Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Bakı Limanı Xəzər dənizi hövzəsində ilk olaraq «yaşıl liman» adını qazanıb

17 Oktyabr 2019, 15:42 (GMT +4)

Bakı, 17 oktyabr, SalamNews.Oktyabrın 16-da “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC (Bakı Limanı) Avropa Dəniz Limanları Təşkilatının (European Sea Ports Organization - ESPO) PERS - "EcoPorts" sertifikatına layiq görülüb.

Bu barədə SalamNews “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən məlumat verilib.

Bununla da, Bakı Limanı Xəzər bölgəsində PERS – “EcoPorts” sertifikatı alan ilk liman olub. Liman Ətraf Mühitin Təhlili Sistemi (PERS), Avropanın liman sektorunun ətraf mühitinin qorunması mövzusunda məlumatlılığı artıran və limanların davamlı inkişaf hədəflərinə çatmasına kömək edən xüsusi bir standartdır. Sözügedən sertifikatda qabaqcıl texnologiyaların, xüsusilə enerji istifadəsi, tullantıların idarə olunması, havanın keyfiyyəti, rəqəmsallaşdırma və avtomatlaşdırma sahələrində tətbiqini təşviq edir.

Norveçin Oslo şəhərində “Yaşıl Liman” konfransında baş tutan mükafatlandırma mərasimi zamanı, Bakı Limanının Baş direktoru Taleh Ziyadov qeyd edib ki, "Bakı Limanı üçün EcoPort olmaq yaşıllığa və davamlı gələcəyə həqiqi inam təcəssüm etdirir. Bakı Limanının adı çəkilən sertifikatın alınması liman əməkdaşları və Avropa tərəfdaşları tərəfindən son üç ildə aparılan məqsədyönlü işin nəticəsidir. Ekoloji yönəlik siyasəti ilə Bakı Limanı bölgədəki digər limanlara nümunə olmağa davam edəcək".

ESPO-nun Baş katibi İzabel Rikbost, Bakı Limanını PERS sertifikatını almasına görə təbrik edərək bildirib ki, liman rəhbərliyi üçün yerli icma ilə əlaqələr son dərəcə vacibdir və “EcoPorts” liman sektorunun şəffaflığının və hesabatlılığının daha da artırılmasına kömək edir: "EcoPortsun ekoloji standartı limanın ətraf mühit siyasətini ictimaiyyətə açıq olması və yerli ictimaiyyətə məlumat verilməsini nəzərdə tutur. Bakı Limanının sertifikatlaşdırılması ilə nəinki liman yeni üfüqlər açır, həm də “EcoPorts” şəbəkəsi şərqə doğru daha da genişlənir".

Avropada Rotterdam və Barselona kimi ən işlək limanlar da daxil olmaqla 34 “EkoPorts” fəaliyyət göstərir. Bakı Limanı əməliyyat effektivliyinin artırılması, liman idarəetməsi, ətraf mühit və risklərin idarə edilməsi siyasətində Avropa Birliyi ilə sıx əməkdaşlıq edir. Artıq ISO 9001: 2015, OHSAS 18001 və ISO 14001 sertifikatlarına sahibdir. Bununla yanaşı, BMT-nin Davamlı İnkişaf Məqsədlərini (SDG) iş proseslərində və əməliyyatlarında inteqrasiya edib.

Avropa və Asiyanın strateji qovşağında və Çin, Türkiyə, İran və Rusiya kimi böyük bazarların kəsişməsində yerləşən Bakı Limanı Avrasiyanın aparıcı logistika və ticarət mərkəzinə çevrilmək niyyətindədir. Bu, Azərbaycanın qeyri-neft sektorunu şaxələndirmək məqsədilə apardığı daha geniş strategiyanın bir hissəsidir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Xəzər dənizində zəlzələ olub

Azərbaycanla İran arasında Xəzər dənizi məsələləri üzrə məsləhətləşmələr keçirilib

Azərbaycanla Qazaxıstan arasında Xəzər dənizi üzrə məsləhətləşmələr keçirilib

Xəzər dənizində bir nəfər boğulub

Xəzər dənizində zəlzələ olub

Xəzər dənizində zəlzələ olub

Xəzər dənizində zəlzələ baş verib

Xəzər dənizi sahilində böyük iməcilik keçiriləcək

Xəzər dənizini çirkləndirən obyekt sahibləri cəzalandırılıblar (SİYAHI)

Xəzər dənizinin səviyyəsi 1 metrdən çox aşağı düşüb

Xəzər dənizində kruizlərin təşkil olunacaq vaxt açıqlanıb

Xəzər dənizində zəlzələ olub

Xəzər dənizində zəlzələ baş verib

Xəzər dənizində üzən gəmidə baş verən partlayışla bağlı rəsmi məlumat yayılıb

ETSN: Xəzər dənizini çirkləndirənlərə qarşı vəsatət qaldırılacaq

Xəzər dənizini çirkləndirənlər cəzalandırılırlar

Xəzər dənizinin ən böyük barjı təmir olunub

Nur-Sultanda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun ikinci iclası keçirilir

Xəzər dənizinin Azərbaycan hissəsində zəlzələ olub

Xəzər dənizi üzrə yüksək səviyyəli işçi qrupunun iclası Nur-Sultanda keçiriləcək

21 Noyabr 2019, 10:33 (GMT +4)
Azərbaycan nefti bahalaşıb

21 Noyabr 2019, 10:17 (GMT +4)
Zelenskinin təyyarəsinin mühərriyində problem yaranıb

21 Noyabr 2019, 09:58 (GMT +4)
İsraildə hökumətin təşkili növbəti dəfə uğursuz alınıb

21 Noyabr 2019, 09:48 (GMT +4)
Zelenski: Rusiya tərəfindən göndərilən gəmilərdə avadanlıq çatışmır

21 Noyabr 2019, 09:37 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 22 dəfə pozub

21 Noyabr 2019, 09:25 (GMT +4)
Sepah İranın 4 əyalətində İğtişaşlara rəhbərlik edənlərin saxlanıldığını bildirib

21 Noyabr 2019, 09:14 (GMT +4)
ABŞ-ın AB-dəki daimi nümayəndəsi Trampın «günahsız» olduğunu sübut edib

21 Noyabr 2019, 09:01 (GMT +4)
Yeni Azərbaycan Partiyasının yaradılmasının 27 ili tamam olur

20 Noyabr 2019, 18:17 (GMT +4)
İsmayıllıda 2 yol layihəsinin icrası yekunlaşıb

20 Noyabr 2019, 17:45 (GMT +4)
Türkiyə ilə Avropa arasındakı yaxınlaşma Avropanın maraqlarına cavab verir - nazir

20 Noyabr 2019, 17:41 (GMT +4)
Azərbaycan benzin istehsalını azaldıb

20 Noyabr 2019, 17:31 (GMT +4)
Putin: Rusiya Avropa Birliyinin qorunmasında maraqlıdır

20 Noyabr 2019, 17:25 (GMT +4)
İran ABŞ-ın mənafeyini təmsil edən İsveçrə səfirini XİN-ə çağırıb

20 Noyabr 2019, 17:23 (GMT +4)
İnvestorlar Türkiyə iqtisadiyyatına etibar etməlidirlər - Ərdoğan

20 Noyabr 2019, 17:14 (GMT +4)
Məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib

20 Noyabr 2019, 17:01 (GMT +4)
Liviyada bir hərbi təyyarə vurulub, ölənlər var

20 Noyabr 2019, 16:52 (GMT +4)
Rusiya prezidenti: Rusiya və ABŞ bir çox məsələdə "pis-yaxşı" əməkdaşlıq edir

20 Noyabr 2019, 16:41 (GMT +4)
Caspian European Club üzvləri “İNNOLAND”da olublar

20 Noyabr 2019, 16:25 (GMT +4)
Putin Zelenski haqqında: Məncə yaraşıqlı, səmimi insandır

20 Noyabr 2019, 16:19 (GMT +4)
Energetika naziri ABŞ-a gedir

20 Noyabr 2019, 16:15 (GMT +4)
Yəmənli uşaqları unutmamalıyıq - Real Madridin kapitanı

20 Noyabr 2019, 16:03 (GMT +4)
Sabunçu rayonunda avtomobil yolları, su təchizatı və kanalizasiya sistemləri yenidən qurulacaq

20 Noyabr 2019, 15:52 (GMT +4)
Lavrov: Ankara Suriyadakı vəziyyətə görə Moskvaya qarşı ittihamları anlaşılmazlıq adlandırıb

20 Noyabr 2019, 15:45 (GMT +4)
AzerTelecom-un iştirakı ilə TransCaspian Fiber Optic layihəsi üzrə tədbir keçirilib

20 Noyabr 2019, 15:36 (GMT +4)
NATO ittifaq ölkələrində "Krım ssenarisinin" təkrarlanmasına imkan verməyəcəyinə söz verib

20 Noyabr 2019, 15:15 (GMT +4)
Bakıda evlərdən oğurluq edən qadın saxlanılıb

20 Noyabr 2019, 15:03 (GMT +4)
İranın Ərdəbil və Həmədan şəhərlərində iğtişaşları pisləyən mitinqlər keçirilib (FOTO)

20 Noyabr 2019, 15:02 (GMT +4)
4 rayonda "ASAN Xidmət" kompleksi açılacaq

20 Noyabr 2019, 14:46 (GMT +4)
Azərbaycanın vitse-prezidenti Mehriban Əliyeva Dmitri Medvedev ilə ikitərəfli münasibətləri müzakirə edəcək

20 Noyabr 2019, 14:45 (GMT +4)
İnsanlara ideal və ya ən azı minimum parametrləri açıq şəkildə göstərmək lazımdır (MƏQALƏ)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66