əməkdaşlar üçün hazırlıq kursları başlayıb

DGKA-nın tələbəsi: Gömrük orqanlarında xidmət etmək şərəfdir (MÜSAHİBƏ)

16 Noyabr 2019, 17:05 (GMT +4)
Ağsuda ağac kəsən şəxs cəzalanıb

16 Noyabr 2019, 17:00 (GMT +4)
Prezident İlham Əliyev latviyalı həmkarını təbrik edib

16 Noyabr 2019, 16:55 (GMT +4)
İspaniyada güclü qar yağıb

16 Noyabr 2019, 16:51 (GMT +4)
“Qala” qoruğunda ağacəkmə aksiyası keçirilib

16 Noyabr 2019, 16:42 (GMT +4)
Prezident İlham Əliyev Oman Sultanını təbrik edib

16 Noyabr 2019, 16:37 (GMT +4)
Əl-Bağdadinin 25 qohumu Türkiyədə saxlanılıb

16 Noyabr 2019, 16:30 (GMT +4)
Səudiyyə Ərəbistanın vəliəhdi husilərin nümayəndə heyətilə görüşəcək - Anadolu

16 Noyabr 2019, 16:19 (GMT +4)
Pompeo Makronun NATO-nun "beyin ölümü" ilə bağlı açıqlamasını  şərh edib

16 Noyabr 2019, 16:18 (GMT +4)
Vilayət Eyvazov İnterpolun Milli Mərkəzi Bürosunun yeni rəisini kollektivə təqdim edib

16 Noyabr 2019, 15:54 (GMT +4)
İraqda cümə namazını hədəfə alan terror aktının qarşısı alınıb

16 Noyabr 2019, 15:53 (GMT +4)
“Azərsun” Beynəlxalq Ətraf Mühit sərgisində iştirak edib

16 Noyabr 2019, 15:52 (GMT +4)
ETSN Sumqayıtda kəskin iy-qoxu ilə bağlı araşdırma aparır

16 Noyabr 2019, 15:46 (GMT +4)
BDU kollektivi Universitet ərazisinə 650 ağac əkib

16 Noyabr 2019, 15:43 (GMT +4)
Ankara ABŞ-ın təhdidlərinə baxmayaraq S-400-dən istifadə edəcəyini açıqlayıb

16 Noyabr 2019, 15:20 (GMT +4)
Almaniyada İŞİD terrorçusu saxlanılıb

16 Noyabr 2019, 15:10 (GMT +4)
Lahıcda 228 il yaşı olan Bədöyün məscidi təmir ediləcək

16 Noyabr 2019, 14:49 (GMT +4)
ABŞ hərbçiləri Rusiya istehsalı "T-80" tankını sınaqdan keçirib

16 Noyabr 2019, 14:48 (GMT +4)
Suriyanın əl-Bab şəhərində şiddətli partlayış törədilib, azı 13 ölü var (VİDEO)

16 Noyabr 2019, 14:37 (GMT +4)
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vətəndaşları qəbul edib

16 Noyabr 2019, 14:11 (GMT +4)
Serbiya prezidenti ürək problemləri səbəbiylə xəstəxanaya yerləşdirilib

16 Noyabr 2019, 14:07 (GMT +4)
DQİDK-nin sədri Fələstin Prezidentinin Dini işlər və İslam münasibətləri üzrə müşaviri ilə görüşüb

16 Noyabr 2019, 14:04 (GMT +4)
İranda benzinin bahalaşmasına görə etiraz aksiyaları keçirilib

16 Noyabr 2019, 13:53 (GMT +4)
Paytaxtda qadına qarşı dələduzluq edən şəxs tutulub

16 Noyabr 2019, 13:39 (GMT +4)
Bill Geyts Bloomberg-in milyonerlər siyahısına rəhbərlik edir 

16 Noyabr 2019, 13:24 (GMT +4)
Tramp "impiçment" qaydalarını "millət üçün utanc" adlandırıb

16 Noyabr 2019, 13:16 (GMT +4)
Taliban girovluğundakı ABŞ və Avstraliya vətəndaşlarının təhvilini təxirə salıb

16 Noyabr 2019, 13:15 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

16 Noyabr 2019, 13:07 (GMT +4)
Nazirlik: Bəzi açıq meşə sahələri uzunmüddətli icarəyə verilib

16 Noyabr 2019, 12:58 (GMT +4)
Müdafiə naziri əməliyyat təliminin yekunlarına dair xidməti müşavirə keçirib

16 Noyabr 2019, 12:32 (GMT +4)
“Ağ Şəhər”də növbəti yaşıllıq zonası yaradılır (FOTO)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66