Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

“AzerGold” QSC-nin geoloji tədqiqat işləri müsbət nəticələr verməkdədir

02 Oktyabr 2019, 16:02 (GMT +4)

Bakı, 2 oktyabr, SalamNews. “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) yeni yataqların kəşfiyyatı və istehsalat sahələrinin genişləndirilməsi istiqamətində apardığı geoloji tədqiqat işləri öz müsbət nəticələrini verməkdədir.

QSC-dən SalamNews-a bildirilib ki, 2018-ci ildə qurumun geoloqları tərəfindən hazırda fəaliyyət göstərən Çovdar qızıl mədəninin yaxınlığında aşkar edilmiş qızıl təzahürlü Ağyoxuş sahəsi, həmçinin Göygöl rayonunun cənubunda yerləşən Tülallar kəşfiyyat sahəsinin resurslarının ilkin hesablanması və səmərəliliyinin qiymətləndirilməsi məqsədilə cəlb edilən beynəlxalq nüfuzlu “Micon International” məsləhətçi şirkəti tərəfindən adıçəkilən sahələrin qızıl ehtiyatlarının potensialı 600 min unsiya qiymətləndirilir.

Sahələr üzrə ehtiyatların qiymətləndirilməsi məqsədilə “AzerGold” QSC tərəfindən ötən ildən etibarən intensiv geoloji kəşfiyyat işləri həyata keçirilməkdədir. Ümumilikdə, bu kəşfiyyat sahələri üzrə buruq-qazma işləri çərçivəsində ümumi dərinliyi 22 min metrdən çox olan 180 quyu qazılıb.

Götürülmüş filiz nümunələri beynəlxalq akkreditasiyadan keçmiş laboratoriyalara geokimyəvi analiz testləri üçün göndərilib. Əldə olunan ilkin nəticələr əsasında məsləhətçi şirkət tərəfindən ilkin ehtiyatlar hesablanıb və yerin təkində proqnozlaşdırılan ehtiyatların potensialı Tülallar sahəsi üzrə 500 min unsiya, Ağyoxuş sahəsi üzrə isə 100 min unsiya qiymətləndirilib. Bu sahələrin istismarından yüz milyonlarla ABŞ dolları məbləğində gəlirin əldə olunması gözlənilir.

Hazırda qeyd edilən kəşfiyyat sahələrinin qısa müddətdə hasilata verilməsi üçün resursların beynəlxalq standartlara uyğun qiymətləndirilməsi, mədən layihələndirilməsi, metallurji və laborator tədqiqatlar və digər zəruri tədbirlər icra edilməkdədir.

Sözügedən ərazilərin Çovdar yatağı yaxınlığında yerləşməsi hasilat zamanı Çovdar qızıl mədəninin texniki resurslarından istifadə etməyə imkan verəcək ki, bu da layihənin iqtisadi səmərəliliyini daha da artıracaq. Cəmiyyət tərəfindən yeni layihələrin icrası iqtisadi mənfəətlərlə yanaşı, regionların inkişafı və yeni iş yerlərinin açılmasına da töhfə verəcək.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

“AzerGold” QSC-nin yeni saytı istifadəyə verilib

“AzerGold” irihəcmli ixrac əməliyyatlarını davam etdirir

“AzerGold” və “Regional İnkişaf” İctimai Birliyi sosial aksiya keçirib

“AzerGold” Çovdar yatağı üzrə resursların ciddi artımına nail olub

“AzerGold” növbəti irihəcmli ixracını həyata keçirib

“AzerGold” QSC və tərəfdaşları ucqar kənd ailələrinə yardım edib

“AzerGold” QSC qanvermə aksiyası keçirib

“AzerGold” tərəfindən ixrac əməliyyatları həyata keçirilmir

“AzerGold” və tərəfdaşları Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələr edib

“AzerGold” QSC-də Müşahidə Şurasının növbəti toplantısı keçirilib

“AzerGold” QSC-nin nümayəndələri MATSA mədəni ilə tanış olublar

"AzerGold" ötən il 47 min metrdən çox buruq-qazma işləri aparıb

Zakir İbrahimov: "Dünya bazarlarında qızılın bahalaşması "AzerGold”a əlavə mənfəət gətirəcək"

"AzerGold" gələn il iki sahəni istismara verəcək

"AzerGold" 3 il ərzində ölkə iqtisadiyyatına 400 mln. manata yaxın vəsait cəlb edib

BDU tələbələri “AzerGold”-da təcrübə keçəcək

BDU ilə “AzerGold” QSC arasında Əməkdaşlıq Protokolu imzalanıb

“AzerGold” QSC İSO beynəlxalq standart Sertifikatlarına layiq görülüb

“AzerGold” QSC-nin nümayəndələri Tacikistanda səfərdə olublar

INNOLAND və “AzerGold” QSC startapları müəyyənləşdirib

13 İyul 2020, 11:50 (GMT +4)
Türkiyə XİN: Azərbaycanın yanındayıq

13 İyul 2020, 11:40 (GMT +4)
İran Azərbaycan və Ermənistan orduları arasında baş verən son qarşıdurmaya münasibət bildirib

13 İyul 2020, 11:40 (GMT +4)
Şəhid Vüqar Sadıqov Ağstafada torpağa tapşırılıb

13 İyul 2020, 11:31 (GMT +4)
Şəhid hərbi qulluqçu Elşad Məmmədov Tovuzda dəfn olunub

13 İyul 2020, 11:21 (GMT +4)
Azərbaycanda gəminin heyət üzvləri koronavirusa yoluxub

13 İyul 2020, 11:20 (GMT +4)
Suriyada Hmeymim bazasına hücumun qarşısı alınıb

13 İyul 2020, 11:20 (GMT +4)
Macarıstan Rusiya üçün sərhədləri açan ilk Aİ ölkəsidir

13 İyul 2020, 11:02 (GMT +4)
Azərbaycanda elektrik enerjisi istehsalı artıb

13 İyul 2020, 10:45 (GMT +4)
Türkiyədə Azərbaycana dəstək həşteqi yaradılıb 

13 İyul 2020, 10:34 (GMT +4)
Azərbaycan Ordusunun şəhid olan hərbçisi İsmayıllıda dəfn edilib

13 İyul 2020, 10:24 (GMT +4)
Səudiyyə Yəmənin Həcca əyalətinə aviazərbələr endirib, 8 qadın və uşaq ölüb (FOTO)

13 İyul 2020, 10:13 (GMT +4)
ABŞ-da 17 ildən sonra ilk dəfə federal məhkum edam ediləcək

13 İyul 2020, 10:10 (GMT +4)
Rusiyadan 211 Azərbaycan vətəndaşı Bakıya gətirilib

13 İyul 2020, 09:54 (GMT +4)
Ombudsman Aparatı ermənilərin sərhəddəki təxribatı ilə bağlı açıqlama yayıb

13 İyul 2020, 09:50 (GMT +4)
Exit-poll: Duda ikinci dəfə Polşa prezidenti postuna seçilib

13 İyul 2020, 09:36 (GMT +4)
MN: Azərbaycan Ordusunun baş leytenantı şəhid olub, düşmən itkilərini gizlədir

13 İyul 2020, 09:33 (GMT +4)
İsraildə etiraz aksiyalarından sonra Netanyahu yardımların edilməsi vədini verib (VİDEO)

13 İyul 2020, 09:30 (GMT +4)
Prezidentin köməkçisi: Ermənistan tərəfi hər hansı ərazi əldə etməyib

13 İyul 2020, 09:14 (GMT +4)
ÜST dünyada rekord sayda insanın koronavirusa yoluxduğunu açıqlayıb

13 İyul 2020, 09:00 (GMT +4)
MN: Azərbaycana məxsus PUA-nın vurulması barədə xəbər həqiqətə uyğun deyil

13 İyul 2020, 08:42 (GMT +4)
ABŞ-da böyük aviadaşıyıcıda güclü yanğın baş verib (VİDEO)

12 İyul 2020, 17:44 (GMT +4)
Ayətullah Xamenei parlamentin Ruhaniyə qarşı impiçment planına münasibət bildirib

12 İyul 2020, 17:24 (GMT +4)
Azərbaycan Ordusu 2 şəhid verib, 5 hərbiçi yaralanıb

12 İyul 2020, 16:13 (GMT +4)
MN: Ermənistan silahlı qüvvələri təxribat törədib, itki var

12 İyul 2020, 09:44 (GMT +4)
Aprel döyüşlərinin şəhidi Raquf Orucovun doğum günüdür

11 İyul 2020, 18:45 (GMT +4)
Təhsil Jurnalistləri Birliyinin ilk virtual görüşü keçirilib

11 İyul 2020, 18:20 (GMT +4)
Ağstafanın icra başçısı Seymur Orucovun rəhbərliyi ilə reydlər keçirilib

11 İyul 2020, 17:09 (GMT +4)
Azərbaycan-Türkiyə arasında həftədə 4 dəfə uçuş həyata keçiriləcək

11 İyul 2020, 17:04 (GMT +4)
Tramp ABŞ-ı NATO-dan çıxarmaq niyyətində deyil

11 İyul 2020, 16:56 (GMT +4)
Xızıda hərbi hissənin yaxınlığında top mərmisi tapılıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66