Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Şəmkirdə "KOB Dostu" fəaliyyətə başlayıb

17 Oktyabr 2019, 10:40 (GMT +4)

Bakı, 17 oktyabr, SalamNews.Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) növbəti Kiçik və Orta Biznesin Dostu ("KOB Dostu") Şəmkir rayonunda fəaliyyətə başlayıb. Bununla da Gəncə-Qazax iqtisadi rayonu üzrə fəaliyyət göstərən KOB dostlarının sayı 2-yə, ölkə üzrə isə 18-ə çatıb.

SalamNews xəbər verir ki, Oktyabrın 16-da KOBİA-nın təşkilatçılığı, Şəmkir Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Şəmkir rayonunda "KOB Dostu"nun fəaliyyətə başlamasına həsr olunmuş tədbir keçirilib. Şəmkir və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarların və dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə təşkil olunmuş tədbirdə “KOB Dostu” mexanizmi, mikro, kiçik və orta sahibkarlara “KOB Dostu” tərəfindən göstəriləcək xidmətlər və dəstək barədə məlumat verilib.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, Şəmkir və ətraf rayonlarda fəaliyyət göstərən KOB-lar biznesin qurulması, mövcud sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, eləcə də hüquq və maraqlarının müdafiəsi kimi istiqamətlərdə “KOB Dostu”na müraciət edə bilərlər. "KOB Dostu" tərəfindən sahibkarlara informasiya, məsləhət, təlim-tədris, hüquqi yardım, dövlət qurumları ilə əlaqələndirmə kimi sahələrdə dəstək və xidmətlər göstəriləcəkdir. Sahibkarları “KOB Dostu” ilə sıx əməkdaşlığa dəvət edən Orxan Məmmədov "KOB Dostu" şəbəkəsinin ölkənin digər şəhər və rayonlarını da əhatə edəcəyini diqqətə çatdırıb.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov rayonun iqtisadi potensialı və sahibkarlıq fəaliyyətinin genişləndirilməsi üçün yaradılmış imkanlar barədə məlumat verib, “KOB Dostu”nun mikro, kiçik və orta biznes subyektlərinə dəstək olacağına əminliyini vurğulayıb.

Sonra “KOB Dostu” mexanizmi barədə təqdimat keçirilib.

Tədbir çərçivəsində həmçinin, KOB-lar üçün yeni dövlət dəstəyi mexanizmi olan daxili bazar araşdırmalarına dair maarifləndirici video çarx nümayiş olunub, sahibkarların bu dəstəkdən yararlanmaq üçün KOBİA-ya müraciət edə biləcəkləri diqqətə çatdırılıb.

Tədbirin sonunda sahibkarlar Şəmkir Gənclər Mərkəzində fəaliyyət göstərən “KOB Dostu” ofisi ilə tanış olublar, onları maraqlandıran suallar cavablandırılıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

KOBİA Türkiyənin Kiçik Sahibkarlar və Sənətkarlar Konfederasiyası ilə regionlarda layihələr həyata keçirəcək

KOBİA: Ermənistanın təxribatı nəticəsində 160 sahibkara ziyan dəyib

KOBİA sahibkarlara müraciət edib

KOBİA özünüməşğulluq proqramına cəlb edilənlərə dəstək verir

Dünyanın tanınmış layihəsi KOBİA-nın dəstəyi ilə həyata keçiriləcək

KOBİA sahibkarları sənaye parklarında və məhəllələrində işləməyə çağırıb

QHT-lərə Dövlət Dəstəyi Şurası və KOBİA qalib QHT-lərlə onlayn görüş keçirib (FOTO)

KOBİA ölkə regionlarına xarici investisiyaların cəlb olunmasına dəstək göstərir

Nazirlik: 300-dək vətəndaş KOBİA-nın dəstəyindən istifadə edib

KOBİA: Yeni güzəştli kreditləşdirmə mexanizmləri KOB-ların maliyyələşdirilməsi üçün əlavə imkanlar yaradır

KOBİA: Üç yeni biznes assosiasiyası yaradılıb

KOBİA-nın dəstək göstərdiyi müəssisə tütün tədarükünə başlayıb

KOBİA sahibkarlara müraciət edib

KOBİA onlayn maarifləndirmə tədbirlərinə başlayıb

KOBİA-nın dəstəyi ilə yaradılmış müəssisələrdə istehsala başlanılıb

KOBİA-ya mart-aprel aylarında 1 300-dən çox müraciət daxil olub

KOBİA qanvermə aksiyasına qoşulub

KOBİA “Könüllünün öz/əl kitabı”nı nəşr edib

KOBİA-nın dəstəyi ilə yeni layihənin icrasına başlanıb (FOTOLAR)

KOBİA və Caspian European Club ilk onlayn B2G forum təşkil edib

05 Dekabr 2020, 15:20 (GMT +4)
Baş Prokurorluq: Daha 3 koronavirus xəstəsinə cinayət işi başlanılıb

05 Dekabr 2020, 15:08 (GMT +4)
“Qarabağ”ın daha 5 futbolçusu koronavirusa yoluxub

05 Dekabr 2020, 14:57 (GMT +4)
“ABB-İnvest İnvestisiya Şirkəti” aktiv fəaliyyətə keçib

05 Dekabr 2020, 14:40 (GMT +4)
Səfir Hulusi Kılıç: Prezident İlham Əliyevin Zəfər Gününün tarixi ilə bağlı qərarı olduqca təqdirəlayiqdir

05 Dekabr 2020, 14:36 (GMT +4)
Hizbuallah hərəkatı İsrailin hərbi qərargahlarını PUA-larla çəkərək yayımlayıb (VİDEO)

05 Dekabr 2020, 14:26 (GMT +4)
“Suqovuşan” elektrik stansiyalarından görüntülər yayımlanıb (VİDEO)

05 Dekabr 2020, 14:17 (GMT +4)
Bakıda sexdən 30 min manatlıq oğurluq edilib

05 Dekabr 2020, 14:03 (GMT +4)
Ötən həftə Azərbaycanda COVID-19-dan 10 min 427 nəfər sağalıb

05 Dekabr 2020, 13:59 (GMT +4)
“Qarabağ” - “Qəbələ” oyununun hakimləri açıqlanıb

05 Dekabr 2020, 13:44 (GMT +4)
Gəncədə koronavirusa qarşı mübarizə tədbirləri davam edir

05 Dekabr 2020, 13:25 (GMT +4)
AB və İngiltərə "Brexit"lə bağlı razılığa gələ bilməyib

05 Dekabr 2020, 13:22 (GMT +4)
Əfqanıstanda gözlənilən tarixi toplantı baş tutub

05 Dekabr 2020, 13:09 (GMT +4)
Bakıda mənzildən meyit tapılıb

05 Dekabr 2020, 13:00 (GMT +4)
Suqovuşanda elektrik stansiyaları gələn il istismara veriləcək 

05 Dekabr 2020, 12:50 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

05 Dekabr 2020, 12:43 (GMT +4)
Gürcüstanda daha 5450 nəfər koronavirusa yoluxub, 37 xəstə ölüb

05 Dekabr 2020, 12:39 (GMT +4)
Küveytdə Parlament seçkiləri keçirilir

05 Dekabr 2020, 12:30 (GMT +4)
"Könüllülər ili”nə həsr olunmuş poçt markası hazırlanıb

05 Dekabr 2020, 12:15 (GMT +4)
Bərdədə COVID-19 xəstəsinə cinayət işi başlanılıb

05 Dekabr 2020, 12:11 (GMT +4)
ABŞ qoşunları Somalini tərk edir

05 Dekabr 2020, 12:00 (GMT +4)
Gələn ilin Novruz, Ramazan və Qurban bayramı günləri müəyyənləşib

05 Dekabr 2020, 11:56 (GMT +4)
İranın Bakıdakı səfiri Naxçıvana səfər edib

05 Dekabr 2020, 11:50 (GMT +4)
Moskvada koronavirusa qarşı peyvəndlənmə başlayıb

05 Dekabr 2020, 11:45 (GMT +4)
ƏƏSMN: Erməni terroru nəticəsində həlak olan mülki şəhidlərin ailələrinə ödənişlər təyin edilib

05 Dekabr 2020, 11:30 (GMT +4)
Ötən gün yaşayış yerini tərk edən 18 nəfər aktiv koronavirus xəstəsi saxlanılıb

05 Dekabr 2020, 11:18 (GMT +4)
Koçaryan: Ermənistan hakimiyyəti Qarabağdakı müharibəni yaxınlaşdırmaq üçün hər şey etdi

05 Dekabr 2020, 11:17 (GMT +4)
Qətərlə Səudiyyə Ərəbistanı arasında əlaqələr bərpa edilir

05 Dekabr 2020, 11:15 (GMT +4)
Azərbaycan nefti bahalaşıb

05 Dekabr 2020, 11:00 (GMT +4)
MN: Silahlı Qüvvələrin Yardım Fonduna daxil olan vəsaitin miqdarı açıqlanıb

05 Dekabr 2020, 10:56 (GMT +4)
Azercell RİİB –in təşəbbüsü ilə Könüllülərə güzəşt təqdim edir 

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66