Türkiyə və ABŞ Baş qərargah rəhbərləri "təhlükəsizlik zonası"nı müzakirə edib05 Oktyabr 2019, 10:23 (GMT +4) Bakı, 5 oktyabr, SalamNews. Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəisi general Yaşar Gülər ABŞ Silahlı Qüvvələri Baş Qərargah Rəisləri Komitəsinin yeni sədri general Mark Milli ilə telefon danışığı keçirib. SalamNews "Anadolu"ya istinadla verdiyi xəbərə görə, bu barədə məlumat TSQ BQ-nin Twitter səhifəsində yerləşdirilib.
Məlumata görə, danışıqlar zamanı hərbi liderlər Suriyada Fərat çayının şərqində yaradılması planlaşdırılan təhlükəsizlik zonası barədə fikir mübadiləsi aparıblar.
Qeyd olunur ki, Yaşar Gülər həmkarına yeni vəzifəsində uğurlar diləyib.
|