Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Rektor tələbələrə yaradılan şərait və imkanlardan maksimum yararlanmağı məsləhət görüb

16 Oktyabr 2019, 17:01 (GMT +4)

Bakı, 16 oktyabr, SalamNews. Hər il olduğu kimi, bu il də ənənəyə sadiq qalaraq universitet rəhbərliyi universitetin ayrı-ayrı fakültələrində təhsil alan birinci kurs tələbələri ilə görüşlərə başlayıb. Bu dəfə ilk olaraq Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru, professor Gülçöhrə Məmmədova universitetin ən qocaman fakültəsi İnşaat fakültəsinə qəbul olan birinci kurs tələbələri ilə görüşüb.

İnşaat fakültəsinin dekanı Hikmət Məmmədov çıxış edərək rektora birinci kurs tələbələri ilə keçirilən görüşlər üçün dərin təşəkkürünü bildirib. Belə görüşlərin tələbələr üçün əhəmiyyətindən danışıb.

Birinci kursa qəbul olan tələbələri, onların valideynlərini təbrik edən rektor G.Məmmədova universitetin daxili nizam-intizam qaydaları, təlim-tədris prosesi haqqında məlumat verib. Rəhbərlik etdiyi təhsil ocağının uğurlarından danışan rektor elə bu günlərdə AzMİU-nun Azərbaycandan 5 universitetin də yer aldığı beynəlxalq reytinq cədvəlinə (QS EECA University Rankings 2020) düşməsi barədə sevindirici xəbəri tələbələrə çatdırıb.

Çıxışında rektor tələbələrə dərslərə ciddi yanaşmağı, keçilən dərslərdə fəal iştirak etməyi, zamanın, dövrün tələblərinə uyğun olaraq ixtisasları ilə bağlı çox oxumağı tövsiyə edib. Universitetin böyük kitabxanaya, yetərli kitab fonduna malik olduğunu, eyni zamanda elektron kitabxana sisteminin olması barədə məlumat verib, onlara yaradılan şərait və imkanlardan maksimum yararlanmağı məsləhət görüb. Tələbəsi olduqları fakültədə tədris aparan professor-müəllim heyətinin yüksək ixtisaslı və nüfuzlu mütəxəssislərdən təşkil olunduğunu deyib.

Ümumilikdə AzMİU-nun dünyanın ən qabaqcıl universitetləri ilə əməkdaşlıq əlaqələrindən, ikili diplom layihələrindən, tələbələrin asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə universitetdə yaradılan şəraitdən danışan G.Məmmədova sonda tələbələri təhsillə yanaşı, ictimai işlərdə də aktiv olmağa çağırıb.

Universitetin Tədris işləri üzrə prorektoru Akif Qasımov universitetdə keçirilən imtahanlara, onların obyektiv və şəffaf keçirilməsi üçün yaradılan şəraitə və tələbələrin üzərinə düşən vəzifələrə toxunub.

Görüşdə tələbələr onları narahat edən məsələlərlə bağlı universitet rəhbərliyinə suallar ünvanlayıb, təklif və arzularını səsləndiriblər.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

AzMİU-da Memarlıq ali təhsilinin 100 illiyinə həsr olunmuş sərgi açılıb

AzMİU beynəlxalq əlaqələrini genişləndirir

Böyük Britaniyanın Baş Nazirinin ticarət elçisi AzMİU-da olub

AzMİU-nun professor-müəllim heyətinin maaşları 25 faiz artırılıb

AzMİU-da beynəlxalq elmi-praktik konfrans keçirilib

Yeni tədris ilində AzMİU-nun Elmi Şurasının ilk iclası keçirilib

AzMİU-nin tələbələri İTU-nun Yay məktəbində iştirak ediblər

AzMİU-da beynəlxalq konfrans öz işinə başlayıb

AzMİU-nun rektoru prezident tərəfindən təltif edilib

AzMİU-nun adı növbəti dəfə beynəlxalq reytinq sistemində daxil edilib

AzMİU beynəlxalq əlaqələrini daha da genişləndirir

AzMİU-da “Obyektivdə Memarlıq” adlı fotosərgi açılıb

AzMİU-da beynəlxalq elmi konfrans öz işinə başlayıb

AzMİU-da İtaliya–Azərbaycan Dizayn Mərkəzinin açılışı olub

Milan Politexnik Universitetinin müəllimləri AzMİU tələbələri üçün vorkşop təşkil ediblər

AzMİU-da Leicester Universiteti tərəfindən kurslar keçirilir 

AzMİU ilə Daşkənd Memarlıq və İnşaat İnstitutu arasında Əməkdaşlıq müqaviləsi bağlanıb 

Ulu öndərin 96-cı ildönümü AzMİU Elmi Şurasının iclasında qeyd olunub

AzMİU-da “Ulu öndərə ehtiramla” adlı rəsm sərgisi açılıb

AzMİU-da Respublika elmi-praktiki konfrans öz işinə başlayıb

22 Noyabr 2019, 18:01 (GMT +4)
Culfa-Ordubad avtomobil yolunun yenidən qurulmasına 34,3 milyon manat ayrılıb

22 Noyabr 2019, 17:48 (GMT +4)
Putin: Dünya ciddi təhdidlərlə üzləşir

22 Noyabr 2019, 17:42 (GMT +4)
Təhsil Nazirliyi: Yeni proqram kifayət qədər geniş və əhatəlidir

22 Noyabr 2019, 17:40 (GMT +4)
Şəmkir-Abbaslı-Nərimanlı avtomobil yolu yenidən qurulub

22 Noyabr 2019, 17:31 (GMT +4)
Ayətullah Sistani İraqda siyasi böhranın bitməsinin əsas yolunu açıqlayıb

22 Noyabr 2019, 17:30 (GMT +4)
Ermənistan parlamentinin sabiq deputatı Rusiyada saxlanılıb 

22 Noyabr 2019, 17:16 (GMT +4)
Yaponiya sahillərində 5,2 bal gücündə zəlzələ baş verib

22 Noyabr 2019, 17:00 (GMT +4)
Çovdarda 100 min ağac tingi yetişdiriləcək

22 Noyabr 2019, 16:54 (GMT +4)
ABŞ dövlət katibi iranlılardan etiraz videolarının ona göndərilməsini istəyib

22 Noyabr 2019, 16:43 (GMT +4)
Naxçıvanda yağışyağdırma sistemləri quraşdırılacaq

22 Noyabr 2019, 16:38 (GMT +4)
Ağdamda Ekologiya Həftəsi baş tutub

22 Noyabr 2019, 16:23 (GMT +4)
Paraqvayda hərbi helikopter qəzaya uğrayıb

22 Noyabr 2019, 16:11 (GMT +4)
Kolumbiyada iğtişaşlar zamanı 100-dən çox insan saxlanılıb

22 Noyabr 2019, 16:05 (GMT +4)
AzMİU-da Memarlıq ali təhsilinin 100 illiyinə həsr olunmuş sərgi açılıb

22 Noyabr 2019, 16:01 (GMT +4)
Karate üzrə Azərbaycan çempionatına start verilib

22 Noyabr 2019, 15:51 (GMT +4)
Bakı-Gəncə sürətli qatarının hərəkət cədvəli dəyişir

22 Noyabr 2019, 15:35 (GMT +4)
Netanyahunun rəqibi baş nazirə qarşı ittihamların qaldırılmasına münasibət bildirib

22 Noyabr 2019, 15:32 (GMT +4)
“AtaBank” “Qlobal Sahibkarlıq Həftəsi”ndə təltif edilib

22 Noyabr 2019, 15:31 (GMT +4)
Azərbaycanlı is adami: Sərmayənin milliləşməsi istiqamətində islahatlar aparılması şərtdir

22 Noyabr 2019, 15:20 (GMT +4)
Rusiya XİN İŞİD liderinin ləğv edilməsinə şübhə ilə yanaşır

22 Noyabr 2019, 15:10 (GMT +4)
“Azərenerji” payız-qış mövsümünə keçib

22 Noyabr 2019, 15:01 (GMT +4)
"Aztelekom" Abşeronda 50 ONU tipli ATS quraşdırıb

22 Noyabr 2019, 14:45 (GMT +4)
Azərbaycanda ixtiraların dövlət reyestrinə daxil edilməsi proseduru müəyyənləşib

22 Noyabr 2019, 14:34 (GMT +4)
Tanınmış siyasətçi İsrail və BƏƏ-nin İraqda təhlükəli planı haqda açıqlama verib

22 Noyabr 2019, 14:32 (GMT +4)
Bakıda “Türk filmləri həftəsi” keçiriləcək

22 Noyabr 2019, 14:18 (GMT +4)
Vilayət Eyvazov bolqarıstanlı həmkarı ilə görüşüb

22 Noyabr 2019, 14:13 (GMT +4)
Rusiya FTX hökuməti devirməyə hazırlaşan ekstremistləri saxlayıb

22 Noyabr 2019, 14:06 (GMT +4)
AQTA paytaxtda daha bir şirniyyat sexinin fəaliyyətini məhdudlaşdırıb

22 Noyabr 2019, 13:46 (GMT +4)
Bakıda yağan yağışın sabah tədricən kəsiləcəyi gözlənilir

22 Noyabr 2019, 13:26 (GMT +4)
Quba, Qusar və Xızı rayonlarına qar yağıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66