Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

DMX BMT QAK-ın İcraiyyə Komitəsinin 70-ci sessiyasında iştirak edir

09 Oktyabr 2019, 17:35 (GMT +4)

Bakı, 9 oktyabr, SalamNews. Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) İcraiyyə Komitəsinin 70-ci sessiyasında iştirak məqsədilə Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq məsələləri baş idarəsinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Rza Talıbov İsveçrənin Cenevrə şəhərində səfərdədir.

Sessiyanın ilk günündə vətəndaşsızlıq məsələləri ilə əlaqədar yüksək səviyyəli seqment təşkil olunub. Tədbirdə çıxış edən Rza Talıbov Azərbaycanın 1992-ci ildən etibarən vətəndaşsızlıq hallarının azaldılması ilə bağlı qoşulduğu bir sıra beynəlxalq sənədlərin əhəmiyyətinə toxunub. Bildirib ki, Ermənistanın 1988-1992-ci illərdə planlı şəkildə həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində tarixən həmin ərazidə yaşamış 250 min azərbaycanlı son nəfərədək öz doğma yurdundan zorla çıxarılıb. O insanların hamısı Azərbaycana pənah gətirib. 1990-cı ildə 50 minədək məshəti türkü də məhz ölkəmizdə sığınacaq tapıb.

Prezident cənab İlham Əliyev tərəfindən ölkədə həyata keçirilən məqsədyönlü siyasətin əhalinin rifah halının yüksəldilməsinə xidmət etdiyini vurğulayan Rza Talıbov Respublikada əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə göstərilən qayğıdan, onların cəmiyyətə inteqrasiyası məqsədilə reallaşdırılan tədbirlərdən, o cümlədən miqrasiya qanunvericiliyinin tələblərinin sadələşdirilməsi və vətəndaşlıq sahəsində humanist hüquqi yanaşmanın tətbiqindən danışıb. Vurğulayıb ki, dövlət rəhbərliyinin uğurlu siyasətinin nəticəsidir ki, respublikamızda doğulan və hər iki valideyni vətəndaşlığı olmayan şəxs olan uşaq, eləcə də Azərbaycan ərazisində olan və hər iki valideyni naməlum uşaq da tam hüquqlu vətəndaş hesab edilir.

Baş İdarə rəisi respublikamızda vətəndaşlığı olmayan şəxslərin naturalizasiyası istiqamətində atılan addımlardan da danışıb. Bildirib ki, vətəndaşlıq almaq üçün müraciət edənlərin sayında artım müşahidə olunur ki, bu da ölkədəki sosial-iqtisadi inkişafla bağlıdır. 2008-2019-cu illər ərzində ümumilikdə 1619 vətəndaşlığı olmayan şəxs Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə vətəndaşlığa qəbul olunub. 51 nəfərin isə vətəndaşlığının bərpası həyata keçirilib. Hazırda ölkə ərazisində 545 nəfər vətəndaşlığı olmayan şəxs var. Növbəti 3 ildə həmin şəxslərin naturalizasiyası təmin ediləcək.

Yüksək səviyyəli seqmentdə təmsil olunan dövlətlər tərəfindən vətəndaşsızlıq hallarının aradan qaldırılması istiqamətində könüllü vədlər elan olunub. Azərbaycan Hökuməti tərəfindən də ölkəmizin milli maraqları nəzərə alınmaqla müvafiq öhdəliklər səsləndirilib.

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) İcraiyyə Komitəsinin 70-ci sessiyası oktyabrın 11-də yekunlaşacaq.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

DMX əcnəbilərə müraciət edib

DMX-nin sabiq rəisi Firudin Nəbiyev dünyasını dəyişib

DMX əcnəbilərə müraciət edib

DMX: Azərbaycanda müvəqqəti yaşayan əcnəbilərin icazə müddəti 60 gün uzadılır

DMX-nin Çağrı mərkəzinə ötən ay 34.574 zəng daxil olub

DMX yanında Məşvərət Şurasının videokonfrans formatında iclası keçirilib

XDMX-nin geyimindən istifadə edərək karantini pozan şəxs ifşa olunub

DMX rəisi: Deportasiya prosesi dayandırılıb

DMX-nın Çağrı Mərkəzinə apreldə 52 min 848 zəng daxil olub

DMX bu ilin I rübü üzrə statistik məlumatları açıqlayıb

DMX-nın Çağrı Mərkəzinə 22320 zəng daxil olub

DMX: Sabahdan hərəkət məhdudiyyətləri əcnəbilərə də şamil ediləcək

DMX əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müraciət edib

DMX Koronavirusla Mübarizəyə Dəstək Fonduna 200 min manat ianə ayırıb

DMX 2014-cü ildən bu günə qədər olan readmissiya sayını açıqlayıb

DMX-da 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı müzakirə edilib

DMX 12 şəhər və rayonda yarmarka keçirəcək

DMX: Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində 1237 əcnəbi saxlanılıb

“AmCham Azərbaycan” üzvləri üçün DMX rəisi ilə görüş təşkil edilib

Bu ilin doqquz ayında DMX-yə 60 mindən çox əcnəbi və vətəndaşlığı olmayan şəxs müraciət edib

22 Sentyabr 2020, 18:00 (GMT +4)
Bu il daha iki DOST Mərkəzi açılacaq

22 Sentyabr 2020, 17:50 (GMT +4)
DİM: Gözdən əlil abituriyentlər üçün 20 plan yeri ayrılıb

22 Sentyabr 2020, 17:38 (GMT +4)
“Bakcell” “Xəzəri qoruyaq” şüarı ilə keçirilən təmizlik aksiyasına qoşulub

22 Sentyabr 2020, 17:30 (GMT +4)
Avropa İttifaqı və Ədliyyə Nazirliyi ilk mediatorları təltif edib

22 Sentyabr 2020, 17:27 (GMT +4)
Moskvada Azərbaycan Parlamentinin sədri ilə Rusiya Federasiya Şurası rəhbərinin görüşü başlayıb

22 Sentyabr 2020, 17:25 (GMT +4)
Livanın cənubunda şiddətli partlayış baş verib, yaralananlar var (VİDEO)

22 Sentyabr 2020, 17:20 (GMT +4)
Rusiyada "Su-30" qırıcısı qəzaya uğrayıb

22 Sentyabr 2020, 17:10 (GMT +4)
DTX vətəndaşlara müraciət edib

22 Sentyabr 2020, 17:07 (GMT +4)
Əhmədiyyə Cəbrayılova həsr olunmuş sənədli film çəkilib

22 Sentyabr 2020, 16:45 (GMT +4)
Birinci vitse-prezident Uşaq İncəsənət Məktəbinin açılışında iştirak edib

22 Sentyabr 2020, 16:44 (GMT +4)
Amerikalı jurnalist İstanbulda müəmmalı şəraitdə ölüb

22 Sentyabr 2020, 16:35 (GMT +4)
Pandemiya sınağı: təhsil və təhlükəsizlik - FOTOREPORTAJ

22 Sentyabr 2020, 16:34 (GMT +4)
İraq karantin qaydalarının yenidən sərtləşdirilməsi xəbərdarlığını verib

22 Sentyabr 2020, 16:12 (GMT +4)
Tanınmış jurnalist koronavirusa yoluxub

22 Sentyabr 2020, 16:11 (GMT +4)
Almaniya Bundestaqına bomba üzrə mütəxəssislər cəlb edilib

22 Sentyabr 2020, 16:04 (GMT +4)
«Torqovı»da geyim mağazası yanıb (FOTO)

22 Sentyabr 2020, 15:52 (GMT +4)
Ankara AB-ni qərəzli mövqedən çəkinməyə çağırıb

22 Sentyabr 2020, 15:49 (GMT +4)
Lənkəranda yeni çay brendinin istehsalına başlanılıb

22 Sentyabr 2020, 15:43 (GMT +4)
Operativ Qərargah: Virusdan ölənlərin sayı 578 nəfərə çatıb

22 Sentyabr 2020, 15:40 (GMT +4)
AÇG və “Şahdəniz”dən 545 milyon ton neft-kondensat ixrac edilib

22 Sentyabr 2020, 15:39 (GMT +4)
Azərbaycanda son sutkada 98 nəfər koronavirusa yoluxub

22 Sentyabr 2020, 15:30 (GMT +4)
“ASAN xidmət”in fəaliyyəti dünyanın nüfuzlu portalında dərc olunub

22 Sentyabr 2020, 15:24 (GMT +4)
İran enbarqo müddətinin bitəcəyindən sonra silah satacağı ilk ölkənin adını açıqlayıb

22 Sentyabr 2020, 15:16 (GMT +4)
Prezident İlham Əliyev AAYDA-ya 8,3 milyon manat ayırıb

22 Sentyabr 2020, 15:03 (GMT +4)
Nyu-Yorkda polis Çin ilə əməkdaşlıq ittihamı üzrə saxlanılıb

22 Sentyabr 2020, 14:57 (GMT +4)
Zirehli texnikaların ekipajları döyüş vərdişlərini təkmilləşdirirlər

22 Sentyabr 2020, 14:42 (GMT +4)
Azərbaycan Gürcüstana 23 adda 21 613 ədəd dərslik göndərib

22 Sentyabr 2020, 14:39 (GMT +4)
AzTU ilə “İdrak Texnoloji Transfer" arasında memorandum imzalanıb

22 Sentyabr 2020, 14:35 (GMT +4)
Azərbaycanda yeni KOB İnkişaf Mərkəzləri açılacaq

22 Sentyabr 2020, 14:27 (GMT +4)
Fələstin Ərəb Dövləti Liqasına qarşı ilk addımını atıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66