Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

"KOB Dostu" şəbəkəsi genişlənir

09 Oktyabr 2019, 12:40 (GMT +4)

Bakı, 9 oktyabr, SalamNews. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Kiçik və Orta Biznesin Dostu ("KOB Dostu") şəbəkəsi genişlənməkdə davam edir. Növbəti "KOB Dostu" İmişli rayonunda fəaliyyətə başlayıb. Bununla da ölkə üzrə fəaliyyət göstərən KOB dostlarının sayı 17-ə çatıb.

SalamNews xəbər verir ki, KOBİA-nın təşkilatçılığı, İmişli Rayon İcra Hakimiyyətinin dəstəyi ilə İmişli rayonunda "KOB Dostu"nun fəaliyyətə başlamasına həsr olunmuş tədbir keçirilib. İmişli rayonunda sahibkarlara xidmət göstərən müxtəlif dövlət qurumlarının nümayəndələrinin və sahibkarların iştirakı ilə təşkil olunmuş tədbirdə “KOB Dostu” mexanizmi, mikro, kiçik və orta sahibkarlara “KOB Dostu” tərəfindən göstəriləcək xidmətlər və dəstək barədə ətraflı məlumat verilib.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, İmişli və ətraf rayonlarda fəaliyyət göstərən KOB-lar biznesin qurulması, mövcud sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, eləcə də hüquq və maraqlarının müdafiəsi kimi istiqamətlərdə “KOB Dostu”na müraciət edə bilərlər. İmişli "KOB Dostu" sahibkarlıq sahəsində KOB-lara informasiya, məsləhət, təlim-tədris, hüquqi yardım, dövlət qurumları ilə əlaqələndirmə kimi sahələrdə dəstək və xidmətlər göstərəcək. Sahibkarları “KOB Dostu” ilə sıx əməkdaşlığa dəvət edən Orxan Məmmədov "KOB Dostu" şəbəkəsinin ölkənin digər şəhər və rayonlarını da əhatə edəcəyini diqqətə çatdırıb.

İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev rayonun iqtisadi potensialı və sahibkarlıq fəaliyyətinin genişləndirilməsi üçün yaradılmış imkanlar barədə məlumat verib, “KOB Dostu”nun mikro, kiçik və orta biznes subyektlərinə dəstək olacağına əminliyini vurğulayıb.

Sonra “KOB Dostu” konsepsiyası ilə bağlı təqdimat keçirilib.

Tədbir çərçivəsində həmçinin, KOB-lar üçün yeni dövlət dəstəyi mexanizmi olan daxili bazar araşdırmalarına dair maarifləndirici video çarx nümayiş olunub.

Tədbirin sonunda İmişli rayonunda yerləşən Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən “KOB Dostu” ofisi ilə tanışlıq olub. Qeyd olunub ki, burada “KOB Dostu” tərəfindən sahibkarlara müvafiq xidmətlərin və dəstəyin göstərilməsi üçün lazımi şərait yaradılıb, ofisin fəaliyyətinə “KOB könüllüləri” cəlb olunub.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Kürdlər strateji Kobani sərhəd keçidini Suriya Ordusuna təhvil veriblər

Şəmkirdə "KOB Dostu" fəaliyyətə başlayıb

Suriya Ordusu Türkiyə sərhədində yerləşən strateji Kobani şəhərinə daxil olub (VİDEO)

KOBİA TDƏŞ-ə üzv ölkələrin müvafiq qurumları ilə əlaqələri genişləndirir (FOTO)

Naftalanda KOB-ların məhsullarından ibarət sərgi-satış yarmarkası keçirilib

KOBİA-nın stendi “Ən yaxşı sosial layihə” mükafatına layiq görülüb

KOBİA-da biznes assosiasiyaları ilə görüş keçirilib

Bakıda narkobaronlara qarşı xüsusi əməliyyat keçirilib

KOBİA-nın dəstəyi ilə Abşeronda kombi istehsalı zavodu fəaliyyətə başlayıb

Sənətkarlıqla məşğul olan sahibkarlar KOBİA-nın dəstəyindən yararlanır

Qırğızıstan Prezidenti: Atambayev Konstitusiyanı kobud şəkildə pozur

KOBİA Şəkidə arıçılıqla məşğul olan sahibkarlara dəstək olub

KOBİA-nın dəstəyi ilə sahibkarın müraciəti müsbət həll olunub

KOB-lar üçün alternativ maliyyələşdirilmə mexanizmləri müzakirə edilib

KOB-lar dövlət satınalmaları ilə bağlı məlumatlandırılır

Böyük Britaniyada "kobra" anti-böhran toplantısı keçiriləcək

KOBİA Koreyanın KOSME Agentliyi ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır

KOBİA-nın informasiya və məsləhət xidmətlərindən yüzlərlə sahibkar yararlanıb

BMT KOBİA ilə əməkdaşlıq etmək niyyətindədir

Bakı Baş Gömrük İdarəsində "KOB Dostu" fəaliyyətə başlayıb

18 Oktyabr 2019, 16:31 (GMT +4)
Modul tipli məktəblərin sayı artırılır

18 Oktyabr 2019, 16:28 (GMT +4)
Mingəçevir Dövlət Universitetində struktur islahatlarına başlanılıb

18 Oktyabr 2019, 16:25 (GMT +4)
Körpüüstü reklam üçün haqq müəyyənləşib

18 Oktyabr 2019, 16:08 (GMT +4)
Kataloniyanın keçmiş rəhbəri Karles Puçdemon könüllü olaraq Belçika hökumətinə təslim olub 

18 Oktyabr 2019, 16:06 (GMT +4)
Bakıda vətəndaşların mobil telefonunu ələ keçirən şəxs saxlanlılıb

18 Oktyabr 2019, 15:58 (GMT +4)
İraq Ərbəin ziyarətinə görə ölkəyə daxil olan xarici zəvvarların sayını açıqlayıb (FOTO)

18 Oktyabr 2019, 15:52 (GMT +4)
Azərbaycanda əmtəəlik təbii qaz hasilatı 29% artıb

18 Oktyabr 2019, 15:32 (GMT +4)
Nobel Oil Services Türkiyədə qaz anbarının genişləndirilməsi layihəsinə başlayır

18 Oktyabr 2019, 15:32 (GMT +4)
Terrorçuların geri çəkilməsi üçün 120 saat var - Ərdoğan

18 Oktyabr 2019, 15:24 (GMT +4)
Yusif Babanlı:Dövlət başçısının müşavirədəki gənc kadrlarla bağlı tapşırığı hamıya nümunə olmalıdır

18 Oktyabr 2019, 15:13 (GMT +4)
Salonikidə ABŞ konsulluğunun yaxınlığında kürdlərin lehinə etiraz aksiyaları keçirilib

18 Oktyabr 2019, 15:10 (GMT +4)
Metropolitendə cibgirlik edən şəxs saxlanılıb

18 Oktyabr 2019, 15:02 (GMT +4)
Azərbaycanda “Yol Polisinə dəstək” qrupları yaradılıb (FOTO)

18 Oktyabr 2019, 14:59 (GMT +4)
Livanda WhatsApp-a görə başlayan etiraz aksiyaları hökumətin istefasını tələb edir

18 Oktyabr 2019, 14:50 (GMT +4)
“Günay Sığorta” bazara yeni məhsullar təqdim edəcək

18 Oktyabr 2019, 14:45 (GMT +4)
Çavuşoğlu NATO Baş katibi ilə Suriya üzrə razılaşmanı müzakirə edib

18 Oktyabr 2019, 14:38 (GMT +4)
Prezident İlham Əliyev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrini qəbul edib

18 Oktyabr 2019, 14:23 (GMT +4)
Alpaqut Turan döyüş sənəti üzrə IV Azərbaycan kubokunda 300-dən artıq idmançı çıxış edəcək

18 Oktyabr 2019, 14:10 (GMT +4)
Türkiyə XİN Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib

18 Oktyabr 2019, 14:07 (GMT +4)
Pərviz Şahbazov: Son 10 ildə elektrik enerjisinin istehlakı 26% artıb

18 Oktyabr 2019, 14:05 (GMT +4)
ABŞ dövlət katibi Türkiyədən sonra İsrailə gedib

18 Oktyabr 2019, 13:52 (GMT +4)
BMT: Ras əl-Aynda hərbi əməliyyat davam edir

18 Oktyabr 2019, 13:45 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

18 Oktyabr 2019, 13:24 (GMT +4)
Yaponiyada ayı insanlara hücum edib

18 Oktyabr 2019, 13:04 (GMT +4)
Tramp İsraildə hökumətin təşkilinə kömək məqsədilə yəhudi kürəkənini Təl-əvivə göndərir

18 Oktyabr 2019, 12:57 (GMT +4)
Kosaçyov ABŞ və Türkiyənin Suriyaya dair razılığını müsbət hadisə adlandırıb

18 Oktyabr 2019, 12:56 (GMT +4)
Görkəmli şərqşünas alimin xatirəsi yad edilib

18 Oktyabr 2019, 12:51 (GMT +4)
Obyektlərin adı, fəaliyyət növü və iş rejimi barədə lövhələrə dair tələb dəyişib

18 Oktyabr 2019, 12:32 (GMT +4)
Yeni magistr proqramının başlanması münasibəti ilə tədbir keçirilib

18 Oktyabr 2019, 12:20 (GMT +4)
Kataloniyada etiraz aksiyalarında təxminən 20 nəfər saxlanılıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66