Suriyanın Qamışlı şəhərində partlayış törədilib - Ölənlər və yaralananlar var (VİDEO)
12 Oktyabr 2019, 10:19 (GMT +4)
Bakı, 12 oktyabr, SalamNews, B.Samid. Ötən gün axşam saatlarına yaxın Suriyanın şimal-şərqində Həsəka əyalətində törədilən terror aktı nəticəsində ölənlər var.
SalamNews SANA-a istinadla xəbər verir ki, partlayış nəticəsində azı 6 nəfər həyatını itirib.
Məlumata görə partlayış Qamışlının kürd bölmələrinin nəzarətindəki əl-Uməri alı restoranı qarşısında həyata keçirilib.
Minalanmış maşının partladılması nəticəsində daha 9 nəfər yaralanıb.
İŞİD terror təşkilatı bu hücumu üzərinə götürüb.
Qeyd edək ki, Türkiyənin Suriyanın şimalında əməliyyatı fonunda ötən gün İŞİD-in bir həbsxanası vurulub. İŞİD-çilər və onların ailələrinin saxlanıldığı əl-Houl düşərgəsində də üsyan baş qaldırıb.
Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.