Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

"Realmap.az" onlayn xəritə pоrtalının təqdimatı keçirilib

09 Oktyabr 2019, 20:02 (GMT +4)

Bakı, 9 oktyabr, SalamNews. Bu gün Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək” İctimai Birliyi tərəfindən www.realmap.az onlayn xəritə pоrtalının təqdimat mərasimi keçirilib.

SalamNews xəbər verir ki, təqdim edilən portalın özəlliyi Ermənistanın ərazisində Azərbaycan toponimlərini bərpa etməklə onlara yeni nəfəs verməsindədir. Bununla mövcud Ermənistan respublikasının əzəli oğuz torpaqlarında yerləşdirilməsi əsaslı coğrafi və demoqrafik dəlillərlə isbat olunur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan ərazilərində yerləşdirilən Ermənistan haqqında bütün beynəlxalq tribunalardan bəyan edir: “İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq”. www.realmap.az onlayn xəritə platformasında göstərilən toponimik panorama və demoqrafik faktlar ölkə başçısının dünya miqyasında səsləndirdiyi tezisini möhkəmləndirən unikal elektron bazadır.

Portalın əsasını təşkil edən interaktiv xəritədə orta əsrlərdən Qərbi Azərbaycanda mövcud olmuş 400 Azərbaycan kəndi tam dəqiq coğrafi koordinatları üzrə yerləşdirilmişdir. Qan damlalarını xatırladan qırmızı nişanları kliklədikdə hər kəndin türk mənşəli toponimi, onun erməniləşdirildiyi tarix və müxtəlif illərdə orada yaşayan azərbaycanlıların sayı göstərilir. 1918-1920-ci illərdə daşnakların hakimiyyəti dövründə azərbaycanlıların sayının dəfələrlə azalması xəritədə öz əksini tapmış və Ermənistanda soydaşlarımıza qarşı törədilmiş soyqırımın təzahürü kimi önə çəkilmişdir. Xəritə ilə yanaşı portalda “Ermənistanda Azərbaycan toponimləri”, “Əhali”, “Arxiv sənədlər” kimi yardımçı bölmələr yer almışdır. Burada mövzu üzrə cədvəllər, ətraflı məlumatlar, nadir sənədlər yerləşdirilmiş, kəndlərin adları əlifba üzrə sıralanmış və hər kənddə Azərbaycan əhalisinin soyqırımına dəlalət edən statistik məlumat verilmişdir. Layihənin koordinatoru Bakı Slavyan Universitetinin professoru, əməkdar jurnalist Şalalə Həsənovadı.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

18 Oktyabr 2019, 16:08 (GMT +4)
Kataloniyanın keçmiş rəhbəri Karles Puçdemon könüllü olaraq Belçika hökumətinə təslim olub 

18 Oktyabr 2019, 16:06 (GMT +4)
Bakıda vətəndaşların mobil telefonunu ələ keçirən şəxs saxlanlılıb

18 Oktyabr 2019, 15:58 (GMT +4)
İraq Ərəbin ziyarətinə görə ölkəyə daxil olan xarici zəvvarların sayını açıqlayıb (FOTO)

18 Oktyabr 2019, 15:52 (GMT +4)
Azərbaycanda əmtəəlik təbii qaz hasilatı 29% artıb

18 Oktyabr 2019, 15:32 (GMT +4)
Nobel Oil Services Türkiyədə qaz anbarının genişləndirilməsi layihəsinə başlayır

18 Oktyabr 2019, 15:32 (GMT +4)
Terrorçuların geri çəkilməsi üçün 120 saat var - Ərdoğan

18 Oktyabr 2019, 15:24 (GMT +4)
Yusif Babanlı:Dövlət başçısının müşavirədəki gənc kadrlarla bağlı tapşırığı hamıya nümunə olmalıdır

18 Oktyabr 2019, 15:13 (GMT +4)
Salonikidə ABŞ konsulluğunun yaxınlığında kürdlərin lehinə etiraz aksiyaları keçirilib

18 Oktyabr 2019, 15:10 (GMT +4)
Metropolitendə cibgirlik edən şəxs saxlanılıb

18 Oktyabr 2019, 15:02 (GMT +4)
Azərbaycanda “Yol Polisinə dəstək” qrupları yaradılıb (FOTO)

18 Oktyabr 2019, 14:59 (GMT +4)
Livanda WhatsApp-a görə başlayan etiraz aksiyaları hökumətin istefasını tələb edir

18 Oktyabr 2019, 14:50 (GMT +4)
“Günay Sığorta” bazara yeni məhsullar təqdim edəcək

18 Oktyabr 2019, 14:45 (GMT +4)
Çavuşoğlu NATO Baş katibi ilə Suriya üzrə razılaşmanı müzakirə edib

18 Oktyabr 2019, 14:38 (GMT +4)
Prezident İlham Əliyev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrini qəbul edib

18 Oktyabr 2019, 14:23 (GMT +4)
Alpaqut Turan döyüş sənəti üzrə IV Azərbaycan kubokunda 300-dən artıq idmançı çıxış edəcək

18 Oktyabr 2019, 14:10 (GMT +4)
Türkiyə XİN Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib

18 Oktyabr 2019, 14:07 (GMT +4)
Pərviz Şahbazov: Son 10 ildə elektrik enerjisinin istehlakı 26% artıb

18 Oktyabr 2019, 14:05 (GMT +4)
ABŞ dövlət katibi Türkiyədən sonra İsrailə gedib

18 Oktyabr 2019, 13:52 (GMT +4)
BMT: Ras əl-Aynda hərbi əməliyyat davam edir

18 Oktyabr 2019, 13:45 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

18 Oktyabr 2019, 13:24 (GMT +4)
Yaponiyada ayı insanlara hücum edib

18 Oktyabr 2019, 13:04 (GMT +4)
Tramp İsraildə hökumətin təşkilinə kömək məqsədilə yəhudi kürəkənini Təl-əvivə göndərir

18 Oktyabr 2019, 12:57 (GMT +4)
Kosaçyov ABŞ və Türkiyənin Suriyaya dair razılığını müsbət hadisə adlandırıb

18 Oktyabr 2019, 12:56 (GMT +4)
Görkəmli şərqşünas alimin xatirəsi yad edilib

18 Oktyabr 2019, 12:51 (GMT +4)
Obyektlərin adı, fəaliyyət növü və iş rejimi barədə lövhələrə dair tələb dəyişib

18 Oktyabr 2019, 12:32 (GMT +4)
Yeni magistr proqramının başlanması münasibəti ilə tədbir keçirilib

18 Oktyabr 2019, 12:20 (GMT +4)
Kataloniyada etiraz aksiyalarında təxminən 20 nəfər saxlanılıb

18 Oktyabr 2019, 12:13 (GMT +4)
Energetika naziri: Azərbaycan 200 milyon kubmetr qaza qənaət edə bilər

18 Oktyabr 2019, 12:09 (GMT +4)
Pompeo İranın silah ticarəti ilə bağlı qadağanın götürülməsindən narahat olduğunu bildirib

18 Oktyabr 2019, 11:58 (GMT +4)
ABŞ-da modelin cəsədi betonla doldurulmuş qutuda tapılıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66