Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Elektriklə çalışan avtomobillərin istifadəsinin genişləndirilməsi ekoloji durumu yaxşılaşdıra bilər

03 Oktyabr 2019, 15:17 (GMT +4)

Bakı, 3 oktyabr,  SalamNews.Ekoloji cəhətdən təmiz olan elektromobillərin dünya ölkələrində geniş yayılmasının səbəbləri ilə bağlı ETSN-nin Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri Emin Qarabağlı müsahibə verib.

SalamNews həmin müsahibəni təqdim edir.

Nəqliyyat vasitələrinin ətraf mühitə mənfi təsirinin azaldılması yollarından biri ekoloji cəhətdən təmiz avtomobillərdən istifadənin genişləndirilməsidir. Bu sahədə dünya ölkələrinin təcrübəsi ilə bağlı nə deyə bilərsiniz?

Dünyanın bir çox ölkələrində nəqliyyat vasitələrinin ətraf mühitə mənfi təsirinin azaldılması məqsədilə ekoloji cəhətdən təmiz və yanacaq sərfiyyatı az olan elektrik və hibrid avtomobillərinin maddi cəhətdən daha əlçatan olması üçün genişmiqyaslı strategiyalar həyata keçirilir, təşviqedici addımlar atılır. Dünya təcrübəsində təşviqedici addımlar kimi elektromobil alıcılarına, satıcılarına müxtəlif tipli güzəştlər tətbiq edilir, prioritetlər müəyyən olunur və maddi dəstək göstərilir. Təbii ki, belə təşviq çox vacibdir və yaxşı nəticələr verir.

Dünyanın hansı ölkələrində bu cür avtomobillərdən daha çox istifadə olunur və nə kimi təşviqedici addımlar atılır?

Dünyada 5,1 milyondan çox elektromobil və hibrid avtomobilindən istifadə olunur və bu avtomobillərin 80 faizi ABŞ, Çin, Yaponiya, Hollandiya və Norveç kimi ölkələrin payına düşür.
Elektromobil avtomobillərdən ən çox istifadə edən Çində istifadəçilər yol vergisindən, satışı ilə məşğul olanlar isə satış vergisindən azaddırlar və bu avtomobillərin qeydiyyata alınması üçün rüsum da tələb olunmur. Elektriklə çalışan avtobusların əksəriyyəti də bu ölkənin payına düşür və onlar üçün ayrıca elektrik doldurma məntəqələri fəaliyyət göstərir.

Böyük Britaniyada isə elektromobil avtomobillər aksiz və yol vergilərindən azaddırlar, istehlakçılara müxtəlif güzəşt və maddi dəstək təklif edilir, genişmiqyaslı enerji doldurma məntəqələri qurulub. Öz həyətlərində şarj məntəqəsi quraşdıran elektrik və hibrid avtomobil istifadəçiləri isə istifadə etdikləri elektrik enerjisinə görə 20 faiz əvəzinə 5 faiz vergi ödəyir.
Türkiyədə də elektromobil sahiblərinə verilən güzəştlər çoxsaylıdır. Burada elektromobil istifadəçilərinə avtomobillərin mühərrik gücünə görə genişmiqyaslı güzəştli vergi dərəcəsi tətbiq olunur, çoxlu sayda şarj məntəqələri quraşdırılır və bu sahədə nəzərəçarpacaq irəliləyişlər əldə edilib. Elektromobillərin istifadəsinə dəstək vermək məqsədilə onların idxalçılarına və alıcılara dövlət tərəfindən subsidiyalar verilir.

Norveç isə hər 1000 nəfərə düşən elektromobil sayına görə dünyada ən yüksək göstəriciyə malikdir. Burada istismar müddətinin bitməsinə az qalmış, havanı çirkləndirən nəqliyyat vasitələrinin istifadəsi qadağan edilir. 2025-ci ilədək isə ölkə ərazisində yanacaqla işləyən nəqliyyat vasitələrinin istifadəsinin tamamilə qadağan olunması planlaşdırılır.
Dünya təcrübəsində elektromobillərlə bağlı tədbirlər dövlət-özəl qurumların əməkdaşlığı çərçivəsində həyata keçirilir.

Elektrik və hibrid avtomobillərin Azərbaycanda istifadəsinin tətbiqi və təşviqi nəticəsində ətraf mühitə atılan zərərli maddələrin həcmini əhəmiyyətli dərəcədə azaltmaq olar?

Ətraf mühitə daha az ziyan vuran elektrik və hibrid avtomobillərin istifadəsinin təşviqi, stimullaşdırılması ətraf mühitin qorunmasında vacib rol oynayır. Azərbaycanda da elektriklə çalışan avtomobillərin istifadəsinin genişləndirilməsi ölkənin ekoloji durumunu yaxşılaşdıra bilər.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

ETSN Sumqayıtda kəskin iy-qoxu ilə bağlı araşdırma aparır

ETSN: Şikayət yerində araşdırılıb

ETSN güclü küləklə bağlı xəbərdarlıq edib

ETSN-də Xorvatiyanın Azərbaycandakı səfiri ilə görüş keçirilib

ETSN ictimai-iaşə obyektlərinə xəbərdarlıq edib

ETSN ağac əkən şəxslərə müraciət edib

ETSN-də Almaniyanın Azərbaycandakı səfiri ilə görüş keçirilib

ETSN balıqçıları sivil balıq tutmağa səsləyən maraqlı təşəbbüslə çıxış edib (FOTOLAR)

ETSN: Nərimanov rayonunda ağacları kəsən şirkət cərimələnib

ETSN ölkədə müşahidə olunan küləkli hava ilə bağlı məlumat yayıb

ETSN: Milli Parkların inkişafı üzrə Dövlət proqramı hazırlanacaq

ETSN-nin elan etdiyi müsabiqə başa çatıb

ETSN: Bakının iki ərazisi tullantılardan təmizlənib

ETSN: Xəzərdə dalğanın hündürlüyü 2,3 metrə çatıb

ETSN-də bərpa olunan enerji mənbələrinin inkişafı müzakirə olunub

ETSN dənizi çirkləndirən 23 obyektin bağlanmasını istəyir

ETSN: Ağac kəsən şəxs cəzalanıb

ETSN: Sürücülərə maarifləndirici məlumatlar verilir

ETSN: Hirkan Milli Parkında yanğının ətrafa yayılmasının qarşısı alınıb

ETSN: “Zeytunluq” adlanan ərazidə ağacların kəsilməsi faktı yoxdur, park və istirahət mərkəzi salınır

09 Dekabr 2019, 12:04 (GMT +4)
ABŞ-ın sərt sanksiyalarına məruz qalan İran gələn ilin büdcəsini açıqlayıb

09 Dekabr 2019, 12:00 (GMT +4)
Azərbaycan Prezidenti Rusiyanın İqtisadi İnkişaf nazirini qəbul edib

09 Dekabr 2019, 11:53 (GMT +4)
“Qeyri-tarif tədbirləri ilə əlaqədar xərclərin azaldılması” layihəsi ilə bağlı seminar keçirilir

09 Dekabr 2019, 11:45 (GMT +4)
Rusiya ilə sərhədin demarkasiyası ilə bağlı işlərin 30-40 faizi başa çatıb - Xələf Xələfov

09 Dekabr 2019, 11:40 (GMT +4)
Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti açıqlanıb

09 Dekabr 2019, 11:34 (GMT +4)
"ABAD" ətraf mühitin qorunması üçün yeni layihəyə başlayıb

09 Dekabr 2019, 11:30 (GMT +4)
Misirdə keçiriləcək Dünya Gənclər Forumunda Azərbaycandan 32 gənc iştirak edəcək

09 Dekabr 2019, 11:28 (GMT +4)
Yeni Zelandiyada vulkan püskürməsi baş verib, itkin düşənlər var

09 Dekabr 2019, 11:21 (GMT +4)
Sudan Yəməndə qalan hərbi qüvvələrinin sayını açıqlayıb

09 Dekabr 2019, 11:06 (GMT +4)
Yol polisinin “Instagram” səhifəsi fəaliyyətə başlayıb

09 Dekabr 2019, 10:48 (GMT +4)
“Bakutel-2019” sərgisində “Ən yaxşı debüt’’ sertifikatına DOST Agentliyi layiq görüldü

09 Dekabr 2019, 10:45 (GMT +4)
Stoltenberq: NATO Rusiyanı düşmən hesab etmir

09 Dekabr 2019, 10:43 (GMT +4)
Cavad Zərif Avropanın nüvə sazişilə bağlı rəftarını tənqid edib

09 Dekabr 2019, 10:34 (GMT +4)
Bakıda mənzildə 36 yaşlı kişinin meyiti tapılıb

09 Dekabr 2019, 10:20 (GMT +4)
Pompeo və Lavrov dekabrın 10-da Vaşinqtonda görüşəcək

09 Dekabr 2019, 10:08 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 22 dəfə pozub

09 Dekabr 2019, 09:55 (GMT +4)
Bağdadın beynəlxalq hava limanına bir neçə raket atılıb

09 Dekabr 2019, 09:42 (GMT +4)
Rusiya ordusu ilk dəfə İŞİD-in "paytaxtına" daxil olub

09 Dekabr 2019, 09:37 (GMT +4)
Livanda yeni baş nazirin təyini və elan edilməsi növbəti dəfə təxirə düşüb

09 Dekabr 2019, 09:37 (GMT +4)
İran və Azərbaycan birgə sənaye şəhərciyi inşa edəcəklər

09 Dekabr 2019, 09:27 (GMT +4)
Lənkəranda zəlzələ olub

09 Dekabr 2019, 09:18 (GMT +4)
Tramp: Kim Çen In ABŞ ilə düşmənçiliyə görə hər şeyi itirə bilər

09 Dekabr 2019, 09:01 (GMT +4)
Sahibkarlar üçün daha bir güzəştli maliyyələşdirmə mexanizmi həyata keçiriləcək

07 Dekabr 2019, 17:05 (GMT +4)
Astarada qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb

07 Dekabr 2019, 17:02 (GMT +4)
İtalyanın "Roberto Cavalli" moda evini BƏƏ milyarderi alıb

07 Dekabr 2019, 16:45 (GMT +4)
Nəqliyyat işçilərinin tətili Fransada nəqliyyatın hərəkətini iflic edib

07 Dekabr 2019, 16:44 (GMT +4)
Kərbəla əyaləti 4 gün ərzində zəvvarları qarşılaya bilməyəcək

07 Dekabr 2019, 16:40 (GMT +4)
Bakının 5 yerində "Kənddən Şəhərə” bayram yarmarkası təşkil olunacaq

07 Dekabr 2019, 16:21 (GMT +4)
Ana Vətən Partiyası Ali Məclisinin toplantısı keçirilib

07 Dekabr 2019, 16:17 (GMT +4)
İngiltərədə 12 dekabr seçkilərinə "Rusiya müdaxiləsi" istisna edilmir

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66