Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Pərviz Şahbazov: Son 10 ildə elektrik enerjisinin istehlakı 26% artıb

18 Oktyabr 2019, 14:07 (GMT +4)

Bakı, 18 oktyabr, SalamNews.“Energetika sektorunda həyata keçirilən kompleks tədbirlər hesabına son on ildə 1 973,5 MVt gücündə 19 yeni elektrik stansiyasının istismara verilməsi ilə hazırda ölkədə fəaliyyət göstərən elektrik stansiyalarının sayı 60-a çatdırılıb”.

SalamNews xəbər verir ki, bunu Azərbaycan Energetika naziri Pərviz Şahbazov rəsmi mətbuatda dərc edilən məqaləsində qeyd edib.

P.Şahbazovun yazdığına görə, 11-i istilik elektrik stansiyası, 8-i modul tipli elektrik stansiya, 22-si su elektrik stansiyası, 11-i günəş elektrik stansiyası, 6-sı külək elektrik stansiyası və 2-si biokütlə elektrik stansiyası olan bu stansiyaların energetika sistemində ümumi qoyuluş gücü 7 546 MVt-dır: “Respublikada generasiya gücünün artırılması ilə yanaşı, energetika sisteminin infrastrukturunda da ciddi dəyişikliklər edilib. Belə ki, hazırda ümumi gücü 23 436 MVA olan 110-500 kV-luq 212 yarımstansiya fəaliyyət göstərməkdədir.

Yeni istehsal güclərinin yaradılması hesabına son on ildə elektrik enerjisinin istehsalında 18% artıma nail olunub. Cari ilin 9 ayı ərzində də elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,9% artaraq, 19,6 milyard kVt/s olub. Bu müddətdə bərpa olunan enerji mənbələrindən istehsal edilən elektrik enerjisi ötən ilin yanvar-sentyabr aylarına nisbətən 40% artıb. 2018-ci ilə nisbətən elektrik enerjisinin bu il 3,6%, 2020 və 2021-ci illərdə isə müvafiq olaraq 8-10% çox istehsalı proqnozlaşdırılır”.

Nazirin fikrincə elektrik enerjisinə ölkədaxili tələbatın təhlili göstərir ki, ölkənin inkişafı, əhali artımı, sənayeləşmə prosesi ilə əlaqədar olaraq son 10 ildə elektrik enerjisinin istehlakı 26% artıb: “2019-cu ilin yanvar-sentyabr aylarında elektrik enerjisinin istehlakı 3,7% artaraq, 16,3 milyard kVt/s təşkil edib. Bu dinamikanın qarşıdakı illərdə də davam edəcəyi və 2025-ci ildə elektrik enerjisinə tələbatın 25-28 milyard kVt/s həcmində olacağı proqnozlaşdırılır.

Bu tələbatı yaxınlarda istismara verilmiş, qoyuluş gücü 400 MVt olan “Şimal-2” elektrik stansiyası, istilik, modul tipli və su elektrik stansiyalarının reabilitasiyası, eləcə də Qobuda 2020-2021-ci illər ərzində quraşdırılacaq ümumi qoyuluş gücü 385 MVt olan modul elektrik stansiyasının hesabına qarşılamaq mümkün olacaq. Tələbatın qalan hissəsinin isə növbəti onillikdə yeni elektrik stansiyaları və bərpa olunan enerji mənbələri vasitəsilə ödənilməsi planlaşdırılır”.

P.Şahbazov hesab edir ki, ölkənin iqtisadi təhlükəsizliyinin ən vacib elementlərindən olan enerji təhlükəsizliyinin təmin edilməsi çərçivəsində görülən işlər Azərbaycanın elektrik enerjisi ixracatçısı kimi də mövqeyini gücləndirib: “Rusiya, Gürcüstan, Türkiyə və İranla elektrik enerjisi üzrə əməkdaşlıq formatında ixracatçı və tranzit ölkə kimi Azərbaycanın rolu genişlənib. Əgər 2006-cı ildə respublikanın daxili ehtiyaclarını tam ödəmək üçün 1,8 milyard kVt/s elektrik enerjisi idxal edilirdisə, 2018-ci ildə bu göstərici 131 milyon kVt/s-a qədər azalıb. İxrac isə, əksinə, on il ərzində 78% artaraq 1,4 milyard kVt/s-a qədər yüksəlib. Cari ilin 9 ayı ərzində isə 111,5 milyon kVt/s idxala qarşı 1,1 milyard kVt/s elektrik enerjisi ixrac edilib. İxrac göstəricisi 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 42% çox olub. Gürcüstana 859 milyon kVt/s, Rusiyaya 120,7 milyon kVt/s, Türkiyəyə 56,5 milyon kVt/s, İrana isə 28,7 milyon kVt/s elektrik enerjisi ixrac edilib. İdxalın həcmi Rusiyadan 74,8 milyon kVt/s, İrandan 27,4 milyon kVt/s, Gürcüstandan isə 9,3 milyon kVt/s olub”.

“Elektrik enerjisi mübadiləsinin yaxşılaşdırılması, ixrac imkanlarının artırılması məqsədilə Azərbaycandan Gürcüstana və Türkiyəyə elektrik enerjisinin ixracı üçün texniki imkanlar 2013-cü ildə Azərbaycan-Gürcüstan-Türkiyə enerji körpüsü layihəsinin bir hissəsi olan 500 kV-luq Samux-Qardabani HEVX, “Qara dəniz ötürmə şəbəkəsi layihəsi” çərçivəsində Gürcüstan tərəfindən həyata keçirilən 500/400/220 kV-luq “Axaltsixe” yarımstansiyası və Gürcüstanı Türkiyə ilə birləşdirən yüksəkgərginlikli 400 kV-luq EVX-in istismara verilməsi ilə yaradılıb. 2018-ci ilin dekabr ayında imzalanmış “Azərbaycan Respublikası ilə Gürcüstan Respublikası arasında elektroenergetika əlaqələrinin genişləndirilməsi barədə Niyyət Memorandumu”na uyğun olaraq hazırda iki ölkə arasında elektrik verilişi dəhlizinin texniki imkanlarının artırılması məqsədilə 330 kV-luq “Ağstafa-Qardabani” hava xətti yenidən qurulur”, - deyə məqalədə qeyd edilir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Doqquz ayda Energetika Nazirliyinə 2 707 müraciət daxil olub

İlin 9 ayında Energetika Nazirliyi tərəfindən 160 icazə verilib

Energetika Nazirliyinin Çağrı Mərkəzinə 1211 müraciət daxil olub

Energetika Nazirliyində “Beynəlxalq Sülh Günü” ilə bağlı tədbir keçirilib

Energetika Nazirliyində kollegiya iclası keçirilib

Energetika Nazirliyi və BMT-nin İnkişaf Proqramı arasında Niyyət Protokolu imzalanıb

2019-cu ilin I yarısında Energetika Nazirliyi tərəfindən 86 icazə verilib

Bu ilin 6 ayı ərzində Energetika Nazirliyinə 830 müraciət daxil olub

Energetika Nazirliyi Yaponiya şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

Energetika Nazirliyində “Refex” qrupunun icraçı direktoru Anil Jain ilə görüş keçirilib

Energetika Nazirliyində Ulu Öndərin anadan olmasının 96-cı ildönümü qeyd olunub

Bu il Energetika Nazirliyində 795 vətəndaş müraciətinə baxılıb

Energetika Nazirliyinin Çağrı Mərkəzinə I rübdə 548 müraciət daxil olub

Energetika Nazirliyində inzibati xətalarla bağlı 46 işə baxılıb

Energetika Nazirliyi tərəfindən I rübdə 34 icazə verilib

Energetika Nazirliyində peyk müşahidəsi xidmətlərinin imkanları müzakirə edilib

Energetika Nazirliyi ilə Equinor arasında Anlaşma Memorandumu imzalanıb

Energetika Nazirliyi və Total Anlaşma Memorandumu imzalayıb

Energetika Nazirliyində 20 Yanvar faciəsinin 29-cu ildönümü anılıb

Energetika Nazirliyinin 4 xidməti tam elektronlaşıb

14 Noyabr 2019, 18:30 (GMT +4)
Əbülfəs Qarayev İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri ilə görüşüb (FOTO)

14 Noyabr 2019, 18:00 (GMT +4)
Prezident İlham Əliyev Fələstin Dövlətinin başçısını təbrik edib

14 Noyabr 2019, 17:51 (GMT +4)
İcra başçısı Vuqar Zeynalovun vətəndaşlarla görüşü davam edir (FOTO)

14 Noyabr 2019, 17:47 (GMT +4)
Bakcell Azərbaycanda ən sürətli mobil internet təqdim edir

14 Noyabr 2019, 17:44 (GMT +4)
Türkiyə həm ABŞ, həm də Rusiya ilə dostluq əlaqələrini davam etdirmək istəyir - Ərdoğan

14 Noyabr 2019, 17:30 (GMT +4)
“Nar”ın sosial layihəsi nüfuzlu beynəlxalq müsabiqədə qalib olub

14 Noyabr 2019, 17:27 (GMT +4)
Sabah Bakıda «HR Summit Baku 2019» beynəlxalq tədbiri keçiriləcək

14 Noyabr 2019, 17:26 (GMT +4)
Vladimir Putin Allahşükür Paşazadəni təbrik edib

14 Noyabr 2019, 17:17 (GMT +4)
Son gündə 100-ə yaxın suriyalı qaçqın İordaniyadan ölkələrinə dönüblər (VİDEO)

14 Noyabr 2019, 17:15 (GMT +4)
Türkiyə Prezidenti Qafqaz Müsəlmanları İdarəsinin sədrini ad günü münasibətilə təbrik edib

14 Noyabr 2019, 17:08 (GMT +4)
Astarada icazəsiz ov edən şəxslər saxlanılıb

14 Noyabr 2019, 17:02 (GMT +4)
AQTA sədri İsveçrə Əməkdaşlıq Ofisinin nümayəndələri ilə görüşüb

14 Noyabr 2019, 16:57 (GMT +4)
Prezident İlham Əliyev Bilal Ərdoğanı qəbul edib

14 Noyabr 2019, 16:47 (GMT +4)
“Xarı Bülbül” gənclərin 2-ci yaradıcılıq festivalı keçirilib

14 Noyabr 2019, 16:42 (GMT +4)
Məktəblilər arasında vətənpərvərlik mövzusunda rəsm müsabiqəsi keçirilib

14 Noyabr 2019, 16:40 (GMT +4)
ABŞ-da azərbaycanlıların olduğu avtomobil qəzaya uğrayıb, ölən var

14 Noyabr 2019, 16:15 (GMT +4)
İraq polisi 1 648 etirazçını sərbəst buraxıb

14 Noyabr 2019, 16:12 (GMT +4)
Türkiyə amerikan əsilli İŞİD terrorçusunu ABŞ-a deportasiya edir

14 Noyabr 2019, 16:05 (GMT +4)
Gömrük Hospitalının cərrah-transplantoloqu böyrək fəaliyyətinin qorumasının yollarını açıqlayıb

14 Noyabr 2019, 15:53 (GMT +4)
"Bakcell"in baş icraçı direktoru: 5G şəbəkəsinə hələ ki tələbat çox azdır

14 Noyabr 2019, 15:45 (GMT +4)
Hərbi Dəniz Qüvvələri qarşıya qoyulan tapşırıqları icra edir

14 Noyabr 2019, 15:34 (GMT +4)
Morales ölkəsindəki çevrilişdə ABŞ-ı ittiham edib

14 Noyabr 2019, 15:21 (GMT +4)
İlk dəfə olaraq Rusiya Suriyanın şimal-şərqində havadan müdafiə sistemləri yerləşdirib

14 Noyabr 2019, 15:05 (GMT +4)
Dövlət Komitəsinin sədri Özbəkistan Prezidentinin müşaviri ilə görüşüb

14 Noyabr 2019, 15:04 (GMT +4)
Polşada müsəlmanlara qarşı hazırlanan terror hücumlarının qarşısı alınıb

14 Noyabr 2019, 14:57 (GMT +4)
Azərbaycanın bu universitetində dəyəri 5 min manatdan baha olan əl işi sərgilənir (FOTO)

14 Noyabr 2019, 14:50 (GMT +4)
UNESKO Baş Konfransında Azərbaycan təhsil sisteminin inkişafında atılan addımlardan danışılıb

14 Noyabr 2019, 14:37 (GMT +4)
İraqın şimalında 8 PKK terrorçusu məhv edilib

14 Noyabr 2019, 14:31 (GMT +4)
Peyğəmbərin mövluduna görə İranda 3552 məhbus əfv edilib

14 Noyabr 2019, 14:30 (GMT +4)
“ASAN xidmət”ə 34 milyonuncu müraciət qeydə alınıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66