Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Yeni magistr proqramının başlanması münasibəti ilə tədbir keçirilib

18 Oktyabr 2019, 12:32 (GMT +4)

Bakı, 18 oktyabr, SalamNews.Bakı Konqres Mərkəzində “Gənclər sektorunun idarə edilməsi və gənclər siyasəti üzrə 1-ci Magistr proqramı”nın yeni magistr ixtisaslaşması üzrə tədris proqramının başlanması münasibəti ilə tədbir keçirilib.

SalamNews xəbər verir ki, tədbirdə Gənclər və İdman naziri Azad Rəhimov, UNICEF-in Azərbaycan üzrə rəhbəri Edvard Karvardin, Təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Respublikası Prezidenti yanında İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov iştirak ediblər.

Tədbirdə çıxış edən nazir A.Rəhimov proqramın başlaması münasibətilə gəncləri təbrik edib. O bidirib ki, Azərbaycanda gənclər siyasəti 1994-cü ildən həyata keçirilməyə başlanılıb:

"Azərbaycan gənclər siyasətinin inkişafına malik olan ölkələrdən biridir. Bununla bağlı 2011-ci ildə Gənclər Fondu yaradılıb. Gənclər evləri genişlənməkdədir. Gənclərin ictimai fəallığı yüksəkdir. Ölkədə qeydiyyatdan keçən 300-dən artıq gənclər təşkilati var. Gənclər siyasəti sahəsində kadrların hazırlanması, gənclərlə işin təhlili, təşkili ilə bağlı mütəxəssislərin hazırlanması istiqamətində dövlətin vəzifələri vacibdir. Ölkə əhalisinin yarısının 29 yaşına qədər olduğunu nəzərə alsaq, onlarla işləyən mütəxəssislərin hazırlanması önəmlidir. Keçən ildən bu proqram hazırlanıb. Burada əsasən Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası dəstəkçimiz olub".

E.Karvardin də bildirib ki, ölkə əhalisinin 1/3 gənclərdən ibarətdir:

"Gənclərlə iş dövlətin sosial iqtisadi gündəliyində mühüm rol oynayır. Azərbaycan bu proqrama qoşulan 10 ölkədən biridir. Gələcəyə baxsaq, bu proqram akademik xarakter daşımaya bilər. Düşünürəm ki, proqramın məzunları üçün dövlət və qeyri-dövlət sektorlarında işləmək imkanı yaradılmalıdır. Bundan başqa, gənclərlə işləyən şəxslər üçün akkreditasiya proqramı həyata keçirməlidir. Onlar uzun illər bu sahədə təcrübə toplayıb və onlara bunu təsdiq etdirmək imkanı yaradılmalıdır".

Tədbirdə çıxış edən nazir müavini F.Qurbanov qeyd edib ki, bu proqramın gələcək inkişaf üçün böyük əhəmiyyəti var:

"Bunun bir neçə amili var. Ölkə əhalisinin 27 faizi gənclərdir və gənclər bizim gələcəyimizdir. Gənclər həm də bizim bu günümüzdür. Müasir dövrdə dünyada gedən qlobal proseslər, iqtisadi böhranlar, ekoloji problemlər hər bir ölkənin dayanıqlı inkişafını tələb edir. Ölkənin gələcəyini təmin etmək üçün böyük işlər aparılmalıdır. Gənclərin bu sahədə böyük rolu var. Hər bir ölkə gəncləri üçün müvafiq şərait yaratmalıdır. Gənclərlə iş üzrə menecmentin təşkili ilə bağlı mütəxəssislərin inkişafı olduqca böyük əhəmiyyətə malikdir".

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru U.Ələkbərov magistr proqramının əhəmiyyətindən danışıb. O, həmçinin ölkədə aparılan gənclər siyasətindən də söz açıb.

Tədbirdə magistrlərin xaricdə iştirak etdiyi təlimlərlə bağlı video-çarx nümayiş olunub.

Sonda mükafatlandırma mərasimi keçirilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Pirallahıda Gənclər Mərkəzi istifadəyə verilib

Prezident İlham Əliyev Bakıxanov qəsəbəsində Gənclər Mərkəzinin açılışında iştirak edib

Bakıda Uşaq-Gənclər Mərkəzinin yeni bazası istifadəyə verilib

Gənclər Mərkəzi İctimai Birliyi bəyanat yayıb

"Gənclər Mərkəzi" İctimai Birliyi növbəti tədbiri həyata keçirilib

Göyçayda Gənclər Mərkəzi istifadəyə verilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də Gənclər Mərkəzi yaradılıb

Gənclər Mərkəzi İctimai Birliyi növbəti tədbir keçirib

22 Noyabr 2019, 18:47 (GMT +4)
Anar Hüseynov: Azərbaycanın meyvə-tərəvəz məhsulları Rusiyada çox sevilir

22 Noyabr 2019, 18:01 (GMT +4)
Culfa-Ordubad avtomobil yolunun yenidən qurulmasına 34,3 milyon manat ayrılıb

22 Noyabr 2019, 17:48 (GMT +4)
Putin: Dünya ciddi təhdidlərlə üzləşir

22 Noyabr 2019, 17:42 (GMT +4)
Təhsil Nazirliyi: Yeni proqram kifayət qədər geniş və əhatəlidir

22 Noyabr 2019, 17:40 (GMT +4)
Şəmkir-Abbaslı-Nərimanlı avtomobil yolu yenidən qurulub

22 Noyabr 2019, 17:31 (GMT +4)
Ayətullah Sistani İraqda siyasi böhranın bitməsinin əsas yolunu açıqlayıb

22 Noyabr 2019, 17:30 (GMT +4)
Ermənistan parlamentinin sabiq deputatı Rusiyada saxlanılıb 

22 Noyabr 2019, 17:16 (GMT +4)
Yaponiya sahillərində 5,2 bal gücündə zəlzələ baş verib

22 Noyabr 2019, 17:00 (GMT +4)
Çovdarda 100 min ağac tingi yetişdiriləcək

22 Noyabr 2019, 16:54 (GMT +4)
ABŞ dövlət katibi iranlılardan etiraz videolarının ona göndərilməsini istəyib

22 Noyabr 2019, 16:43 (GMT +4)
Naxçıvanda yağışyağdırma sistemləri quraşdırılacaq

22 Noyabr 2019, 16:38 (GMT +4)
Ağdamda Ekologiya Həftəsi baş tutub

22 Noyabr 2019, 16:23 (GMT +4)
Paraqvayda hərbi helikopter qəzaya uğrayıb

22 Noyabr 2019, 16:11 (GMT +4)
Kolumbiyada iğtişaşlar zamanı 100-dən çox insan saxlanılıb

22 Noyabr 2019, 16:05 (GMT +4)
AzMİU-da Memarlıq ali təhsilinin 100 illiyinə həsr olunmuş sərgi açılıb

22 Noyabr 2019, 16:01 (GMT +4)
Karate üzrə Azərbaycan çempionatına start verilib

22 Noyabr 2019, 15:51 (GMT +4)
Bakı-Gəncə sürətli qatarının hərəkət cədvəli dəyişir

22 Noyabr 2019, 15:35 (GMT +4)
Netanyahunun rəqibi baş nazirə qarşı ittihamların qaldırılmasına münasibət bildirib

22 Noyabr 2019, 15:32 (GMT +4)
“AtaBank” “Qlobal Sahibkarlıq Həftəsi”ndə təltif edilib

22 Noyabr 2019, 15:31 (GMT +4)
Azərbaycanlı is adami: Sərmayənin milliləşməsi istiqamətində islahatlar aparılması şərtdir

22 Noyabr 2019, 15:20 (GMT +4)
Rusiya XİN İŞİD liderinin ləğv edilməsinə şübhə ilə yanaşır

22 Noyabr 2019, 15:10 (GMT +4)
“Azərenerji” payız-qış mövsümünə keçib

22 Noyabr 2019, 15:01 (GMT +4)
"Aztelekom" Abşeronda 50 ONU tipli ATS quraşdırıb

22 Noyabr 2019, 14:45 (GMT +4)
Azərbaycanda ixtiraların dövlət reyestrinə daxil edilməsi proseduru müəyyənləşib

22 Noyabr 2019, 14:34 (GMT +4)
Tanınmış siyasətçi İsrail və BƏƏ-nin İraqda təhlükəli planı haqda açıqlama verib

22 Noyabr 2019, 14:32 (GMT +4)
Bakıda “Türk filmləri həftəsi” keçiriləcək

22 Noyabr 2019, 14:18 (GMT +4)
Vilayət Eyvazov bolqarıstanlı həmkarı ilə görüşüb

22 Noyabr 2019, 14:13 (GMT +4)
Rusiya FTX hökuməti devirməyə hazırlaşan ekstremistləri saxlayıb

22 Noyabr 2019, 14:06 (GMT +4)
AQTA paytaxtda daha bir şirniyyat sexinin fəaliyyətini məhdudlaşdırıb

22 Noyabr 2019, 13:46 (GMT +4)
Bakıda yağan yağışın sabah tədricən kəsiləcəyi gözlənilir

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66