Bakıda yanğın olub05 Oktyabr 2019, 14:18 (GMT +4) Bakı, 5 oktyabr, SalamNews.Bakıda yanğın olub.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən SalamNews-a verilən məlumata görə, Bakı şəhəri Binəqədi rayonu, Şövkət Məmmədova küçəsində sökülməkdə olan tikilinin ərazisində 30 m² sahədə taxta tullantıları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
|