Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

"Bizim həyət" layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət istifadəyə verilib (FOTOLAR)

11 Oktyabr 2019, 11:19 (GMT +4)

Bakı, 11 oktyabr, SalamNews. IDEA İctimai Birliyinin təmirə ehtiyacı olan həyətlərin abadlaşdırılmasına yönəlmiş "Bizim həyət" layihəsi çərçivəsində yenilənən növbəti həyət sakinlərin istifadəsinə verilib.

SalamNews xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva həyətin açılışında, o cümlədən tədbir zamanı keçirilmiş kütləvi ağacəkmədə iştirak edib.

Yenilənmiş həyət Suraxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsi 7, 8, 9,10, 10A, 10V, 10B ünvanlarında 4 200 nəfər sakinin yaşadığı çoxmərtəbəli yaşayış binalarını əhatə edir.

“Bizim həyət” layihəsinin əsas məqsədi Bakı həyətlərinin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.

Abadlaşdırılan növbəti həyətdə əlil və sağlamlıq imkanları məhdud olan insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarının səmərəli keçirmələri və onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılması məqsədilə süni örtüklü mini futbol meydançası, şahmat meydançası, müxtəlif idman qurğuları, uşaq meydançaları salınıb, velosiped yolu çəkilib.

Eyni zamanda, ərazidə 12 söhbətgah və ahıllar evi inşa edilib, çoxsaylı oturacaqlar, tullantılar üçün qutular quraşdırılıb, həyətdəki xeyir-şər evi əsaslı təmir olunub və bütün avadanlıqlarla təmin edilib.

Sakinlərin istək və maraqları nəzərə alınaraq, həyətdə yeni işıqlandırma dirəkləri quraşdırılıb, binaların fasadları, dam örtükləri və giriş hissələri tam təmir olunub, bloklara yeni dəmir qapılar və plastik pəncərələr quraşdırılıb. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 50 ədəd ağac və kollar əkilib və 2 min kvadratmetr ərazidə yaşıllıq zolağı salınıb. Həmçinin sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə ərazidə müşahidə kameraları quraşdırılıb.

Suraxanı rayonunda sakinlərin istifadəsinə verilmiş həyət layihə çərçivəsində abadlaşdırılan otuz üçüncü həyətdir.

Sözügedən layihənin Bakının bütün rayonlarında həyata keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar, paytaxtımızın abadlaşdırılmaya ehtiyacı olan həyətləri haqqında məlumat və tövsiyələrin IDEA İctimai Birliyinə təqdim edilməsi xahiş olunur.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Heydər Əliyev Fondu ilə UNİSEF arasında Anlaşma Memorandumu imzalanıb

Heydər Əliyev Fondu bu il birinci sinfə gedən 17 min aztəminatlı və kimsəsiz uşağa hədiyyə verir

Aztəminatlı ailələr Heydər Əliyev Fondu tərəfindən məktəb ləvazimatları ilə təmin olunacaq

Heydər Əliyev Fondu aztəminatlı ailələrə qurban payları çatdırır

Heydər Əliyev Fondunun vitse-prezidenti  tələbələrlə görüşüb

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın doğum tarixidir

Heydər Əliyev Fondunun təşəbbüsü ilə müsabiqə həyata keçiriləcək

Heydər Əliyev Fondu Şəkidə və Pirallahıda iftar süfrəsi təşkil edib

Heydər Əliyev Fondu Füzulidə iftar süfrəsi təşkil edib

Heydər Əliyev Fondu tərəfindən Xalq artisti Ramiz Əzizbəyliyə avtomobil hədiyyə olunub 

Heydər Əliyev Fondu növbəti iftar süfrəsini Ağsuda açıb

Heydər Əliyev Fondu iftar süfrəsi açıb

Heydər Əliyev Fondunun əməkdaşları təltif edilib

Heydər Əliyev Fondu aztəminatlı ailələrə ənənəvi Novruz sovqatları paylayıb

Heydər Əliyev Fondu Şəki qarışıq tipli uşaq evinin sakinləri üçün məşğələlər təşkil edib

Heydər Əliyev Fondunun dəstəyi ilə daha bir qrup Qarabağ müharibəsi əlili protezlərlə təmin olunub

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva “Üzeyir Hacıbəyli” fəxri medalı ilə təltif edilib

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Pekində Azərbaycan-Çin dostluq konserti keçirilib

“CinemaPlus”da Heydər Əliyev Fondunun təşkilatçılığı ilə uşaqlar üçün əyləncə proqramı təşkil olunub

Heydər Əliyev Fondunun Nizami Gəncəvi irsini təbliğ edən daha bir layihəsi gerçəkləşib (FOTO)

19 Noyabr 2019, 12:37 (GMT +4)
Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib

19 Noyabr 2019, 12:25 (GMT +4)
SHS-3-ün müddəti 2021-ci ilin fevralında bitir

19 Noyabr 2019, 12:20 (GMT +4)
Təbriz-Tehran qatarı relsdən çıxıb

19 Noyabr 2019, 12:18 (GMT +4)
UNEC-in rektoru yeni tələbə-rektorla görüşüb

19 Noyabr 2019, 11:57 (GMT +4)
Bakı Ali Neft Məktəbində “Mühəndislər üçün biznes təhsili” layihəsi başa çatıb (FOTO)

19 Noyabr 2019, 11:35 (GMT +4)
Yəmənlilər Səudiyyə koalisiyasına aid olduğu deyilən iki gəmini ələ keçiriblər

19 Noyabr 2019, 11:32 (GMT +4)
Heydər Əliyev Mərkəzində fotoqraf Yakov Xalipin əsərlərindən ibarət sərgi açılıb (FOTO)

19 Noyabr 2019, 11:26 (GMT +4)
İran-Türkiyə sərhədində zəlzələ baş verib

19 Noyabr 2019, 11:14 (GMT +4)
Cari ildə idxal və ixrac edilən məhsulların həcmi açıqlanıb

19 Noyabr 2019, 11:00 (GMT +4)
İranın Zəncan şəhərində iğtişaşları pisləyən etiraz aksiyası keçirilib (FOTO)

19 Noyabr 2019, 10:50 (GMT +4)
Türkiyədə dövlət çevrilişində şübhəli bilinən 133 nəfərin saxlanılmasına sanksiya verilib

19 Noyabr 2019, 10:32 (GMT +4)
Azərbaycan nefti ucuzlaşıb

19 Noyabr 2019, 10:21 (GMT +4)
İsrail Dəməşq ətrafına aviazərbə endirib, raketlərin bəzisi zərərsizləşdirilib

19 Noyabr 2019, 10:17 (GMT +4)
Gürcüstanda azərbaycanlıların olduğu avtobus yanıb

19 Noyabr 2019, 10:01 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 24 dəfə pozub

19 Noyabr 2019, 09:57 (GMT +4)
İran mediası odlu silahdan istifadə edən iğtişaşçıların görüntülərini yayımlayıb (VİDEO)

19 Noyabr 2019, 09:43 (GMT +4)
Ankara Suriyanın şimalında yeni əməliyyata başlaya bilər - Çavuşoğlu 

19 Noyabr 2019, 09:30 (GMT +4)
“Azərbaycan Dəmir Yolları” sərnişinlərə müraciət edib

19 Noyabr 2019, 09:16 (GMT +4)
ABŞ İsrailin Fələstində saldığı yəhudi yaşayış massivlərini qanuni elan edib

19 Noyabr 2019, 09:16 (GMT +4)
Morales Boliviyada vətəndaş müharibəsinin başlayacağından narahatdır

19 Noyabr 2019, 09:02 (GMT +4)
Bu il ölkədən 1186 ton çay ixrac olunub

18 Noyabr 2019, 18:00 (GMT +4)
Prezident İlham Əliyev: Əminəm ki, 2020-ci il də Naxçıvan üçün uğurlu olacaqdır

18 Noyabr 2019, 17:46 (GMT +4)
ƏƏSMN: 9 rayonda şəhid ailələri və Qarabağ əlillərinə ev verilib

18 Noyabr 2019, 17:36 (GMT +4)
Diktator Frankonun vəsiyyəti ilk dəfə dərc edilib

18 Noyabr 2019, 17:28 (GMT +4)
İraqda aksiyaçılar ölkənin ən böyük ixrac limanının yolunu bağlayıblar

18 Noyabr 2019, 17:17 (GMT +4)
Gənclər təşkilatı regionlarda maarifləndirmə kampaniyasına start verib

18 Noyabr 2019, 17:13 (GMT +4)
Cəlil Məmmədquluzadənin ev-muzeyinin əsaslı təmirdən sonra açılışı olub

18 Noyabr 2019, 17:11 (GMT +4)
Türkiyə bölgənin neft bölgüsündə iştirak etməkdən imtina edib -Ərdoğan

18 Noyabr 2019, 17:07 (GMT +4)
Gələn ay psixoloqların diaqnostik qiymətləndirilməsi keçiriləcək

18 Noyabr 2019, 16:52 (GMT +4)
Azərbaycan - Ukrayna matçının hakimləri açıqlanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66