Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Turizm biznesinin mövcud vəziyyəti və perspektivləri müzakirə edilib

11 Oktyabr 2019, 16:48 (GMT +4)

Bakı, 11 oktyabr, SalamNews.Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) yanında fəaliyyət göstərən İctimai Şuranın növbəti müzakirəsi turizm biznesindəki mövcud vəziyyət və perspektivlərə həsr olunub.

SalamNews KOBİA-ya istinadən xəbər verir ki, bununla bağlı oktyabrın 10-da keçirilən Forumda müxtəlif dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələri, eləcə də turizm sahəsində fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.

Forumda turizm biznesi sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan KOB-ların fəaliyyəti, sektorun inkişaf potensialı, bu sahədə dövlət-özəl əməkdaşlığı müzakirə edilib, sahibkarlar və vətəndaş cəmiyyəti institutları tərəfindən turizm biznesi sektorunun inkişafına dair müxtəlif təkliflər səsləndirilib, müzakirələr aparılıb.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Forumun dövlət-özəldialoqu üçün əlverişli platforma olduğunu, tədbir çərçivəsində maraqlı təkliflərin səsləndiriləcəyinə əminliyini bildirib. Qeyd olunub ki, vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlığın qurulması Agentliyin əsas fəaliyyət istiqamətlərindəndir və KOBİA yanında İctimai Şurada bir sıra ictimai təşkilatlar, o cümlədən Azərbaycan Turizm Assosiasiyası təmsil olunur. Orxan Məmmədov turizm biznesi sahəsinə dair bir sıra təkliflərdə səsləndirib. Bildirilib ki, turizm sahəsində yeni qanunvericilik aktlarının hazırlanması, yeni təşviq mexanizmlərinin yaradılması prosesində bu sektorda fəaliyyət göstərən KOB-lar və onların birlikləri yaxından iştirak etməli və təmsil olunmalıdır. KOBİA isə bu prosesə sahibkarları cəlb etməyə hazırdır. Sahibkarlar turizm layihələrin həyata keçirilməsi zamanı investisiya təşviqi mexanizmindən istifadə edərək vergi güzəştləri əldə edə bilərlər. Bu baxımdan KOB subyektlərini bu sahədə aktiv investisiya fəaliyyətinə dəvət edirik. Bundan başqa, daxili bazar araşdırmaları dəstək mexanizmindən turizm biznesi sektorunda istifadə oluna bilər.

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev çıxışında turizm sahəsində həyata keçirilən yeniliklər və layihələr, qarşıdakı hədəflər barədə məlumat verib.

Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov Assosiasiyanın fəaliyyəti, turizmin inkişafına göstərilən dövlət dəstəyi tədbirlərindən danışıb, sahənin inkişafına dair müvafiq təkliflər səsləndirib.

KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov forumun keçirilməsi məqsədi, KOBİA yanında İctimai Şuranın fəaliyyəti barədə məlumat verib, KOB-ların, müvafiq dövlət qurumlarının və vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə mütəmadi olaraq üçtərəfli formatda tədbirlərin keçirildiyini bildirib.

KOBİA-nın İdarə Heyəti sədrinin müavini Nadir Adilov forumda Agentlik yanında İctimai Şura üzvləri və qeyri-hökumət təşkilatları tərəfindən səsləndirilən fikirlərin, rəy və təkliflərinin nəzərə alınacağını və aidiyyəti üzrə təqdim olunacağını qeyd edib.

Tədbir çərçivəsində həmçinin, KOB-lar üçün yeni dövlət dəstəyi mexanizmi olan daxili bazar araşdırmalarına dair maarifləndirici video çarx nümayiş olunub.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Sahibkarlar və fermerlər KOBİA-nın onlayn maarifləndirmə tədbirindən yararlanıblar

KOBİA iki sahibkarlıq subyekti arasındakı mübahisəni həll edib

KOBİA onlayn maarifləndirmə tədbiri keçirəcək

KOBİA Qusarda kələm satışı ilə məşğul olan fermerlərə dəstək göstərib

KOBİA: Elektron ticarətlə bağlı maarifləndirmə tədbirlərinə zərurət var

KOBİA mikro və kiçik sahibkarların məhsullarının satışına dəstək göstərir

KOBİA TDƏŞ-ə üzv ölkələrin müvafiq qurumları ilə əlaqələri genişləndirir (FOTO)

KOBİA-nın stendi “Ən yaxşı sosial layihə” mükafatına layiq görülüb

KOBİA-da biznes assosiasiyaları ilə görüş keçirilib

KOBİA-nın dəstəyi ilə Abşeronda kombi istehsalı zavodu fəaliyyətə başlayıb

Sənətkarlıqla məşğul olan sahibkarlar KOBİA-nın dəstəyindən yararlanır

KOBİA Şəkidə arıçılıqla məşğul olan sahibkarlara dəstək olub

KOBİA-nın dəstəyi ilə sahibkarın müraciəti müsbət həll olunub

KOBİA Koreyanın KOSME Agentliyi ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır

KOBİA-nın informasiya və məsləhət xidmətlərindən yüzlərlə sahibkar yararlanıb

BMT KOBİA ilə əməkdaşlıq etmək niyyətindədir

KOBİA və “Ernst & Yanq Holdinqs” şirkəti əməkdaşlıq edəcək

KOBİA-nın səlahiyyətləri artırılıb

KOBİA tikiş sexinin sənədləşdirilməsində sahibkara dəstək göstərib

KOBİA İsveçrənin Kiçik və Orta Sahibkarlar Assosiasiyası ilə əməkdaşlıq edəcək

13 Noyabr 2019, 13:35 (GMT +4)
Nostrifikasiya ilə bağlı sənəd qəbulu müvəqqəti olaraq dayandırılır

13 Noyabr 2019, 13:24 (GMT +4)
Turagentliklər üçün yeni mexanizm hazırlanıb

13 Noyabr 2019, 13:19 (GMT +4)
İranın Fordo nüvə reaktoru uranı 20 faizlik zənginləşdirməyə hazır olduğunu bildirib

13 Noyabr 2019, 13:09 (GMT +4)
ABŞ-da "Google" layihəsinə qarşı istintaq başladılıb

13 Noyabr 2019, 13:02 (GMT +4)
Palata Ukrayna və Belarusun milli bankları ilə əməkdaşlıq edəcək

13 Noyabr 2019, 12:50 (GMT +4)
Bakıda sosial şəbəkələrdə narkotik satan dəstə üzvü saxlanılıb

13 Noyabr 2019, 12:24 (GMT +4)
"Sənədsiz məktəbli qalmasın” aksiyasına yenidən start verilib

13 Noyabr 2019, 12:22 (GMT +4)
ABŞ Boliviyadakı məmurları geri çağırır

13 Noyabr 2019, 12:17 (GMT +4)
Vergilər nazirinin müavini Ağcabədidə vətəndaşları qəbul edəcək

13 Noyabr 2019, 12:10 (GMT +4)
İsrailin Qəzzanı bombalaması nəticəsində ölənlərin sayı 15-ə çatıb (VİDEO)

13 Noyabr 2019, 12:03 (GMT +4)
Bakıda Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi açılıb

13 Noyabr 2019, 11:54 (GMT +4)
“Azəri-Çıraq-Günəşli”dən ümumi hasilat 3,6 milyard barreli ötüb

13 Noyabr 2019, 11:45 (GMT +4)
Boliviyada ordu prezidentin səlahiyyətlərini icra edən Janin Agnesə dəstək verib

13 Noyabr 2019, 11:36 (GMT +4)
Tunis, İran və İordaniya fələstinli hərəkat liderinin terror ediməsinə münasibət bildiriblər

13 Noyabr 2019, 11:32 (GMT +4)
Dövlət Komitəsinin nümayəndə heyətinin Avstriyaya səfəri başlayıb

13 Noyabr 2019, 11:16 (GMT +4)
Ərdoğan Vaşinqtonda dəyirmi masada iştirak edib

13 Noyabr 2019, 11:12 (GMT +4)
Dayanıqlı kənd təsərrüfatı üçün Niderland təcrübəsi öyrənilir

13 Noyabr 2019, 11:01 (GMT +4)
“Nar” Göyçayda keçirilən festivalı abunəçiləri ilə birgə qeyd edib

13 Noyabr 2019, 10:47 (GMT +4)
Livan prezidenti etirazçıları evlərinə dönməyə çağırıb

13 Noyabr 2019, 10:43 (GMT +4)
Səudiyyə Ərəbistanı şirkətinə aid təyyarə uşağı xilas etmək üçün Kanadaya təcili eniş enib

13 Noyabr 2019, 10:26 (GMT +4)
Azərbaycanda 496 əcnəbi barəsində ölkəni tərketmə haqqında qərar çıxarılıb

13 Noyabr 2019, 10:18 (GMT +4)
Tramp Ərdoğana 100 milyard dollar qarşılığında S-400-dən imtina etməyi təklif edib

13 Noyabr 2019, 10:10 (GMT +4)
Bakı metrosunda qatarların hərəkətində ləngimə olub

13 Noyabr 2019, 09:49 (GMT +4)
Kabildə minalanmış nəqliyyat vasitəsi partladılıb, ölənlər var (FOTO)

13 Noyabr 2019, 09:39 (GMT +4)
İraqın sabiq baş naziri növbədənkənar seçkilərin keçirilməsini istəyib

13 Noyabr 2019, 09:38 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 22 dəfə pozub

13 Noyabr 2019, 09:25 (GMT +4)
Rusiya səfirliyi ABŞ-a etiraz notası göndərib

13 Noyabr 2019, 09:18 (GMT +4)
İsrailin Qəzzaya hava zərbələri davam edir, ölənlərin sayı 10-u keçib

13 Noyabr 2019, 09:05 (GMT +4)
Prezident İlham Əliyev BƏƏ-nin İqtisadiyyat nazirini qəbul edib

12 Noyabr 2019, 18:10 (GMT +4)
ETSN: Şikayət yerində araşdırılıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66