Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Prezident: Məscidləri dağıdan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz

16 Oktyabr 2019, 09:03 (GMT +4)

Bakı, 16 oktyabr, SalamNews. "Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Ermənistanın destruktiv siyasətinə görə irəliləyiş yoxdur".

SalamNews xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə çıxışı zamanı deyib. Onun sözlərinə görə, Ermənistan 30 ilə yaxındır ki, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirir:

"İşğal olunmuş ərazilərdə etnik təmizləmə siyasəti aparılıb, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Həmin ərazilərdə Azərbaycan xalqına məxsus tarixi-mədəni irs, İslam abidələri və məscidlərimiz dağıdılıb və məhv edilib. Ermənistan çalışır ki, müsəlman ölkələri ilə sıx əməkdaşlıq qursun. Ancaq dünya müsəlmanları üçün müqəddəs olan məscidləri dağıdan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz. Dinimizə qarşı edilən bu vandallıq Ermənistanın islamofob xislətini nümayiş etdirir".

Dövlət başçısı qeyd edib ki, münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi qəbul edilib: "Bu qətnamələrdə işğalçı qüvvələrin Azərbaycan torpaqlarından qeyd-şərtsiz və tam çıxarılması birmənalı olaraq tələb edilir. Eyni zamanda, Qoşulmama Hərəkatı, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, NATO, Avropa Parlamenti, Avropa Şurası və digər təşkilatlar buna oxşar qərar və qətnamələr qəbul ediblər. Ermənistan bu qətnamə və qərarların tələblərinə məhəl qoymur, beynəlxalq hüquqi öhdəliklərinin icrasından boyun qaçırır.

Dağlıq Qarabağ Azərbaycanın tarixi və əzəli torpağıdır, Azərbaycanın ayrılmaz hissəsidir. Münaqişə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşlərinin yekun bəyanatlarında da dövlətlərin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına dəstək davamlı olaraq təsbit edilir. Fürsətdən istifadə edərək, mən Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətli həllini dəstəkləyən tərəfdaşlarımıza təşəkkür edirəm".


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

İlk dəfə olaraq Yunanıstan paytaxtında məscidin açılışı edilir

Suriyanın şimalında məscid yaxınlığında partlayış törədilib, onlarla ölü və yaralı var

Tbilisi Cümə məscidində Azərbaycan şəhidləri üçün Quran xətmi və dua mərasimi keçirilib (FOTO)

Somalidə məscid qarşısında partlayış törədilib, ölənlər var

Banqladeşdə məsciddə baş verən partlayışda ölənlərin sayı 13-ə yüksəlib

KİV: Banqladeşdə məsciddə partlayış nəticəsində 11 nəfər ölüb

Səudiyyədə şiə məscidninin partladılmasına görə 7 nəfər edama məhkum edilib

Bu Aşura Azərbaycanda hər ev bir məsciddir (FOTO)

"Xanım Fatimeyi-Zəhra" məscidində Aşura mərasimi keçirilir (VİDEO)

İctimai Birliyin sədri: “Hər bir inanclı Aşura günü öz evini məscid halına gətirə bilər”

Yeni Zelandiyada iki məsciddə qətliam törətmiş terrorçuya hökm oxunub

QMİ: Məscid və ziyarətgahlarda məhərrəmlik mərasimləri keçirilməyəcək

Fələstinlilər əl-Əqsa məscidi qarşısında BƏƏ əleyhinə etiraz aksiyası keçiriblər (VİDEO)

Prezidentin köməkçisi: Məscidlərin açılması müzakirə olunmur

İstanbulda Ayasofya məscidinin açılış mərasimi keçirilir (VİDEO)

İran Ayasofiyanın məscid elan edilməsinə münasibət bildirib

Misirdə məscidlərin açılışına icazə verilib

Türkiyənin ədliyyə naziri Ayasofyanı məscidə çevirməyin tərəfdarıdır

Kabildə son 10 gündə ikinci dəfə olaraq məsciddə partlayış törədilib

Küveyt üç aylıq fasilədən sonra məscidlərin açılışına icazə verib

22 Oktyabr 2020, 17:57 (GMT +4)
Cəbhədəki əsgərlər COVID-19-la bağlı əhaliyə çağırış edib

22 Oktyabr 2020, 17:56 (GMT +4)
Azərbaycan Böyük Dəbilqədə 17 cüdoçu ilə təmsil olunacaq

22 Oktyabr 2020, 17:52 (GMT +4)
Ləğv olunmuş 4 bankın əmanətçilərinə 545,70 milyon manat kompensasiya ödənilib

22 Oktyabr 2020, 17:46 (GMT +4)
ANAMA Kürdəmirə atılan raketlə bağlı açıqlama verib

22 Oktyabr 2020, 17:32 (GMT +4)
Baş prokuror: Erməni təxribatı nəticəsində ölən mülki şəxslərdən 18-i qadın, 8-i uşaqdır

22 Oktyabr 2020, 17:25 (GMT +4)
Prezident internetə qoyulan məhdudiyyətdən danışıb

22 Oktyabr 2020, 17:11 (GMT +4)
Səfərbərlik Xidməti müddətli hərbi xidmətə çağırışla bağlı məlumat yayıb

22 Oktyabr 2020, 16:58 (GMT +4)
Baydeni öldürməklə hədələyən şəxs saxlanılıb

22 Oktyabr 2020, 16:37 (GMT +4)
Artilleriyaçılarımız düşmənin atəş nöqtələrinə dəqiq zərbələr endirməyə davam edir

22 Oktyabr 2020, 16:26 (GMT +4)
Cari ildə 493,7 milyon manatlıq metal məmulatları istehsal edilib

22 Oktyabr 2020, 16:10 (GMT +4)
Azərbaycan səfiri İran qəzetinə müsahibəsində Ermənistanın son hərbi təxribatlarından danışıb

22 Oktyabr 2020, 15:54 (GMT +4)
XİN: Ermənistan XİN-in bəyanatı tamamilə cəfəngiyyatdır

22 Oktyabr 2020, 15:47 (GMT +4)
Prezident İlham Əliyev: Əgər Minsk qrupu 30 il ərzində nəticə əldə edə bilmirsə, bu, özü hər şeyi göstərir

22 Oktyabr 2020, 15:34 (GMT +4)
Prezidentdən Paşinyanla mümkün görüşü barədə açıqlama

22 Oktyabr 2020, 15:25 (GMT +4)
Sabahın hava proqnozu açıqlanıb

22 Oktyabr 2020, 15:11 (GMT +4)
ANAMA: Qəbələ və Kürdəmir “Elbrus” raket sistemi ilə vurulub

22 Oktyabr 2020, 15:09 (GMT +4)
İlham Əliyev: Dağlıq Qarabağda heç bir referendum olmayacaq

22 Oktyabr 2020, 14:54 (GMT +4)
Azərbaycanda son sutkada 825 nəfər COVID-19-a yoluxub

22 Oktyabr 2020, 14:43 (GMT +4)
Mədəniyyət və İncəsənət Universitetində “Qarabağ Azərbaycandır!” xeyriyyə auksionu keçiriləcək

22 Oktyabr 2020, 14:31 (GMT +4)
Rusiyada son sutkada 290 nəfər koronavirusdan ölüb

22 Oktyabr 2020, 14:26 (GMT +4)
Düşmənin Siyəzənə atdığı raketlərin qalıqları dənizə düşüb

22 Oktyabr 2020, 14:12 (GMT +4)
Ermənistanın Gəncəyə raket hücumları nəticəsində həlak olanların xatirəsi Hindistanda da anılıb

22 Oktyabr 2020, 14:08 (GMT +4)
Suqovuşan və Talış kəndlərinə gedən tarixi yolların bərpasına başlanılıb (FOTO)

22 Oktyabr 2020, 13:57 (GMT +4)
Döyüş iştirakçıları arasında təbliğat və təşviqat işləri davam edir

22 Oktyabr 2020, 13:43 (GMT +4)
Gürcüstan DİN Zuqdididə girov götürülmüş 43 nəfərin azadlığa buraxıldığını açıqlayıb

22 Oktyabr 2020, 13:28 (GMT +4)
Göygöldə evə silahlı basqın edən maskalılar saxlanılıb

22 Oktyabr 2020, 13:11 (GMT +4)
İşğaldan azad olunmuş ərazilərdə yeraltı sərvətlər yenidən qiymətləndiriləcək

22 Oktyabr 2020, 13:00 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

22 Oktyabr 2020, 12:57 (GMT +4)
MN: Naxçıvan istiqamətində uçan Ermənistan PUA-sı məhv edilib

22 Oktyabr 2020, 12:57 (GMT +4)
MN düşmənin ələ keçirilən növbəti hərbi texnikalarının videogörüntüsünü yayıb (VİDEO)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66