Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Professor Aida İmanquliyevanın anadan olmasından 80 il ötür

10 Oktyabr 2019, 12:28 (GMT +4)

Bakı, 10 oktyabr, SalamNews.Bu gün dünya şərqşünaslığı tarixində xüsusi yeri olan görkəmli alim, şərqşünas, ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın doğum günüdür.

SalamNews xəbər verir ki, Aida İmanquliyevanın anadan olmasından 80 il ötür.

Aida xanım 1939-cu il oktyabrın 10-da Bakı şəhərində ziyalı ailəsində anadan olub. Burada 132 saylı orta məktəbi qızıl medalla bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb şöbəsində təhsil alıb. Moskvada SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda ərəb filologiyası üzrə aspiranturanı bitirib. Azərbaycan Elmlər Akademiyasının Yaxın və Orta Şərq Xalqları İnstitutunda kiçik elmi işçi, sonra baş elmi işçi, ərəb filologiyası şöbəsinin müdiri elmi işlər üzrə direktor müavini, həmin institutda direktor vəzifəsində çalışıb.

A.İmanquliyevanın “Mixail Nüaymə və XIX əsr qabaqcıl rus ədəbiyyatı” adlı ilk mətbu məqaləsi “Azərbaycan” jurnalında (1964, N 12) dərc olunub. O, Livan yazıçısı M.Nüaymənin bir neçə hekayəsini ərəb dilindən ruscaya çevirib “Vostoçnı almanax”da (Moskva, 1979, VU buraxılış) çap etdirib. A.İmanquliyevanın müasir ərəb ədəbiyyatının aktual problemləri və rus-ərəb ədəbi əlaqələri haqqında məqalələri dövri mətbuatda - toplularda və elmi-kütləvi məcmuələrdə müntəzəm çap olunub.

A.İmanquliyeva həmçinin, Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun nəşr etdirdiyi “Ərəb filologiyası məsələləri” məcmuəsinin tərtibçisi və redaktoru olub (1971-1973-1979-1981). “Şərq şairləri Lenin və Sovetlər ölkəsi haqqında” (1970), “Böyük Oktyabr və Şərq xalqlarının milli azadlıq mübarizəsi” (1977), “Sovet Azərbaycanı və xarici Şərq” (1980), “Yaxın Şərq xalqlarının müasir ədəbiyyatında tərəqqi və ictimai ədalət uğrunda mübarizə problemi” (1982), “Yaxın və Orta Şərqdə milli azadlıq hərəkatı məsələləri” (1985), “Şərq filologiyası məsələləri” (1986-1987), “Yaxın Şərq xalqları ədəbiyyatı imperializmə qarşı mübarizədə” (1987), “Xarici Şərqin problemləri: tarix və müasirlik” (1988), “Şərq ədəbiyyatında ənənə və novatorluq” (1988) məqalələr məcmuələrinin redaksiya heyətinin üzvlərindən, müəlliflərindən və redaktorlarından biri olub. İctimai işlərdə fəal çalışıb.

Aida İmanquluyeva Ümumittifaq Şərqşünaslar Cəmiyyəti Rəyasət Heyətinin üzvü (1987) və cəmiyyətin Azərbaycan bölməsi sədrinin müavini olub (1983-cü ildən). O, Moskva, Bakı, Düşənbə, Hamburq (ADR) şəhərlərində keçirilən Şərq problemlərinə həsr olunmuş beynəlxalq konfranslarda məruzələrlə çıxış edib.

A.İmanquliyeva 1992-ci il sentyabrın 19-da Bakıda vəfat edib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Görkəmli şərqşünas alim Aida İmanquliyevanın xatirəsi yad edilib

Birinci vitse-prezident Aida İmanquliyevanın məzarını ziyarət edib (FOTOLAR)

Görkəmli şərqşünas Aida İmanquliyevanın doğum günüdür

Görkəmli şərqşünas alim Aida İmanquliyevanın anım tarixidir

Bakıda görkəmli şərqşünas alim Aida İmanquliyevanın xatirəsi anılıb (FOTO)

Şərqşünas Aida İmanquliyevanın doğum günüdür

Şərqşünas alim Aida İmanquliyevanın xatirəsi anılıb

Görkəmli şərqşünas alim Aida İmanquliyevanın xatirəsi anılıb

Şərqşünas alim Aida İmanquliyevanın doğum günüdür

Görkəmli şərqşünas alim Aida İmanquliyevanın anım günüdür

Professor Aida İmanquliyevanın kitabı macar dilində nəşr olunub

22 Fevral 2020, 19:42 (GMT +4)
Xaçmazda “Narkomaniyaya yox deyək!” mövzusunda tədbir keçirilib (FOTO)

22 Fevral 2020, 17:02 (GMT +4)
Prezident yol tikintisi işçilərini təltif edib

22 Fevral 2020, 16:59 (GMT +4)
Tərtərdə qanunsuz ov etmək istəyən şəxslər saxlanılıblar

22 Fevral 2020, 16:57 (GMT +4)
Qubada iki şəxs narkotiklə saxlanılıb

22 Fevral 2020, 16:50 (GMT +4)
İlham Əliyev Vatikanda Müqəddəs Taxt-Tacın dövlət katibi ilə görüşüb

22 Fevral 2020, 16:49 (GMT +4)
Beynəlxalq Dəməşq-Hələb yolu rəsmən istifadəyə verilib

22 Fevral 2020, 16:42 (GMT +4)
Yanvarda Azərbaycan Aİ ölkələrindən ən çox İtaliyaya məhsul göndərib

22 Fevral 2020, 16:30 (GMT +4)
MSK-nın iclası başlayıb

22 Fevral 2020, 16:28 (GMT +4)
Prezident İlham Əliyev Vatikanda Papa Fransisk ilə görüşüb

22 Fevral 2020, 16:16 (GMT +4)
KOBİA İtaliyanın müvafiq təşkilatları ilə üç anlaşma memorandumu imzalayıb

22 Fevral 2020, 16:06 (GMT +4)
Hələbdə radikal qruplaşmalardan azad edilən bölgədə böyük həbsxana aşkarlanıb (VİDEO)

22 Fevral 2020, 16:04 (GMT +4)
"Samsung" koronavirus səbəbi ilə zavodunu bağlayır

22 Fevral 2020, 15:54 (GMT +4)
Sumqayıtda restoran yaxınlığında qumbara aşkarlanıb

22 Fevral 2020, 15:34 (GMT +4)
“Azəriqaz” yeni şəffaf sayğac qutuları quraşdıracaq

22 Fevral 2020, 15:28 (GMT +4)
Qüdsdə İsrail qüvvələrinin atəşi nəticəsində bir fələstinli həlak olub (VİDEO)

22 Fevral 2020, 15:22 (GMT +4)
İndoneziyanın paytaxtı leysan yağışları səbəbindən su altında qalıb

22 Fevral 2020, 15:11 (GMT +4)
Azərbaycan koronavirus epidemiyasına görə İranla sərhəddə nəzarəti gücləndirib

22 Fevral 2020, 15:00 (GMT +4)
Naxçıvan Ali Məclisinə yeni sədr seçiləcək

22 Fevral 2020, 14:48 (GMT +4)
Bosniya və Herseqovinada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

22 Fevral 2020, 14:46 (GMT +4)
Misir məhkəməsi Hüsni Mübarəkin oğullarına bəraət verib

22 Fevral 2020, 14:36 (GMT +4)
Azərbaycan-Ermənistan sərhədində meyiti tapılan şəhid dəfn edilib

22 Fevral 2020, 14:26 (GMT +4)
Xaçmazda Biznes İnkubasiya Mərkəzi fəaliyyətə başlayıb

22 Fevral 2020, 14:23 (GMT +4)
İtaliyada koronavirus qurbanlarının sayı ikiyə yüksəlib 

22 Fevral 2020, 14:10 (GMT +4)
Səfər Mehdiyev: Könüllü gömrükçülər gömrük orqanlarında işlə təmin olunub

22 Fevral 2020, 14:01 (GMT +4)
“Nar”ADA Universitetinin İT üzrə fərqlənən tələbələrinə dəstək olub

22 Fevral 2020, 13:58 (GMT +4)
Si Sinpin göstərdiyi köməyə görə "Microsoft"a təşəkkür edib

22 Fevral 2020, 13:38 (GMT +4)
Sabah Azərbaycanda 20 dərəcəyə yaxın isti gözlənilir

22 Fevral 2020, 13:28 (GMT +4)
İranda koronavirusa yoluxduğu təsdiqlənənlərin sayı 28-ə çatıb

22 Fevral 2020, 13:18 (GMT +4)
"Washington Post" Sandersin Rusiyadan dəstək alması haqqında məlumat əldə edib

22 Fevral 2020, 13:18 (GMT +4)
Vahid Mürsəliyev: Bütün yeniliklər Azercell abunəçiləri üçün əlçatan olmalıdır

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66