Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Qusarda yeni qadın resurs mərkəzi açılıb

17 Oktyabr 2019, 11:45 (GMT +4)

Bakı, 17 oktyabr, SalamNews. Bu gün Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP), BMT-nin Gender Bərabərliyi və Qadınların Səlahiyyətlərinin Artırılması Qurumu (UN Women) və İsveçrə Hökuməti, qadınların sahibkarlıq, özünüməşğulluq və icma inkişafı istiqamətində səlahiyyətlərinin artırılmasını dəstəkləmək üçün Bakının 180 km şimalında yerləşən Qusarda yeni Qadın Resurs Mərkəzinin rəsmi açılış mərasimini keçirdilər.

SalamNews xəbər verir ki, Qusardakı mərkəz, İsveçrənin İnkişaf və Əməkdaşlıq Agentliyi (SDC) tərəfindən maliyyələşdirilən “Cənubi Qafqazda Qadınların İqtisadi Səlahiyyətlərinin Artırılması ” layihəsi çərçivəsində kənd və rayon yerlərində qadınlar üçün yaradılan üç regional mərkəzlərdən biridir. Digər iki mərkəz isə Bakının Xəzər rayonu və Sabirabadda yerləşir.

637.000 ABŞ dolları dəyərində olan bu regional təşəbbüs, 2021-ci ilə qədər davam edəcək UN Womentəşkilatı və BMTİP arasındakı üç illik birgə layihənin bir hissəsidir.Azərbaycanda bu layihə BMTİP tərəfindən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirilir.
Layihənin ümumi məqsədi qadınların, xüsusən də iqtisadi və sosial cəhətdən daha əlverişsiz şəraitdə yaşayan qadınların öz icmalarında və cəmiyyətin iqtisadi və sosial həyatında daha fəal iştirak etməsi üçün lazım olan hər cür dəstəklə təmin edilməsidir.

Birgə səylər xüsusi olaraq kənd və rayon qadınlarının sahibkarlıq bacarıqlarının və iş potensialının gücləndirilməsi,işgüzarəlaqələr və şəbəkələrin vasitəsilə qadınların əmək bazarında rəqabət qabiliyyətlərinin artırılmasına yönəlib.

Qadın Resurs Mərkəzlərinin fəaliyyət göstərdiyi hər üç bölgədə, özəl sektorun gender bərabərliyi məsələlərinə qarşı həssaslığının artırılmasına diqqət yetirilir.Qadınların ehtiyacları, narahatlıqları və maraqlarını nəzərə almaq üçün hər bir şirkətin biznes strategiyalarına genderə həssas aspektlərin inteqrasiyasının vacibliyi aşılanır.

BMTİP, UN Womentəşkilatı və İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi, BMT-ninQlobal Sazişi çərçivəsində Qadınların Səlahiyyətlərinin Artırılması Prinsiplərini (WEP)[1]təşviq etmək üçün Azərbaycan hökuməti və ölkənin biznes qurumları ilə sıx əməkdaşlıq edir.Qadınların hüquq və imkanlarının genişləndirilməsindəinnovasiya və ağıllı texnologiyaların vacib rolunu qəbul edərək Qusar, Xəzər və Sabirabadda həyata keçirilən layihə, rəqəmsal texnologiyalar vasitəsi ilə qadınların əmək bazarlarına çıxışını artırmaqüçün yeni həllər təqdim edir.

PwC şirkəti ilə olan razılaşmaya əsasən, qadınların yaratdığı biznes startapların istehsal etdikləri mal və xidmətlərin reklamı, təşviqi və satışını daha səmərəli şəkildə həyata keçirmək məqsədi ilə qadınlar üçün xüsusi e-ticarət və e-marketinq imkanları təklif edəcək yeni bir veb platforma qurulacaqdır. Rayonlarda yaşayan sahibkar qadınlara qazancını artırmaqda kömək etməklə yanaşı, PwC şirkətihəmçinin birbaşa Qadın Resurs Mərkəzləri ilə işləyəcək.Bu mərkəzlərin institusional potensialının artırılması və onların təşkilati idarəetmə və əməliyyat sistemlərinin qurulması və təkmilləşdirilməsində onlara köməklik göstərəcək.

Bu layihədə daha bir özəl sektor tərəfdaşı olan, boya və sənaye örtüklərinin aparıcı istehsalçılarından biriSobsan şirkəti ilə birgə, BMTİP, UN Womentəşkilatı və tərəfdaşları Qusar, Xəzər və Sabirabadda qadınlara rəngsazlıq və təmir xidmətlərində peşəkar ustad dərsləri təklif edirlər. Yaxın zamanlarda kişilərin üstünlük təşkil etdiyi sahələrdə gender stereotiplərini aradan qaldırmaq və qadınlara yeni karyera yolları qurmaq üçün rəngsazlıq və ev təmiri xidmətləri göstərən qadınları bir araya gətirmək üçün yeni Qadınlar Birliyi fəaliyyətə başlayacaq.

Bu günə qədər Qusar, Xəzər və Sabirabadda 530-a yaxın qadın regional Qadın Resurs Mərkəzləri şəbəkəsinə qoşulub. Bacarıqlarırn artırılması təlimləri çərçivəsində310 qadın kompüter elmləri kursları, maliyyə savadlılığı və ailə büdcəsinin inkişafı üzrə ixtisaslaşdırılmış təlim kurslarındanfaydalanıb.

Rayon və kənd şəraitində yaşayan qadınların iş bacarıqlarını inkişaf etdirmək üçün, tərcümeyi-halın tərtib edilməsi, effektiv iş axtarışı, təqdimat bacarıqları, təşkilati idarəetmə, o cümlədən qeyri-kommersiya təşkilatlarının qurulması və idarə edilməsi, maliyyə vəsaitlərinin toplanması və biznesin inkişafı kimi fundamental bacarıqları aşılayan təlim proqramları mütəmadi olaraq təşkil olunur.

Qusar, Xəzər və Sabirabaddakı Qadın Resurs Mərkəzləri Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və bu rayonların yerli icra hakimiyyətlərinin əsaslı və davamlı dəstəyi ilə fəaliyyət göstərir.

Ümumilikdə, Azərbaycanda qadınlar üçün biznes yaratmaq, şəbəkə qurmaq, fikir mübadiləsi aparmaq, işgüzar tərəfdaşlıqlar qurmaq, kapital cəlb etmək, etibar qazanmaq, peşəkar şəkildə böyümək və qadınların fərdi potensialını inkişaf etdirmək üçün yaradılan Qadın Resurs Mərkəzləri hazırda ölkənin 9 bölgəsində fəaliyyət göstərir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Avropa İttifaqı, BMTİP Gəncə Peşə Təhsili və Təlim Məktəbində yeni sənaye emalatxanası təsis edib

Dövlət Gömrük Komitəsi ilə BMTİP arasında saziş imzalanıb

BMTİP-in Rezident nümayəndəsi Azərbaycanın xarici işlər nazirinə etimadnaməsini təqdim edib

Aİ, BMTİP və “ABAD” birgə layihə həyata keçirir (FOTOLAR)

ETSN və BMTİP-ın birgə layihəsi çərçivəsində Qızılağac qoruğuna səfər təşkil edilib

Biləsuvarda Aİ və BMTİP-nin maliyyə dəstəyilə Qadın Resurs Mərkəzinin açılışı olub

BMTİP Azərbaycanda "Bioloji müxtəlifliyin qorunmasına dair Milli Strategiya"nın təsdiqini alqışlayır 

USAID və BMTİP Azərbaycanda qadın və gəncləri dəstəkləmək üçün yeni tərəfdaşlığa başlayır

18 Noyabr 2019, 18:00 (GMT +4)
Prezident İlham Əliyev: Əminəm ki, 2020-ci il də Naxçıvan üçün uğurlu olacaqdır

18 Noyabr 2019, 17:46 (GMT +4)
ƏƏSMN: 9 rayonda şəhid ailələri və Qarabağ əlillərinə ev verilib

18 Noyabr 2019, 17:36 (GMT +4)
Diktator Frankonun vəsiyyəti ilk dəfə dərc edilib

18 Noyabr 2019, 17:28 (GMT +4)
İraqda aksiyaçılar ölkənin ən böyük ixrac limanının yolunu bağlayıblar

18 Noyabr 2019, 17:17 (GMT +4)
Gənclər təşkilatı regionlarda maarifləndirmə kampaniyasına start verib

18 Noyabr 2019, 17:13 (GMT +4)
Cəlil Məmmədquluzadənin ev-muzeyinin əsaslı təmirdən sonra açılışı olub

18 Noyabr 2019, 17:11 (GMT +4)
Türkiyə bölgənin neft bölgüsündə iştirak etməkdən imtina edib -Ərdoğan

18 Noyabr 2019, 17:07 (GMT +4)
Gələn ay psixoloqların diaqnostik qiymətləndirilməsi keçiriləcək

18 Noyabr 2019, 16:52 (GMT +4)
Azərbaycan - Ukrayna matçının hakimləri açıqlanıb

18 Noyabr 2019, 16:44 (GMT +4)
Doqquz ayda Azərbaycanın xarici ticarət dövriyyəsi 24,8 milyard dollar olub

18 Noyabr 2019, 16:43 (GMT +4)
Hindistanda rusiyalı turist ölüb

18 Noyabr 2019, 16:39 (GMT +4)
Suriyanın Həma əyalətində bir helikopter qəzaya uğrayıb, ölənlər var

18 Noyabr 2019, 16:21 (GMT +4)
Prezident İlham Əliyev Naxçıvan Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib

18 Noyabr 2019, 16:19 (GMT +4)
Amil Hacıyevin rəhbərliyi ilə yeni internet portal fəaliyyətə başlayıb

18 Noyabr 2019, 16:10 (GMT +4)
“Elin Səsi” Milli-Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyinin hesabat verib

18 Noyabr 2019, 16:07 (GMT +4)
ABŞ İrandakı etiraz aksiyalarını dəstəkləyir

18 Noyabr 2019, 15:52 (GMT +4)
Polad Bülbüloğlu Füzuli Dövlət Dram Teatrında olub (FOTO)

18 Noyabr 2019, 15:47 (GMT +4)
İran İnqilabının Keşikçilər Korpusu bəyanat verib: İğtişaşçılarla bağlı ciddi tədbirlər görüləcək

18 Noyabr 2019, 15:40 (GMT +4)
Azərbaycanlı yazıçının Rusiyada çap etdiyi kitab erməniləri qəzəbləndirib

18 Noyabr 2019, 15:30 (GMT +4)
Xaricdə doktorantura pilləsi üzrə prioritet istiqamətlər açıqlanıb

18 Noyabr 2019, 15:12 (GMT +4)
Rusiya Kerç boğazında saxlanılan gəmiləri Ukraynaya təhvil verib

18 Noyabr 2019, 15:02 (GMT +4)
Tramp və Makron telefon danışığı zamanı İran və Suriyanı müzakirə edib

18 Noyabr 2019, 14:50 (GMT +4)
İranda iğtişaşlarda bir neçə namazxana və mədrəsə də yandırılıb (FOTO)

18 Noyabr 2019, 14:25 (GMT +4)
Türkiyə XİN İrandakı vəziyyətlə bağlı açıqlama verib

18 Noyabr 2019, 14:21 (GMT +4)
Zərdabda 30-dan çox uşağa günərzi qayğı xidmətləri göstərilir

18 Noyabr 2019, 13:52 (GMT +4)
“İncəsənət ilə məşğulolma həvəsinin artırılması üzrə konfransların təşkili” layihəsi çərçivəsində I konrfrans keçirilib

18 Noyabr 2019, 13:31 (GMT +4)
Rəsmi Moskva İrandakı son gərginliyə münasibət bildirib

18 Noyabr 2019, 13:20 (GMT +4)
Hindistan S-400-ün tədarükü üçün Rusiyaya avans ödəyib

18 Noyabr 2019, 13:14 (GMT +4)
AERA: Hər hansı sahibkardan şikayət olsa, onun fəaliyyəti yoxlanılacaq

18 Noyabr 2019, 12:57 (GMT +4)
Məhəmməd peyğəmbərin (s) mövludu münasibətilə tədbir keçirilib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66