Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

ETSN balıqçıları sivil balıq tutmağa səsləyən maraqlı təşəbbüslə çıxış edib (FOTOLAR)

07 Oktyabr 2019, 15:06 (GMT +4)

Bakı, 7 oktyabr, SalamNews. Ölkədə sivil balıq ovunun təbliğat və təşviqatı üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanın Həvəskar Balıqçılar İttifaqı ilə birgə Abşeron Milli Parkında "Brakonyerliyə son" devizi altında həvəskar balıq ovu turniri keçirib. 

Nazirlikdən SalamNews-a verilən məlumata görə, İlk dəfə Abşeron Milli Parkında keçirilən bu turnirin əsas məqsədi brakonyerliyə son qoymaq, sivil balıq ovlanması qaydalarına əməl edərək icazə verilən ərazilərdə, icazə verilən vaxtlarda və icazə verilən alətlərlə balıq ovu qaydalarını təbliğ və təşviq etmək olub.

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş turnirdə 50-dən çox həvəskar balıqçı iştirak edib.

Abşeron Milli Parkının direktoru Etibar İbrahimov bildirib ki, qadağan olunmuş vasitələrlə balıq ovlayanlar su canlılarının kütləvi məhvinə səbəb olaraq onların artımının qarşısını alırlar: "Balıq populyasiyasının artırılması üçün yetişdirilmiş balıq körpələri su hövzələrinə buraxılır. Amma vandal üsulla balıq ovlayanlar bu artımın qarşısını alırlar. Bəlkə də belə vandal üsullarla ov edənlərin sayı ölkədə minlərlədir. Deməli, belələri ilə mübarizə təkcə bir qurumun üzərinə düşməməlidir. Daha yaxşı nəticə əldə etmək üçün ictimaiyyətin də bizə dəstək verməsi vacibdir. İstəyirik ki, hər kəs icazəsiz vasitələrlə balıq ovlayanlara iradlarını bildirsin, vətəndaş mövqeyi nümayiş etdirsin. Həvəskar balıqçılar üçün keçirilən bu tədbirin də məqsədi ölkədə sivil balıq ovlanması mədəniyyətini formalaşdırmaq, qaydalar çərçivəsində balıq ovlanmasını təşviq etməkdir".

Azərbaycanın Həvəskar Balıqçılar İttifaqının rəhbəri Əfqan Əliyev bildirib ki, bəziləri sosial şəbəkələrdə torlarla, cərəyanlarla balıq ovlayanlar barədə video və şəkillər paylaşaraq belə hallara görə ETSN-ni ittiham edir: “Nazirlik tərəfin¬dən bununla bağlı qan¬unauyğun tədbirlər g¬örülür, lakin brakonyerliyin tam aradan qa¬ldırılması, tezliklə nəticə əldə ol¬unması üçün birgə müb¬arizə aparılmalı, ictimai qınaq olmalıdır. Məncə ictimai qınaq hüquqi və inzibati t¬ənbehlərdən daha effe¬ktli olur. Buna qarşı mübarizə aparmaq təkcə nazirliyin işi deyil, hamımız bu işdə birgə mübarizə aparmalı, brakonyerlərə qarşı mövqeyimizi bildirməliyik. Bu, hər kəsin vətəndaşlıq borcudur".

Turnirdə iştirak edən həvəskar balıqçı Ramin Yağnəliyev Abşeron Milli Parkında təşkil olunan təşviqedici turniri çox önəmli bir təşəbbüs adlandırıb: "Biz əvvəllər də başqa turnirlərdə iştirak etmişik. Turnirin milli park ərazisində keçirilməsi brakonyerlərin qadağan olunmuş vasitələrlə balıq ovuna son qoymaları üçün bir çağırışdır. Burada iştirakımla brakonyerlərə bir mesaj göndərmək, onlara örnək olmaq istəyirəm. Balıqçıları sivil qaydada ov etməyə səsləyirəm. Biz Milli Parkda balıq tutmaqla yanaşı, gözəl bir məkanda asudə vaxtımızı səmərəli keçirdik, istirahət etdik, təbiətin gözəlliyindən zövq aldıq".

Turnirdə iştirak edən digər balıqçı Müşfiq Həsənov da balıqçıların tor və digər qadağan edilmiş vasitələrlə balıq ovlamasının əleyhinə olduğunu söyləyib: "Hər kəs bilməlidir ki, sənaye balıq ovunun aparılması mayın 1-dən sentyabrın 1-dək qadağandır. Həmin vaxtlarda balıqların ovlanması yolverilməzdir. Biz bütün balıqçıları qaydalara riayət etməyə, brakonyerliyə son qoymağa çağırırıq. Ümidvarıq ki, bu tədbir məqsədimizə nail olmağa bir vəsilə olacaq".
Milli parka istirahətə gələn yerli və xarici turistlər də turniri çox maraqla izləyib, maraqlı və maarifləndirici təşəbbüsü yüksək qiymətləndirib və belə tədbirlərin müsbət nəticə verəcəyinə inandıqlarını bildiriblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycanın Həvəskar Balıqçılar İttifaqı belə tədbiri keçirməklə hər bir vətəndaşı balıq ehtiyatlarının qədrini bilməyə, faunamıza dost münasibət bəsləməyə və gələcək nəsillər üçün onu qorumağa çağırır.

Sonda həvəskar balıqçılar Azərbaycanın Həvəskar Balıqçılar İttifaqı tərəfindən müxtəlif nominasiyalar üzrə mükafatlandırılıblar.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

ETSN: Bakıda yaşıllıq sahələrinin artırılması istiqamətində davamlı işlər aparılır

ETSN nümayəndələri “Təmiz Şəhər” ASC-nin fəaliyyəti ilə tanış olub

ETSN restoranlara və şadlıq saraylarına xəbərdarlıq edib

Brüssel seminarının ETSN-də canlı yayımı təşkil edilib

ETSN qanunsuz yolla kəsilən meşə materialı aşkarlayıb

AQTA və ETSN birgə məlumat yayıb

ETSN tərəfindən ölkənin 60,4 min hektar meşə fondu torpaqlarına xidmət göstərilib

ETSN ölkə ərazisində müşahidə olunan anomal hava ilə bağlı açıqlama yayıb

ETSN-də könüllülərin iştirakı ilə bilik yarışı keçiriləcək

ETSN hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib

ETSN rəhbər vəzifələrə işçi axtarır

ETSN “Kristal Abşeron”a 1800 manat məbləğində akt tərtib edib

ETSN yanında İctimai Şuranın üzvləri ilə görüş keçirilib

ETSN: Ekoloji rəy tələb olunan bütün tikinti layihələrinə ictimai dinləmələrdən sonra rəy veriləcək

ETSN nadir quş növlərini görmək istəyənləri milli parklara dəvət edib

ETSN Sumqayıtda kəskin iy-qoxu ilə bağlı araşdırma aparır

ETSN: Şikayət yerində araşdırılıb

ETSN güclü küləklə bağlı xəbərdarlıq edib

ETSN-də Xorvatiyanın Azərbaycandakı səfiri ilə görüş keçirilib

ETSN ictimai-iaşə obyektlərinə xəbərdarlıq edib

22 Fevral 2020, 17:02 (GMT +4)
Prezident yol tikintisi işçilərini təltif edib

22 Fevral 2020, 16:59 (GMT +4)
Tərtərdə qanunsuz ov etmək istəyən şəxslər saxlanılıblar

22 Fevral 2020, 16:57 (GMT +4)
Qubada iki şəxs narkotiklə saxlanılıb

22 Fevral 2020, 16:50 (GMT +4)
İlham Əliyev Vatikanda Müqəddəs Taxt-Tacın dövlət katibi ilə görüşüb

22 Fevral 2020, 16:49 (GMT +4)
Beynəlxalq Dəməşq-Hələb yolu rəsmən istifadəyə verilib

22 Fevral 2020, 16:42 (GMT +4)
Yanvarda Azərbaycan Aİ ölkələrindən ən çox İtaliyaya məhsul göndərib

22 Fevral 2020, 16:30 (GMT +4)
MSK-nın iclası başlayıb

22 Fevral 2020, 16:28 (GMT +4)
Prezident İlham Əliyev Vatikanda Papa Fransisk ilə görüşüb

22 Fevral 2020, 16:16 (GMT +4)
KOBİA İtaliyanın müvafiq təşkilatları ilə üç anlaşma memorandumu imzalayıb

22 Fevral 2020, 16:06 (GMT +4)
Hələbdə radikal qruplaşmalardan azad edilən bölgədə böyük həbsxana aşkarlanıb (VİDEO)

22 Fevral 2020, 16:04 (GMT +4)
"Samsung" koronavirus səbəbi ilə zavodunu bağlayır

22 Fevral 2020, 15:54 (GMT +4)
Sumqayıtda restoran yaxınlığında qumbara aşkarlanıb

22 Fevral 2020, 15:34 (GMT +4)
“Azəriqaz” yeni şəffaf sayğac qutuları quraşdıracaq

22 Fevral 2020, 15:28 (GMT +4)
Qüdsdə İsrail qüvvələrinin atəşi nəticəsində bir fələstinli həlak olub (VİDEO)

22 Fevral 2020, 15:22 (GMT +4)
İndoneziyanın paytaxtı leysan yağışları səbəbindən su altında qalıb

22 Fevral 2020, 15:11 (GMT +4)
Azərbaycan koronavirus epidemiyasına görə İranla sərhəddə nəzarəti gücləndirib

22 Fevral 2020, 15:00 (GMT +4)
Naxçıvan Ali Məclisinə yeni sədr seçiləcək

22 Fevral 2020, 14:48 (GMT +4)
Bosniya və Herseqovinada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

22 Fevral 2020, 14:46 (GMT +4)
Misir məhkəməsi Hüsni Mübarəkin oğullarına bəraət verib

22 Fevral 2020, 14:36 (GMT +4)
Azərbaycan-Ermənistan sərhədində meyiti tapılan şəhid dəfn edilib

22 Fevral 2020, 14:26 (GMT +4)
Xaçmazda Biznes İnkubasiya Mərkəzi fəaliyyətə başlayıb

22 Fevral 2020, 14:23 (GMT +4)
İtaliyada koronavirus qurbanlarının sayı ikiyə yüksəlib 

22 Fevral 2020, 14:10 (GMT +4)
Səfər Mehdiyev: Könüllü gömrükçülər gömrük orqanlarında işlə təmin olunub

22 Fevral 2020, 14:01 (GMT +4)
“Nar”ADA Universitetinin İT üzrə fərqlənən tələbələrinə dəstək olub

22 Fevral 2020, 13:58 (GMT +4)
Si Sinpin göstərdiyi köməyə görə "Microsoft"a təşəkkür edib

22 Fevral 2020, 13:38 (GMT +4)
Sabah Azərbaycanda 20 dərəcəyə yaxın isti gözlənilir

22 Fevral 2020, 13:28 (GMT +4)
İranda koronavirusa yoluxduğu təsdiqlənənlərin sayı 28-ə çatıb

22 Fevral 2020, 13:18 (GMT +4)
"Washington Post" Sandersin Rusiyadan dəstək alması haqqında məlumat əldə edib

22 Fevral 2020, 13:18 (GMT +4)
Vahid Mürsəliyev: Bütün yeniliklər Azercell abunəçiləri üçün əlçatan olmalıdır

22 Fevral 2020, 12:59 (GMT +4)
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 26 nəfər saxlanılıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66