Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

"Azərişığ"a müraciət edən sahibkarların sayı 3 dəfəyə yaxın artıb

04 Oktyabr 2019, 14:50 (GMT +4)

Bakı, 4 oktyabr,  SalamNews, K.Orxan. Bu ilin ilk 9 ayında “Azərişıq” ASC-yə “ASAN Xidmət”, “ASAN Kommunal” və elektron qaydada müraciət edən sahibkarların sayı 3 359 olub.

SalamNews xəbər verir ki, bunu “Azərişığ”ın “ASAN Xidmət”lə iş və Elektron İdarəetmə Depatamentinin direktoru Elsevər Rüstəmli bu gün keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfəyə yaxın çoxdur. Belə ki, ötən ilin yanvar-sentyabr aylarında quruma 1 010 sahibkar müraciət edib.

E.Rüstəmli bildirib ki, sahibkarların müraciətlərin sayında sürətli artımın müşahidə olunması aparılan islahatlarla bağlıdır: “Ötən il dekabrın 25-də Prezident “Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələçdirilməsi haqqında” fərman imzalayıb, şəbəkəyə qoşulma müddəti 24 gündən 20 günə, prosedurlar isə 3-dən 2-yə endirilib, şəbəkəyə qoşulmada kilovata görə vahid tarifin tətbiq olunub, ən əsası isə “Azərişığ”ın mütəxəssislərinin hazırladığı elektron müraciətlərin idarə olunması sistemi “Elektron Hökumət” portalına inteqrasiya edilib. Bununla da, sahibkarların onlayn rejimdə müraciət etməklə bir neçə dəqiqəyə işini yekunlaşdırmasına şərait yaradılıb”.

Bundan başqa, "Azərişıq" rəsmisinin sözlərinə görə, sahibkarlar Elektron Müraciətlərin İdarəolunması Sistemi (EMİS) vasitəsilə də obyektinə işıq çəkdirə bilər: "“www.azerishiq.az” saytına, oradan isə EMİS-ə daxil olan sahibkar müvafiq linki vurmaqla Elektron Hökumət portalına keçir. Bu sistem digər dövlət qurumları ilə inteqrasiya olunduğu üçün müraciət edən şəxs özünə aid məlumatları ümumi bazadan götürür. “Reyester və qeydiyyat nömrələri sistemə daxil edilən kimi dərhal obyektin koordinatları ilə obyektə ən yaxın transformator məntəqəsi avtomatik müəyyənləşir. Bununla da sahibkar tələb olunan gücü müəyyənləşdirib, qoşulma haqqını hesablayır və onlayn qaydada ödəyir. Nəticədə müraciət avtomatik icraata yönləndirilir və 20 gündən gec olmayaraq sahibkarın işığı yanır”.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

“Azərişıq” baş verəcək güclü küləklə bağlı istehlakçılara xəbərdarlıq edib

“Azərişıq”: Hər bir sahibkar elektrik şəbəkəsinə onlayn qaydada qoşulacaq

“Azərişıq” ASC-nin rəhbərliyi vətəndaşların müraciətlərini dinləyib

“Azərişıq” rəhbərliyi Qəbələ və Oğuzda vətəndaşları qəbul edəcək

"Azərişıq" Tovuzun Ermənistanla sərhəd kəndlərinə mediatur təşkil edib

“Azərişıq” tərəfindən ölkədə yeni yarımstansiyalar tikilir, hava xətləri yenilənir

Şimal bölgəsində güclü küləyə görə “Azərişıq”ın texnikası hazır vəziyyətə gətirilib

“Azərişıq” növbəti karvanı Goranboy və Sabirabada yola salıb (FOTO)

"Azərişıq" Lənkəran aeroportuna iki xətt çəkib

"Azərişıq" ASC jurnalistlər üçün media-tur təşkil edib (FOTO)

"Azərişıq"da struktur dəyişikliyi olub

"Azərişıq” ölkənin cənubunda tikinti-bərpa işləri aparır

“Azərişıq” şagirdlər üçün ekskursiya təşkil edib

Sahibkarların “Azərişıq” ASC-yə müraciətlərinin sayı 2 dəfə artıb

“Azərişıq” ASC-nin rəhbərliyi vətəndaşları qəbul edib

“Azərişıq”: Gədəbəydə güclü leysan yağışları rayonun elektrik enerjisi infrastrukturuna ciddi ziyan vurub

"Azərişıq" gücləndirilmiş iş rejiminə keçib

“Azərişıq” ASC regionlarda qabaqlayıcı tədbirlər görür

Sahibkarların Azərişıq ASC-yə müraciətlərinin sayı artıb

“Azərişıq” “Yeni Yaşma” Külək Elektrik Parkına mediatur təşkil edib

16 Oktyabr 2019, 18:00 (GMT +4)
Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 30% azalıb

16 Oktyabr 2019, 17:45 (GMT +4)
Çavuşoğlu: Türkiyə ABŞ sanksiyalarına cavab verəcək

16 Oktyabr 2019, 17:43 (GMT +4)
MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 71-ci iclası Minskdə keçirilir

16 Oktyabr 2019, 17:35 (GMT +4)
İradə İbrahimova: Aksiyalara başladıq ki, balıqları məhv edənlər bilsin və qorxsun

16 Oktyabr 2019, 17:33 (GMT +4)
Ərdoğan görüşməyi rədd etsə də Mayk Pens Ankaraya gələcək - Ağ Ev

16 Oktyabr 2019, 17:10 (GMT +4)
Suriya ordusunun açdığı atəş nəticəsində iki əsgər şəhid olub - Ərdoğan

16 Oktyabr 2019, 17:10 (GMT +4)
Avropa öhdəliklərini yerinə yetirə bilmir, İranın səbri tükənir - Cavad Zərif

16 Oktyabr 2019, 17:01 (GMT +4)
Rektor tələbələrə yaradılan şərait və imkanlardan maksimum yararlanmağı məsləhət görüb

16 Oktyabr 2019, 16:56 (GMT +4)
Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib

16 Oktyabr 2019, 16:52 (GMT +4)
Prezidentin fərmanı ilə Azərbaycanda yeni Agentlik yaradılıb

16 Oktyabr 2019, 16:35 (GMT +4)
Azərbaycanda təbii qazla təmin olunan abonentlərin sayı 2,2 milyonu keçib

16 Oktyabr 2019, 16:30 (GMT +4)
Kreml Türkiyənin Suriyadakı əməliyyatının miqyasını dəyərləndirib

16 Oktyabr 2019, 16:06 (GMT +4)
"Azərsun Holdinq" mükafata layiq görülüb

16 Oktyabr 2019, 16:05 (GMT +4)
SOCAR: Bu il 53 quyu qazılaraq mədənçilərə təhvil verilib

16 Oktyabr 2019, 15:59 (GMT +4)
Suriya Ordusu kürdlərin nəzarətindəki ən böyük şəhərə daxil olub

16 Oktyabr 2019, 15:57 (GMT +4)
ATƏT MQ həmsədri: Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşü Slovakiyada baş tuta bilər

16 Oktyabr 2019, 15:48 (GMT +4)
Baş Prokurorluq işçi qəbulu elan edib

16 Oktyabr 2019, 15:27 (GMT +4)
Əməliyyat təhlükəsizlik zonası terrorçulardan təmizlənənə qədər davam edəcək - Ərdoğan

16 Oktyabr 2019, 15:20 (GMT +4)
Prezident İlham Əliyev: Son 16 ildə Azərbaycan iqtisadiyyatı üç dəfədən çox artıb

16 Oktyabr 2019, 15:02 (GMT +4)
Azərbaycan elektrik enerjisinin ixracını bu il 14% artırıb

16 Oktyabr 2019, 14:57 (GMT +4)
Mülki vətəndaşların soyqırımını görmək istəyənlər Dağlıq Qarabağı xatırlasın - Ərdoğan

16 Oktyabr 2019, 14:47 (GMT +4)
Neft gəmisinə hücum edənlərə peşman edici cavab verəcəyik - İran

16 Oktyabr 2019, 14:35 (GMT +4)
Azərbaycanda indiyədək kəşf olunan neft-qaz yataqların sayı açıqlanıb

16 Oktyabr 2019, 14:28 (GMT +4)
FSB: Rusiyada 2019-cu ildə 39 terror aktının qarşısı alınıb

16 Oktyabr 2019, 14:14 (GMT +4)
Bu ilin doqquz ayında DMX-yə 60 mindən çox əcnəbi və vətəndaşlığı olmayan şəxs müraciət edib

16 Oktyabr 2019, 14:06 (GMT +4)
İran prezidentinin məhkum edilmiş qardaşı həbsxanaya göndərilib

16 Oktyabr 2019, 14:04 (GMT +4)
NATO admiralı Azərbaycana təşəkkür edib

16 Oktyabr 2019, 14:00 (GMT +4)
Kərbəla zəvvarların möhtəşəm Ərbəin yürüşü (FOTOLAR)

16 Oktyabr 2019, 13:45 (GMT +4)
Kataloniyada etirazlar zamanı 70-dən çox insan xəsarət alıb 

16 Oktyabr 2019, 13:44 (GMT +4)
Xətai rayonunda Səməd bəy Mehmandarov küçəsi yenidən qurulub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66